Zamansizliq və QƏDƏr gerçƏYİ


Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki,(şüuruna çatmazlar ki) əslində özlərini aldadırlar. (Bəqərə Surəsi, 9)



Yüklə 0,56 Mb.
səhifə5/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
1   2   3   4   5   6   7

Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki,(şüuruna çatmazlar ki) əslində özlərini aldadırlar. (Bəqərə Surəsi, 9)

İnkarçılar özlərincə tələ qurmağa cəhd edərlərkən ayədəki "bilmirlər ki" ("şüuruna çatmazlar") ifadəsiylə açıqlandığı kimi, çox əhəmiyyətli bir gerçəyi fərq edə bilməmişlər: Yaşadıqları bütün hadisələrin onlara hiss etdirilən bir xəyal olduğu və işlədikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində əmələ gələn bir görünüşdən ibarət olduğu gerçəyini... Bu qavrayışsızlıqları səbəbiylə də, Allah ilə tək olduqlarını unudaraq öz özlərini hiyləli bir tələyə salmışlar.

Hər dövrdə olduğu kimi bu dövrdə də Allah inkarçıların bütün hiyləli tələlərini təməlindən yıxacaq bir həqiqətlə onları üz-üzə gətirmişdir. Allah "...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!" (Nisa Surəsi, 76) ayəsiylə, bu tələlərin daha ilk qurulduqları anda nəticələrinin hüsran olacağını da xəbər vermişdir. Və möminləri də "onların hiyləsi sizə heç bir zərər yetirməz" (Ali-İmran Surəsi, 120) ayəsiylə müjdələmişdir.

Allah bir başqa ayəsində inkar edənlərin aldanışlarını belə bildirər: "Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar... " (Nur Surəsi, 39) Materializm fəlsəfəsi də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər üçün bir "ilğım" meydana gətirər; ona güvənərək əllərini uzatdıqlarında, hər şeyin bir xəyaldan ibarət olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, bütün bu hisslər bütününü var kimi göstərmişdir. "Böyük" insanlar, professorlar, astronomlar, bioloqlar, fizikaçılar, ünvanları, mövqeləri hər nə olursa olsun maddəni özlərinə ilah etmələri səbəbiylə bu oyuna gəlmişlər, bir uşaq kimi aldanmış və kiçik düşmüşlər. Bir hisslər bütününü mütləq sanaraq onun üzərinə fəlsəfələrini, ideologiyalarını qurmuşlar, haqqında ciddi müzakirələrə girmişlər, sözdə "intellektual" izahatlar istifadə etmişlər. Bütün bunlardan ötəri də özlərini çox ağıllı saymışlar, kainatın gerçəyi haqqında fikir irəli sürə biləcəklərini düşünmüşlər və ən əhəmiyyətlisi öz məhdud ağıllarıyla Allahı şərh edə biləcəklərini sanmışlar. Allah, onların içinə düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirər:
Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir. (Ali-İmran Surəsi 54)
Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər; ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla bir qurtuluş imkanları qalmamışdır. Nə edərlərsə etsinlər, kimə müraciət edirlərsə etsinlər, özlərini qurtaracaq, Allahdan başqa bir köməkçi tapmaları da mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi, "... Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!" (Nisa Surəsi, 173)

Materialistlər belə bir tələyə düşəcəklərini heç gözləmirdilər. 20-ci əsrin bütün imkanları əllərindəykən rahatca inkarda dirəşə biləcəklərini və insanları da inkara sürüyə biləcəklərini sanırdılar. Allah inkarçıların tarix boyunca daşıdıqları bu zehniyyəti və uğradıqları sonu Quranda belə xəbər vermişdir:
Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (anlamadan) hiylələrinin cəzasını verdik. Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını (birliklərini) da büsbütün yox etdik. (Nəml Surəsi, 50-51)
Ayələrdə izah edilən gerçəyin bir mənası da budur: Materialistlərə sahib olduqları hər şeyin bir xəyaldan ibarət olduğu açıqlanmış, yəni əllərindəki hər şey topluca yox edilmişdir. Və onlar, var zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, yoldaşlarının, dostlarının, vəzifələrinin, hətta öz bədənlərinin əllərinin arasından itib getdiyinə şahidlik edərkən, bir mənada "yox olmuşlar". Maddə olmaqdan çıxmış artıq bir ruh halına gəlmişlər.

Şübhəsiz bu gerçəyin fərqinə varmaq materialistlər üçün ola biləcək ən dəhşət verici hadisədir. Çünki sahib olduqları hər şeyin bir xəyaldan ibarət olması, öz təbirləri ilə onlar üçün hələ dünyadaykən, "ölmədən bir ölüm" hökmündədir.

Bu həqiqətlə birlikdə, bir Allah, bir də özləri qalmışdır. Necə ki, Allah, "Məni Öz yaratdığım kimsə ilə tək burax!" (Muddəssir Surəsi, 11) ayəsiylə, hər insanın Allahın qatında əslində tək-tənha olduğu gerçəyinə diqqət çəkmişdir. Bu fövqəladə həqiqət daha bir çox ayə ilə xəbər verilmişdir:
Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha., özü də sizə verdiyimizi (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz... (Ən'am Surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna (tək-tənha) gələcəklər. (Məryəm Surəsi, 95)
Bu ayələrdə izah edilən gerçəyin bir mənası da budur: Maddəni özlərinə ilah edənlər, Allahdan gəlmiş və yenə Ona dönmüşlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hesab gününü gözləməkdədirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcəklər. Hər nə qədər anlamaq istəməsələr də...
Nəticə

Bura qədər izah etdiyimiz mövzu, həyatınız boyunca sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın həqiqətdə bir "görüntülər bütünü" olduğunu isbat edən bu mövzu, Allahın varlığının və yaradışının qavranmasının, Onun yeganə mütləq varlıq olduğunun başa düşülməsinin açarıdır.

Bu mövzunu anlayan insan, dünyanın, insanların çoxunun sandığı kimi bir yer olmadığını fərqinə varar. Dünya, prospektlərdə məqsədsiz olaraq gəzənlərin, çayxanalarda dava salanların, lüks kafelərdə bir-birlərinə göstəriş edənlərin, mallarıyla öyünənlərin, həyatlarını boş məqsədlərə həsr edənlərin sandığı kimi həqiqətdə var olan, mütləq bir yer deyil. Yalnız hisslər bütünü, bir xəyaldır. Saydığımız insanların hamısı da, bu hissləri zehinlərinin içində seyr edən bir kölgə varlıqdır, amma bunun şüurunda deyildirlər.

Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni ən təməlindən çökdürür. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşitdiklərində çaxnaşmaya qapılmaları, hirslənmələri, yandaşlarını "əsla düşünməyin" deyə xəbərdar etmələri buna görədir. Əslində bu kəslər, hisslərin beyində meydana gəldiyi gerçəyini belə qavraya bilməyəcək qədər böyük bir ağıl çatışmazlığı içindədirlər. Beyinlərinin içində seyr etdikləri dünyanı "xarici dünya" sanmaqda, bunun əksini göstərən açıq-aşkar dəlilləri isə heç cür anlaya bilməməkdədirlər.

Bu qəflət, Allahın inkarçılara vermiş olduğu ağıl əskikliyinin bir nəticəsidir. Çünki Quranda bildirildiyinə görə, inkarçıların "…qəlbləri vardır lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar, gözləri vardır onunla (Allahın möcüzələrini) görməzlər, qulaqları vardır lakin onunla (öyüd nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Ə'raf Surəsi, 179)

Bu nöqtədən daha sonrasını, öz səmimi düşüncənizi istifadə edərək də tapa bilərsiniz. Bunun üçün, diqqətinizi cəmləməniz, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünməniz lazımdır. Əgər diqqətlicə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və bu anda bu kitabı oxuyan ağıllı varlığın, yalnız bir ruh olduğunu və sanki bir növ pərdə üzərində "maddə" deyilən hissləri seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan, insanlığın böyük hissəsini aldadan maddi dünya ölçüsündən uzaqlaşıb, həqiqət varlıq ölçüsünə girmiş olar.

Haqqında danışdığımız həqiqət, tarix boyunca bəzi dindarlar ya da fəlsəfəçilər tərəfindən qavranılmışdır. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Məscid kimi İslam alimləri bu gerçəyi Quranın işarələriylə və ağıl yoluyla tapmışlar. Corc Berkeley kimi bəzi Qərbli fəlsəfəçilər də eyni gerçəyi ağıl yoluyla qavramışlar. İmam Rəbbani, bütün maddi kainatın bir "xəyal və vəhim (hiss)" olduğunu və tək mütləq varlığın da Allah olduğunu Məktubatında belə izah etmişdir:

Allah... yaratdığı varlıqların bədənlərini yoxluqdan başqa bir şey etmədi... Bütün bunları, xəyal və vəhim (hiss) dərəcəsində yaratdı... Aləmin varlığı hiss və vəhim dərəcəsində olub, maddi dərəcədə deyil... Həqiqət mənada çöldə (xarici dünyada) Uca Şəxsdən (Allahdan) başqası yoxdur. (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür. )29

İmam Rəbbani insanın qarşılıqlı əlaqədə olduğu bütün görünüşlərin bir xəyaldan ibarət olduğunu, "çöldə" bir əslinin olmadığını da açıqca ifadə etmişdir:

O mövhum dairə, xəyalda rəsm edilər. O təsvir edildiyi mərtəbədə də görülər. Amma xəyal gözü ilə. Lakin çöldə baş gözü ilə görüldüyü sanılar. Nə var ki, vəziyyət elə deyil. Çöldə onun nə adı vardır nə də izi. Bəli belə bir vəziyyət yoxdur ki, orada görülsün. Aynaya əks olunan bir adamın üzü belə, bu şəkil üzrədir. Çünki onun çöldə bir sabitliyi yoxdur. Əlbəttə onun sabitliyi və görünüşü: Hər ikisi birdən XƏYALDADIR. Ən yaxşı bilən Sübhan Allahdır. (İfadələr Türkcələşdirilmiş izahdan götürülmüşdür. )30

Mövlana Məscid də Quranın işarələri və ağıl yoluyla tapdığı bu heyrət verici gerçəyi "kainatda nə varsa hamısı vəhim və xəyaldır. Ya aynalardakı əkslərdir, ya da kölgələr kimidir" deyərək dilə gətirmişdir.

Ancaq bu gerçəyi qavrayanların sayı tarix boyunca həmişə məhdud qalmışdır. İmam Rəbbani kimi böyük alimlər, bu gerçəyin kütlələrə izah edilməsinin təhlükəli ola biləcəyini, çoxu insanın bunu anlaya bilməyəcəyini yazmışlar.

İçində yaşadığımız çağda isə, söz mövzusu həqiqət, elmin ortaya qoyduğu dəlillərlə açıqlanar hala gəlmişdir. Kainatın bir kölgə varlıq olduğu gerçəyi, dünya tarixində ilk dəfə bu cür konkret, açıq və aydın bir şəkildə izah edilməkdədir.

Bu səbəblə 21-ci əsr, insanların geniş şəkildə İlahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha hamılıqla yönələcəkləri bir tarixi dönüş nöqtəsi olacaq. 21-ci əsrdə, 19-cu əsrin materialist inancları tarixin zibilliyinə atılacaq, Allahın varlığı və yaradılışı qavranacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər aydın olacaq, insanlıq əsrlərdir gözünün önünə çəkilən pərdələrdən, aldatmacalardan və batil inanışlardan xilas olacaq. Bu qaçınılmaz gedişin heç bir kölgə varlıq tərəfindən dayandırılması da mümkün deyil...


HİSSƏ 3

ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQIQƏTI

Bu nöqtəyə qədər izah etdiklərimizlə birlikdə, həqiqətdə "üç ölçülü bir məkan"ın var olmadığı, bunun tamamilə hisslərdən qaynaqlanan bir ön fikir olduğu və bütün həyatın "məkansızlıq" içində sürdüyü qətilik qazanmaqdadır. Bunun əksini iddia etmək, ağıldan və elmilikdən uzaq bir batil inanc olacaq. Çünki fiziki bir dünyanın varlığına dair əldə etibarlı heç bir dəlil yoxdur.

Bu vəziyyət, təkamül nəzəriyyəsinin də təməlini meydana gətirən materialist fəlsəfənin birinci fərziyyəsini çürüdür. Bu fərziyyə, maddənin mütləq və sonsuz olduğunu iddia edir. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə, zamanın mütləq və sonsuz olduğudur ki, bu da digəri qədər batil bir inancdır.
Zaman Hissi

Zaman dediyimiz hiss, əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir örnəklə açıqlaya bilərik. Bir cisimə vurduğumuzda bundan müəyyən bir səs çıxar. Eyni cisimə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. Adam, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehinindəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan bir məlumatdır. Adam, yaddaşında olanı, yaşamaqda olduğu anla müqayisə edərək zaman hissini əldə edər. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.

Eyni şəkildə adam, bir otağa qapısından girib sonra da otağının ortasındakı bir kresloya oturan bir insanı gördüyündə, müqayisə edər. Gördüyü insan kresloya oturduğu anda, onun qapını açması, otağının ortasına doğru getməsi ilə əlaqədar görünüşlər, yalnız beyində iştirak edən bir məlumatdır. Zaman hissi, kresloya oturmaqda olan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxar.

Məşhur fizikaçı Julian Barbour, zamanın tərifini belə verməkdədir:

Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir rəqqas yellənər, saatın qolları irəliləyər. 13

Qısacası zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə aparılmasıyla var olmaqdadır. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısilə zaman hissi də meydana gəlməz. Bir insanın "mən otuz yaşımdayam" deməsinin səbəbi, beynində söz mövzusu otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, ardında belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə həmsöhbət olacaq.
Zamansızlığın elmi izahatı

Zamanın, hərəkət edən cisimlər və meydana gələn dəyişmələr arasında etdiyimiz müəyyən bir sıralamadan doğan bir anlayış olduğu gerçəyi, bu gün elmi olaraq da qəbul edilmişdir. Bu mövzuda görüş ifadə edən fikir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı şərh etməyə çalışaq.

The End of Time (Zamanın Sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqındakı şərhləri ilə elm dünyasında böyük əks-səda yaradan fizikaçı Julian Barbour, zamanın bir hiss olmasının, bir çox insan üçün qəbul edilməsi çətin bir həqiqət olduğunu ifadə etməkdədir. Discover jurnalında, Barbour ilə aparılan bir reportajda zaman hissi üçün bu şərhlər verilməktədir:

"Mən hələ qəbul etməkdə çətinlik çəkirəm" deyir (Barbour). Ancaq, sağlam fikirlilik kainatı anlamaq üçün heç bir zaman etibarlı bir yol göstərici olmadı-Kopernikin Günəşin Dünya ətrafında dönmədiyini ilk söylədiyi andan bəri fizikaçılar hisslərimizi çaşdırdılar. Hər şeyə baxmayaraq, Dünya 67,000 mil/saat sürət ilə boşluqda dönərkən ən kiçik bir hərəkət belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin, "Düz Dünya Cəmiyyəti"nin (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir. "*32

Yuxarıda da görüldüyü kimi, məşhur fizikaçı Barbour, zamanın mütləq olduğuna dair sahib olduğumuz inancın batil olduğunu ifadə etməkdədir. Və indiki vaxtda fizika sahəsindəki araşdırmalar bu gerçəyi açıqca göstərməkdədir. Zaman mütləq deyil, meydana gələn hadisələrə görə fərqli qəbul edilən nisbi bir anlayışdır.

Nobel mükafatlı məşhur genetika professoru və fikir adamı François Jacob isə, Mümkünlərin Oyunu adlı kitabında zamanın geriyə axışı ilə əlaqədar bunları söyləyir:

Tərsindən göstərilən filmlər, zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini düşünməyimizə imkan verməkdədir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya; işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çəkiliş mərkəzinin) içində toplanmaq üzrə divarlardan çıxacağı bir dünya; saysız damlacıqların heyrət verici ahəngiylə suyun xaricinə doğru atılan bir daşın bir insanın ovucuna qonmaq üçün bir əyri boyunca tullanacağı bir dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eyni şəkildə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya tam olaraq bizə göründüyü kimi görünəcək. 33

Beynimiz müəyyən bir sıralama üsuluna alışdığı üçün bu anda dünya üstdə izah edildiyi kimi işləməməkdə və zamanın həmişə irəli axdığını düşünməkdəyik. Halbuki bu, beynimizin içində verilən bir qərardır və dolayısilə tamamilə nisbidir. Həqiqətdə zamanın necə axdığını ya da axıb axmadığını əsla bilmərik. Bu da zamanın mütləq bir həqiqət olmadığını, yalnız bir hiss forması olduğunu göstərir.

Zamanın bir hiss olduğu, 20-ci əsrin ən böyük fizikaçısı sayılan Eynşteynin ortaya qoyduğu Ümumi Nisbilik nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett, Kainat və Eynşteyn adlı kitabında bu mövzuda bunları yazar:

Tam kosmosla birlikdə Eynşteyn, sonsuz keçmişdən sonsuz gələcəyə axan çaşmaz və dəyişməz bir universal zaman anlayışını da bir tərəfə buraxdı. Nisbilik nəzəriyyəsini çevrələyən anlaşılmazlığın böyük hissəsi, insanların zaman duyğusunun da rəng duyğusu kimi bir hiss forması olduğunu qəbul etmək istəməyişindən doğulur... Necə kosmos maddi varlıqların ehtimali bir sırası isə, zaman da hadisələrin ehtimali bir sırasıdır. Zamanın öznəlliyini ən yaxşı Eynşteynin sözləri açıqlayar: "Fərdin həyatları bizə bir hadisələr silsiləsi içində təşkil edilmiş görünür. Bu silsilədən xatırladığımız hadisələr 'daha əvvəl' və 'daha sonra' ölçüsünə görə sıralanmış kimidir. Bu səbəblə fərd üçün bir mən-zamanı, ya da öznəl zaman vardır. Bu zaman öz içində ölçülə bilməz. Hadisələrlə ədədlər arasında elə bir əlaqə qura bilərəm ki, böyük bir ədəd əvvəlki bir hadisə ilə deyil də, sonrakı bir hadisələ əlaqədar olar. 34

Eynşteyn, Barnettin ifadələriylə, "kosmos və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. Ümumi Nisbilik nəzəriyyəsinə görə "zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil bir varlığı yoxdur. "35

Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır.

Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişər. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii bir saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi "rəngi fərqləndirəcək bir göz yoxdursa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca bir an, bir saat ya da bir gün heç bir şey deyil. "36

Zamanın nisbiliyi, yuxuda çox açıq bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar sürmüş kimi hiss etsək də, həqiqətdə hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.

Mövzunu bir az daha açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş tək pəncərəli bir otaqda oturub, burada müəyyən bir müddət keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görə biləcəyimiz bir də saat olsun. Eyni zamanda otağının pəncərəsindən günəşin müəyyən aralıqlarla doğulub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra, o otaqda nə qədər qaldığımız soruşulduğunda verəcəyimiz cavab; həm zaman-zaman saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğulub batdığına bağlı olaraq etdiyimiz hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablarıq. Amma əgər bizi bu otağa qoyan adam bizə gəlib də, "əslində sən bu otaqda iki gün qaldın" desə və pəncərədə gördüyümüz günəşin əslində süni olaraq yaradıldığını, otaqdakı saatın da xüsusilə sürətli işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası qalmaz.

Bu nümunə də göstərməkdədir ki, zamanın axış sürətiylə əlaqədar məlumatımız, yalnız qəbul edənə görə dəyişən istinadlara söykənməkdədir.

Zamanın nisbiliyi, elmi üsulla da ortaya qoyulmuş konkret bir həqiqətdir. Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi ortaya qoymaqdadır ki, zamanın sürəti, bir cisimin sürətinə və çəkiliş mərkəzinə uzaqlığına görə dəyişməkdədir. Sürət artdıqca zaman qısalmaqda, sıxışmaqda; daha ağır daha, yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşmaqdadır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşdakı əkizlərdən biri Yerdə qalarkən, digəri işıq sürətinə yaxın bir sürət ilə kosmos səyahətinə çıxar. Kosmosa çıxan şəxs, geri döndüyündə əkiz bacısını özündən çox daha yaşlı tapacaq. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni nümunə bir ata və oğul üçün də düşünülə bilər; "əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya döndüyündə oğul 33 yaşında, ata isə 30 yaşında olacaq. "37

Zamanın nisbi olması, saatların yavaşlaması və ya sürətlənməsindən deyil; bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insan bədənindəki ürək atışları, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi əməliyyatlar daha ağır işləməkdədir. Adam zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirər.
Quranda nisbilik

Müasir elmin bu tapıntılarının bizə göstərdiyi nəticə, zamanın materialistlərin sandığı kimi mütləq bir həqiqət deyil, nisbi bir hiss oluşudur. İşin maraqlı yanı isə, 20-ci əsrə qədər elmin fərqində olmadığı bu gerçəyin, bundan 14 əsr əvvəl endirilmiş olan Quranda bildirilməsidir. Quran ayələrində, zamanın nisbi bir anlayış olduğunu göstərən şərhlər vardır.

Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji bir qəbul olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli qəbul edilə bildiyi gerçəyini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn bir insanın bütün həyatı, Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükr edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, çox az qaldınız! (İsra Surəsi, 52)
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə