Zamansizliq və QƏDƏr gerçƏYİ


Beynimizin İçində Meydana Gələn "Xarici Dünya"



Yüklə 0,56 Mb.
səhifə3/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
1   2   3   4   5   6   7

Beynimizin İçində Meydana Gələn "Xarici Dünya"

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz bir nəticəyə çatdırar: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə əlaqədədir, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beynə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir göründür.

Digər bütün hissləriniz üçün də eyni vəziyyət etibarlıdır. Məsələn, siz yan otaqdakı televiziyanın səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə həmsöhbətsiniz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televiziyadan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, dərhal yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm3-luq eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur.

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu...

Çünki hisslərimizin bizə tanıtdığı "xarici dünya", eyni anda beynimizə çatan "elektrik siqnallarının bütünü"ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin "çöldəki" əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik.

"Xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. "Xarici dünyada" rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. "Xarici dünya", tamamilə qəbul edənə bağlıdır.

Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Kimi insan mavini yaşıl, kimisi qırmızını mavi, kimisi də rəngləri bozun müxtəlif tonları şəklində görər(duyar). Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

Məşhur fikir adamı Berkeley də bu gerçəyə bu sözləriylə diqqət çəkməkdədir:

İlkin olaraq rənglərin, qoxuların vs. "həqiqətən var olduğu" sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır. 19

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, içimizdədir.

Yaxşı o zaman "xarici dünya"da qalan nə olar?...
"Xarici Dünya"nın Varlığı Şərtdirmi?

İndiyə qədər həmişə bir "xarici dünya"dan, bir də bizim gördüyümüz və beynimizdə yaranan hisslər dünyasından danışdıq. Amma "xarici dünya"ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğunu necə bilə bilərik?

Əlbəttə ki, bilmərik. Əksinə, hər obyekt yalnız hisslərin bir cəmi olduğuna, hisslər də tək zehində var olduqlarına görə, bizim üçün var olan tək dünya yalnız hisslər dünyasıdır. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur.

Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu isə əsla isbat edə bilmərik. Bu hisslər çox yaxşı "süni" bir qaynaqdan da gələ bilərlər.

Bunu belə bir örnəklə zehinimizdə canlandıra bilərik:

Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də bunun yanına, hər cür elektrik siqnalının çıxarıla bildiyi bir kompüter yerləşdirək. Sonra, hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdə çıxaraq və yazaq. Bu kompüteri elektrik kabelləriylə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (bir başqa deyimlə "siz"), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq.

Bu kompüterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik şəklindəki qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturmaqda olan bir iş adamı sanacaq. Kompüterdən gələn məlumatlar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beynin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımlı məlumatların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn bir qeyd cihazından ya da daha fərqli bir qəbul qaynağından gələ bilər.

Məşhur elm fəlsəfəçisi Bertrand Russell bu mövzuda bunları söyləyir:

Barmaqlarımızla masaya vurduğumuz zamanki toxunma duyğusuna gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, bu masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, bir başqa yolla ortaya çıxmış olsaydı, heç masa olmamasına baxmayaraq eyni şeyi hiss edəcəkdik. 20

Görüldüyü kimi maddi qarşılıqları olmayan hissləri həqiqət sanaraq aldanmamız çox asandır. Necə ki bu gerçəyi yuxularımızda tez-tez yaşayarıq. Yuxuda tamamilə həqiqət kimi dayanan hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma hamısı bir qəbuldan başqa bir şey deyil. Yuxu ilə "həqiqət dünya" arasında isə təməl bir fərq yoxdur; hər ikisi də zehində yaşanar.


Hiss Edən Kimdir?

Bura qədər aydın olacağı kimi, içində yaşadığımızı sandığımız və "xarici dünya" adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar həqiqətdə bir duyğu isə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız ya da başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir duyğu olmalıdır.

Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyə qədər olan izahatımıza uyğun olaraq beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali bir gözümüz və də xəyali bir beynimiz. Yuxu əsnasında bizə "harada görürsən?" kimi bir sual gəlsə verəcəyimiz cavab "beynimdə görürəm" olacaq. Amma ortada həqiqət bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin vardır. Yuxunuzdakı görünüşü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha "kənarda" olan bir varlıqdır.

Yuxudakı mühitlə həqiqət həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə həqiqət həyat dediyimiz mühitdə, "harada görürsən?" sualı soruşulduğunda da üstdəki nümunədəki kimi "beynimdə" cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və duyan iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyil.

Beyni analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir vəsait çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

R. L. Gregory beynin içində görünüşün qəbul edilməsi ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirməkdədir:

Gözlərin beyində şəkillər meydana gətirdiyini söyləməyə istiqamətli bir meyl söz mövzusudur, lakin bundan qaçınmaq lazımdır. Beyində bir şəkil meydana gəldiyi söylənsə bunu görməsi üçün içdə bir göz daha olması lazımdır -lakin bu gözün şəkilini görə bilmək üçün bir gözə daha ehtiyac olacaq,... və bu da sonsuz bir göz və şəkil olması mənasını verər. Bu mümkün ola bilməz. 21

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl nöqtə burasıdır: Görən, gördüyünü qəbul edən və reaksiya verən "içdəki göz" kimə aiddir?

Karl Pribram da elm və fəlsəfə dünyasında, beynin şərhini hiss edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa diqqət çəkmişdir:

Yunanlılardan bəri, filosoflar "maşının içindəki xəyalət", "kiçik insanın içindəki kiçik insan", vs. üzərinə düşünüb dayanmışdırlar. Mən -beyni istifadə edən varlıq- haradadır? Əsl bilməyi reallaşdıran kimdir? Assisili Əziz Francisin də söyləmiş olduğu kimi: "Axtardığımız şey baxanın nə olduğudur. "22

İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca önünüzdəki bütün görünüşlər beyninizin içində görülməkdədir. Yaxşı bu görünüşləri atomlarmı görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qisimi bu xüsusiyyətləri qazanmış da, digərləri qazana bilməmişdir?... Düşünməmiz, qavramamız, xatırlamamız, sevinməmiz, kədərlənməmiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə axtarışının bir mənasının olmadığını görərik. Açıqdır ki, görən, eşidən və hiss edən varlıq, maddə kənarında bir varlıqdır. Yaxşı bu görünüşləri beyninizin içində görən kimdir? Beyninizin içində, bir gözə ehtiyac duymadan bu kitabın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?


Bax bu varlıq "ruh"dur.

"Maddi dünya" dediyimiz hisslər bütünü, bax bu ruh tərəfindən seyr edilən bir xəyaldır. Necə yuxumuzda sahib olduğumuz bədənimizin və yuxumuzda gördüyümüz maddi dünyanın bir həqiqəti yoxdursa, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi bir həqiqətinin olub olmadığını əsla bilmərik.

Bizim maddə hesab etdiyimiz hər şey, yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını -və bunların arasındakı kimyəvi reaksiyalar- deyil, bir "ruh"dur.
Həqiqi Mütləq Varlıq

Bütün bu həqiqətlər, bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey həqiqətdə ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir?...

Bu suala cavab verərkən diqqət yetirilməsi lazım olan həqiqət budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu(hiss) olduğuna görə, "süni" bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televiziya ekranında görünüşün davam edə bilməsi üçün, yayımın da sürəkli davam etməsi kimidir.

Yaxşı bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir?

Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir.

O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.

Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağıyla varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə,(hər an) tutub saxlayır, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır!(Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər). (Fatir Surəsi, 41)
Daha əvvəl də ifadə etdiyimiz kimi, insanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göylərdə bir yerlərdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin "xaricində" bir yerlərdə olduğu şəklindədir.

Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Həqiqət mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görün varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin "xaricində" olması kimi bir şey söz mövzusu ola bilməz. Allah "hər yerdə"dir və hər yeri örtməkdədir. Bu həqiqət Quranda belə açıqlanar:
Allahdan başqa tanrı yoxdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər(onu yuxulama və mürgüləmə tutmaz). Göylərdə və yerdə nə varsa hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir (Onun üçün heç bir şey gizli deyil). Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur. (Bəqərə Surəsi, 255)
Allahın məkandan münəzzəh olduğu və hər yeri ətraflı əhatə etdiyi gerçəyi bir başqa ayədə də belə ifadə edilməkdədir:
Şərq də, Qərb də Allahındır: Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və o, hər şeyi biləndir! (Bəqərə Surəsi, 115)
Maddi varlıqlar bir duyğu olduqlarına görə Allahı görə bilməzlər, amma Allah, öz yaratdığı maddəni hər şəkliylə görər. Quranda "Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır." (Ən'am Surəsi, 103) deyilərək bu həqiqət xəbər verilməkdədir.

Yəni biz Allahın varlığını gözlərimizlə duya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Ondan xəbərsiz biz tək bir söz belə söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik.

"Xarici dünya" sandığımız hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən də, bizə ən yaxın olan varlıq, hər hansı bir duyğu deyil, Allahın Özüdür. Quranda yerləşən "And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq" (Qaf Surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin "maddə"dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli gerçəyi qavraya bilməz. Çünki məsələn "özü" zənn etdiyi yer beynidirsə, çölü olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən bir uzaqlıqda olar. Amma maddə deyə bir şeyin var olmadığını, hər şeyin xəyal olduğunu qavradığında, artıq çölü, içərisi, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah onu ətraflı əhatə etmişdir və ona "sonsuz yaxın"dır.

Allah insanlara "sonsuz yaxın" olduğunu, "Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara çox yaxınam..." (Bəqərə Surəsi, 186) ayəsi ilə də bildirir Bir başqa ayədə keçən, "...Rəbbin (öz elmi və qüdrəti ilə) insanları ehtiva (ətraflı əhatə) etmişdir" (İsra Surəsi, 60) ifadəsi də yenə eyni gerçəyi xəbər verər.

İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu sanaraq yanılar. Halbuki Allah bizə, özümüzdən belə daha yaxındır. "Can boğaza yetişdiyi (birinin ölümü gəlib çatdığı) zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq amma siz (bunu) görmürsünüz!" ( Vaqiə Surəsi, 83-85) ayəsiylə də bu gerçəyə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.

Başqa yandan, bir görüntüdən başqa bir şey olmayan insanın, Allahdan asılı olmayan bir güc və iradəyə sahib olması da mümkün deyil. Necə ki " Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır" (Saffat Surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın idarəsi altında reallaşdığını göstərir. Quranda bu həqiqət bildirilməkdə və "... atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal Surəsi, 17) ayəsiylə, hər bir hərəkətin Allahdan asılı olduğu vurğulanmaqdadır. İnsan kölgə varlıq olduğu üçün atma hərəkətini edən özü ola bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verməkdədir. Həqiqətdə isə bütün hərəkətləri reallaşdıran Allahdır. Bu vəziyyətdə adamın etdiyi işləri özünə aid hərəkətlər olaraq qəbul etməsi, açıqca özünü aldatmasıdır.

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq sanmağa davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz.





Sahib olduğumuz Hər şey Əslində Xəyaldır...

Açıqca görüldüyü kimi, gördüyümüz görüntülərin maddi bir həqiqətə sahib olmadığı, Allahın davamlı ruhumuza göstərdiyi görütülər bütünü olduğu elmi və məntiqi bir həqiqətdir. Nə var ki, insanlar ümumiyyətlə "xarici dünya" anlayışının içinə hər şeyi daxil etməzlər, ya da etmək istəməzlər.

Bu mövzuda bir az səmimi və cəsur düşünəcək olsanız, evinizin, içindəki əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu "xəyali xarici dünya"ya daxil olduğu gerçəyinin fərqinə vararsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz qısacası beş duyğunuzla qəbul etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir; ən sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn bir ətir, sizi istilədən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin xaricində uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən sürət mühərriki, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz...

Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görüntülər bütünüdür. İnsanlar qısa həyatları boyunca, əslinə heç bir zaman çata bilməyəcəkləri hisslərlə sınanarlar. Bu hisslər isə, xüsusilə bəzəkli və cazibədar göstərilər. Bu həqiqət, Quranda belə xəbər verilməkdədir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.Lakin bütün bunlar dünya həyatının zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran Surəsi, 14)
İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, dollarların, ləl-cəvahiratların, daşıdıqları hesab pulqabılarının, kredit kartlarının, istifadə etdikləri şkaflar dolusu paltarların, son model avtomobillərin, qısacası hər cür zənginliyin sehri ilə dinlərini bir kənara buraxar, axirəti unudar və yalnız dünyaya yönələrlər. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", "yetişdirməm lazım olan işlər var", "irəlidə edəcəyəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc təmin edəcəkləri ibadətlərə yönəlməzlər. Əksinə yalnız dünyada qazanc təmin etməyə çalışaraq ömürlərini istehlak edərlər. "Onlar, dünya həyatının zahirini (xaricdə olanını) bilərlər, axirətdən isə xəbərsizdirlər" (Rum Surəsi, 7) ayəsində tam olaraq bu yanılma təsvir edilir.

Kitabın bu hissəsində izah etdiyimiz həqiqət, yəni hər şeyin bir görünüş olduğu gerçəyi isə, bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox əhəmiyyətlidir. Çünki bu gerçəyin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, ehtirasla sahib olduqları mülklərinin, varlıqlarıyla öyündükləri uşaqlarının, özlərinə ən yaxın sandıqları yoldaşlarının, dostlarının, ən sevdikləri bədənlərinin, bir üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin bir xəyaldan ibarət olduğunu göstərməkdədir. Bu vəziyyətdə bunlar adına edilən ehtiraslar, keçirilən zamanlar, xərclənən səylər də boşunadır.

O halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, "yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, köşkləriylə, əraziləriylə" sanki bunlar həqiqətən varmışcasına öyündükləri zaman kiçik düşməkdədirlər. Yaxtalarında "qürurlanaraq" gəzən zənginlər, yoldaşlarına avtomobilləriylə göstəriş edənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla göstəriş etdiklərini sananlar, əslində bir xəyal ilə göstəriş etdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların bənzərlərini yuxularında da tez-tez görərlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, son dərəcə qiymətli ləl-cəvahiratları, topa-topa dollarları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxularında da yüksək bir mövqedə olarlar, minlərlə adamın işlədiyi fabrikləri olar, bir çox insana hökm edə biləcək bir gücləri olar, hər kəsin heyran qaldığı paltarlar geyərlər... Ancaq necə yuxuda sahib olduqları ilə öyünmək onları komik vəziyyətə salırsa, eyni şəkildə bu dünyada əlaqədə olduqları görüntü ilə öyünmək də buna ekvivalentdir. Yuxularında gördükləri də, bu dünyada əlaqədə olduqları da nəticədə zehinlərindəki bir görüntüdən ibarətdir.

Bunun kimi dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, gerçəyi anladıqlarında insanları utandıracaq. Özünü itirmiş şəkildə döyüşənlər, qışqırıb çağıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb söyənlər, gözü dönmüş təcavüzkarlar, içləri vəzifə ehtirası ilə dolu olanlar, həsəd edənlər, göstəriş etməyə çalışanlar, özlərini ucaltmaq üçün çalışanlar və digərləri, bir xəyal içində bunları etdiklərini fərq etdiklərində rəzil olacaqlar.

Bilinməlidir ki, "dünya" dediyimiz görüntüləri yaradan Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqət sahibi də yalnız Allahdır. Necə ki bu həqiqət Quranda xüsusilə vurğulanar:
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə