Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,56 Mb.
səhifə1/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
  1   2   3   4   5   6   7





ZAMANSIZLIQ



TALE HƏQIQƏTI


HARUN YƏHYA

Bu kitabda istifadə olunan ayələr Ziya Bünyadov və

Vasim Məmmədəliyevin hazırlamış olduqları Quranın

Azərbaycan dilindəki məalından götürülmüşdür.

Azərnəşr, 1991

Kitabı tərcümə edən: Hikmət Hüseynzadə


Maddə və zaman, yoxdan necə yaradıldı?... Big Bang nəzəriyyəsi kainatın yaradılışı ilə əlaqədar hansı həqiqətləri göstərir?… Bizim üçün əsrlər sürən bir zaman kəsiyi, bir başqa ölçüdə necə tək bir "an" ola bilər?… Eynşteynin Nisbilik Nəzəriyyəsi ilə Quran ayələri arasındakı paralellik nədir?… Bu kitabda bütün bu sualların cavabları, zamanın və maddənin həqiqi xüsusiyyəti izah edilir.

20-ci əsr elminin tapıntılarıyla ortaya çıxan həqiqətlər, materialist fəlsəfənin iddialarını təməlindən çökdürür. Kosmos, maddə, zaman və tale(alın yazısı) haqqındakı həqiqətləri öyrənmək istəyirsinizsə,

bu kitabı mütləq oxuyun


MÜƏLLİF HAQQINDA

Harun Yəhya təxəllüsünü istifadə edən müəllif Adnan Oktar, 1956-cı ildə Ankarada doğulub. 1980-ci illərdən bu yana, imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlayıb. Bunlarla bərabər, müəllifin təkamülçülərin saxtakarlıqlarını, iddialarının etibarsızlığını və Darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri var.

Müəllifin bütün çalışmalarındakı ortaq hədəf, Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin çürük təməllərini və azğınca tətbiq olunmalarını gözlər önünə sərməkdir.

Bu günə qədər 41 ayrı dilə çevrilən əsərlər, xaricdə geniş bir oxucu kütləsi tərəfindən izlənilməkdədir.

Harun Yəhya külliyyatı, -Allahın izniylə - 21-ci yüzillikdə dünya insanlarını Quranda tərif edilən dinclik və barışa, düzgünlük və ədalətə, gözəllik və xoşbəxtliyə daşımağa bir vəsilə olacaq.

MÜNDƏRİCAT

GİRİŞ
HİSSƏ 1

Kainat Yoxdan Yaradıldı


HİSSƏ 2

Maddənin Ardındakı Sirr


HİSSƏ 3

Zamanın Nisbiliyi və Tale həqiqəti



QEYDLƏR

MÜƏLLİF VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsünü istifadə edən müəllif Adnan Oktar, 1956-cı ildə Ankarada doğulub. İlk, orta və lisey təhsilini Ankarada tamamlayıb. Daha sonra İstanbul Memar Sinan Universiteti Gözəl Sənətlər Fakültəsində və İstanbul Universiteti Fəlsəfə Bölməsində təhsil görüb. 1980-ci illərdən bu yana, imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlayıb. Bunların yanında, müəllifin təkamülçülərin saxtakarlıqlarını, iddialarının etibarsızlığını və Darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri var.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəkilin iştirak etdiyi 45.000 səhifəlik bir külliyyatdır və bu külliyyat 41 fərqli dilə çevrilmişdir.

Müəllifin təxəllüsü, inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirələrinə hörmət olaraq, adlarını yad etmək məqsədilə Harun və Yəhya adlarından götürülmüşdür. Müəllif tərəfindən kitabların qapağında Rəsulullahın möhürünün istifadə edilmiş olmasının simvolik mənası isə, kitabların məzmunu ilə əlaqədardır. Bu möhür, Qurani Kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimiz (səv)in də xatəmul ənbiya olmasını rəmz etməkdədir. Müəllif da, nəşr etdirdiyi bütün işlərində, Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını tək-tək çürütməyi və dinə qarşı yönəldilən etirazları tam olaraq susduracaq "son söz"ü söyləməyi hədəfləməkdədir. Çox böyük bir hikmət və kamal sahibi olan Rəsulullahın möhürü, bu son sözü ifadəyə niyyətinin bir duası olaraq istifadə edilmişdir.

Müəllifin bütün işlərindəki ortaq hədəf, Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin çürük təməllərini və azğınca tətbiq olunmalarını gözlər önünə sərməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinyaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın daha bir çox ölkəsində bəyənilərək oxunmaqdadır. İngiliscə, Fransızca, Almanca, İtalyanca, İspanca, Portuqalca, Urduca, Ərəbcə, Albanca, Rusca, Boşnakça, Uyğurca, İndoneziyaca, Malayca, Bengoli, Serbcə, Bolqarca, Çincə, Kishwahili (Tanzaniyada istifadə edilir), Hausa (Afrikada geniş şəkildə istifadə edilir), Dhivelhi (Mauritusda istifadə edilir), Danimarkaca və İsveçcə kimi bir çox dilə çevrilən əsərlər, xaricdə geniş bir oxucu kütləsi tərəfindən izlənilməkdədir.

Dünyanın dörd bir tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olmaqdadır. Kitabları oxuyan, araşdıran hər adam, bu əsərlərdəki hikmətli, özlü, asan aydın olan və səmimi üslubun, ağılyana və elmi yanaşmanın fərqinə varmaqdadır. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz edilə bilməzlik, çürüdülə bilməzlik xüsusiyyətləri daşımaqdadır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların, artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə edə bilmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də ancaq romantik bir inadla müdafiə edəcəklər, çünki fikri dayaqları çürüdülmüşdür. Çağımızdakı bütün inkarçı axınlar, Harun Yəhya külliyyatı qarşısında fikirən məğlub olmuşlar.

Şübhəsiz bu xüsusiyyətlər, Quranın hikmət və izahat möhtəşəmliyindən qaynaqlanmaqdadır. Müəllifin özü bu əsərlərdən ötrü bir öyünmə içində deyil, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Ayrıca bu əsərlərin çapında və nəşr olunmasında hər hansı bir maddi qazanc hədəflənməməkdədir.

Bu həqiqətlər göz qarşısında saxlanıldığında, insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etmənin də, çox əhəmiyyətli bir xidmət olduğu ortaya çıxmaqdadır.

Bu qiymətli əsərləri tanıtmaq yerinə, insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri paylamada, imanı qurtarmada güclü və iti bir təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə, əmək və zaman itkisinə səbəb olacaq. İmanı qurtarma məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa istiqamətli əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi açıqdır. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi çürütmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıqca görüldüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilinməlidir ki, dünya üzərindəki zülm və qarışıqlıqların, Müsəlmanların çəkdikləri əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmanın yolu isə, dinsizliyin fikirən məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının, insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox içinə çəkdirilmək istəndiyi zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin əldən gəldiyincə sürətli və təsirli bir şəkildə edilməsi lazım olduğu açıqdır. Əks halda çox gec qalına bilər.

Bu əhəmiyyətli xidmətdə qabaqcıl rolu üzərinə götürmüş olan Harun Yəhya külliyyatı, Allahın izniylə, 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən dinclik və barışa, düzgünlük və ədalətə, gözəllik və xoşbəxtliyə daşımağa bir vəsilə olacaq.

GİRİŞ

Bu günə qədər, gəlmiş getmiş bütün din əleyhdarı şəxslərə və axınlara baxıldığında demək olar ki, hamısının fəlsəfi təməlində materialist düşüncənin yatdığı görülər. Bilindiyi kimi materialistlər yaradılış gerçəyini rədd edirlər. Bunun yerinə maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də mütləq bir varlıq olaraq qalacağını iddia edirlər. Digər bir deyişlə maddəni ilahlaşdırırlar. Materialistlərin öz qaynaqlarında materializm belə təsvir edilir:

Materializm dünyanın əzəli və əbədiliyini (əvvəlsiz və sonrasızlığını), Tanrı tərəfindən yaradılmış olmadığını və də zaman və məkanda sonsuzluğunu qəbul edər. 1

Materializmin maddəni bu dərəcə ilahlaşdırmasının səbəbi, hər nə olursa olsun bir Yaradıcının varlığını qəbul etməməkdir. Çünki maddə mütləq deyilsə bir başlanğıcı var deməkdir; bir başlanğıcı varsa da yoxdan var edilmiş, yəni yaradılmış deməkdir.

20-ci əsrin sonunda bütün elm dünyasının çatdığı ortaq nəticə, maddənin mütləq olmadığı, bir başlanğıcı olduğu gerçəyini təsdiqləməkdədir: Bütün kainat təxminən 15 milyard il əvvəl "sıfır" həcmdəki bir nöqtənin partlamasıyla yoxluqdan meydana gəlmiş və genişləyərək günümüzdəki şəklini almışdır. Böyük Partlama (Big Bang) adı verilən bu hadisənin doğruluğu, bir çox konkret dəlil və müşahidə ilə, eyni zamanda da nəzəri fizikaçıların hesablamalarıyla da sübut edilmişdir.

Bu gün elmin çatdığı son nöqtə, Quranın və bütün ilahi dinlərin bildirdiyi "kainatın yoxdan var edildiyi" gerçəyini təsdiqləməkdədir. Yenə bununla birlikdə müasir elm, materializmi və bunu əsas alan ideologiyaları hər sahədə yalanlamaqda, materialist görüşə sahib olanların maddəyə söykənən dünyalarını yıxmaqda, yaradılışa qarşı başlatdıqları müharibədə onları məğlub etməkdədir.

Buna baxmayaraq materialistlər, maddənin mütləq deyil, yaradılmış olduğu gerçəyini elmlə zidd düşmək bahasına da olsa qəbul edə bilməzlər. Çünki bu gerçəyi qəbul etmək Allahın varlığını qəbul etmələrini, Allaha iman etmələri isə dini qəbul etmələrini və yaşamalarını tələb edəcək. Din isə hər şeydən əvvəl Allaha qəti bir boyun əyməyi və təslimiyyəti tələb etdiyindən, əlbəttə ki belə bir tutum, qürurlarına məğlub olmuş bu insanlara ağır gələcəkdir. Quranda, həqiqətləri gördükləri halda, qürurları üzündən həqiqətlərdən qaçanların vəziyyəti belə təsvir edilməkdədir:
...daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml Surəsi, 14)
Materialistlər, maddənin yanında zamanın da mütləq olduğunu, yəni sonsuzdan gəlib sonsuza getdiyini müdafiə edirlər. Bu əyri anlayışa söykənərək də talei(alın yazısını), axirət gününü, cənnəti və cəhənnəmi rədd etməyə çalışırlar. Halbuki bu gün müasir elm, maddənin olduğu kimi, maddənin bir törəməsi olan zamanın da maddəylə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu isbat etmişdir. Həmçinin, zamanın nisbi (rölatif) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir hissiyyat forması olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın nisbiliyi Eynşteynin "Rölativite"(nisbilik) nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günki müasir fizikanın təməlini meydana gətirmişdir.

Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki, bunlara tabe deyil. Allah, zamanın hər anını zamansızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır. Bax materialistlərin ağıl çatdıra bilmədikləri "Tale" gerçəyinin özü də buradadır.

Bizim üçün keçmişdə yaşanmış və gələcəkdə yaşanacaq olan hadisələrin bütünü, zamana tabe olmayan, zamanı yoxdan var edən Allahın bilgisi və hakimiyyəti daxilindədir.

Quranın 1400 il əvvəl bildirdiyi və inananların könüldən inandıqları həqiqətləri bu gün müasir elm də təsdiqləməkdə və Quranın Allahın sözü olduğuna şahidlik etməkdədir. Əsrlərdir Allahın varlığını və yaradılış gerçəyini rədd edən materialist düşüncə isə, dilindən salmadığı və hər fürsətdə arxasına sığınmağa çalışdığı elm tərəfindən hər sahədə yalanlanmaqdadır. Bu kitabda, materialistlərin qarşıya qoyduqları iddiaların heç bir elmi və məntiqi etibarlılığı olmadığını, əksinə materializmin bu günün elmi ilə tamamilə çökdürüldüyünü sizlərə dəlilləriylə göstərəcəyik. Burada izah edilən mövzular maddənin əsli, zamanın və məkanın nisbiliyi ilə əlaqədar çox əhəmiyyətli dəlillər ehtiva etməkdədir. Belə ki, bəlkə də bu günə qədər heç düşünmədiyiniz bəzi həqiqətlərlə qarşılaşacaq, maddənin özünün materializmin iddia etdiyindən və ya sizə öyrədiləndən çox daha fərqli olduğunu anlayacaqsınız.

HİSSƏ 1

KAİNAT YOXDAN YARADILDI



Materializm, maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən düşüncə sistemidir. Tarixi köhnə Yunanısatana qədər uzanan, amma xüsusilə 19-cu əsrdə yayılan, ən çox da Karl Marksın dialektik materializmiylə səslənilən bu düşüncə sistemi, maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də var olacağını iddia edər. Maddənin yaradılmamış olduğunu fərz etdiyinə görə də, bir Yaradıcının varlığını qəbul etməz.

Materializm az əvvəl də ifadə etdiyimiz kimi ən çox 19-cu əsrdə məşhur olmuşdu. Bunun başlıca səbəblərindən biri, o dövrdə, "kainatın necə ortaya çıxdığı" sualına qarşılıq olaraq ortaya qoyulan "sabit kainat" (statik kainat) modeli idi. Bu model, "kainat necə ortaya çıxdı" sualına, "kainat ortaya çıxmadı, sonsuzdan bəri vardı və sonsuza qədər də var olacaq" cavabını verməkdə idi. Kainat sabit, sabit və dəyişməz bir maddələr bütünü olaraq qəbul edilir və dolayısı ilə kainatın belə olmasının da bir Yaradıcını qəbul etməyi tələb etmədiyi deyilirdi.

Bu kainat modelinin əksinin isbat edilməsi digər bir ifadəylə bir başlanğıcı olduğunun və dəyişgənliyinin ortaya çıxması isə, əlbəttə bir Yaradıcının varlığını sübut edəcəkdi. Məşhur materialist fəlsəfəçi Georges Politzer, Fəlsəfənin Başlanğıc Qanunları adlı kitabında bu gerçəyi qəbul edir, ancaq "sonsuz kainat" modelinin etibarlılığına güvənərək yaradılışa qarşı çıxırdı:

Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o təqdirdə, kainatın Tanrı tərəfindən müəyyən bir anda yaradılmış olması və kainatın yoxdan var edilmiş olması gərək idi. Yaradılışı qəbul edə bilmək üçün, hər şeydən əvvəl, kainatın var olmadığı bir anın varlığını, sonra da, heçlikdən (yoxluqdan) bir şeyin çıxmış olduğunu qəbul etmək lazımdır. Bu isə elmin qəbul edə bilməyəcəyi bir şeydir. 2

Ancaq müasir elm, 20-ci əsrin ikinci dörddəbirində başlayan bir müddət nəticəsində materialistlərin "əgər elə olsa bir Yaradıcı olduğunu qəbul etmək lazım idi" şəklində dilə gətirdikləri gerçəyi, yəni kainatın bir başlanğıcı olduğu gerçəyini isbat etdi. Bu həqiqət müxtəlif mərhələlər nəticəsində ortaya çıxdı.

Kainatın Genişləməsi

1929-cu ildə Kaliforniya Mount Wilson Müşahidə evində, Amerikalı astronom Edwin Habl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl, istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını təyin etdi. Bu görüş elm dünyasında böyük bir əks-səda yaratdı. Çünki bilinən fizika qaydalarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqların tezliyi bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqların tezliyi də qırmızı istiqamətə doğru sürüşməkdə idi. Yəni ulduzlar hər an bizdən uzaqlaşmaqda idilər.

Habl, çox keçmədən çox əhəmiyyətli bir şeyi daha təsbit etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında gəlinə biləcək tək nəticə isə, kainatın hər an "genişləməkdə" olduğu idi. Mövzunu daha yaxşı anlamaq üçün, kainatı şişirilən bir şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi, kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar.

Əslində bu həqiqət daha əvvəl də nəzəri olaraq kəşf edilmişdi: Albert Eynşteyn, 1915-ci ildə ortaya qoyduğu Ümumi Nisbilik (Rölativite) Nəzəriyyəsi çərçivəsində etdiyi hesablamalarla kainatın sabit ola bilməyəcəyi nəticəsinə gəlmiş idi. Öz kəşfi qarşısında son dərəcə təəccüblənən Eynşteyn bu əlverişsiz nəticəni ortadan qaldırmaq üçün tənliklərinə 'kosmik sabit' adını verdiyi bir faktor əlavə etmişdi. Çünki o sıralar, astronomlar ona kainatın statik olduğunu söyləyirdilər, o da nəzəriyyəsinin bu modellə ziddiyyət təşkil etməsini istəməmişdi. Ancaq sonradan özünün də, "kariyeramın ən böyük səhvi" etirafıyla geri götürəcəyi bu görüş, inkişaf edən elmi tapıntılar nəticəsində çürüyüb gedəcəkdi.

İlk olaraq 1922-ci ildə Rus alimi Aleksandr Friedmann, Ümumi Nisbilik nəzəriyyəsindən yola çıxaraq, kainatın dəyişən olduğunu və ən kiçik bir qarşılıqlı təsirin, genişləməsinə və ya büzüşməsinə gətirib çıxaracağını təyin etdi. Friedmann bu nəticəyə gələrkən, Eynşteynin 1917-ci il tarixli məqaləsindəki səhvi də (kosmik sabiti) düzəltmiş oldu.

Friedmannın tapdığı həlləri istifadə edən ilk adam, Belçikalı alim Georges Lemaitre (1894-1966) idi. Lemaitre, bu həllərə söykənərək kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişlədiyini nəzərdə tutdu. Ayrıca, bu başlanğıc anından qalan işıldamanın da müəyyən oluna biləcəyini ifadə etdi (irəlidə, kosmik fon radiasiyası olaraq adlandırılacaq bu işıldama müşahidələrlə də təsbit ediləcəkdi).
Big Bangın Kəşfi

Kainatın genişlədiyi gerçəyi, o günə qədər qəbul olunan "sabit (statik) kainat" modelindən tamamilə fərqli bir kainat modeli ortaya qoydu. Kainat genişlədiyinə görə, zaman içində geriyə doğru gedildiyində kainatın tək bir nöqtədən başladığı ortaya çıxırdı.

Edilən hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu "tək nöqtə"nin, "sıfır həcmə" və "sonsuz sıxlığa" sahib olması lazım olduğunu göstərdi. Kainat, sıfır həcmə sahib bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayışa "Big Bang" (Böyük Partlama) adı verildi və bu nəzəriyyə də eyni adla xatırlanmağa başlandı.

"Heç bir həcmi olmayan, yəni heç bir yer tutmayan və sıxlığı sonsuz olan bir nöqtə necə ola bilər?" deyə bir sual ağılınıza gələ bilər. Əslində, "həcmi olmayan sonsuz sıxlıqdakı nöqtə" nəzəri bir ifadə formasıdır. Çünki, elmi olaraq "sıfır həcm" şəklində ifadə edilən bir nöqtə, həcmi olmayan bir nöqtə deməkdir. Həqiqətdə isə həcmi olmayan bir nöqtə "yox" deməkdir. Bu səbəbdən, kainat "yox" ikən "var" hala gəlmişdir. Bu həqiqət isə, materializmin "kainat sonsuzdan bəri vardır" fərziyyəsini etibarsız etməkdədir.
"Sabit Vəziyyət" Sınağı

Materialist fəlsəfəni mənimsəyən astronomlar, Big Banga qarşı müqavimət göstərməyə və sabit vəziyyət nəzəriyyəsinə dəstək olmağa çalışdılar. Bu səyin səbəbi, öndə gedən fizikaçılardan A. S. Eddingtonun "fəlsəfi olaraq təbiətin bu ankı nizamının birdən-birə başlamış olduğu düşüncəsi mənə itələyici (uzaqlaşdırıcı) gəlməkdədir" sözündən aydın olmaqda idi. 3

Big Bang nəzəriyyəsindən narahat olanların başında dünya tərəfindən tanınmış İngilis riyaziyyatçısı və astronomu Fred Hoyl gəlirdi. Hoyl, əsrin ortalarında "steady-state" (sabit vəziyyət) adında, 19-cu əsrdəki sabit kainat anlayışına bənzər başqa bir model ortaya atdı. Hoyle, kainatın genişlədiyini qəbul etməklə birlikdə, kainatın ölçü və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Ayrıca bu modelə görə, kainat genişlədikcə maddə lazım olduğu miqdarda, birdən-birə, öz-özünə var olmağa başlayırdı. Yeganə məqsədi materialist fəlsəfənin təməli olan "sonsuzdan bəri var olan maddə" doqmasını dəstəkləmək olan bu nəzəriyyə, kainatın başlanğıcı olduğunu müdafiə edən "Böyük Partlama" nəzəriyyəsi ilə daban-dabana zidd idi.

Sabit vəziyyət nəzəriyyəsini müdafiə edənlər uzunca bir müddət Big Banga qarşı müqavimət göstərdilər. Amma elm əleyhlərinə işləyirdi.
Big Bangın Yeni Dəlillərindən Kosmik Fon Radiasiyası

1948-ci ildə Corc Gamov, Big Bangla əlaqədar olaraq yeni bir iddia ortaya atdı. Buna görə, kainatın Böyük Partlama ilə meydana gəlməsi halında, kainatda bu partlamadan qalan bir radiasiyanın olması lazımlı idi. Üstəlik bu radiasiya kainatın hər yanına bərab ər dağılmış olmalı idi.

"Olması lazım olan" bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki araşdırmaçı bu dalğaları kəşf etdilər. "Kosmik Fon Radiasiyası" adı verilən bu radiasiya, kosmosun müəyyən bir tərəfindən gələn hər hansı bir radiasiyadan çox fərqli idi. Fövqəladə bir koherentlilik(eyni mənbədən yaranmış olma) sərgiləyirdi. Başqa bir ifadə ilə lokal mənşəli deyil, kainatın bütününə dağılmış bir radiasiya idi. Beləcə uzun müddətdir kainatın hər yerindən bərabər ölçüdə alınan 3 Kelvinlik istilik dalğasının, Big Bangın ilk dövrlərindən qalma olduğu aydın oldu. Üstəlik bu rəqəm elm adamlarının əvvəldən nəzərdə tutduqları rəqəmə çox yaxın idi. Yalnız tək bir dalğa boyunda (mikrodalğa) ölçmələr edə bildikləri halda Penzias və Wilson, Böyük Partlamanın bu xüsusi isbatını təcrübi olaraq ilk göstərən kəslər olduqları üçün Nobel Mükafatı qazandılar.

1989-cu ilə gəlindiyində isə, Corc Smut və rəhbərliyindəki Nasa qrupu, Kosmik geri-Plan İşıldama Kəşfçisi Peykini (COBE) kosmosa göndərdilər. Bu inkişaf etmiş peykə yerləşdirilən həssas skanerlərin, Penzias və Wilsonun ölçümlərini təsdiqləməsi yalnız 8 dəqiqə davam etdi. Skanerlər, kainatın başlanğıcındakı Böyük Partlamanın istilik və sıxlığına aid qalıqları qəti bir şəkildə təsbit etdilər.

Bütün zamanların ən böyük kəşfi olaraq adlandırılan bu hadisə, bu qədərlə də məhdud deyildi. COBE 1 peyki kosmosda müəyyən bir nöqtədəki istiliyi bildirirdi. Ancaq COBE 2 peyki, kosmosda iki nöqtə arasında istilik fərqi olduğunu kəşf etdi. Məsələn galaktik ulduz çoxluqlarındakı istilik, kosmik boşluqlara görə daha çox idi. Bu isə, böyük partlamadan sonra meydana gələn istiliyin getdikcə soyuyaraq fərqliləşdiyini göstərirdi. Bu hadisədən sonra, bir çox elm adamı COBEin müvəffəqiyyətini "Big Bangın fövqəladə bir şəkildə təsdiqlənməsi" şəklində şərh etdi.

Bir Başqa Dəlil: Hidrogen-Helium Nisbəti

Big Bangın digər bir əhəmiyyətli dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. İndiki vaxtda edilən ölçümlərlə aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti, Big Bangdan geriyə qaldığı nəzəri olaraq hesablanmış hidrogen-helium nisbətinə uyğun gəlməkdə idi.

Bilindiyi kimi ulduzlar, ehtiva etdikləri hidrogen qazını nüvə reaksiyası ilə heliuma çevirərək enerji çıxarırlar. Əgər kainatın bir başlanğıcı olmayıb sonsuzdan gəlmiş olsaydı, ulduzlardakı bütün hidrogenin tamamilə tükənmiş və heliuma çevrilmiş olması lazım idi. Lakin ulduzlarda olan hidrogen qazının hələ tükənməmiş olması və bu qazı davamlı heliuma çevirərək enerji çıxarmağa davam etmələri, kainatın sonsuz olmadığının və bir başlanğıcı olduğunun qəti bir dəlilini meydana gətirməkdədir.
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə