|
Zakir bayramli“Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”2018-997“Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”
təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə Sertifikatla təltif
edilib.
21 dekabr 2012-
ci ildə məktəb-liseyin müəllimi Kəmalə
Şeydayevanın dərs dediyi IX sinif şagirdi Səbinə Şirəliyeva
Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyi
münasibətilə keçirilən inşa müsabiqəsində qalib gəldiyinə görə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərifnamə
ilə təltif edilib.
2012/2013-
cü tədris ilinin 15 sentyabr 2012-ci il vəziyyətinə
məktəb-liseydə 93 nəfər uşaq cəlb olunmaqla beş I sinif fəaliyyətə
başlayıb. Təhsil müəssisəsində təşkil edilmiş qəbul komissiyasının
rəyinə əsasən cari dərs ilinndə təşkil edilmiş üç X sinifdə oxumaq
üçün 69 nəfər şagird məktəbə cəlb edilib.
Həmin tədris ilində sağlamlıq imkanı olmayan 5 nəfər
şagirdin evdə fərdi təhsil işi təşkil edilib.
2012/2013-
cü tədris ilində məktəbdə dərslərin kabinet üsulu
ilə keçirilməsinə diqqət daha da artırılıb. Bu məqsədlə (Əmr № 22
15.09.2013-
cü il) aşağıda adları qeyd edilən 10 haqqı ödənilən fənn
kabineti yaradılıb. Yeni yaradılmış həmin kabinetlər müasir dərsin
tələblərinə cavab verəcək səviyyədə əyani və texniki vəsaitlə, eləcə
də müəllim və şagirdlərin əl işləri ilə zənginləşdirilib:
Kompüter kabineti (kabinet müdiri Arzu Gülhüseynova),
fizika (Könül Vahidova), dil-
ədəbiyyat (Həqiqət Əzimova), Azər-
baycan dili (Sahibə Niknijad), dil-ədəbiyyat (Kəmalə Şeydayeva),
ingilis dili (Arzu Mehdiyeva və Aidə İsayeva), riyaziyyat (Kazım
Əfəndi), coğrafiya (Qəfilə Quliyeva), rus dili (Gülnarə Qasımova)
və s.
Məktəbin 15 sentyabr 2012-ci il tarixli 28 №-li əmrinə əsasən
ali təhsilli informatika müəllimi Arzu Seyfulla qızı
Gülhüseynova məktəbə 0,5 stavka ilə direktor müavini təyin
edilib.
2012/2013-
cü dərs ilinin 15 sentyabr 2012-ci il vəziyyətinə
təhsil müəssisəsində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə
tərkibi 11 nəıfərdən ibarət aşağıdakı metodiki şura yaradılıb. Şuraya
|
|
|