Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,56 Mb.
səhifə7/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
1   2   3   4   5   6   7

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şeydə yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)
Materialistlərin Narahatlığı

Maddənin gerçəyi ilə zamansızlıq və məkansızlıq mövzularını ələ aldığımız bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar qətiliklə bir fəlsəfə ya da bir düşüncə forması deyil, rədd edilməsi mümkün olmayan elmi nəticələrdir. Texniki bir həqiqət olmağından başqa, ağla söykənən məntiqi dəlillər də bu mövzuda başqa alternativə imkan tanımamaqdadır: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görün varlıqdır. Yəni bir hisslər bütünüdür.

Materialistlər bu gerçəyi anlamaqda çətinlik çəkərlər. Məsələn təkrar materialist Politzerin avtobus nümunəsinə dönəcək olsaq; Politzer hisslərinin xaricinə çıxa bilməyəcəyi gerçəyini texniki olaraq bildiyi halda, bunu yalnız müəyyən hadisələr üçün qəbul edə bilmişdir. Yəni Politzer üçün avtobus vurana qədər hadisələr beyninin içində meydana gəlməkdədir, amma avtobus vurduğu anda hadisələr birdən beyninin xaricinə çıxaraq maddi bir həqiqət qazanmaqdadır. Buradakı məntiq pozuqluğu açıqca ortadadır; Politzer də "daşa vururam, ayağım ağrıyır, demək ki, var" deyən materialist Johnsonun səhvinə düşmüş, avtobus vurmasında hiss edilən şiddətin də əslində bir hissdən ibarət olduğunu qavraya bilməmişdir.

Materialistlərin bu mövzunu anlaya bilməmələrinin şüuraltındakı əsl səbəbi isə, anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətdən böyük bir qorxu duymalarıdır. Lincoln Barnett, bu mövzunun təkcə "sezilməsinin" belə materialist elm adamlarını qorxu və narahatlığa sürüdüyünü belə ifadə edir:

Filosoflar bütün obyektiv həqiqətləri hisslərin bir kölgə dünyası halına gətirərkən, elm adamları insan duyğularının sərhədlərini qorxu və narahatlıq ilə sezdilər. 38

Maddənin və zamanın bir hiss olduğu gerçəyi izah edildiyində bir materialist böyük bir qorxuya qapılar. Çünki maddə və zaman mütləq varlıq olaraq bağlandığı yeganə iki anlayışdır. Bunlar sanki sitayiş etdiyi bir bütdür; çünki özünün maddə və zaman tərəfindən (təkamül yoluyla) yaradıldığına inanmaqdadır.

İçində yaşadığını düşündüyü kainatın, dünyanın, öz bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısacası hər şeyin bir hiss olduğunu anladığında isə bütün mənliyini bir dəhşət duyğusu bürüyər. Güvəndiyi, inandığı, mədət umduğu, ümid etdiyi hər şey bir anda özündən uzaqlaşıb itər. Müşriklər o gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri bütlər də aradan çıxacaqlar ( müşrikləri isə qorxu bürüyəcək)!” (Nəhl Surəsi, 87) ayəsində təsvir edilən çarəsizliyi hiss edər.

Bu andan etibarən materialist özünü maddənin həqiqətinə inandırmağa çalışar, bunun üçün özüncə "dəlil"lər meydana gətirər; yumruğunu divara vurar, daşları təpiklər, qışqırar, çağırar, amma əsla həqiqətən xilas ola bilməz.

Materialistlər, bu gerçəyi öz başlarından atmaq istədikləri kimi, digər insanların da zehinindən uzaqlaşdırmaq istəyərlər. Çünki maddənin həqiqət mahiyyəti insanlar tərəfindən bilindiyi təqdirdə, fəlsəfələrinin primitivliyinin və cahil dünyagörüşlərinin ortaya çıxacağının, fikirlərini izah edəcək bir zəmin qalmayacağının fərqindədirlər. Bax burada izah edilən həqiqətdən bu cür narahat olmalarının səbəbi, yaşadıqları bu qorxulardır.

Allah inkarçıların bu qorxularının axirətdə daha da şiddətlənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcək:
O gün (qiyamət günü) onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şəriklər haradadır!?" (Ən'am Surəsi, 22)
Bunun ardından inkarçılar, dünyada var zənn edərək Allaha şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduqlarına şahid olacaqlar. Allah bu gerçəyi də, "Gör onlar özlərinə qarşı necə yalan deyirlər! Özlərindən uydurub düzəltdikləri də onlardan qeyb olacaq!" (Ən'am Surəsi, 24) ayəsiylə xəbər vermişdir.
İnananların Qazancı

Maddənin və zamanın bir hiss olduğu gerçəyi, materialistləri qorxudarkən, inananlar üçün tam əksi baş verər . Allaha iman edən insanlar maddənin ardındakı sirri qavradıqları zaman böyük bir sevinc duymaqdadırlar. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu kilid açıldığı anda bütün sirlər ortaya çıxar. İnsan normalda bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə rahatlıqla anlaya biləcək hala gələr.

Daha əvvəl də ifadə edildiyi kimi ölüm, cənnət, cəhənnəm, axirət, ölçü dəyişdirmə kimi mövzular aydın olmuş və "Allah haradadır?", "Allahdan əvvəl nə vardı?", "Allahı kim yaratdı?", "qəbir həyatı nə qədər sürəcək?", "cənnət və cəhənnəm haradadır?", "cənnət və cəhənnəm bu an varmı?" və bunlar kimi əhəmiyyətli suallar beləcə asanca cavablanılmış olar. Və Allahın bütün bir kainatı necə bir sistemlə yoxdan var etdiyi qavranılmış olar. Hətta belə ki, bu sirr sayəsində "nə vaxt" "harada" kimi suallar da mənasız hala gələr. Çünki ortada nə zaman, nə də məkan qalmaz. Məkansızlıq qavrandığı təqdirdə cənnət, cəhənnəm, dünya hamısının əslində eyni yerdə olduğu da aydın olar. Zamansızlıq qavrandığı təqdirdə isə hər şeyin tək bir anda olduğu fərq edilər; heç bir şey üçün gözlənilməz, zaman keçməz, hər şey onsuz da olub, bitmişdir.

Bu sirrin qavranmasıyla birlikdə, dünya inanan insan üçün cənnətə bənzəməyə başlayar. İnsanı sıxan hər növ maddi narahatlıq, sıxıntı və qorxu itər. İnsan, bütün kainatın tək bir Hakiminin olduğunu, Onun bütün maddi dünyanı dilədiyi kimi dəyişdirdiyini və etməsi lazım olan tək şeyin Ona yönəlmək olduğunu qavrayar. Artıq o, Allaha təslim olmuşdur.

Bu sirri qavramaq, dünyanın ən böyük qazancıdır.

Bu sirrlə birlikdə yenə Quranda bəhs edilən çox əhəmiyyətli bir həqiqət daha aydın olar: Daha əvvəl də bəhs etdiyimiz, Allahın insana "şah damarından daha yaxın" (Qaf Surəsi, 16) olduğu gerçəyi… Bilindiyi kimi şah damarı insanın içindədir. İnsana öz içindən daha yaxın bir məsafə ola bilməz. Bu vəziyyət məkansızlıq gerçəyi ilə asanca açıqlana bilər. Görüldüyü kimi bu ayə də, bu sirrlə birlikdə çox daha yaxşı aydın olmaqdadır.

Əsl həqiqət budur. Bilinməlidir ki, heç bir insan üçün Allahdan başqa dost və köməkçi yoxdur. Allahdan başqa heç bir şey yoxdur; özünə sığınılacaq, kömək istənəcək, qarşılıq gözləniləcək tək mütləq varlıq Odur...

Və hər hara dönsək, Allahın üzü oradır…
Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər. Bəqərə Surəsi, 32

QEYDLƏR

1 Materialist Fəlsəfə Lüğəti, İstanbul: İctimai Nəşrlər, 4-cü nəşr, s. 326

2 Georges Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İstanbul: İctimai Nəşrlər, 1989, s. 84

3 S. Jaki, Cosmos and Creator, Chicago: Regnery Gateway, 1980, s. 54

4 Stephen Hawking, Kainatı Qucaqlayan Qarışqa, Alkım Nəşrləri, 1993, s. 62-63

5 Corc O. Abel, Exploration of The Universe, Holt Rinehart and Winston, 1975, s. 665-667

6 Henry Margenau, Roy Abraham Vargesse, Cosmos, Bios, Theos, La Salle IL: Open Court Publishing, 1992, s. 241

7 Stephen Hawking, Kainatı Qucaqlayan Qarışqa, Alkım Nəşriyyat, 1992, s. 143

8 W. R. Bird. The Origin of Species Revisited, Nashville: Tomas Nelson, 1991, s. 462

9 W. R. Bird. The Origin of Species Revisited, Nashville: Tomas Nelson, 1991, s. 405-406

10 Elm və Texnika, No 201, s. 16

11 Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London: 1988, s. 121-125

12 Paul Davies, God and the New Physics, New York: Simon & Schuster, 1983, s. 189

13 Hugh Ross, The Creator and the Cosmos, Colorado Springs, CO: Nav-Press, 1993, s. 114-15

14 Frederick Vester, Düşünmək, Öyrənmək, Unutmaq, İstanbul: Arıtan Nəşriyyat, 1991, s. 6

15 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, Çev: Enver Aytəkin, İstanbul: İctimai Nəşrləri, 1976, s. 38, 39, 44

16 R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, New York: Oxford University Press Inc., 1990, s. 9

17 Lincoln Barnett, Kainat və Eynşteyn, Çev: Nail Bezel, Varlıq Nəşrləri, s. 20

18 Orxan Hançerlioğlu, Düşüncə Tarixi, İstanbul: Remzi Nəşriyyat, 1987, s. 447

19 "Treaties Concerning the Principles of Human Knowledge", 1710, Works of Corc Berkeley, cild. I, ed. A. Fraser, Oxford, 1871

20 Bertrand Russell, Nisbiliyin Əlifbası, Qürur Nəşrləri, 1974, s. 161-162

21 R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s. 9

22 Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Kainat I, Çev: Əli Çakıroğlu, İstanbul: Kuraldışı Nəşrləri, 1996, s. 37

23 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İstanbul: İctimai Nəşrlər, 1989, s. 53.

24 Orxan Hançerlioğlu, Düşüncə Tarixi, İstanbul: Remzi Nəşriyyat, 6. b., Sentyabr 1995, s. 261.

25 Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İstanbul: İctimai Nəşrlər, 1989, s. 65.

26 Paul Davies, Tanrı və Yeni Fizika, Çev: Murad Əsaslı, İm Nəşr Dizayn, Həyat Kitabları-1, İstanbul 1995, s. 180-181

27 Rennan Pekünlü, "Aldatmacanın Təkamülsüzlüyü", Elm və Utopiya, dekabr 1998

28 Alaattin Şenel, "Təkamül Aldatmacasımı?, Dövrün Aldatmacasımı?", Elm və Utopiya, dekabr 1998

29 İmam Rəbbani, Hz. Məktubları, Cild II, 357-ci Məktub, s. 163

30 Əbdülhakim Müdrik, "Mütləq Varlıq, Kölgə Varlıq və Yoxluq", Arafiyan Jurnalı, Noyabr 1994

31 Tim Folger, "Buradan Sonsuzluğa", Discover, dekabr 2000, s. 54

32 Tim Folger, "Buradan Sonsuzluğa", Discover, dekabr 2000, s. 54

33 François Jacob, Mümkünlərin Oyunu, Kesit Nəşrləri, 1996, s. 111

34 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980, s. 52-53

35 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980,s. 17

36 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980,s. 58

37 Paul Strathern, Eynşteyn və Görəlilik Nəzəriyyəsi, Gendaş Nəşrləri, 1997, s. 57

38 Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980, s. 17-18


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə