Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə1/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
  1   2   3   4   5   6   7   8   9   ...   124


 
Zavər Qafarov, Ataxan Əbilov 
Beynəlxalq 
xüsusi hüquq 
Yenidən işlənmiş ikinci nəşr 
Bakı ~ Qanun - 2007 


 


ON SOZ 
rici nıokaniii no 
bətlər səviyyəs 
Azərbaycan Respublİkasmın dövlət müstəqilliyi elan edildiyi an- 
dan ölkəmiz hüquqi dövlət, azad vətəndaş cəmiyyəti quruculuğu 
kursu götünniişdür. Belə bir cəmiyyət üçün insanların əsas hüquq 
və azadlıqlarının təmin edilməsi ilə yanaşı, inkişaf etmiş dünya döv- 
lətləri ilə geniş şəkildə iqtisadi, mədəni inteqrasiya vacib şərtdir. 
Azərbaycan uzun müddət totalitar kommunist rejimi şəraitində 
yaşamışdır. Özünün daha çox qapalılığı ilə xarakterizə olunan, xa- 
inki geniş iqtisadi inteqrasiyanı, hətta şəxsi münasi- 
ində belə əlaqələri arzuolunmaz hesab edən sovet 
rejiminin buxovlan dağıldıqdan sonra Azərbaycanın iqtisadi məka- 
nı xarici investorlar üçün açıq elan edildi, eyni zamanda, respubli- 
kamızın hüquqi şəxsləri və vətəndaşları azad surətdə dünyaya çıxış 
əldə etdilər. 
Müasir dövrdə hüquqi və fiziki şəxslər səviyyəsində quaılan xa- 
rici əlaqələrin əsas kütləsi mülki dövriyyə ilə bağlı olur. Bura bey- 
nəlxalq xarakterli və ya xarici elementi i mülki, əmək, ailə münasi- 
bətləri daxildir. Məlumdur ki, dövlət daxilində mülki, əmək, ailə 
münasibətləri müvafiq konkret hüquq sahəsi ilə tənzimlənir. Xarici 
elementi i analoji münasibətlərin statusu isə beynəlxalq xüsusi hü- 
quqla nıüoyyən edilir. 
Azərbaycan Respublikasının ərazisində hər gün saysız-hesabsız 
bu səpkili münasibətlər baş verir. Eyni zamanda, Azərbaycan Res- 
publikasının dünyaya inteqrasiyası dərinləşdikcə onların çəkisi və 
rolu da getdikcə artır. Həmin münasibətlər beynəlxalq xüsusi hü- 
quq normaları ilə tənzimləndiyindən onlara beynəlxalq xüsusi hü- 
quq münasibətləri deyilir. Təqdirəlayiq haldır ki, bu gün Azərbay- 
can Respublikasında beynəlxalq xüsusi hüquqla bağlı bir sıra mə- 
sələlər qanunvericilik səviyyəsində həll edilmişdir. Azərbaycan 
Respublikasının hüquq sistemi üçün yeni bir hadisə olan “Beynəl- 
.talq xüsusi hüquq haqqında” Qanun qəbul edilmiş, iqtisadi 


On söz 
sfcHKİa bcynolxalq xarakterli münasibətləri tənzimləmək üçün dünya 
dövlətləri tərəfindən qəbul olunan, funifikasiya edilmiş maddi hüquq 
normalarını  özündə  ehtiva  edən  bir  sıra  mühüm  beynəlxalq 
müqavilələr ratifikasiya edilmişdir. 
Müasir  dünyada  beynəlxalq  xüsusi  hüququn  öyrənilməsi  və 
tədrisinə xüsusi diqqət yetirilir. Təkcə onu demək kifayətdir ki, nüfüz- 
lu  beynəlxalq  təşkilatlardan  biri  olan  Beynəlxalq  Hüquq  İnstitutu 
özünün 1997-ci il sessiyasında qəbul etdiyi qətnaməsində beynəlxalq 
xüsusi  hüquqa  xüsusi  önəm  verir;  "Beynəlxalq  xüsusi  hüquq  kimi 
fundamental  kursu  dinləməyən  heç  bir  tələbə  hüquq  fakültəsini 
qurtarmaq haqqında diplom ala bilməz". 
Beynəlxalq  xüstisi  hüquq  dövlətdaxili  hüquq  sisteminin  tərkib 
hissəsi  olub,  onun  ayrıca  bir  sahəsini  təşkil  edir.  Xüsusi  hüquq 
xarakterli. xarici elementli bütün beynəlxalq münasibətlər beynəlxalq 
xüstisi hüquqla tənzimlənir. 
.^zərbaycan Respublikasının bugünkü həyatını hu tniinasibotlor- 
tiən  kənar  təsəvvür  etmək  qeyri-mümkündür.  Digər  tərəfdən  insan 
həyatının  bütün  sfenilarmın  beynolmilolloşməsi.  maliyyə,  ticarət, 
istehsalatda qloballaşma beyn.iKalq xüsusi hüquqla bağlı mosəlo- ləri 
bir daha aktual edir. 
Belə vəziyyətdə  beynəlxalcj xüsusi  hüququn öyrənilməsi  nəinki 
hüquqşünas tələbələr, ədliyyə və digər müvatiq dövlət orqanları üçün, 
həm do xarici elementli mülki dövriyyənin bilavasitə hər bir iştirakçısı 
üçün əhəmiyyət kəsb edir. 
Lakin  beynəlxalq  xüsusi  hüququn  öyrənilməsi  günün  tələbləri 
səviyyəsindən çox geri qalır. Bu sahədə, demək olar ki, heç bir tədris 
və  metodik  vəsait  yoxdur.  Digər  tərəfdən,  so\  ellər  dövründə  bu 
predmet  yerli  tələbələrə  (1992-ci  ilə  qədər  BDU-nun  hüquq 
fakültəsində  beynəlxalq  xüsusi  hüquq  kursu  ancaq  xaricilərə  tədris 
edilmişdi)  tədris  ediImodiyindən,  o  dövrdə  diplom  almış 
hüquqşünasların ək.səriyyəti hüququn bu sahəsi haqqında məlumatlı 
deyillər. 
Bu  boşluğu  aradan  qaldınnaq  istəyi  beynəlxalq  xüsusi  hüquq 
dərsliyinin  ərsəyə  gəlməsinə  rəvac  verdi.  Bu  zaman  müəlliflər 
dünyada 


ön söz 
tamımıış  beynəlxalq  xüsusi  hüquq  doktrinalannı,  Azərbaycan  Res- 
pubiikasımn  bu  sahədəki  qanunvericiliyini  əsas  götünnəklo  yanaşı, 
həm də özlərinin istər hüquqyaratma prosesinə kömək, istərsə də bu 
istiqamətdə pedaqoji fəaliyyət zamanı əldə etdikləri təcrübədən çıxış 
etmişlər.  Dərslik  ali  məktəblərdə  beynəlxalq  xüsusi  hüquq 
kursunun  tədrisi  zamanı  istifadə  edilən  proqram  əsasında 
hazırlanmışdır. 
Müəlliflər  qarşıya  qoyulan  məqsədə  hansı  səviyyədə  nail 
olmalarını  oxucuların  mühakiməsinə  buraxır  və  edəcəkləri  bütün 
qeyd və iradlara görə onlara qabaqcadan təşəkkür edir. 


i
 B O L M ə  
Ü M U M İ   H İ S S Ə  
Fəsil 1. Beynəlxalq xüsusi hüququn anlayışı, 
prcdmeti və sistemi 
§ 1. Bc>nəlxalq xüsusi hüququn anlayışı 
və prcdmeti 
Sovet  İttifaqının  dağılması,  keçmiş  müttəfiq  respublikaların  hər 
birinin, ü cümlədən Azərbaycan Respublikasının beynəlxalq hüququn 
müstəqil  subyektinə  çevrilməsi  postsovet  məkanında  tamamilə  yeni 
bir situasiyanın  yaranmasına səbəb oldu. Keçmiş 70 il ərzində hətta 
fiziki və hüquqi şəxslər səviyyəsində ciddi inteqrasiyaya uğramış bu 
ərazi  mövcud  əlaqələrin,  xüsusən  iqtisadi  və  təsərrüfat 
münasibətlərinin  qorunmasının  zəruriliyi  problemi  ilə  üzləşdi.  Belə 
vəziyyət  beynəlxalq  xüsusi  hüquqla  bağlı  olan  bir  sıra  məsələlərin 
həllini aktuallaşdırdı. 
Digər  tərəfdən,  müasir  dünyamızı  insan  fəali>
7
ətinin  bütün 
sahələrini  əhatə  edən  inteqrasiyadan  kənar  təsəvvür  etmək  qeyri- 
mümkündür.  Planetimizin  ayrı-ayrı  nöqtələri  arasında  əlaqələr  tək 
dövlətlər və hökumətlər arasında deyil, eyni zamanda, hüquqi və fiziki 
şəxslərin  fəaliyyətində  maddiləşir.  Belə  münasibətlər  məzmun 
etibarilə bir dövlətin  hüdudları  daxilində, həmin dövlətin  hüquqi  və 
fiziki şəxsləri arasında baş verən münasibətlərdən, bİr qayda olaraq, 
iıeç  nə  ilə  fərqlənmir.  Məsələn:  xarici  dövlətdə  daimi  yaşayan 
Azərbaycan  Respublikasının  vətəndaşı  dünyasını  dəyişdikdə  həm 
yaşadığı ölkədə, həm də Azərbaycanda onun niiras qoyduğu əmlaka 
vərəsə  kimi  Azərbaycan  və  xarici  ölkə  vətəndaşları  iddia  edirlər; 
xarici  dövlətlərin  birində  səfərdə  olan  Azərbaycan  Respublikasının 
vətəndaşı  orada  avtomobil  qəzasına  uğrayaraq  səhhətinə  dəyən 
ziyanın ödənilməsi ilə bağlı həmin dövlətin məhkəməsi qarşısında 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə