|
Zakir bayramliAĞABƏY QULİYEV - RAYONUMUZDA FİZİKA FƏNNİNİN2018-997AĞABƏY QULİYEV - RAYONUMUZDA FİZİKA FƏNNİNİN
TƏDRİSİNƏ TÖHFƏLƏR VERMİŞ BACARIQLI MÜƏLLİM
Şabran (keçmiş Dəvəçi) rayonun məktəblərində çoxlu sayda
ixtisaslı, təcrübəli və bacarıqlı fizika müəllimi işləyir. Bu say ildən-ilə
nə qədər artıb çoxalsa da, hər dəfə bu ixtisas müəllimlərinin siyahısı
təzələnsə də, yenə həmişə söz-söhbət zamanı Ağabəy müəllimin adı
bu fənn müəllimlərinin siyahısında birincilər sırasında çəkilir.
70-
ci illərdə mən təhsilin aparatında baş mühasib vəzifəsində
işləyərkən o, RXMŞ məktəb inspektoru vəzifəsinə yeni təyin
edil
mişdi. Lakin Ağabəy müəllim orta məktəbdə mənə dərs
deməmişdi. Mən yalnız onunla keçmiş Dəvəçi RXMŞ-nin aparatında
birgə işlədiyimiz zamanlarda tanış olmuşdum.
Cox
mülayim, səmimi və həlim xasiyyəti var idi Ağabəy
müəllimin. Söhbət zamanı tərəf müqabilini diqqətlə izləyən, onu
axıra kimi dinləməyi bacaran bir insan idi. Ola bilsin fizika müəllimi
olduğuna və fiziki qanunları yaxşı bildiyinə görə sinifdə dərsi izah
edəndə, başqa müəllimlər kimi heç vaxt səsini ucaltmazdı. Asta-asta
danışmaq onun “şakəri” idi. Müzakirə olunan məsələyə sakitliklə və
tələsmədən geniş izahat verər, səsini bir tonda saxlamağı bacarardı.
O,
məndən 20 yaş böyük idi. Ancaq özünü elə sadə aparardı ki,
sanki elə mənimlə tay-tuş idi. Başqa vəzifə sahibləri kimi lovğa və
təkəbbürlü deyildi. Ağızından çıxan hər sözə həmişə ciddi nəzarət
edərdi. Elə bil ali məktəbdə ona fizikanı və başqa texniki fənnləri
deyil, ancaq psixologiya
Dostları ilə paylaş: |
|
|