ZəFƏr güNÜ – jurnalist baxişI İLƏ”



Yüklə 18,69 Kb.
tarix24.12.2023
ölçüsü18,69 Kb.
#160083
New Microsoft Word Document


ELM VƏ TƏHSİL NAZİRLİYİNİN (ETN) SABAH QRUPLARI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANIN VƏTƏN MÜHARİBƏSİNDƏKİ MÖHTƏŞƏM QƏLƏBƏSİNİN YEKUNU – ZƏFƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ KEÇİRDİYİ MÜSABİQƏYƏ TƏQDİM OLUNAN
ZƏFƏR GÜNÜ – JURNALİST BAXIŞI İLƏ”
adlı videoçarxın ssenarisi

  • Azərbaycan 30 ilə yaxın müddətdə danışıqlar apararaq sülh yolu ilə ərazisinin 20%-ni işğaldan azad etməyə çalışdı. Amma bu müddət ərzində ordu quruculuğunda dönüş yaratdı. Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsini zaman məsələsinə çevirdi.
FASİLƏ

  • Siyasət meydanındakı “müharibə” Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlamasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il oktyabrın 3-də bu bəyanata cavab olaraq dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi”, − deməyi ilə başladı.

FASİLƏ

  • 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlaması ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

FASİLƏ

  • 44 günlük II Qarabağ müharibəsi dövründə Azərbaycan xalqı ayağa qalxdı, Ali Baş Komandanının ətrafında yumruq kimi sıx birləşdi.

Ali Baş Komandan İlham Əliyev müharibənin gedişatında dəfələrlə xalqına müraciətlər etdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – ilk və məşhur müraciətindən başlamış Noyabrın 8-i Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı etdiyi müraciətlər daxil – hər biri ilə xalqa zəfər müjdələrini verdi.
Eyni zamanda, Ali Baş Komandan, demək olar ki, hər gün öz “Twitter” hesabında işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirdi. Hər gün Azərbaycan xalqı bu xəbərləri gözləyirdi. Adətən, axşam saatlarında verilən belə xəbərləri hamı nəfəsini içinə çəkərək dinləyirdi. Hər gün, hər saat, nə vaxt bu xəbərlər olacaq, nə vaxt bu xəbərlər açıqlanacaq?! – deyə xalq hər gününü bu xoş xəbərlərlə tamamlayırdı.
II

  • 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün də bir sınaq oldu. Azərbaycan Televiziyası (AzTV), İTV, REAL TV, “Xəzər TV”-lərin və digərlərinin bölgə müxbirləri, döyüş bölgəsinə ezam olunan əməkdaşları Vətən müharibəsi zamanı cəmiyyəti məlumatlandırdı, canlı bağlantılar təşkil etdilər. Hər xəbər buraxılışında birbaşa hadisə yerindən mümkün ola biləcək kadrlar yayımladılar.

FASİLƏ

  • Jurnalistlərin bir amalı var idi - düşmənin törətdiyi təxribatları, müharibə cinayətlərini, sivil insanlara vurduğu ziyanları vətəndaşlara və dünyaya çatdırmaq. Eyni zamanda, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücumunu, ərazilərin işğaldan azad olunmasını xəbər vermək hər kəsin istəyi idi. Xalqın nümayəndəsi olaraq, vətəndaş olaraq cəbhə xəttindəki jurnalistlər də bir yumruq kimi birləşdilər. Jurnalistlər arasında informasiyanın çatdırılmasında fikir ayrılığı yaşanmadı.

FASİLƏ

  • İkinci Qarabağ müharibəsində xarici ölkələrin jurnalistləri də fəaliyyət göstərirdilər; cəbhə bölgəsindən, sivil insanların raket atəşlərinə hədəf olduğu yerlərdən canlı bağlantı edirdilər.

FASİLƏ

  • Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. 44 gün davam edən müharibə dövründə cənab Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi:

29 sentyabr 2020-ci ildə “ROSSİYA-1” telekanalının “60 DƏQİQƏ” proqramına;
2 oktyabr 2020-ci ildə “ƏL-CƏZİRƏ” televiziya kanalına;
5 oktyabr 2020 ildə “TRT HABER” televiziya kanalına;
7 oktyabr 2020-ci ildə “CNN-TÜRK” televiziyasına;
9 oktyabr 2020-ci ildə “CNN INTERNATIONAL” televiziya kanalının “CONNECT THE WORLD” verilişinə;
14 oktyabr 2020-ci ildə “HABER TÜRK” kanalına;
14 oktyabr 2020-ci ildə tarixində “FRANCE 24” televiziyasına;
25 oktaybr 2020-ci il ABŞ-ın “Fox News” televiziya kanalına;
31 oktyabr 2020-ci il Almaniyanın ARD televiziyasına;
5 noyabr 2020-ci il İspaniyanın EFE İnformasiya Agentliyinə;
9 noyabr 2020-ci ildə “BBC News”a və digər KİV vasitələrinə.


III

  • 2020-ci ilin 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycanın şanlı tarixidir... Lakin bu şanlı tarix günümüzədək davam edir. 15 oktyabr 2023-cü ildə Ağdərə, Xankəndi, Xocalı, Xocavənd şəhərlərində Azərbaycan bayrağı dalğalanmağa başladı.

  • ŞANLI ZƏFƏRİN DAİMİ OLSUN, AZƏRBAYCAN!!!

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ BÜTÜN ƏRAZİSİ BOYU BƏRPA EDƏN AZƏRBAYCAN ƏSGƏRİNƏ EŞQ OLSUN!
CANLARINI VƏTƏN UĞRUNDA QURBAN VERƏN ŞƏHİDLƏRİMİZİN RUHU, SAĞLAMLIĞINI QURBAN VERƏN QAZİLƏRİMİZİN, QARŞISINDA BAŞ ƏYİRİK! VƏTƏN VƏ TARİX SİZİ UNUTMAYACAQ!
Yüklə 18,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə