Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi


Allah şəhidlərimizə rəhmət eləsin



Yüklə 0,74 Mb.
səhifə14/17
tarix31.12.2021
ölçüsü0,74 Mb.
#82435
1   ...   9   10   11   12   13   14   15   16   17
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021

Allah şəhidlərimizə rəhmət eləsin

qədər ki, biz varıq, şəhidlərimiz də bizimlə olacaqdır.

Nə qədər ki, Azərbaycanımız var, Şəhidlərimiz də yaşayacaq.
Sarmanım boynuna gəl gülə-gülə,

Doğmalar hicranı belə uzatmır.

Görünür - "İsmayıl Qurbanı" belə,

hələ də insanın ağlına batmır.

Nəğmətək dillərin əzbəri oldun,

indi sənin adın düşübdür dəbə.

dalınca yollanıb müzəffər Ordun,

ləngimə, tez yetiş böyük Qələbə...

7. Aparıcı: Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!

8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…

Şəninə bəzədim bəyaz kağızı,

düşməni qovaraq qaçan əsgərin.

Alnından öpəcəm Bayrağımızı

İsa bulağına sancan əsgərin.

Yuxumda görmüşəm - aydınlıqdı su,

çin olur gözlərin qaçaq yuxusu.

bircə gün rahatca yatmaq arzusu,

səhəri səngərdə açan əsgərin.

Çıxış üçün söz verilir: 7-ci şagird
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə