Zaur ustac



Yüklə 457,22 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü457,22 Kb.
#51981


 

 



 

                                           Zaur  USTAC 

 

 



 

          

         

NİŞANGAH 

       

 

 

                                                



   

 

 



                                        

                                          

Bakı – 2018 

 



 

 



Zaur USTAC 

“NİŞANGAH” EK

 

Bakı, “USTAC.AZ” nəşrləri,



 

2018, 47 

səh. 

Kod: EK-


0

11- 


0

4- MZM-14 -

20-

18 


 

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  “30”  illik yubley  

t

ədbirləri  çərçivəsində   nəşr  olunur.  Bu  kitab  müəllifin  

ənənəvi  qydada  2016-cü ildə  nəşr  olunmuş eyni  adlı  

kitabının  elektron  variantıdır.   Kitabda müəllifin 24.08.2014-

ci ildən  26.09.2016-ci ilədək olan zaman kəsiyində 

yazmış olduğu, müxtəlif  şeirləri toplanmışdır.(Y-30-EK-11-ZU). 



əllifin  məşhur “Gəzdim”, “Gülsün” ,  “Gözün gözü”, 

“Sev”, “Qarabağ Atı” ,  “Yarım bardaq” , “Olub” kimi  

şeirləri  və digər  geniş oxucu kütləsi tərəfindən bəyənilib, qəbul 

edilmiş,  təkrar-təkrar,  sevə-sevə  oxunulan  çox  saylı  şeirlər  

e-

kitabda  yer  alıb. 

 

 

İSBN:  978-9952-8298-9-1h 



 

 

  



                                                                      © Zaur USTAC, 201

8. 


  

                                   




 

 



                                   

                                  

ON  DÖRDÜNCÜ  YAZI 

 

QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU 



                                (HESABAT) 

 

Salam, dəyərli oxucum... Uca Yaradana  şükürlər olsun ki, Bizə 



qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə 

bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər 

yaşadığımız an üçün şükürlər olsun... Min şükür...  Mətləbə 

keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  

yazıma bir sözdən ibarət ad seçə bilmədim...  Söz addan 

düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən 

gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a 

gəlib çatdıq.  

2018 

– ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu 



orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – 

ci il  


“Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan 

“Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) 

sayında, 4-cü səhifəsində dərc edilib. ("OTUZ  İLDİR  ƏLDƏ  

QƏLƏM"   adlı kitabın üz qabığına çıxarılmış  foto - cild 

“Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan 

həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk 

qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  - qonorar  - 

aldığım vaxtdan 30 il keçir... Təfsilata  keçmədən sadəcə onu 

qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox 

keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə... 

 

 



 

 



Sözüsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – 

“qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, 

məhz nəsri nəzərdə tuturam ... Yaşadıqlarımız yazdıqlarımıza 

çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı 

yaradır... Yəni, belə uzun və keşməkeşli bir zamanın 

müqabilində Biz heç nə yazmamışıq...  Adları  qoyulmuş,  

içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və 

hekayələr – yazılacağı günü gözləyir... Və gözləyə-gözləyə 

zənginləşir, dərinləşir, vacibləşir... Yəqin elə buna görədir ki, 

kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə 

naz edirlər... Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək 

yazılmışlara... 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan 

sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və 

inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına 

verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü 

görən kitablarım aşağıdakılardır:  

"GÜNAYDIN" ("AĞÇİÇƏYİM") Bakı - 2010. (Bu günə qədər 

bir  dəfə nəşr olunub və elektron variantı var.)

 PDF: 

– ELEKTRON 



NƏŞR.: 

ZU 


— GAC

 

"İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN"  Bakı - 2010. 



(Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) 

PDF: 


– ELEKTRON NƏŞR: 

ZU 


— İSOHM

 

  



"GÜLZAR" Bakı - 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub 

və elektron variantı var. ) 

PDF: 

– ELEKTRON NƏŞR:  



ZU 

— G


 

  

"MUM KİMİ YUMŞALANDA" Bakı - 2011. (Bu günə qədər  



iki  dəfə nəşr olunub və elektron variantı var.) 

PDF: 


– ELEKTRON 

NƏŞR: .


ZU 

— MKY


 

  

"MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ" Bakı 



2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı 

var.) 

PDF: 


– ELEKTRON NƏŞR:

ZU 


— MHMD

 



 

 



"ŞEHÇİÇƏYİM" Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr 

olunub və elektron variantı var.)

 

PDF:  


– ELEKTRON NƏŞR: – 

ZU 


— SC

 

 



"BALÇİÇƏYİM" Bakı - 2012. (Bu günə qədər bir  dəfə nəşr 

olunub və elektron variantı var. )

 

 PDF:  


– ELEKTRON NƏŞR: 

ZU 


— BC

 

 



"BƏRZƏXDƏ"  Bakı - 2014. (Bu günə qədər bir  dəfə nəşr 

olunub) 


 

"NİŞANGAH" Bakı - 2016. (Bu günə qədər  iki  dəfə nəşr 

olunub və elektron variantı var.) 

"ORİYENTİR  ULDUZU" Bkı -2011. (Bu günə qədər  beş dəfə 

nəşr olunub və elektron variantı var.) 

 "GÜLÜNÜN  

ŞEİRLƏRİ" Bakı - 2011. (Bu günə qədər  üç  

dəfə nəşr olunub və elektron variantı var.) 

 

"SEVİN Kİ, SEVİLƏSİZ" Bakı - 2014. (Bu günə qədər  bir   



dəfə nəşr olunub və elektron variantı var.) 

"BAYATILAR" -     

 رلایتایاب

 "

 



جاتسوا روـــئاز

 

" - 



Bakı -2014. (Bu 

günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı 

var. Təbrizdə yayımlanıb.)

 PDF:  


– ELEKTRON NƏŞR:   

ZU 


— BAY

 

 



"QƏLBİMİN  AÇIQCASI"  Bakı - 2016. (Bu günə qədər  bir   

dəfə nəşr olunub və elektron variantı var.) 

 

"USTADNAMƏ" Bakı - 2016. (Bu günə qədər  bir  dəfə nəşr 



olunub və elektron variantı var.) 

"USUBCAN  ƏFSANƏSİ"   (MƏQALƏLƏR)  Bakı - 2017. 

(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) 

PDF: 


– ƏNƏNƏVİ NƏŞR: 

ZU 


— USUB

 

"ÇƏHRAYI  KİTAB"  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə 



nəşr olunub və elektron variantı var.) 

 PDF: 


– ƏNƏNƏVİ NƏŞR: 

ZU 


— CK

 



 

 



"OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM"  Bakı – 2018. 

(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)  

PDF: 

– ƏNƏNƏVİ  NƏŞR:



ZU 

— OƏQ


 

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR: 



 

"93 


– ün yayı və ya bir qaşıq qatıq",  Roman,  Bakı – 2011.  

(Bərpa olunacaq.) 

"2016", Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.) 

 

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, 



dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, 

toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları 

bunlardır: 

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal 

bəyə təşəkkürlər.) 

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası 

seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, 

Mehman müəllimə təşəkkürlər.)    

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya 

təşəkkürlər.) 



PDF: 

– ƏNƏNƏVİ NƏŞR:

HXA 

– M

 

ASKEF-



in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  

ÇANAKKALE

’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 

2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və 

Savaş Ünal bəyə təşəkkürlər.) 



 

 



Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün 

kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və 

təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 

30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər 

olacaq.   

Son illər müntəzəm olaraq,  

http://yazarlar.az/

 ,  


http://ustac.az/

  , 


http://zaurustac.tr.gg/

 

saytlarında,   



"EV BAZARI" 

qəzeti (e-qəzet)

 yomoristik  e-

qəzetdə, 

"MAKLER-


VİP" jurnalı (e-jurnal)

 

satirik e-jurnalda,   



MARALLAR


”  satirik  bloqda  yazılarımı yayımlayıram. 

Bunlardan  əlavə   istər 

http://www.tezadlar.az/

  

saytı  olsun, 



istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün 

Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır. 

Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və 

jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti 

yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni 

zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda 

və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və 

yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda.... 

 

“YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   



HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) 

adlı,  hesabat xarakterli  bu  məqalə "OTUZ  İLDİR  ƏLDƏ  

QƏLƏM"  kitabında  və  yubley tədbirləri  çərçivəsində  

Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer 

alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  

istəyirəm.  

 

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə 



bilərəm... Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən  


 

 



YAZARLAR.AZ

 - 


Yazarlar  jurnalının  yaranma  səbəbi, 

məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından 

asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım 

etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  

yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   

Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və 

laureatın  

YAZARLAR.AZ

–da yayımlanmış yazılarından 

ib

arət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 



ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  

Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  

davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan 

Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam 

müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, 

tam  həcimdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş - 

bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  

azaddır.  




 

 



Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  

Günü  ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən 

başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qdər 

çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı 

məlumat 

YAZARLAR.AZ

 da elan olunacaq. 

Bu arada 

“AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, 

“ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, 

“ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA 

NƏSRƏDDİN   

XXl   


ƏSRDƏ”,  jurnallarının,  eləcə də  

http://azpress.az/

 , 

http://senet.az/



  , 

http://zaman24.net/

  

http://www.yazar.in/



 , 

http://take.az/

 , 

http://siirvideo.com/



 

https://10yazar.wordpress.com/

 ,

  

https://yazyarat.com/



 ,  

http://www.tehsilproblemleri.com/

http://ayb.az/



  

 

http://azeri.press/



 , 

 

http://www.tezadlar.az/



 ,   

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  

ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını 

qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab 

bazasına malik 

http://www.kitabxana.net/

 

saytının qurucusu, bir 



çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  

gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  

təşəkkürlər... Var olasız, Dostlar  və əlbətdə,  Bizim 

tanımadığımız  digər   Qəhrəmanlar ... Kim cəhaləti ortadan 

qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt 



 

10 


 

adamdır... Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş 

bəxş edə bilməz.... Uğurlarımız bol olsun...  Amin... (Amen...)

 

Düzü, bilmirəm nəsə  unutdum ya yox...  Ancaq,  yazımı 



yekunlaşdırmaq istəyirəm. 

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu 

edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə 

orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir....” 

(Z.U) 

02.04.2018. Bakı. 



Müəllif: 

Zaur Ustac

 , 

© Zaur USTAC,2018. Bakı. 



 

 

  



 

  

 



 

 

 



 

 

 




 

11 


 

 

 



 

  

2016-



cı il ənənəvi nəşrdən: 

“NİŞANGAH” 

Xüsusi  

nəşr – 2016, 38səh. 

 

Bu kitabda müəllifin 24.08.2014-ci ildən  26.09.2016-ci ilədək olan zaman kəsiyində 



yazmış  olduğu, müxtəlif   şeirləri   toplanmışdır. 

© Zaur USTAC, 2016. 

  

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

12 


 

ÖN   SÖZ   

ƏVƏZİ 

 

GƏZDİM 



(

İlkin variantda - ilk dəfə) 

  

Gəzdim, qarış-qarış Vətən torpağın, 



Hər dağda, dərədə izim var mənim! 

Hələ keçilməmiş, uca dağların, 

Uca zirvəsində gözüm var mənim! 

*         *          * 

Gəzdim, yorulmadan aranı, dağı, 

Seyr etdim, ən ucqar çəməni, bağı, 

Heç vaxt qınamadım zamanı, çağı, 

Çox bulaq başında üzüm var mənim! 

*         *          * 

Gəzdim, bu torpağı,  mən oymaq-oymaq, 

Ən adi daşa da olmuşam qonaq, 

Hər otun, çiçəyin halın soraraq, 

Sinəmə yığdığım, sözüm var mənim!!! 

  

Batabat. 




 

13 


 

İNDİ 


(

Ustad Əbülfət Heydərə

  

Bu 5-



10 il tarix üçün bir andı, 

Ötənlərdən bir yadına sal indi. 

Dədəmiz də bir vaxt yurddan kənardı, 

Sonra döndü, ürəyimdə xal indi... 

*         *          * 

Gavır oglu lap binədən gavırdı, 

Xan var idi, tavırlar da tavırdı, 

Adi yağış çöldən evə qavırdı, 

Murdar  

gəda olub əhli-hal indi.. 

*         *          * 

Ustac deyər, ulu ustad qəm yemə, 

Allah verən uzun ömrə kəm demə, 

Bu kəlmələr necə enir qələmə??? 

Ağ kağıza gözəl bir xətt sal indi.... 

  

22.06.2015. Şamaxı. 



  

  

  



  

  

  



  


 

14 


 

ÇIX 


  

Biçarə aşiqdə qalmayıbdı can, 

Dilə çıx, fayda yox ürək sözündə.... 

Bərzəxdə yaşamaq zordan zor inan, 

Felə çıx, işartı görüm üzündə.... 

* * * 


Nədən gen qaçırsan, bilməm ki, məndən, 

Görsət gül üzünü, Gün şıxsın çəndən, 

Qəlbinin səsini duyuram bəmdən, 

Zilə çıx, arzular gülsün gözündə.... 

* * * 

Ustacı qoymusan çölün düzündə, 



Sarı güllər bitib, çoxdan izində, 

Haçansa talemiz gülər bizim də, 

Fala çıx, hikmət var elin sözündə.... 

23.07.2015. Bakı. 

  

  

  



  

  

  



  

 

 




 

15 


 

FİTNƏKAR 

Dodaqların baldır, dedim 

Arı kimi sancdın məni…. 

Yanaqların aldır, dedim 

Alov kimi sardın məni…. 

*     *    * 

Atəşi  əli ucunda, 

İynəsi dili ucunda. 

Kəməndi teli ucunda, 

Felə fəda etdin məni…. 

*      *     * 

Ustac olub, xal 

əsiri, 


“Fitnə” quran fel əsiri, 

Qəlbi şirin dil əsiri, 

Ruhu talan etdin məni…. 

06.12.2015. Bakı. 

  

  

  



 

  



 

16 


 

GÖRÜM 


  

Üzünü üzümə uzaq tutmusan, 

Görüm, üzün üzə üz ilə gülsün.... 

Gözünü gözümə duzaq qurmusan, 

Görüm, gözün gözə naz ilə gülsün.... 

*      *      * 

Yaradan yadını yad tutub mənə, 

Yadım heç, yadını yad tutub mənə, 

Doğmam, doğmalığın yad  tutub mənə, 

Görüm, gül cəmalın nur ilə gülsün.... 

*      *      * 

Zaur zəvvarlıqdan qalıb kənarda, 

Həcərül Əsvədim, Zəm-zəm iraqda, 

İhramım bükülü qalıb qıraqda, 

Görüm, arzuların üzünə gülsün.... 

  

17-



24.05.2015. Bakı. 

  

  



  

  

  



  


 

17 


 

GÜLSÜN 


  

Bir baxıb, baxmamaq olurmu, Gülüm? 

Dil qəlbin oxusun, göz gözə gülsün... 

Qaynayıb, axmamaq olurmu, Gülüm? 

Sözlər gül qoxusun, göz gözə gülsün... 

*      *      * 

Al rəngli tər qönçə bəzək gül üzə, 

Ruhun mehman ola, gəzək gül üzə, 

Süz dolsun qədəhlər içək, gül üzə, 

Üz üzə toxunsun, göz  gözə gülsün... 

*      *      * 

Ustacam, söyləməm, heç zaman yarın, 

Çoxdan cəzbindəyəm, sənin tək yarın, 

Əgər, inanmırsız bu qəlbi yarın, 

Arzular 

qovuşsun, göz gözə gülsün... 

22.05.2015. Bakı. 

  

  



  

 



 

18 


 

GÖR 


  

İçimi içindən yeyən arzular 

Qorx, bir gün yığışıb canımı üzə, 

Neyləyim, bu könül səni arzular 

Bax, nələr gözümdə çıxıbdı üzə... 

*      *      * 

Demirəm, özünü gəl unut tamam, 

Bunu istəmirəm, mümkünsüz, tamam, 

Səndən istəmirəm, bir baxış tamam, 

Gözucu bir nəzər ayıbmı üzə??? 

*      *      * 

Gör, işin harası dil açıb Ustac, 

Xəfif təbəssümə qalıbdı möhtac, 

Əlacı onadı eləyib merac, 

Günəşin səmt tutub, yön alıb üzə... 

24.05.2015. Bakı. 

  

  

  



 


 

19 


 

GÖZÜN GÖZÜ 

  

Gülən gözün gözəlliyi gözəldir, 



Gülən gözü görünməyən göz görər.... 

Gözün gülür, gözün gözü gülməyir, 

Gözdə gözü görünməyən göz görər.... 

* * * 


Gözü gözdən gözün gözü gizlədir, 

Gözdə gözü gözün gözü gizlədir, 

Gözün gözü gözümüzdə gizlidir, 

Gizli g


özü görünməyən göz görər.... 

  

* * * 



Göygöz giryan, gözü gülməz, gülümsər, 

Gülən gözün gözü gözdən gülümsər, 

Gülməyən göz, gözə gözdən gülümsər, 

Giryan gözü görünməyən göz görər...... 

21.09.2015. Bakı. 

  

  



 

 

 



 


 

20 


 

  

SEV 



Sən sev, səni sevəni, seçibdi sevgi səni, 

Sevməyəni sevənlər sevgisində suçludur.... 

Sevdiyini söyləyən, seçibdi sevgisini, 

Sevgisin sezdirməyən sevgisində suçludur.... 

*     *     * 

Sevgi, sevib- 

sevilmək, sevənin  sevincidir, 

Sevgi,  


sonsuz səxavət, sevdanın sonucudur, 

Sevgi, sona sərmayə, sabahın sulqucudur, 

Sevgisin sezdirməyən, sevgisində suçludur.... 

*     *       * 

Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, 

Sevib, sezdirməməyi sultanlıqmı  sanırsız???? 

Sevməyəni sevməyi sədaqətmi sayırsız???? 

Sevdiyini sevdirən sevgisində suçludur.... 

23.09.2015. Bakı. 

  

  



  

  



 

21 


 

EY  QOCA   QURD 

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil, 

Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!! 

Kaftarların umacağı sür-sümükdən artıq deyil, 

Üzdə  hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!! 

*      *      * 

Çaqqalların adı çaqqal, tulaların adı tula.... 

Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən???? 

Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!! 

Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən.... 

*      *      * 

Üzdən sənə oxşasa da, yerişini yerisə də 

Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!! 

Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də 

Aqillər də yaxşı deyib: - “itlər hürər, karvan keçər”!!!! 

 

 

 



 

 

 




 

22 


 

*      *      * 

Ey Qoca Qurd , karvanının yolun üstdə duranların, 

Heç biri yox 

– adı itib, qalmayıbdı  izi-tozu.... 

Keçidlərdə,  pusu qurub, tülkü kimi yatanların, 

Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!! 

*      *      * 

Ey Qoca Qurd, mənzilini düz  seçmisən – duruş gətir.... 

Gecə sirdaşın Ay, Ulduz, gündüz  pənahın Günəşdi.... 

Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir.... 

Ürəyin saf ırmak suyu, ruhun sönməz  bir atəşdi!!!! 

22.11.2015. Bakı. 

  

  



  

  

  



  

  

  



  

  



 

23 


 

  

BİLİRƏM 



Bilirəm qəlbində yuva qurmuşam, 

Bəlkə də sinənə yara vurmuşam, 

Bilmirəm heç yönü hara durmuşam, 

Səni görən gündən itibdi, qibləm .... 

* * * 

Verdiyin salamı ala bilmədim, 



Dedin qal yanımda, qala bilmədim, 

Sənin istədiyin ola bilmədim, 

Gərək əfv edəsən kəmdi, səriştəm .. 

* * * 


Ustacın ürəyi yuxadan yuxa, 

Nə vara inanır, nə də ki, yoxa, 

Tutuşub fələklə kim yıxa, yıxa, 

Sən qahmar durmasan inan ki, təkəm.... 

03.12.2015. Bakı. 

  

  



  

  

  



  

  

  




 

24 


 

  

İNDİ 



  

Oyanıb, yerimdə qalmışam, oyaq 

Əlimi “yerinə” sürtürəm, indi 

İndi burda idin, indicə, bayaq 

Haraya qeyb oldun, hardasan, indi??? 

* * * 


“Xoşbəxtliyin tacı” əlimdə idi, 

Mataf 


“abi-kövsər” ovcumda idi, 

Ədndən bir “huri” yanımda idi, 

Əlimi yerinə sürtürəm, indi... 

* * * 


Diyən, “yerin” isti, məni qınama, 

Ustac sözdə bütöv, tanı, sınama, 

Bir mərrə ağlı yox, onu unama, 

Haraya qeyb oldun, hardasan, indi??? 

  

22.02.2016(4:44) Bakı. 



  

  



 

25 


 

  

KƏLLƏ-MAYALLAQ 



  

Yenə ayılmışam, alayarımçıq, 

Sənsiz yuxularım kəmşirin olub, 

Dərin yuxularım, çox dayazlaşıb, 

Susuz quyularım, səpsərin  dolub; 

* * * 


Ağaclar dayanıb, təpə  aşağı, 

Nənələr tay yığmır, çöldə başağı, 

Babalar çirməmir, çayda qurşağı, 

Görməz baxışlarım, çəpərin olub; 

* * * 

Ustac  


işıqlıya  həsrət  biləsən, 

Bu dastan dünyaya ibrət  biləsən, 

Dünya da  

dünyada nemət  biləsən, 

Sevməz  duyğularım, yavərin olub…. 

  

26.02.2016 (6:36). Bakı. 



  

  

  




 

26 


 

QUCAĞINI GENIŞ AÇ… 

( Gizir  

Pəncəli Teymurova həsr olunur.) 

Qucağını geniş aç, gəlirəm Ana Torpaq, 

Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, 

Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, 

O qutsal əmanətin, ünvanına yetibdi…. …. 

Sancmışam Sancağımı, rahat gəlirəm indi…. 

* * * 


Səhər-axşam deyərdim, bu canım sənə fəda, 

Nə olur mənə olsun, təki sən görmə qada, 

“Komandir yaxşı olsa, ordunu verməz bada”, 

Komutanım öndədir, gül-çiçək düz yoluna…. 

Sıra ilə gəlirik, yol ver girək qoynuna…. 

* * * 


Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, 

Xəyalım gerçək olub, sevinməsin düşmənim, 

Dualarım qəbuldu, daha nəyi gözləyim???? 

Ana, sən də gözünün qorasını sıxma ha… 

Oğulun adı üstə, qurban gedər torpağa!!!! 

12.04.2016. Bakı. 

  

  

  



 

 

  




 

27 


 

TUTQU 


(

Qurbaninin ruhu şad olsun…) 

Qönçə dodaqların bal süzür indi, 

Kişmişin yaxşısı quşa qalan tək…. 

Taclı tər çiçəyin,  məs  gəzir indi, 

Aranın  al narı  Muşa varan tək…. 

* * * 


Qırmızı, gündöyən yeri almanın, 

Dümağdı, gündəyməz  zehi heyvanın, 

Paçalı, bütövdən şirindi narın, 

Şərabın köhnəsi nuşa yatan tək…. 

* * * 

Ustacın bir mərrə ağlı qalmayıb, 



Nə çox, dağlar yarıb, səhra dolanıb, 

Armudun yaxşısı ayıya qalıb, 

Naşının xırmanı qışa qalan tək…. 

21-


23.04.2016. (11:25) . Bakı. 

  

  



  

  

  



  

  



 

28 


 

VURĞUN  VƏTƏNDİ… 

(Vurğuna) 

Vurğunam, Vurğunun vurğunluğuna, 

Vətən varlığıydı, Vətən varıydı… 

Vətəndə vətənsiz Vurğunluğuyla, 

Vətənin varlığın vurğulayırdı…. 

* * * 


Varam, Vurğunumun vurğunluğuna, 

Varıynan varmışdı varılmayana, 

Vətənin vəkili Vəkiloğluna, 

Vətən vüqariydı, Vətən varıydı…. 

* * * 

“Vurğunam”, Vətənin varı varımdı, 



Vecsizlər vulqarlıq vurğulayırdı, 

Vurğunsa, Vətənə Vətən verirdi, 

Vətən Vurğunuydu, Vurğun Vətəndi…. 

24.04.2016 . Bakı. 

  

  

  



  

  

 



 

  

  




 

29 


 

PƏNCƏRƏ 


(baş:09:31) 

Bahar gəlib pəncərəmə, 

Ürəyimə gələ bilmir.... 

Lap dayanıb qəlb evimə, 

İçəriyə girə bilmir.... 

* * * 


O, zənn edir düz gəlməyib, 

Neçə yazdır naz eyləyir.... 

Deyirəm ki, düz tuş gəlib, 

Mən dediyim az eyləyir.... 

* * * 

Ustac, sənə düz eyləyir, 



Nə eləyir saz eyləyir.... 

Sən deyirsən naz eyləyir, 

Hər nə edir, az eyləyir.... 

(bit:09:39) 

28.04.2016. Bakı. 

  

  



  

  

  



  

  

 




 

30 


 

  

TUR  ALACAM 



(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən) 

(baş:09:56) 

Dədəm qorqud səhv ad verməz, 

Doğulmuşuq tur almağa!!!! 

Od ərənlər öc saxlamaz, 

Doğulmuşuq öc almağa!!!! 

* * * 

Gözlərimin içinə bax, 



Gözünüzü oyacağam!!!! 

Hünərin var, tur düzənlə, 

Tüm turl

arı alacağam!!!! 

* * * 

Sanma, qanı qalar yerdə



Törəmizdir, alacağam!!!! 

Tək atamın qanın deyil, 

Haqqımızı alacağam!!!! 

* * * 


Yağmurlu günü sal yada, 

Yenə taxtu-tac alacam!!!! 

Tarixdə yüz il, bir gündü, 

Geci- tezi bac alacam!!!! 

(bit:10:25) 

28.04.2016 

Bakı. 

   



 

31 


 

OLUB 


(

Dilbilməzə

Qurbani babamdı, Ələsgər dədəm! 

Söz bizə müştaqdı, biz sözə müdəm! 

Naşılıq sözündən məlumdur, didəm! 

Qanmazın pendiri təkədən olub!!!! 

*   *   * 

Çox bəşər görmüşəm, şəsti yerində, 

Baxırsan insandı, büstü yerində, 

Vidi var, forsu 

var, postu yerində, 

Qabının qapağı ləçəkdən olub.... 

*   *   * 

Ustac, nələr gördün sən bu dünyada, 

Bütün arzulara yetdin, nəmxuda, 

Nöqsandı dünyaya, qəbul et, bu da 

Çoxunun mayası lüləkdən olub.... 

  

17.05.2016. Bakı. 



  

  

  



  


 

32 


 

  

QARABAĞ  ATI 



(

Qısa, ilkin varianda

  

Anası Günəşdi, atası Aydı, 



Göylərdən enibdi Qarabağ Atı!!!! 

Düşmənə göz dağı, dostasa haydı, 

Baratdı, muraddı, Qarabağ Atı!!!! 

*   *   * 

Rəngini veribdi, ata - anası, 

Yerdə, göyüzünün sanki, sonası, 

Qumralı, səkili, məxsus qaşqası, 

Hörmətdi, izzətdi, Qarabağ Atı!!!! 

*   *   * 

Dünyanı edibdi, özünə heyran, 

Tüm dünya səkməyən gözünə qurban, 

Ustac belə görüb ata-babadan, 

Namusdu, iffətdi, Qarabağ Atı!!!! 

  

21.07.2016. 23:45(15') Bakı 



  

  

  



   


 

33 


 

YARIM BARDAQ 

 

O yarım buraxdığın 



Bardaq, de yadındamı???? 

Sen gedəndən düz üç gün 

Söndürübdü yanğımı…. 

* * * 


Dodağın dəyən yerdən 

Öpmüşəm, neçə kərə…. 

Dadsız şüşə o gündən 

Dönüb bala, şəkərə…. 

* * * 

Sənin tutduğun yerdən 



Çalışmışam tutmağa…. 

İz tapanda izindən 

Qanad olmur uçmağa…. 

* * * 


Bütə dönüb, bu bardaq 

Bəzəyidir evimin…. 

Üstündə barmaq-barmaq 

Bəzəyi var əlinin…. 

* * * 

Qalan son damlaları 



Qıymadım. içəm özüm…. 

Qonaq etdim gülləri, 

Belə bulundu çözüm… 

* * * 


Dibçəklər Yer kürəsi, 

Güllər Mən, Sənsə susan… 

Heç nə yox itirəsi, 

Tay canıma hopmusan….. 

01.08.2016. 

15:40 (40′ ) Bakı. 




 

34 


 

YELLƏNCƏK 

  

Çiçəklər ruhumun yelləncəyidir, 



Ruhumu asmışam nar çiçəyindən... 

Arzular dünyamın gələcəyidir, 

Arzumu tutmuşam bar çiçəyindən... 

* * * 


Paklığı görmüşəm, səhər şehində 

Saflığı görmüşəm, qəhər mehində 

Könül fərahlığı zəfər zehində, 

Kamımı almışam qar çiçəyindən.... 

* * * 

Ustacın diləyi af olacaqdır, 



Saf qəlbin meyvəsi saf olacaqdır, 

Ruhumun məskəni Qaf olacaqdır, 

İlhamı almışam yar çiçəyindən... 

  

02.08.2016. 07:47 (15') Bakı. 



  

  

  




 

35 


 

 

YAŞIL 



  

Mənim ürəyimin rəngi yaşıldı, 

Qol

umda saatın rəngi də yaşıl..... 



Yolumda işığın rəngi yaşıldı, 

Əynimdə köynəyin rəngi də yaşıl....  

*    *    * 

Yamyaşıl bu dünyam solmaya barı, 

Bu yaşıl dünyamda çəhrayısan sən.... 

Yamyaşıl dünyamın  çəhrayı barı, 

Yaşıllıq içində solmayasan sən....  

*     *     *  

Hələ dərilməmiş zərif çiçəksən.... 

Budağın yaşıldı, yaşıl yatağın, 

Ləçəyi çəhrayı tuaf çiçəksən..... 

Çoxmu gözləyəcək yaşıl qonağın??? 

  

13.08.2016.  10:40 (20



’) Bakı. 

  

  




 

36 


 

YAXŞIDIR 

(Dostum Vüsala) 

Yaradan, fitrətə qoyub mayanı, 

Yaradanım sayıb, onu sayanı, 

Hamı ondan alıb sevgi payını, 

Çayın axımıyla axmaq yaxşıdır.... 

*         *         * 

Dünyanın təməli sevgi içində, 

Dahilər hamısı işin içində, 

Sevgisiz bir dünya yox biçimində, 

Gedilmiş çığırla getmək yaxşıdır........ 

*         *         * 

Ust


ac da çox vurub, daşa-divara, 

Sonunda gəlibdi yetkin qərara, 

Müşküllər möhtacdır tək bu açara, 

Yamana yaxşılıq etmək yaxşıdır.... 

22..08.2016.  12:21 (12

’).     Bakı. 

  

 

 



  


 

37 


 

DÜNYA 


  

Ey dünyaya yaman dünya deyənlər, 

Halva deyib, ağız şirin edənlər, 

Ayaq üstə min yuxuya gedənlər, 

Dünya 

həmən, həm də gözəl dünyadı.... 



*         *          * 

O, bizik ki, dondan-

dona düşərik, 

Motal kimi şorlu-şorsuz şişərik, 

Ocağımız köz tutmamış bişərik, 

Dünya 


həmən, həm də gözəl dünyadı.... 

*         *          *  

Ustac deyər, us ilk gündən qayıbdı, 

İnsan oğlu, insanlığa ayıbdı, 

“O” neynəsin,  kim yolundan cayıbdı???? 

Dünya həmən, həm də gözəl dünyadı....... 

  

14.08.2016.  09:44 (14



’).     Bakı. 

  

  



  


 

38 


 

SEVGİ 


 

Dünyanın təməli sevgidir, Gülüm! 

Dərdin, ah-nalənin özü də sevgi.... 

Dünya beynimizdə qurulur, Gülüm! 

Qoy  

yağsın, sağ-sola gözündən sevgi.... 



*     *     * 

Atalar niyyəti saf tut deyibdi, 

Analar pis sözə çəpər çəkibdi, 

Ağacı nə yeyib, içdən yeyibdi, 

Min dərdə bir dərman olandı sevgi.... 

*     *     * 

Qəlbində yer vermə, qara yellərə, 

Ruhun qonaq olsun, xoşbəxt ellərə, 

Ustac adın belə salıb dillərə, 

Bilir ki, dünyada qalandı sevgi.... 

  

29.08.2016. 12:12(12



’) Bakı. 

  

  



  


 

39 


 

MÜƏLLİM 


  

İkinci Günəş tək doğdun dünyaya, 

Dünyanı qərq etdin nura, müəllim! 

Sənin gözlərinlə baxdıq dünyaya, 

Baxmadıq yağışa, qara, müəllim! 

*    *    * 

Bizə qanun oldu deyilən, hər söz, 

Qaranlıq qalmadı, bir cığır, bir iz, 

Nişan verdiyin yol, ən doğru, ən düz, 

Sayəndə yetişdik  vara, müəllim! 

*    *    * 

Ustacam, tacımı aldım elmdən, 

Peşəm bu, özgə iş gəlməz əlimdən, 

Kitabla, müəllim düşməz dilimdən, 

Bilinməz  gedirik  hara, müəllim.... 

  

(S) 07.09.2016. Bakı. 13:10 (36’) 



  

  

  




 

40 


 

EYLƏYİRSƏN 

(Mahnı üçün) 

  

Gedəndə -“xoşbəxt ol!” – demədimmi mən? 



İndi, illər ötüb hal eyləyirsən.... 

Tanışdan, bilişdən salam göndərib, 

Gedən gəlişimə yol eyləyirsən.... 

*   *   * 

(Nəqarət) 

Çağırdın toyuna, necə gələydim? 

Bəlkə istəyirdin, deyib-güləydim? 

O günü görməyib, kaş ki, öləydim.... 

İndi utanmayıb, “tel” eyləyirsən.... 

*   *   * 

Sən, vəfa etmədin, əhdə, ilqara, 

Ömrün 


yelkənini açdın rüzgara, 

O zaman, yar oldun, qafil əğyara, 

İndi  boynu  bükük,  əl eyləyirsən.... 

  

  



 


 

41 


 

*   *   * 

  

Gəl, heç danışmayaq, ötüb-keçəndən, 



Mənə söhbət açma, süzüb-içəndən, 

İndi get kömək um, ölçüb-biçəndən, 

Ruh

unu cisminə qul eyləyirsən..... 



*   *   * 

Demirəm, nə səhvsən, nə də ki, düzsən, 

Tutduğun  yön  ilə dayanma,  üz  sən, 

Ustacdan əlini, bir yolluq üz sən, 

Nahaqdan gümana fal eyləyirsən.... 

  

(S) 22.09.2016. 01:55. Bakı. 



  

  

  



  

  

 



 

  



 

42 


 

SƏN  OLMAYANDA 

  

Bir məclis qurulub, Gəncə qaşında, 



Mey-

məzə yerində, adı,  aşında, 

Yalnız  sən yox idin süfrə  başında, 

Sənin yoxluğunu heç nə ovutmur.... 

*    *   * 

Sözlərin şirindi, şəkər şərbətdən, 

Gülüşün  şəfalı, ən pir  türbətdən, 

Ruhum  


gəlişinlə dönər qürbətdən, 

Sənin yoxluğunu heç nə ovutmur.... 

*    *   * 

Sən yoxsan hər şeyin qaçıb ləzzəti, 

Çoxu  unumsamaz  

ülfət-izzəti, 

Ustac çəkə bilməz bil bu zilləti, 

Sənin yoxluğunu heç nə ovutmur.... 

  

22.09.2016. 08:38. Bakı. 



  

  

 




 

43 


 

BƏLKƏ DƏ... 

(

Fəridə xanıma

  

Bəlkə də payızı biz uydurmuşuq?! 



Yarpaqlar yalnızca bizimçün sarı.... 

Bəlkə də fəsillər durub yerində?! 

Qaçan biz, payıza, ya yaza sarı... 

*    *   * 

Yarpağı tökülüb olsa da sarı, 

Payızda yetişir tutların xarı, 

Deyirlər, payızda qarşıla yarı, 

Nar sulu, alma bol, heyvası sarı... 

*    *   * 

Ustac ha, indinin  

deyil adamı, 

Sözləri görübdü Nuhi-əyyamı, 

Ruhu neçə kərə Ömər Xəyyamı, 

Dədəsi Ələsgər, babası Sarı.... 

22.09.2016. 09:19. Bakı. 

  

  



 


 

44 


 

SON  SÖZ   

ƏVƏZİ 

QÖNÇƏLƏR 

(Son variant-

sonuncu dəfə

  

Yenə də duyğular hər şeydən təmiz, 



Necə görmüşdünsə, elə qalıbdır, 

Ən zərif hisslərin  ünvanı sənsən, 

Arzular qəlbimdə cığır salıbdır... 

*         *          * 

Zəriflik içində zəriflik gəzən, 

Ən incə duyğular qəlbimdə yaşar. 

Müdhiş gözəlliyə məftun olaraq, 

Ürək cəmalına nəğmələr qoşar... 

*         *          * 

Arzular içində arzu yaşayır, 

Səfinə düzülmüş durnalar kimi. 

İçimdən neçə min  sabah boylanır, 

Əsən mehə təşnə qönçələr kimi... 

Bakı. 


  

  



 

45 


 

                           Maraq üçün

 

 



Zaur Ustac 8 yanvar, 1975-

ci ildə Bakı şəhərində anadan olmuş, 

ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində 

almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali 

Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və 

Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam 

etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və 

halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən 

etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar» 

jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac 

«GÜNAYDIN

“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR 

OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, 

“MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM 

KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, 

“GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, 

“QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, 

"ÇƏHRAYI  KİTAB",  "OTUZ İLDİR, ƏLDƏ QƏLƏM"   kimi 

şeirlər kitablarının, "USUBCAN  ƏFSANƏSİ" adlı  məqalələr 

toplusunun  

və Azərbaycan Respublikasının Milli Qəhrəmanı 

Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ 

ORİYENTİR ULDUZU” kitabının müəllifidir

.

 



Ustaca görə, yazarlar, ancaq yazarlar... Yəni şübhəsiz ki, 

hikmət və söz  Uca Tanrıya məxsusdur. 

Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq- 

qələmin sahibi də odur...  



Ustaclıyam, əlim ərşi-əlada

Bu nə sitəm, millətim nə bəlada???!!! 

                  




 

46 


 

                                 Zaur  USTAC 

               

Mustafa ev  Zau   Mustafa oğlu  

                               

“NİŞANGAH”  

 

Elektron n



əş :  

Texniki redaktor: Tunc AY



 

T

ə tibatçı:  Gülü 



Kitab  Yazarlar -

ı  ko püte   ərkəzində  ığılıb. 

T

əşkilati dəstək: 



www.ustac.az

 

(



Qeyri- kommersiya



Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  “30”  illik yubley 

t

ədbirləri çərçivəsində  nəşr olunan 11-ci  kitabdır. 

                         (Y-30-EK-11-ZU) 

Bütün hüquqlar mü

əllifə məxsusdur.                                    

Çapa i zala dı: 19. 04.2018. 

Əlaqə: 

zauryazar@mail.ru



 

Pulsuz. 


F/b:  

Zaur Ustac

 

 



 

 

  



  


 

47 


 

 

Qeyd: 



 

Üz abığı ı   üəllifi,  Gülü   a ı dı .(Orijinal əsər



Document Outline

  • YAZARLAR.AZ - Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illi...
  • Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qdər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ...
    • F/b:  Zaur Ustac

Yüklə 457,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə