II. 1991- 2017-ci
illər
1992-ci il
Məktəbə 1992-ci ildə XI sinif məzunlarının böyük bir
qisminin
müvəffəqiyyətlə imtahan verib ali və orta ixtisas
məktəblərinə qəbul olunması münasibətilə rayon XMŞ-si tərəfindən
28
dekabr tarixdə təbrik teleqramı ünvanlanıb.
1993-cü il
Məktəbin komandası “Şahin” hərbi idman oyununun rayon
turunda
II yeri tutduğu üçün Dəvəçi Rayon İdman İdarəsinin fəxri
fərmanı ilə təltif olunub.
Məktəbin şagirdi Rövşən Əliyev idman akrobatikası üzrə
Azərbaycan çempionatında 22,32 bal toplayaraq III yeri tutduğuna
görə Azərbaycan Respublikası Gənclər və İdman Nazırliyinin
Yüksək İdman Ustalığı İdarəsi tərəfindən diplomla təltif edilib.
1994-cü il
Məktəbin pedaqoji kollektivi “Novruz-94”-ə həsr edilmiş
riyaziyyat
gecəsinin təşkilində fəal iştirak etdiyinə görə Dəvəçi RTŞ
tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbin kollektivi tərəfindən dahi şairimiz Məhəmməd
153
Füzulinin
500 illik yubileyinin təntənəli şəkildə qeyd olunması
münasibətilə Dəvəçi Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən
fəxri fərmanla təltif edilib.
1995-ci il
Məktəbin komandası orta məktəblər arasında keçirilən
“Qartal”
hərbi -idman oyununda I yeri tutduğuna görə Dəvəçi RTŞ
tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbin “Şimşək” komandası rayon Gənclər və İdman
İdarəsinin xətti ilə rayon Mədəniyyət Evinin zalında Dəvəçi şəhər 1,
2, 3 və 4 saylı orta məktəblərin komandaları arasında keçirilmiş
“Şən və hazırcavablar” bilik yarışmasında I yeri tutduğuna görə
məktəb rəhbərliyinin adına rayon Gənclər və İdman İdarəsi tərəfin-
dən 08.12.1995-ci il tarixli 65 saylı təşəkkür məktubu ünvanlanıb.
1997-ci il
Məktəbin komandası 20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş “Mini futbol” yarışında fəal iştirakına görə Dəvəçi UGİM
tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbin şagirdi Ramin Qəhrəmanov ümumtəhsil məktəbləri
arasında “İdman sağlamlığın rəhnidir” devizi altında keçirilən
yüngül atletika
spartakiadasında I yeri tutduğu üçün Dəvəçi UGİM
tərəfindən fəxri fərmanla təltif edilib.
Məktəbin şagirdi İnqilab Hüseynov “İdman sağlamlığın
rəhnidir” devizi altında məktəblilər arasında milli güləş üzrə keçi-
rilən rayon Spartakiadasında 55 kq çəki dərəcəsində I yeri tutduğu
üçün Dəvəçi UGİM tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbin şagirdi İlham Ağayev “ İdman sağlamlığın rəhnidir”
devizi altında məktəblilər arasında milli güləş üzrə keçirilən rayon
Spartakiadasında 37 kq çəki dərəcəsində I yeri tutduğu üçün Dəvəçi
UGİM tərəfindən fəxri fərmanla təltif edilib.
Məktəbin şagirdi Yusif Kərimov “İdman sağlamlığın rəhni-
dir” devizi altında məktəblilər arasında milli güləş üzrə keçirilən
rayon Spartakiadasında 29 kq çəki dərəcəsində I yeri tutduğu üçün
Dəvəçi UGİM tərəfindən fəxri fərmanla təltif olunub.
2000-ci il
Məktəbin komandası Müəllimlər gününə həsr olunmuş rayon
şahmat birinciliyində III yeri tutduqları üçün Dəvəçi Rayon Şahmat
M
əktəbinin diplomu ilə təlltif edilib.
|