Zamansizliq və QƏDƏr gerçƏYİ


gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı qiyamət günü onlar bir-birilərini tanıyacaqlar… (Yunus Surəsi, 45)



Yüklə 0,56 Mb.
səhifə6/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
1   2   3   4   5   6   7

... gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı qiyamət günü onlar bir-birilərini tanıyacaqlar… (Yunus Surəsi, 45)
Bəzi ayələrdə, insanların zaman hisslərinin fərqli olduğuna, insanın həqiqətdə çox qısa olan bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyinə işarə edilir. İnsanların axirətdəki sorğuları əsnasında keçən aşağıdakı danışmalar bunun bir nümunəsidir:
Belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar:"Bir gün, yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız!" . (Mu'minun Surəsi, 112-114)
Başqa bəzi ayələrdə də, zamanın fərqli mühitlərdə fərqli bir axış sürətiylə axdığı bildirilər:
... Rəbbinin qatında bir gün, sizin saydıqlarınızın min ili kimidir. (Həcc Surəsi, 47)
Mələklər və Ruh (Cəbrayıl), onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona yüksələr. (Səcdə Surəsi, 5)
Bu ayələr, zamanın nisbiliyinin çox açıq bir ifadəsidir. Elm tərəfindən 20-ci əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilmiş olması isə, əlbəttə, Quranın zamanı və məkanı tamamilə bürüyüb əhatə edən Allahın endirdiyinin bir dəlilidir.

Quranın daha bir çox ayəsində istifadə edilən üslub açıqca zamanın bir hiss olduğunu ortaya qoymaqdadır. Xüsusilə də hekayələrdə bu izahatı görmək mümkündür. Məsələn, Allah Quranda bəhs edilən mömin bir birlik olan Əshabi-Kəhfi üç əsri aşan bir müddət dərin bir yuxu halında tutmuşdur. Daha sonra oyandırdığında isə bu kəslər zaman olaraq çox az bir müddət qaldıqlarını düşünmüşlər, nə qədər yatdıqlarını təxmin edə bilməmişlər:
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf Surəsi, 11-12)
Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə oyatdıq. Onların biri dedi: "nə qədər qaldınız?" Onlar: "Bir gün ya da bir gündən də az!" deyə cavab verdilər... (Kəhf Surəsi, 19)

Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji bir hissiyyat olduğunun əhəmiyyətli bir dəlilidir.
Yaxud damları çökmüş divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvəlatını eşitmədinmi? O şəxs: "Əcəba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" demişdi. Belə olduqda Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" deyə soruşdu. O da bir gün ya da bir gündən daha az" deyə cavab verdi. Allah ona: "Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?" deyə buyurdu. O şəxsə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər şeyə qadirdir!" dedi. (Bəqərə Surəsi, 259)
Görüldüyü kimi bu ayə zamanı yaradan Allahın zamandan münəzzəh olduğunu açıqca vurğulamaqdadır. İnsan isə Allahın özü üçün təqdir etdiyi zamana bağlıdır. Ayədə görüldüyü kimi insan nə qədər yuxuda qaldığını belə bilməkdən acizdir. Belə bir vəziyyətdə (materialistlərin əyri məntiqində olduğu kimi) zamanın mütləq olduğunu iddia etmək, son dərəcə ağıldan kənar olacaq.
Zamanın nisbiliyi, tale həqqətini – alın yazısını da açıqlayır

Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi, zaman qəbula dəyişənlik göstərən, sabit olmayan bir anlayışdır. Məsələn bizim üçün milyardlarla il davam edən bir zaman hissəsi, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür.

Bu həqiqətin bilinməsi, tale mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki tale, Allahın keçmiş və gələcək bütün hadisələri "tək bir an" içində yaratmış olmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların əhəmiyyətli bir hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və tale həqiqətini heç cür qavraya bilməzlər. Halbuki "yaşanmamış hadisələr" bizim aspektimizdən yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdiririk və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmərik. Allah, dünyadakı imtahan mühitinin gərəyi kimi "gələcək" olaraq adlandırdığımız hadisələri yaddaşımıza vermədiyi üçün, gələcəkdə nə olacağını da bilmərik. Allah isə zamana və məkana bağlı deyil, zatən bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləməz. Zatən bir hadisənin başı da sonu da Onun qatında tək bir anda yaşanar. Məsələn Fironun necə bir sona uğradığını Allah daha Hz. Musanı Firona göndərmədən. Hz. Musa daha doğulmadan, hətta Misir dövləti daha qurulmadan əvvəl bilib və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir an olaraq yaşanmışdır. Ayrıca Allah üçün keçmişi xatırlama deyə bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daim qarşısındadır., hamısı eyni anda mövcuddur.

Bir insan bütün həyatını bir kino lenti olaraq düşünsə, biz bu lenti video kasetdən seyr edər kimi seyr edərik və kasedi irəli çəkmək kimi bir imkanımız yoxdur. Allah isə, bu film şəridinin hamısını eyni anda görər və bilər. Zatən bu filmi bütün detallarıyla təsbit etmiş və yaratmış olan Odur. Biz necə bir cədvəlin başını, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq bürüyüb əhatə etmişdir. İnsanlar isə yalnız zamanı gəldikdə bu hadisələri yaşayıb, Allahın onlar üçün yaratdığı teleyə şahid olarlar. Bu, dünya üzərindəki bütün insanların taleləri üçün bu şəkildədir. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq olan bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın qatında hazır və yaşanmış olaraq var. Allahın sonsuz "hifzi"ndə, milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların taleyində yazılı hadisələr də heç azalmadan və ya itmədən dayanmaqdadır. Qədər həqiqəti, Allahın Hafiz (Mühafizə edən, Qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.

"Keçmiş" Anlayışı Yaddaşımızdakı Məlumatların Əsasında Meydana gəlir

Biz, bizə verilən təlqinə görə, keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edərik. Halbuki, "keçmiş" kimi bir anlayışa sahib olmamızın tək səbəbi, -daha əvvəl də ifadə etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin verilməsidir. Məsələn, ibtidai məktəbə qeyd olduğumuz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə hesab edərik. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Bu səbəblə biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr olaraq qəbul edərik. Halbuki keçmiş necə bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmərik.

Əgər Allah, gələcəklə əlaqədar hadisələri də yaddaşımıza vermiş olsaydı, o zaman gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşındakı bir insanın yaddaşında 30 illik xatirələr, hadisələr var və bu səbəblə bu insan 30 illik bir keçmişi olduğunu düşünər. Əgər bu insanın yaddaşına 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr də veriləcək olsa, o zaman 30 yaşındakı bu insan üçün həm 30 ili həm də 30 ilə 70 yaşı arasındakı "gələcəyi" keçmişi halına gəlir. Çünki, bu vəziyyətdə keçmişi də gələcəyi də yaddaşında mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görülmüş, təcrübə edilmiş hadisələr olacaq.

Ancaq Allah, bizə hadisələri müəyyən bir sıra içində, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi hiss etdirdiyi üçün, bizə gələcəyimizlə əlaqədar hadisələri bildirməz, bunların məlumatını yaddaşımıza verməz. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hifzində, bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də ifadə edildiyi kimi, bir insanın həyatını, zatən mövcud olan bir filmdən izləməsi kimidir. Film, zatən çəkilmiş və bitmişdir. Ancaq, bu filmi irəli vermə imkanı olmayan insan, kadrları tək-tək seyr etdikcə həyatını görər. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılar.
Keçmiş və Gələcək Qeyb Xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirməkdədir:
De ki: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini (qeybi) və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində Sən hökm edəcəksən!" (Zumər Surəsi, 46)
De ki: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" (Cümə Surəsi, 8)
O: " Ey Adəm, bunların adlarını onlara bildir!" dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?" (Bəqərə Surəsi, 33)
Ümumiyyətlə qeybin yalnız gələcəyə aid bilinməyən məlumatlar olduğu düşünülür, halbuki həm keçmiş həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da gələcəkdə yaşanacaq olanlar da Allah qatında saxlanılan məlumatlardır. Ancaq Allah, Öz qatında olan qeyb məlumatlarından bəzilərini insanların yaddaşlarına verərək, bunları bilinə bilən, yəni müşahidə edilə bilən hala gətirməkdədir. Məsələn Allah bəzi ayələrində keçmişə aid məlumatlar verərək, Peyğəmbərimizə bunların qeyb xəbərləri olduğunu söyləmişdir:
Bunlar Sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən aqibət müttəqilərindir! (Hud Surəsi, 49)
Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən onların yanında deyildin! (Yusuf Surəsi, 102)
Allah Peyğəmbərimizə hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn Məkkənin fəthi (Fəth Surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qalibiyyəti (Rum Surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə bildirilmişdir. Peyğəmbərimizin qiyamət əlamətləri, axir zaman kimi mövzulardakı hədisləri də, o dövr bütün insanlar üçün qeyb olan bu məlumatları, Allahın özünə öyrətdiyini göstərməkdədir. Quranda peyğəmbərlərə və digər bəzi saleh möminlərə də qeybdən xəbərlər verildiyi açıqlanmaqdadır. Məsələn Hz. Yusufa qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusuf Surəsi, 15), Hz. Musanın anasına, körpə yaşdakı oğulunun Firon zülmündən xilas olacağı və peyğəmbər olacağı vəhylə açıqlanmışdır. (Qəsəs Surəsi, 7)

Nəticə olaraq, bizim keçmiş və gələcək olaraq adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında saxlanılan qeyb xəbərləridir. Allah dilədiyi zaman dilədiyi adamın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qisimini bilinər hala gətirməkdədir. Bax müşahidə edilə bilən yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.
Taleyə Təslimiyyətin Əhəmiyyəti

Keçmiş və gələcəyin həqiqətdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olmaları bizə çox əhəmiyyətli bir gerçəyi göstərir: Hər insan qeydsiz və şərtsiz taleyinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilməzsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, nəhayət nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın yaddaşında yaşanmış olaraq var. Yalnız bunların məlumatı hələ öz yaddaşında deyil.

Bu səbəbdən başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb-çığıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzməkdədirlər. Çünki, necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri, onsuz da yaşanmışdır. Və nə edirlərsə etsinlər bunları dəyişdirmə imkanları yoxdur.

Bu nöqtədə ifadə edilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə, səhv bir tale anlayışından qaçınmaq lazım olduğudur. Bəzi insanlar, "necə olsa taleyimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməmə ehtiyac yoxdur" deyərək əyri bir tale anlayışı meydana gətirirlər. Hər yaşadığımızın taleyimizdə müəyyən olduğu bir həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçkisinə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn insan, su içmək istədiyində bunun üçün "taleyimdə varsa içərim" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyunu içər. Həqiqətən də taleyində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda suyu içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair bir hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı taleyinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli olan insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın diləməsi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək yanılar.

Məsələn, bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli bir insan, bunun taleyində olduğunu bildiyi üçün son dərəcə təvəkküllü davranar. "Allah bunu taleyimdə yaratdığına görə, mütləq böyük bir xeyr vardır" deyə düşünər. Amma "necəsə taleyimdə yaxşılaşmaq varsa yaxşılaşaram" deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, bəslənməsinə diqqət yetirər, dərmanlarını alar. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, qəbul etdiyi dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, yaxşılaşıb yaxşılaşmayacağının, qısacası hər detalın taleyində olduğunu unutmaz. Bunların hamısının, Allahın yaddaşında, daha özü dünyaya gəlmədən əvvəl hazır olaraq mövcud olmuş olduğunu bilər. Allah, Quranda, insanların yaşadıqları hər şeyin əvvəldən bir kitabda yazılı olaraq olduğunu belə bildirər:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
Bax buna görə, taleyə iman edən bir insan, başına gələn heç bir hadisədən ötrü kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə son dərəcə təvəkküllü, təslimiyyətli və daim dinclik içərisində olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəldən müəyyən olduğunu, bu səbəblə başlarına gələn çətinliklərə kədərlənməmələrini və özlərinə verilən nemətlərlə ərköyünləşməmələrini əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün talelərində əvvəlcədən təyin etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, "... Allahın əmri əzəli hökmdür (taledir. O mütləq yerinə yetməlidir.)". (Əhzab Surəsi, 38)

Allah bir başqa ayəsində isə "Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçü ilə (taleylə) yaratdıq." (Qəmər Surəsi, 49) deyə bildirməkdədir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir taleyi vardır. Məsələn, qırılan bir antikvar vaza, taleyində təsbit edilən anda qırılmışdır. Bir neçə əsrlik bu vaza, daha ilk emal edilərkən, kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə dayanacağı müəyyən olunmuş olur. Vazanın hər naxışı, üzərindəki hər rəng taledə əvvəlcədən təsbit edilmişdir. Vazanın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allahın hifzində yaşanmış olaraq dayanmaqdadır. Hətta, vazanın ilk emal edildiyi an, ilk dəfə satılmaq üzrə vitrinə qoyulduğu an, bir evin küncündə dayandığı an və qırılaraq parça parça olduğu an, qısacası antikvar vazanın əsrlər boyu içində olduğu hər an, Allah qatında tək bir an olaraq mövcuddur. Vazanı qıran adam, bir neçə saniyə əvvəl belə bundan xəbərsizkən, Allah qatında o an yaşanmışdır və bilinməkdədir. Bu səbəblə Allah, insanlara əllərindən çıxanlara kədərlənməmələrini bildirər. Çünki, əllərindən çıxanlar talelərində çıxmışdır və o insanların bunu dəyişdirməyə gücləri yoxdur. Ancaq insanlar talelərində meydana gələn hadisələrdən bir dərs almalı, bunlarla öyrədilməli, bu hadisələrdəki hikmət və xeyrləri görərək, daim, talelərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını qoruyan Rəbbimizə yönəlməlidirlər.

Bu əhəmiyyətli həqiqətdən qafil yaşayan insanlar, həyatları boyunca həmişə narahatlıq və qorxu içində olarlar. Məsələn, uşaqlarının gələcəyi üçün çox narahatlanarlar. Hansı məktəbdə oxuyacağı, hansı peşənin sahibi olacağı, sağlamlığının necə olacağı, necə bir həyat yaşayacağı kimi mövzularda təvəkkülsüz bir səy içindədirlər. Halbuki, hər insanın, daha tək bir hüceyrə olduğu halından ilk oxuma yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyunca hansı şirkətdə nə işdə işləyəcəyinə, hansı kağızlara neçə dəfə imza atacağına, harada və necə öləcəyinədək hər anı Allah qatında müəyyəndir. Bu hadisələrin bütünü, Allahın hifzində gizli olaraq dayanmaqdadır. Məsələn bu anda, bu misraları oxuyan insanların döl halı, ibtidai məktəbdəki halı, universitetdəki halı, 35-ci ad gününü qeyd etdiyi anı, işinə başladığı ilk günü, öldüyündə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar, tək bir an olaraq Allahın qatındadır.

O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və Allahın yaddaşında hazır dayanan bir həyat üçün narahatlanmaq, qorxu duymaq, kədərlənmək böyük bir qəflətdir. Nə qədər çalışırsa çalışsın, nə qədər narahat olursa olsun bir insanın özü də, uşağı da, yoldaşı və yaxınları da özləri üçün Allah qatında hazır olan həyatlarını yaşayacaqlar.

Elə isə, ağıl və vicdan sahibi bir insanın bu gerçəyi qavrayaraq, Allaha və Allahın yaratdığı taleyə könüldən təslim olması lazımdır. Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş olaraq yaradılmışdır. Çünki, istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı taleyə boyun əyərək yaşayar. Taleyi inkar edən insan da taleyində "taleyi inkar etmək" olduğu üçün inkarçıdır.

Allaha könüldən təslim olaraq boyun əyənlər isə, həm Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə, güvən və xoşbəxtlik içində bir dinc həyat sürərlər. Çünki, Allaha təslim olan, Allahın yaratdığı taleyin özü üçün ən xeyirlisi olduğunu bilən bir insanı üzəcək, qorxudacaq, narahatlıqlandıracaq heç bir şey yoxdur. Bu insan, əlindən gələn hər səyi göstərər, ancaq bu səyin də taleyində olduğunu, nə edirsə etsin taleyində yazılı olanları dəyişdirməyə güc çatdıra bilməyəcəyini bilər.

Mömin, Allahın yaratdığı taleyə təslim olacaq, bununla birlikdə qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyincə səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyr istiqamətində istiqamətləndirmək üçün çalışacaq, amma bütün bunların tale içində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olacaq. Quranda bu rəftara nümunə olaraq Hz. Yaqubun uşaqlarının təhlükəsizliyi üçün almış olduğu bir tədbirdən danışılır. Hz. Yaqub, pis niyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi öyrətmiş, amma bunun Allahın təyin etmiş olduğu taleyə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:
Yəqub dedi: " Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-taleyini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf Surəsi, 67)
Allah, insanların nə edirlərsə etsinlər talelərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirər:
Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran Surəsi, 154)
Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyr və ibadət olan bir işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa onsuz da öləcək. Hətta, ölümdən qaçmaq üçün müraciət etdiyi yollar və üsullar da taleyində müəyyəndir və hər insan taleyindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də, insanlara talelərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə etməkdədir. “Fatir” Surəsində isə, hər insanın ömürünün Allah qatında müəyyən olduğu, rəhmlərə düşən körpələrin də Allahın icazəsiylə olduğu bildirilər:
Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömr sürməsi də, onun ömrünün qısa olması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır. (Fatir Surəsi, 11)
Qəmər Surəsinin aşağıdakı ayələrində isə, insanın hər etdiyinin sətir sətir yazılı olduğu bildirilərkən, cənnət xalqının yaşadıqları da yaşanmış hadisələr olaraq izah edilməkdədir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki həqiqət həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilməkdədir:
Onların etdiyi hər şey dəftərlərdədir! Hər bir kiçik və böyük şey yazılmışdır! Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökmdar Allahın hüzurundadırlar! (Qəmər Surəsi, 52-55)
Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda istifadə edilən bu üslubdan da anlayırıq. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş bir hadisə kimi izah edilməkdədir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq onsuz da yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edərik. Allah, bizim bağlı olduğumuz nisbi zaman ölçüsünə bağlı deyil. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində reallaşdığı və bir kitabda qeydli olduğu gerçəyi isə aşağıdakı ayədə belə xəbər verilər:
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə