Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə109/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   105   106   107   108   109   110   111   112   ...   348
2018-997

2012-ci il 
10 yanvar 2012-
ci il tarixdə məktəb-liseyin şagirdi və Şabran 
rayon ETTM-
nin dərnək üzvü Cəmalə Əfəndiyeva “Meşələri 


165 
qoruyaq” 
devizi altında meşəçilərin Respublika müsabiqəsində III 
yeri tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
diplomu ilə təltif olunub. 
15 yanvar 2012-ci il 
tarixdə Məktəb- liseyin şagirdi Cavid 
Daşdəmirov Azərbaycan Respublikası SEİBUKAİ Kontakt Karate 
İdman Klubu tərəfindən keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə 
həsr olunmuş IV açıq klub çempionatında 60 kq çəki dərəcəsində I 
yerə layiq görüldüyünə görə idman klubunun prezidenti tərəfindən 
diploma layiq görülüb. 
19 yanvar 2012-
ci il tarixdə məktəb- liseyin şagirdi Səbinə 
Şirəliyeva 20 Yanvar faciəsinin 22-ci ildönümü münasiməti ilə “ 20 
Yanvar – 
Qan Yaddaşımız” mövzusunda keçirilmiş inşa- yazı 
müsabiqəsində II yeri qazandığı üçün Şabran Rayon Gənclər və 
İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. 
25 yanvar 2012-
ci il tarixdə məktəb-lisey rayon məktəbləri 
arasında I yeri tutduğuna görə Azərbaycan Təhsil İşçiləri Azad 
Həmkarlar İttifaqının Şabran Rayon Komitəsi tərəfindən fəxri 
fərmanla təltif olunub. 
26 fevral 2012-
ci il tarixdə məktəb-liseyin VIII “a” sinif 
şagirdi Qərənfil Ağaməmmədova rayon məktəbliləri arasında 
Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş inşa-yazı 
müsabi
qəsində II yeri tutduğuna görə Yeni Azərbaycan Partiyası 
Şabran Rayon Təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib. 
18 mart 2012-
ci il tarixdə məktəb-liseyin şagirdi Rəsul 
Camalov “ Novruz” 
bayramı münasibətilə yeniyetmələr arasında 
boks üzrə keçirilən rayon birinciliyində III yeri tutduğuna görə 
Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla 
təltif edilib. 
19 mart 2012-
ci il tarixdə məktəb-lisey “Rayonun mədəni-
kütləvi tədbirlərində fəal iştirakına görə” Şabran Rayon İcra 
Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanla təltif olunub. 
28 aprel 2012-
ci il tarixdə Azərbaycan Respublikası 
Fövqəladə Hallar Nazirliyinin Şimal Reqional Mərkəzi tərəfindən 
keçirilən “ Gənc xilasedici və yanğınsöndürən” zona birinciliyində 
məktəb-liseyin komandası II yeri tutduğuna görə fəxri fərmanla 
təltif olunub. 


166 
29 aprel 2012-
ci il tarixdə məktəb-liseyin şagirdi Aygün 
Əsədli Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən 
Seibukai Kontakt 
Karate üzrə III Bakı birinciliyi çempionatında I 
yerə layiq olduğuna görə I dərəcəli diplomla təltif edilib. 
05 may 2012-
ci il tarixdə məktəb-lisey Ümummilli Lider 
H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “ 
Dekorativ tətbiqi sənət və xalq yaradıcılığı sərgisi” ndə 
fərqləndiyinə görə Şabran Rayon İcra Hakimiyyəti Başçısının fəxri 
fərmanı ilə təltif olunub. 
01 iyun 2012-
ci il tarixdə məktəb -liseyin şagirdi və UYM-nin 
dərnək üzvü Rövşanə Hüseynova “Azərbaycanı sev və öyrən” 
turist-
diyarşünaslıq ekspedisiyasının respublika baxış-müsabi-
qəsinin” “İncəsənət aləmində” nominasiyasında III yer tutduğuna 
görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif 
edilib. 
Məktəb-liseyin XI sinif şagirdi Cəmalə Əfəndiyeva Azərbay-
can Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Meşələri qoruyaq” 
devizi altında gənc meşəçilər Respublika müsabiqəsində III yer 
tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 
diplomla təltif olunub. 
Məktəb-liseyin komandası Şimal Regionu üzrə “Gənc 
xilasedici və yanğınsöndürən” lərin zona birinciliyi yarışlarında 
fərqləndiyinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar 
Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən fəxri fərmanla təltif 
edilib. 
Məktəb-liseyin komandası Şimal Regionu üzrə “Gənc 
xilasedici və yanğınsöndürən” lərin zona birinciliyinin “ Komanda 
təqdimatı” müsabiqəsində II yeri tutduğuna görə Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional 
Mərkəzi tərəfindən fəxri fərmanla təltif edilib. 
03 noyabr 2012-
ci il tarixdə məktəb-liseyin komandası 
“Xəmsə” Milli İntellektual oyunu üzrə keçirilmiş rayon birin-
ciliyində I yeri qazandığı üçün Şabran Rayon Gənclər və İdman 
İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub. 
03 noyabr 2012-
ci il tarixdə məktəb-liseyin “Tusi” adına 
komandası Azərbaycan Vergilər Nazirliyinin keçirdiyi “Azərbay-


167 
can-
Şabran” İntellektual Oyunlar Klubunun turnirində I yer 
tutduğuna görə diplomla təltif olunub.
11 dekabr 2012-
ci il tarixdə məktəb-liseyin XI sinif şagirdi 
Gülgəz Bəşirova Ümummilli Liderimiz Heydər Əliyevin anım günü 
ilə əlaqədar rayon məktəbliləri arasında “Heydər Əliyev zamanın 
yetişdirdiyi ən dahi şəxsiyyətdir” mövzusunda keçirilən inşa-yazı 
müsabiqəsində qalib gəldiyinə görə Şabran Rayon İcra Hakimiy-
yətinin Başçısı tərəfindən fəxri fərmanla təltif edilib. 
21 dekabr 2012-
ci il tarixdə məktəb-liseyin IX sinif şagirdi 
Səbinə Şirəliyeva M.F.Axundovun anadan olmasının 200 illiyi ilə 
əlaqədar keçirilmiş inşa yazı müsabiqəsində qalib gəldiyinə görə 
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərifnamə ilə 
təltif olunub. 
Məktəb-liseyin şagirdi Fəridə Pirzadayeva məktəb-liseyin 
şagirdləri arasında keçirilən “Mənim Azərbaycanım” inşa müsabiq-
əsində I yer tutduğuna görə Quba Şəhəri, Milli QHT Forumu 
tərəfindən sertifikatla təltif edilib.


Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə