Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi



Yüklə 126,59 Kb.
tarix08.01.2018
ölçüsü126,59 Kb.
#20000

Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

N.Gəncəvi adına Mərkəzi Kitabxana

jjjio

“Multikulturalizm dövlət siyasətinin ən yaxşı

modellərindəndir“ adlı elmi-praktik konfransın

materialları

Zaqatala-2016

Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi
Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
N.Gəncəvi adına Mərkəzi Kitabxana

Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir” adlı elmi-praktik konfransın



MATERİALLARI

Zaqatala-2016
Tərtib edən : Yasəmən Məmmədova - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Gülniyar Məmmədova-MKS-nin direktoru

“Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir” adlı seminar-müşavirənin materialları //bibliorafik vəsait// Tərtib edəni:



Baş biblioqraf : Y.Məmmədova

Zaqatala.- 2016.-S 36



N.Gəncəv i adına Mərkəzi kitabxana, - 2016

ZAQATALA RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ SİSTEMİ

c:\documents and settings\user\рабочий стол\multiculturalism.jpg

PROQRAM

Zaqatala – 2016

24 Fevral 2016 – cı il tarixində Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxanasında “Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir” mövzusunda keçirilmiş elmi-praktik konfransın

materialları


PROQRAMI
I. Tədbirin açılışı

Gülniyar Məmmədova

(Zaqatala MKS–nin direktoru)

II. Slayd – Azərbaycanda yaşayan azsaylı xalqlara

dövlət dəstəyi.
Məruzələr...
III.Azərbaycanda multikulturalizmin formalaşmasında

Ümummilli lider H.Əliyevin rolu.

Leyla Məmmədova

(İnformasiya texnologiyaları üzrə mütəxəssis)


IV. Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş.

Leyla Mustafayeva

(İnformasiya-resurs şöbəsinin müdiri)

VI . Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin öyrənilməsi və yaşadılmasının Azərbaycan Modeli

Məmləkət Ömərova (Abonoment bölməsinin müdiri)
VII. Tolerantlıq – onun Azərbaycanda inkişafı

Yasəmən Məmmədova

(Baş biblioqraf)
VIII. Azərbaycan ədəbiyyatında multikulturalizm Ideyaları.

Nüşabə Əfəndiyeva

(Xidmət şöbəsinin müdiri)

IX . Çıxışlar...



Tədbirin açılışı

Gülniyar Məmmədova

(MKS-nin direktoru)
Salam hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram bizim bugünki konfransımız c:\documents and settings\user\рабочий стол\tedbirler 2016\zaqatala merkezi kitabxanasi tedbirler 2016\multikulturalizm\dsc_0230.jpg

“ Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir. “, mövzusuna həsr olunub. Bildiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev 11 yanvar 2016 – cı il tarixində 2016 – cı ilin ” Multikultiralizm ili “ elan olunması haqqında sərəncam imzalamışdır. Dünyanın bu qarışıq dövründə milli kimliyin və dəyərlərin qorunması istiqamətində baş verən hadisələrin fonunda 2016 – cı ilin ” Multikultiralizm ili “elan edilməsi müdrik bir addımdır. Çünki dünyanın müxtəlif bölgələrində milli zəmində baş verən qarşıdurma və münaqişələr, təriqətlərin cəmiyyətin siyasi həyatına, dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gündə aktualdır. Lakin ölkəmizdə bu sahədə aparılan siyasət, keçirilən çoxsaylı Beynəlxalq tədbirlər bütün dünyaya örnək olacaq milli və dini tolerantlığın mücləndirilməsi, multikulturalizm dəyərlərinin təbliği, dini zəmində ekstremizmə, ayrı- seşkiliyə qarşı mübarizə uğurlu nəticələr verir. Azərbaycan Qərbin və Şərqin qovuşuğunda yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılığının araya gəldiyi nadir ölkələrdəndir. Azərbaycan tarixi, İpək yolunun üzərində yerləşir. Milli –mədəni rəngarəngliyə malikdir.müxtəlif millətlərin və konfensiyaların nümayəndələri - sülh - əmin - amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalqımız öz milli - mənəvi dəyərlərini qoruya bilirlər.Buna dövlətimizin apardığı siyasət zəmin yaratmışdır. Azərbaycanda heç bir kəs milli və dini mənsubiyyətinə, görə nəinki təzyiqə heç ayrı –seçkiliyə məruz qala bilməz.

Multikulturalizm Azərbaycan xalqının kökündən qaynaqlanır. Biz buna Dədə - Qorqud dastanlarından bu günə qədər ədəbiyyat nümunələrində verilmiş fikirlərdə şahidi oluruq. Biz bu gün, bu günki tədbirdə bunu söyləməyə çalışacağıq.

Azərbaycanda hər bir millət istədiyi dildə təhsil ala bilir. İstədiyi dinlə məşğul ola bilir. Bunu bizdə söyləməyə müxtəlif dillərdəki məktublar, müxtəlif dini ibadətgahların olması əsas verir. Bu günki konfransda biz Azərbaycanda multikulturalizm ideylarının formalaşması yollarına nəzər salacağıq, multikulturalizm. Dövlət dəstəyindən danışacağıq, onun inkişafı yollarında və dünyaya bir Azərbaycan modeli kimi tanıdılması yollarından əməkdaşlarımızın çıxışları vasitəsi ilə sizlərə çatdıracağıq. İndi isə tədbiri açıq elan edirəm və sizi “Azərbaycanda yaşayan azsaylı xalqlara dövlət dəstəyi” mövzusunda slayda baxmağa dəvət edirəm.



Slaydın məzmunu

c:\documents and settings\user\рабочий стол\tedbirler 2016\zaqatala merkezi kitabxanasi tedbirler 2016\multikulturalizm\dsc_0242.jpg


Multikulturalizm – müxtəlif xalqlara və dinlərə məxsus insanların müxtəlifliklərinin qorunması və inkişafı siyasətidir. Multikulturalizmin – inkişafı mədəniyyətlərarası dialoqa imkan yaradır, ölkədə fobiyanın , qarşıdurmanın milli və dini münaqişələrin qarşısını almağa yardım edir.

Nədir Multikulturalizmin alternativi ?

2014 – cü ilin oktyabrında Bakıda keçirilən IV Beynəlxalq Humanitar forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış vəziyyəti müdrikliklə dəyərləndirərək qeyd edirdi ki, multikulturalizmin alternativi faşizmdir, antisemitizmidir, şovinizmdir, terrordur, müharibədir

Ulu öndər Heydər Əliyev ötən əsrin 90 – cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizmin ənənələrinin siyasi və hüquqi müstəvidə bərpasını təmin etmişdir. O, deyirdi “ Azərbaycan dövlətinin ən böyük sərvəti bəlkə də ən birinci sərvəti burada uzun illər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir ”.

Bu gün də ölkə Prezidentinin apardığı müdrik siyasəsət nəticəsində Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrdəndir. Ölkəmiz tarixən humanitar sahədə ən pozitiv mövqe sərgiləmişdir. İlk Beynəlxalq Humanitar forum 2010 – cu ildə Bakıda keçirilmişdir. 2011- ci ilin 10 -11 oktyabr tarixlərində “ XXI əsr : Ümid və çağırışlar “ adlı ikinci forun keçirilmişdir. Üçüncü forum isə 2013 – cü ildə Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş, burada 70 – dən çox ölkədən 800 nümayəndə - ictimai siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları iştirak etmişlər. Belə tədbirin Azərbaycanda keçirilməsi təbiidir. Çünki bütün dövrlərdə burada xalqlar sülh, əmin amanlıq, qardaşlıq şəraitində yaşamışlar.

IV Beynəlxalq Humanitar forum 2014 – cü ilin 23 oktyabr tarixində Bakıda keçirilib. Ümumiyyətlə deyə bilərik ki, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri və sosial şərait yaradılıb. Məsələn 2014 - cü ilin fevral ayının 28 – də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi təsis edildi. 2014 – cü ilin may ayının 15 – də Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin yaradılması haqqında sərəncam imzalandı. Bütün dünyada qarışıqlığın hökm sürdüyü, milli kimliyin və dəyərlərin uğrunda mübarizə aparıldığı dövrdə ölkə Prezidentimiz müdrik bir addım ataraq 2016 – cı ili Multikulturalizm ili elan etməsi dünyaya bir mesajdır.

Ümumiyyətlə Azərbaycanda 1834 məscid mövcuddur. Sovetlər dövründə cəmi 17 məscid fəaliət göstərmişdir. 1990 – cı ildən indiyədək ölkədə 814 məscid inşa edilmişdir. Bunların 517 – si 1993 – 2003 – cü illərə təsadüf edir. Ümumiyyətlə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bütün bunlar bir daha sübut edir ki, multikulturalizm sahəsində dövlət səviyyəsində çox işlər görülür. Azərbaycanda, eləcədə bütün dünyada dini məbədlərin tikilməsi və bərpası sahəsində ölçüyə gəlməz dərəcədə işlər görülmüşdür. Ölkə başçısının sərəncamına əsasən Bibiheybət məscid ziyarət kompleksində, Təzəpir, İçərişəhər - Cümə, Həzrət Məhəmməd, Əjdərbəy, Şamaxı - Cümə məscidlərində təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında təmir işləri davam etdirilir. Onu da qetd etmək lazımdır ki, Heydər Əliyev fondu tərəfindən 7 məscid və ziyarətgah Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şahabbas və Həzrəti Zeynəb məscidləri, Buzovna qəsəbə Cümə məscidi, Mərdəkan qəsəbə Pirhəsən ziyarətgahı, Binə qəsəbə Möhsün Səlim və İmam Rza məscidləri inşa və əsaslı təmir olunmuşdur.

Bundan əlavə Bakıda Jen Mironosits provaslav kafedral kilsəsi, Mixayil Arxangel provaslav kilsəsi, Müqəddəs Məryəm – Mövlüd provaslav kilsəsi, Bakirə müqəddəs Məryəm katolik kilsəsi, Aleksandr Nevski provaslav kilsəsi, Dağ yəhudilərinin Sinaqoqu, Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu, Qırmızı qəsəbə -10- Çiləki Sinaqoqu, Qırmızı qəsəbə 6 gümbəz snaqoqu, Yuxarı məhəllə snaqoqu, Alban abidələrindən Cicərvənd məbədi ( Daşkəsən) , Kiş məbədi ( Şəki), Bayon məbədi( Daşkəsən), Anahid kilsəsi( Göy göl), Bideiz məbədi( Şəki) təmir olunmuşdur. Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin adInI daşıyan fondun multikulturalizm ideya və dəyərlərinin təbliğinə xüsusi önəm verilir. Məsələn, ötən payız Britaniya mətbuatı yazırdı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib. Xatırladaq ki, sözügedən tədbir ötən ilin noyabrında Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə keçirilmişdi. Tədbir Azərbaycan multikulturalizm ideyalarının Avropad a təbliği baxımından Heydər Əliyev Fondunun rolu artırmışdır. Elə həmin ay Parisdəki Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan – tolerantlıq məkanı” mövzusunda fotosərgisi açılmışdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak edib. Ən mühüm mədəni hadisələrindən biri də dekabrın 2-dən 8-dək Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası olmuşdur. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərarın verilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatda yüksək nüfuzunun və çoxşaxəli səmərəli fəaliyyətinin mühüm rolu olmuşdur. Azərbaycan Respublikasında multikulturalizmin özünəməxsus, nümunəvi modelinin formalaşmasında mühüm bir addım sayıla bilər. Bir sözlə, Heydər Əliyev Fondu bu gün Azərbaycanın beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsinə özünün xüsusi töhfələrini verir. Ulu öndər qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və əbədiləşdirilməsi ölkədə hər bir təşkilatın və hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Heydər Əliyev Fondu məhz həmin məramı böyük məsuliyyət və şərəflə reallaşdırır. Heydər Əliyev fondunun gördüyü işlərin sayını istənilən qədər artırmaq olar.


Məruzələr
Heydər Əliyev və multikultrualizm
Leyla Məmmədova

(İnformasiya texnologiyaları üzrə)

Azərbaycan xalqının tolerantlılığı, dözümlülüyü dünya xalqları üçün əzəldən nümunə olmuşdur. Övladın xarakterini valideynlər fomalaşdırdığı kimi, xalqların da xarekterinin formalaşmasında dövlət rəhbərlərinin apardığı siyasət mühüm rol oynayır. Azərbaycanda tolerant ruhun formalaşmasında, multikultural fikirlərin aşılanmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox böyük əməyi olmuşdur. c:\documents and settings\user\рабочий стол\tedbirler 2016\zaqatala merkezi kitabxanasi tedbirler 2016\multikulturalizm\dsc_0251.jpg

90-cı illərin əvvəllərində mövcud olan boşluqdan istifadə edərək ölkəni parçalamaq niyyətində olan bəzi qüvvələr vətənimizin cənubunda və şimal-qərbində dövlət içində dövlət yaratmaq eşqinə düşdülər. Bu qüvvələrlə sülh şəraitində danışıqlar apararaq onların yola gətirilməsi sırf Ulu Öndər Heydər Əliyevin sayəsində olmuşdur.


Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ölkəmizdə yaşayan bütün xalqların vahid bir ideya, vahid bir gələcək, vahid bir dövlət ətrafında birləşməsi, bu uğurda mübarizəsini daha yüksək səviyyədə inkişaf etdirməsi üçün bir stimula çevrildi və “vahid azərbaycançılıq” ideyası yenidən bərpa olundu.Əzəldən bəri multikultural ruha sahib Azərbaycan xalqı üçün bu ideya nə yad idi, nə də yeni. Sadəcə vəziyyətinçətinliyindən istifadə etmək istəyən bəzi şəxslər öz fikirlərini reallaşdıra bilmədilər. Öz qətiyyətli addımları iləmillətin, xalqın birliyini bərpa edən Ulu Öndər ölkədə multikultural mühitin formalaşması üçün bir sıra addımlar atdı. Onun rəhbərliyi ilə hazırlanan Azərbaycan Konstitusiyasında dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında eyni məsuliyyətə malik olduğu qeyd edilir. Digər tərəfdən ölkə vətəndaşlarına Konstitusiya və vicdan azadlığının tanınması Azərbaycanda dini konfesiyalara qarşı dözümlülüyün sübutudur.

Heydər Əliyev Sovet dövründə bağlanaraq ya kitabxana, ya da klub kimi fəaliyyət göstərən məscidlərin restovrasiya olunaraq əvvəlki kimi fəaliyyət göstərməsini bərpa etmişdir. Təkcə məscidlər deyil kilsə, sineqoqlar da istifadəyə yararlı hala salınıb inanclı insanların istifadəsinə verilmişdir.

Respublika daxilində mövcud olan müxtəllif az saylı xalqların dillərinin unudularaq sıradan çıxmaması üçün onların övladlarına orta məktəbdə Azərbaycan dili ilə yanaşı öz dillərinin də tədris olunması qanun səviyyəsində qərara alınmışdır. Dilləri ilə yanaşı bu xalqların adət-ənənələrinin də qorunub saxlanılması üçün folklor qurupları yaradılmışdır. Folklor qrupları tərkibində rəqs quruplarının fəaliyyət göstərməsi üçün şərait yaradılmış, respublika səviyyəsində çıxışları təşkil olunmuşdur. Hazırda bu quruplar təkcə respublika səviyyəsində deyil, beynəlxalq səviyyəli festivallarda da iştirak edərək ölkəmizi təmsil edirlər.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda onun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə inkişaf etdirilərək, davam etdirilir. Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağı olması ölkəmizdə mədəniyyətlərarası dialoqun yaranmasını zəruri edir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və bu kimi mötəbər təşkilatların tam hüquqlu üzvüdür. Ölkəmiz Avropa Birliyinin həyata keçirdiyi “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesinin önündə addımlayır.

İnancından, mənsubiyyətindən asılı olmayaraq bu torpaq üzərində gəzən hər kəs Azərbaycan vətəndaşıdır. Bundan qeyrisi bizim üçün maraqlı belə deyil. Hər bir azərbaycanlı üçün vahid ideya, vahid dövlətçilik əsasdır. Ölkənin gənc vətəndaşları olaraq bu ideya ətrafında sıx birləşərək hər mövzuda dövlətimizi qorumalı və onu dəstəkləməliyik. İnasanlarımız arasında multikultural fikirlərin inkişafı üçün çalışmalıyıq.

Belə bir fikir var ki, Azərbaycanı tolerantlıq üzüyünə bənzətsək Zaqatala bu üzüyün zümrüd qaşı olar. Hər bir bölgəmizdə bir neçə sayda xalq birgə formada yaşayır, lakin Zaqatalada bu xalqların sayı 20-dən artıqdır. Bu fakt özlüyündə əlavə sözə ehtiyac olmadan xalqımızın nə qədər geniş multikultural dünyagörüşünə, tolerant ruha sahib olduğunu sübut edir.

Hər zaman bir olmamız diləyi ilə...

Sağ olun.




Multikulturalizm Azərbaycanın dövlət siyasətinin ən yaxşı modelidir, öyrən, araşdır, paylaş.
Leyla Mustafayeva

(İnformasiya – resusrs şöbəsinin müdiri)


Azərbaycanda bütün sahələrdə görülən işlər dövlət başcısının daxili və xarici siyasətdə göstərdiyi hədəflərə çatmaq istiqamətində qurulmuşdur. Multikulturalizm sahəsində qurulan işlər onun elmi əsaslarla öyrənilməsinə və dünyaya təbliğ olunması istiqamətinə yönəldilmişdir.Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub,bu gün isə milli kimliyindən, dilindən, dinindən, asılı olmayaraq Azərbaycan vətəndaşının hər birinin həyat tərzinə çevrilmişdir. Buna nail olmaq üçün multikulturalizmin özəl prinsiplərindən irəli gələrək icra edilən din siyasəti, ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyət nümunələrinin qorunması, hüquqlarının ali təminatı istiqamətində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini güdmüşdür. Hazırda Azərbaycanda “Multukulturalizmə giriş” ( bakalavr pilləsi), “Azərbaycan multikulturalizmi“ (magistr pilləsi) fənnlər tədris olunur. Bu fənnlər ölkəmizdə 20 ali təhsil ocağında və 11 xarici ölkə ( Bolqarıstan, Gürcüstan Rusiya, Litva, Çexiya, İtalya, Belarus, Portuqaliya, Almanya, İsveçrə, Türkiyə) universitetlərində tədris olunur.Azərbaycan multikilturalizmi dünya üçün sülh və dostluq şəraitində yaşamın yeni modelidir. Bu təkcə fənn kimi deyil, eyni zamanda müxtəlif təşkilatlarda, seminarlarda, dəyirmi masalar formasında təqdim edilib.Azərbaycan mədəniyyətini, tarixini, dilini ədəbiyyatını müasir-ictimai, siyasi durumunu özündə kompleks şəkildə birləşdirən multikulturalizmin Bakı Slavyan Universitetində kafedrası yaradılmış və fəaliyyət göstərir. Keçən yay xarici ölkələrdə və Azərbaycanda təhsil alan və Azərbaycan multikulturalizmi fənnini yüksək qiymətlərlə başavuran tələbələr Multukilturalizm Azərbaycanda həyat tərzi kimi, “ öyrən, araşdır, paylaş” devizi altında yay məktəbi təşkil olunmuşdur. Burada iştirak edən tələbələr Azərbaycanı gördükdən sonra ona olan məhəbbətləri artmışdır. Bakıda, Qubada, Qusarda, Xaçmazda gördükləri multikultural əhval onlarda Azərbaycanla bağlı dərin təəssüratlar yaratdı və onları Azərbaycanın yeni dostlarına çevirdi. Onlar Azərbaycanın maraqlarını müdafiə edəcək şəxslər və daima ölkəmizə məhəbbətini izah edəcək gənclərdir. c:\documents and settings\user\рабочий стол\tedbirler 2016\zaqatala merkezi kitabxanasi tedbirler 2016\multikulturalizm\dsc_0286.jpg

Ulu öndər H. Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir, mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Son illər ərzində Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi və eyni zamanda MKS – i milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi, onların mədəni – mənəvi irsinin qorunması və dini etiqad azadlığının təminatı ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir.

Bu tədbirlər milli azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması və inkişafı, onlara məxsus milli özünəməxsusluğun, adət - ənənələrin gələcək nəsillərə çatdırılması istiqamətində böyük əhəmiyyətə malikdir. Eyni zamanda bu tədbirlər Azərbaycanın dövlət müstəqilliyinin və Azərbaycançılıq ideyalarının təbliğində hərbi vətənpərvərlik, vətənə sədaqət hissinin aşılanmasında müstəsna rol oynayır.

Multukulturalizm ili ilə əlaqədar Rayon kitabxanaçıları görüləcək işlərin icrasının təmin olunmasını, Mərkəzi kitabxanada, filial kitabxanalarında, müxtəlif tədbirlərin keçirilməsini, Mərkəzi kitabxanada“Multukulturalizm dövlət siyasətidir” mövzusunda seminar müşavirənin keçirilməsini, sərgilərin təşkilini, MKS – in saytında keçirilmiş tədbirlərin işıqlandırılmasını, facebook və instagram səhifələrində paylaşmasını, dövrü mətbuatda işıqlandırılmasını, rayonda yaşayan azsaylı xalqların adət - ənənələri geyim və milli mətbəx xüsusiyyətlərini araşdırmaq, kitabca şəklində nəşr olunmasını, “Multukulturalizm ili və qarşıda duran vəzifələr” mövzusunda metodiki vəsaitin hazırlanmasını, işçilərə çatdırılmasını öhdəsinə götürür.

Göründüyü kimi, bizi qarşıda böyük işlər gözləyir. Ölkə Prezidentinin yeritdiyi müdrik daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyirik və sizləri əmin etmək istəyirik ki, babalarımızdan bizə miras qalan xalqlarımızın birlik və bərabərliyini daha da möhkəmləndirməyə çalışacAzərbaycanı eyni zamanda Zaqatalanı dünyada multukulturalizm mərkəzi kimi tanıtmaq yolunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik.

Multikulturalizm iliniz mübarək olsun!



Tolerantlığın əsas məkanı – Azərbaycan
Yasəmən Məmmədova

(MKS-nin baş biblioqrafı)


Azərbaycanda dini etiqad azadlığı ilə bərabər insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin inkişafına xüsusi diqqət yetirilir.


Bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından biri kimi tanınır.. 
Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik ,beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir.. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə bir çox mötəbər məclislərin- Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar. Azərbaycanda ən geniş yayılmış din islamdır. Əhalinin 96%-i müsəlmandır (85%-i şiə, 15%-i sünni ). Ölkədə bundan başqa xristianlıq və iudaizm dinləri də mövcuddur. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.c:\documents and settings\user\рабочий стол\tedbirler 2016\zaqatala merkezi kitabxanasi tedbirler 2016\multikulturalizm\dsc_0261.jpg

Məlumat üçün bildirim ki, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib, son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb.Bütün bunlar isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün

imkanların yaradıldığından xəbər verir. Azərbaycanda tolerantlığın yüksək dəyərini sübut edən əsas fakt Bakıda "Fəvvarələr bağı"nın yanındakı erməni kilsəsinin mövcudluğudur.

Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət, respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsini Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu verib. Qeyd edək ki, bu kilsə Moskvada yaşayan azərbaycanlı iş adamı, Aydın Qurbanov tərəfindən bərpa edilib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunub.

Ölkəmizdəki mövcud tolerantlığı qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır.

Vaxtilə Zaqatalada yaşamış polyaklar öz dini mərasimlərini yerinə yetirdikləri “polyak məbədi”də bu günə kimi qorunub saxlanılır.


Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabının hazırlanmasına başlanıb. 1990-cı ildən respublikada "Azərbaycan-İsrail" Dostluq cəmiyyəti, fəaliyyət göstərir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada islam məzhəblərarası ziddiyyətlər nəzərəçarpacaq halda olmayıb.Ölkəmizdə şiə, sünni etiqadlı müsəlmanlar xoş , mehriban, qardaşlıq şəraitində yaşayırlar. Xüsusilə, Məhərrəmlik ayında Azərbaycanda sünnilər şiələrlə bərabər məclislər quraraq, öz məzhəb tolerantlıqlarını göstərirlər. Heç vaxt Azərbaycanda mövcud olmayan Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və islam inanclı insanlar bir-biri ilə doğma, mehriban şəkildə yaşayırlar.. 2010-cu ildə Bakıda səfərdə olan bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edənlərin erməni kilsəsinə baş çəkmələri bir daha Azərbaycanda işğalçı millətə xas olan abidələrə belə toxunulmadığın göstəricisidir. Hazırda Azərbaycanda pravoslavlıq- 21rus və gürcü pravoslav kilsələri ilə təmsil olunub. Ölkədə, xüsusilə, Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa Peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq amili, qardaşlıq amili hər şeyin fövqündədir.. Belə ki, hələ Azərbaycan SSR-də əhalisi müsəlman olan vətəndaşlarımızın digər respublikalardan, əsasən, xristian qızlarla nigaha girdiklərinə dair çoxsaylı faktlar vardır. Bu da öz növbəsində Azərbaycanda xristianlara qarşı münasibətin yumşaq olmasına təsir edən amillərdən biri olmuşdur.
  ABŞ Konqresinin “Rol Call” qəzeti bu məsələ barəsində araşdırma apararkən Azərbaycanda bütün dinlərin nümayəndələrinin heç bir maneə olmadan fəaliyyət göstərməsini yüksək dəyərləndirərək yazır: “Azərbaycan öz dini rəngarəngliyi ilə fəxr edir. Hətta, əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. ”.
Avropa Yəhudilər Parlamentinin sədr müavini Tomer Orni deyib:. “Gəldiyim qənaət budur ki, Azərbaycandan çox şeyləri öyrənmək olar".. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz”. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır". Belə faktlar istənilən qədərdir.

. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsi ölkəmizdə bütün dini etiqadların qanun qarşısında bərabərliyini, 25-ci maddəsi isə insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağın qadağan olmasını bəyan edir. 


Kİtabxanaların da dini mədəniyyətin aşılanmasında, dini maarifçiliyin yayılmasında iştirakı böyükdür. Onlar İslamın tarixi, dini adət-ənənələr, Ramazan bayramı, Qurban bayramı kimi müqəddəs günlər haqqında tədbirlər keçirir, ən zəruri ədəbiyyatı oxuculara çatdırırlar.
2016-cı ildə də kitabxanalar Azərbaycanda sivilizasiyalararası dialoqun genişlənməsi üçün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə yaxından iştirak edəcək, müxtəlif dinlərin, millətlərin nümayəndələrinə öz zəngin kitab fondları ilə xidməti həyata keçirəcək, bu ölkədə yaşayan və böyüməkdə olan nəsillərin milli, irqi, dini fərqlərini, milli adət-ənənələrini, tarixini nəzərə alaraq onların əsl Azərbaycan vətəndaşı kimi tərbiyə olunmasına çalışacağıq.Bu isə bizim üçün böyük şərəfdir.

Azsaylı xalqların mədəni irsinin yaşadılmasında Azərbaycan modeli.

Məmləkət Ömərova

(Abonoment şöbəsinin müdiri)

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaq bəşəriyyətin bütün inkişaf dövrlərində öz tarixini qoruyub və yaşada bilib. Bugünkü bəşər mədəniyyətinin tərəqqisində doğma yurdumuzun öz yeri, öz payı var. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.\\almaz\e\-kitabxana-24-02-16\dsc_0258.jpg

Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər,avar, saxurlar və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.

Azərbaycan insanının bir-birinə münasibəti kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil, səmimi və təmiz olması ilə seçilir. Azərbaycanda əhalinin milli tərkibində həm sayca, həm də xüsusi çəkisinə görə ikinci yeri ruslar tutur. XX əsrin 20-30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. 1999-cu ilə qədər respublikada onların sayı 250 min nəfər azalmışdır. Qədim odlar diyarının etnoqrafik baxımdan zəngin rayonlarından biri də ecazkar təbiətə malik olan Zaqatala rayonudur. Zaqatala rayonu öz qədim tarixi -24 abidələri, yaşayış məskənləri ilə yanaşı, ərazisində yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların zənginliyi ilə də seçilir. Zaqatalalılar rayonumuza pənah gətirən hər kəsə qucaq açmış, onların yaşaması, özlərini təsdiqi üçün hər cür kömək göstərmişlər.



bu gün Zaqatalada bir çox azsayı xalqların nümayəndələri yaşayırlar.

İber dil ailəsinə daxil olan dildə danışan və müsəlman dininə etiqad edən ingiloylar əsasən Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Orta əsrlərdə müsəlmanlığı qəbul etmişlər.

Belə xalqlar arasında Axaxlılar böyük maraq doğurur.Axaxdərə Zaqatalada şəhərə ən yaxın olan kəndlərdən biridir.Bura diğər kəndlərdən öz yerləşməsi baxımından çox fərqlənir. Onlar kompakt şəklində yaşayırlar:Dağıstanın Ahvah rayonunda, Azərbaycanın Zaqatala rayonunun Axaxdərə kəndində.Yəni bu xalqın Dağıstanda yaşayan hissəsi özünü ahvah, Azərbaycanın Zaqatala rayonunun Axaxdərə kəndində yaşayanlar axaxlı adlandırır.

Azərbaycanın Qafqaz dilləri ailəsinə daxil olan saxurlar tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycan ərazisinə köç edib Zaqatala, Qax ərazilərində yerləşmişlər. 1992-ci ildən Azərbaycanda saxurların sosial-mədəni inkişafına, adət-ənənələri, dilinin, mədəniyyətinin təbliğinə xidmət göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Saxurların rutullar adlanan hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər. Onlar mənşəcə saxurlara yaxındır.

Saxurlar Azərbaycan elminə və incəsənətinə böyük şəxsiyyətlərbəxşediblər.Onlarınənməşhurnümayəndələrindən fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professorlar Abdulla Qarayevi, Əlizadə Orucu, Səlim Cəfərovu, yazıçı-publisist Əhməd İsayevi və digərlərini nümunə göstərmək olar.

Əsasən Zaqatala və Balakən rayonlarında yaşayan ən iri etnik qruplardan biri avarlardır. Avarların Azərbaycanda sayı 50 min nəfərdir. Bu rayonların ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır.

Hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar. Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır.

Əlbəttə, ölkəmizdə yaşayan hər bir xalq, toplum bizim bir parçamızdır. Dövlətimizin, bayrağımızın sevdalıları olan vətəndaşlarımız dövlətə, dövlətçiliyə, azərbaycançılığa bağlıdır.

2013-cü ildə zəngin folkloru, bayatı və laylaları, qocaman el sənətkarları, tətbiqi sənət ustaları ilə tanınan Zaqatala- respublika Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində "Azərbaycanın folklor paytaxtı" seçildi.

XII Beynəlxalq Turizm və Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri, folkloru, mətbəxi geniş təbliğ olundu. Çexiyada keçirilən "Lidse" 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə müxtəlif əl işləri göndərildi. Bu ilin may ayında Qax şəhərində keçirilmiş "Xalı və xalçaçılıq" sənəti üzrə sərgidə Suvagil və Əlibayramlı kənd mədəniyyət evlərindən Sevinc Qurbanovanın və Pirdovus Mehdiyevanın təqdim etdikləri xalçalardan üçü diploma layiq görülüb, nümayiş üçün Bakı turuna seçilib, özləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

İyun ayında isə Masallı şəhərində keçirilən II Beynəlxalq Folklor festivalında rayonumuzun "Hüdülki" folklor rəqs kollektivi iştirak edib. "Hüdülki" həmçinin iyunun 26-dan iyulun 1-dək Belarus Respublikasının Bobruysk şəhərində keçirilən festivalda da uğurla çıxış edərək mükafat qazanıb.

Suvagilin “Ceyranım” folklor xalq kollektivi - Danacı kənd mədəniyyət evi nəzdində “Alazan” rəqs qrupu , Əliabad qəsəbə mədəniyyət evinin nəzdində “Əliabadım” rəqs qrupu- Zaqatala rayonunun və Ümumrespublika bayram və folklor tədbirlərinin fəal iştirakçısıdırlar.

Şübhəsiz, folklor nümunələrinin üzə çıxarılmasında, qorunub gələcək nəsillərə ötürülməsində keçirilən tədbirlərin böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, 20-dək xalqın nümayəndəsinin Zaqatalada çiyin-çiyinə yaşaması mədəni irsin zənginləşməsinə, xalq sənətinin, o cümlədən hər xalqın öz folklorunun inkişafına da müsbət təsir edir .Multikulturalizm, tolerantlıq, dözümlülük şəraitində yaşayan, qaynayıb qarışan xalqlar azərbaycançılıq ideologiyasının əsas qayəsinə, məqsədinə əbədi olaraq bağlıdır. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqlarla yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilmişdir.

 Bizdə olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir. Artıq “Azərbaycan multikulturalizmi” termini formalaşıb ki, bu da tolerantlığın təcəssümü olmaqla yanaşı, dünyada milli və dinimünaqişələrə son qoya bilən siyasətin çox yaxşı bir modelidir. 

Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.


 
Multikultiralizm  və  ədəbiyyat

Nüşabə Əfəndiyeva

(Xidmət Şöbəsinin müdiri)

Ölkə başçısının  müvafiq fərmanı ilə 2016 – cıil  ölkəmizdə Multikultiralizm İli elan olundu.  Nədir Multikultiralizm Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Hələ bir az əvvəl isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir.\\almaz\e\-kitabxana-24-02-16\dsc_0266.jpg

O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

 Yenicə çap olunan Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabında birgəyaşayışın Azərbaycan modeli faktlar və sənədlər əsasında araşdırılıb, tolerantlığın milli mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara müraciət etməklə sübuta yetirilib.Təqdim olunan araşdırmada milli azlıq anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, ölkədə bu istiqamətdə görülən mühüm işlər diqqətə çatdırılıb.. Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.

  Məlumdur ki, Azərbaycan qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malikdir. Həmçinin ölkənin müasir mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi mütəmadi qayğı sayəsində qazanılan qlobal mədəniyyət uğurları da danılmazdır.

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək , təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.Insanların ümumi 30 mədəni-kulturoloji dünyagörüşünü, savadını artırmaq baxımından çox işlər görülməlidir.

Ölkəmizin mədəniyyəti hazırda dünya səviyyəsində xeyli müsbət bir imicə malik olduğu və geniş miqyasda tanındığı, təbliğ edildiyi halda Azərbaycan cəmiyyətinin də bu baxımdan daxildən maariflənməsinə, ümumi kulturoloji-mədəni bilik və dünyagörüşünün artırılmasına çox ciddi ehtiyac var. Xüsusilə formalaşmaqda olan gənc nəslin Azərbaycan mədəniyyəti, dəyərləri, milli kimliyi, kulturoloji biliklər baxımından ciddi maariflənməsi olduqca böyük önəm daşıyır. Bu, ilk növbədə gənc nəslin milli ruhda, böyük mədəniyyətin varisi düşüncəsilə, kulturoloji biliklərə və buna uyğun davranışlara yiyələnmiş bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz davranışlardan, mənfi tendensiya və pis vərdişlərdən xali bir şəkildə formalaşması üçün çox böyük əhəmiyyətə malikdir. Sivil və müasir cəmiyyət, dövlət quruculuğu prosesində kulturoloji biliklərə, yüksək etik-əxlaqi dəyər və davranışlara yiyələnmə Azərbaycan vətəndaşlarının yiyələnməli olduğu əsas kriteriyalardandır

 Azərbaycan  dinamik inkişaf edən ölkədir. ölkəyə on minlərlə əcnəbilər axışıb gəlir.  Onların qarşısına  öz mentallığımızla , tolerantlığımızla , milli mənəvi dəyərlərimizlə  çıxmalıyıq. Eyni zamanda biz şüurlu olaraq ümumiyyətlə, insanlarımızın mədəni-intellektual və sivil davranış səviyyəsini daha da yüksəltmək yönündə daim iş aparmalıyıq.  Azərbaycan da azərb . türkləri,milli azlıqlar  , yəhudilər, yerli ruslar  isə ümumi azərbaycançılıq ideologiyasına , çox mədəniyyətlilik  ideologiyasına  xidmət edir. Və bütün bunlar isə bizim folklorumuzda ,ədəbiyyatımızda, incəsənətimizdə , dekorativ tətbiqi sənətdə KİV-lərdə  ;  ümumiyyətlə   kulturoloji irsdə öz əksini tapır.

Folklorumuzda - əfsanə , nağıl və dastanlarımızda  ortaq, multikulturalist  elementlər çoxdur. Məs .Dədə Qorqud ,  Manas,Koroğlu , əfsanələrdən isə “ İtini uşağına görə öldürən”adam haqqında   rəvayət bir çox türk xalaqlarında  var.

      Əvvəlcə N. Gəncəvinin əsərlərini nəzərdən keçirsək  - İstər , Sirlər xəzinəsində ,7 gözəldə , İstərsə də İskəndərnamədə multikulturalizm  çalarları çoxdur.    Orta əsrlər dövr azərb ədəbiyyatı XIII XIV  əsrləri əhatə edir. Qəzəllərlə bərabər tuyuğların , epik şerin və  fəlsəfi şerin yaradılması ilə  ifadə olunur. Bu dövrdə ədəbiyyatın  həm azərbaycan , həm də fars dilində  yazıllması , Nizami Gəncəvi ənnələrini  davam etdirməklə səciyyələnir. İri həcmli əsərlərdən-Qisseyi Yusif, Yusif Və Züleyxa, Vərqa və Gülşa  iki dostun bir birinə məhəbbətini  göstərən  gözəl bir əsərƏssar Təbrizi Mehr və Müştəri, Fərhadnamə , Bəxtiyarnamə , Munisnamə   meydana çıxdı.Nəsimi ümumbəşəri  multikulturalist fəlsəfi dəyərləri  vəsf  edirdi.M.Füzuli  İraqda  yaşasa da  türk dilində  də  gözəl əsərlər yazmış ; qəzəl janrının nümunələri  və  ilk epik nümunə Şikayətnaməni,Leyli Məcnun,Səhhət və Mərəz, Bəngü badə ,Yeddi cam, Meyvələrin söhbəti  və s. kimi əsərlər yaratmışdır .Burada islam mədəniyyətindən , multukulturalist  cizgilərdən  çox şey var.

Poliqlot şair lkimi tanınan Zülfüqar Şirvani  6 dildə yazıb yaratmışdır . Hökmdar şairlərdən Qazi Bürhanəddin , Cahan şah Həqiqi də  bir neçə dildə  yazıb yaratmışlar. Qazi Bürhanəddin .  Ilk dəfə olaraq  ərəb şer janrları  iləi ilə bərabər türk dilindən  də istifadə etmiş, sonralar  özbək şeri ənənələrinə də keçmışdir. Bütün bunlar isə bir neçə xalqın multikulturalist cizgiləri ilə zəngin olurdu.

Sonrakı əsrlərdə  XIX , XX əsrlərdə isə  maarifpərvər   yazıçılardan   M.Ş.Vazeh , A. A.Bakıxanov , M,F,Axundov ,S.Ə.Şirvanı özümüzün kulturualist irsimizə, mili  mənəvi dəyərlərimizi işıqlandırmaqla yanaşı , bütün Avropa xalaqlarının  multikulturalist dəyərlərindən bəhrələnməyə   çağırırdılar.

Azərbaycanın  epopeya ustası S.Rəhimov , onun olu Şamo Arif   kürd millətindən, Əmir Mustafayev və S.Kərimova ləzgi , Müasir yazarlardan Cavidan talış  olsalar  da azərbaycançılıq ideologiyasından çıxış edərək böyük əsərlər yaratmışlar.

İ.Şıxlı,B.Bayramov ,İ.hüseynov (Muğanna),H.Abbaszadə ,M.Süleymanov ,İ.Əfəndiyev ,R.Rövşən də  əsərlərində   öz  milli mental dəyərlərinə sadıq qalaraq  multikulturalist elementlərdən , ümumbəşəri dəyərlərdən də yeri gələndə məharətlə istifadə etmişdir. Məs . İ.Əfəndiyevin  “Qəribə oğlan pyesində  Gürcü , özbək , və Azərbaycanlının dostluğundan bəhs edilir. Özbəyin  həmişə öz milli geyimində olmağına , gürcünün buynuzda şərab içməsinə hörmətlə yanaşılır.

Müasir yazarlardan olan  Murad  Baykalın son dövrlərdə  araşdırmalar aparıb yazıb araya ərsəyə gətirdiyi “ Yevreyskiy mir Kafkaza” və digər bu tipli kitabları isə  böyük tolerantlıq nümunəsi sayıla bilər.

H.Cavidin Şeyx Sənan , Elçinin Mahmud və Məryəm, Qurban Səidin Əl və Nino   əsərlərində isə islam mədəniyyəti  və tolerantliqdan  müəyyən cizgilər var.

 Qırğız yazıçılarından  olan Ç. Aytmatov əsərlərində  əsrlərdən  keçib gələn ortaq türkmental   dəyərlərindən , bunlara  , tapınmayanda  “manquttlaşmadan “  yazmışdır. O.Süleymenev öz əsərlərində , o cümlədən  özünün şah əsəri olan  “AZ i Ya “ –da   ortaq türk   multikultikulturalizmindən ; hətta bunun  slavyan xalqlarına, onların nağıl və əfsanələrinə  keçdiyindən yazmışdır.Azərbaycan yazıçılarından olan  B.Vahabzadə , Anar  S. Rüstəmxanlı, A.Abbas  ümumortaq türk multi kultikulturalizmdən  dəfələrlə yazmışlar. B.Vahabzadənin Muğam , Şəhidlər  , S.Rüstəmxanlının “Ömür kitabı “, Sibir xatirələri ,A.Abbasın “Dolu” Və “Çadırda Ü.Hacıbəyov doğula bilməz” kitabları da ümumtürk və azərbaycançılıq  multikulturalizminə sadiqdir.

Ç.Abdullayev azərbaycanlı olsa da rus dilində yazıb yaradır. Əsərləri detektiv janrda olsa da orada ümumbəşəri , ümumrus , ümumazərbaycan multikulturalist elementlər çoxdur.

 Populyar detektiv yazar olan E.Elatlının “Cəhənnəmdən gələn səs” əsərində multikulturalist  çalarlar  var.

Müasir yazarlardan olan Süleyman Hüseynovun “And”  romanında  da Azərbaycan mentaliteti  qabarıq şəkildə göstərilib . Azərbaycan kulturalist  cizgiləri önə çəkilib.məs  evində kirayə qaldığı  Rus qadını  Seymur üçün azəri  Milli yeməklərindən olan dolma  bişirir.  Hətta  rus  millətinə də  keçən təsırindən yazıb. Əsərin qəhrəmanı Aida son nəfəsinə kimi azərbaycanlının həyat yoldaşı olduğunu  unutmur. Həmişə  ona bir azərbaycanlı məfkurəsinə ,ümumbəşəri insani  dəyərlərə sadiq qalır.

Beləliklə bu ədəbiyyata Azərbaycan bədii fikrinə qısa  bir nəzər idi. Bu məsələdən günlərlə danışmaq olar. Bu mövzu öz yeni–yeni araşdırıcılarını gözləyir.




Yüklə 126,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə