ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə1/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
  1   2   3   4   5   6   7   8   9   ...   194


                            

 

 



ZƏHĠRƏDDĠN MƏHƏMMƏD BABUR 

                        

                    

 

                

 

 

                                                         

BABURNAMƏ 

 

2-ci nəĢr 

                                                   

   

 

BAKI – 2011 



 

 

 

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 





Azərbaycn Milli Elmlər Akademiyası  

Folklor Ġnstitutu Elmi ġurasının  

qərarı ilə çap olunur 

 

 



 

Çağatayca, türkcə və rusca 

nəşrlərindən çevirən, 

ön sözün, qeydlərin və izahların müəllifi: 



Ramiz ƏSKƏR 

 

 



Redaktoru: 

Prof. Dr. Hüseyn ĠSMAYILOV 

 

 

 

 

Zəhirəddin Məhəmməd BABUR. BABURNAMƏ.  

Bakı, Nurlan, 2011, 424 s. 

 

Böyük  türk  hökmdarı  və  dövlət  xadimi,  ümumtürk  ədəbiyyatının  görkəmli 

nümayəndəsi  Qazi  Zəhirəddin  Məhəmməd  Baburun  (1482-1530)  «Baburnamə» 

əsəri türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Müəllif bu-

rada öz keşməkeşli həyatını qələmə almış, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hin-

distanın  tarixinə,  mədəniyyətinə,  etnoqrafiyasına,  flora  və  faunasına  dair  qiymətli 

məlumatlar vermişdir. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstanbulda TürkSOY tə-

rəfindən təşkil olunan «Türk Ləhcələri Arasında Uyğunlaşdırma Çalışmalarının Bu-

günkü  Durumu  və  Qarşılaşılan  Problemlər»  mövzusunda  Beynəlxalq  simpoziumun 

tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir. 



 

 

 

 

ĠSBN: 978-9952-29-041-7 

        



 Ramiz Əskər



 



 Folklor Ġnstitutu



 

 

 

 



 

 

 



 


BABURNAMƏ 

 



 

 

 



 

 

 

 

 

 

QAZĠ ZƏHĠRƏDDĠN MƏHƏMMƏD BABUR: 

HƏYATI, ġƏXSĠYYƏTĠ VƏ ƏSƏRLƏRĠ

1

 

 

          «Bütün  Şərq  fatehlərindən  fərqli  olaraq  o  çox-çox  insan-

pərvər idi... Adamlar onun barəsində başqa mənada nə düşünür-

lərsə  düşünsünlər,  biz  bu  böyük  qəlbli  və  ünsiyyətcil  nəhəngə 

dərin rəğbətlə yanaşmaqdan başqa onun haqqında heç nə düşünə 

bilmərik».  

B.N.Morlend. 

  «Müsəlman Hindistanının aqrar sistemi» kitabından. 

 

Məlum  olduğu  kimi,  dünyanın  ən  zəngin,  köklü  dillərindən  biri  olan 



türk  dili  üç  böyük  qrupa  –  oğuz,  qıpçaq  və  qarluq  qruplarına  ayrılır.  Hər 

qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola 

bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və 

sair  dillər  daxildir.  Vaxtilə  mövcud  olmuş  qaraxani  və  çağatay  dilləri  isə 

qarluq  türkcəsinin  tarixi  etaplarıdır.  Üstəlik,  bu  dillərdə  zəngin  ədəbiyyat 

yaranmışdır. Qaraxani dönəmində Mahmud Kaşğari «Divanü lüğat-it-türk»ü, 

Yusif  Balasağunlu  isə  «Qutadğu  bilig»i  yazmışdır.  Bunlar  ortaq  türk  ədə-

biyyatının və türk dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün 

böyük önəm daşıyan əsərlər qələmə alınmışdır.     

XX  əsrdə  qardaş  Türkiyənin  humanitar  elmlər  sahəsində  yetirdiyi  ən 

böyük  şəxsiyyət  olan  ordinarius  professor  Məhmət  Fuad  Köprülü  çağatay 

türkcəsini  «Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan 

çağatay,  elxani  və  Altın  Ordu  imperatorluqlarının  mədəni  mərkəzlərində 

XIII-XIV əsrlərdə inkişaf edən və teymurilər dövründə, bilxassə XV əsrdə, 

klassik  bir  mahiyyət  alaraq  zəngin  bir  ədəbiyyat  yaradan  ədəbi  Orta  Asiya 

ləhcəsi»  kimi  səciyyələndirmişdir.  Türkcənin  bu  qolunda  Şəkkaki,  Lütfi, 

Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bay-

ram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yarat-

                                                           

1

 Bu ön söz bizim Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 



328  s.  kitabına  yazdığımız  ön  sözün  genişləndirilmiş  variantıdır.  Burada  Baburun  poetik 

yaradıcılığından  bəhs  edən  qismlər  çıxarılmış,  yerinə  «Baburnamə»  əsərinin  məziyyətləri 

haqqında düşüncələr və təhlillər əlavə edilmişdir.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



mışlar.  Bunların  arasında  şanlı  türk  hökmdarı  və  dövlət  xadimi,  baburilər 

dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğ-

rafiyaçı,  etnoqraf,  ensiklopedik  zəka  sahibi  Qazi  Zəhirəddin  Məhəmməd 

Babur şahın xüsusi yeri var.         

Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur.  Onun atası, 

Fərqanə  hakimi  Ömər  Şeyx  Mirzə  böyük  Əmir  Teymurun  nəticəsi,  anası 

Qutlu(ğ)  Nigar  xanım  isə  Çingiz  xanın  on  dördüncü  nəsildən  törəməsi  idi. 

Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca 

Nəsrəddin  Übeydullah  Əhrarın  yanına  gələrək  körpəyə  ad  qoymasını  xahiş 

etmişdir. O,  əvvəlcə «Zəhirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir 

az  düşünərək  «Bu  ad  tələffüz  baxımında  avam  dili  üçün  ağırdır,  qoy  onlar 

«Babur  Mirzə»  desinlər»  demişdir.  Babur  sözü  əski  türkcədə  bəbir,  pələng 

mənasına gəlir. 

 Baburun  anası  Qutlu  Nigar  xanım  Sultan  Mahmudun  böyük  bacısı, 

Monqolustan xanı Yunusun qızı idi.  Babur ana nənəsi İsən Dövlət bəyimin 

yanında  böyümüş,  ondan  tərbiyə  almışdır.  Bu  qadın  bütün  Orta  Asiyada 

qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir 

düşəndə  şahzadələrdən  biri  ona  təcavüz  etmək  istəmiş,  İsən  Dövlət  bəyim 

kənizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə 

tullamışdı. Səhər məsələ məlum olanda o, hamının hüzurunda belə demişdi: 

«Bu  adam  şəriəti  pozaraq  mənim  namusuma  toxunmaq  istədi,  mən  də  onu 

öldürdüm.  Buna  görə  bir  suçum  varsa,  çəkməyə  hazıram».  Öldürülən  şah-

zadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bil-

dirmiş və bütün əsirləri azad etmişdi. 

Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən 

Əndicana vali təyin edir. Bundan iki il sonra bir qəza nəticəsində, daha doğ-

rusu,  Axsi  qalasında  uçurumun  üstündə  göyərçinləri  seyr  edərkən  müvazi-

nətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 

iyun 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır.  

Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Sə-

mərqənddə  Baburun  əmisi  Sultan  Əhməd  Mirzə,  Hisarda  və  Bədəxşanda 

dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II 

Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların ba-

şında  Şah  İsmayıl  Xətai,  özbəklərin  başında  Şeybani  xan  dururdu.  Hindis-

tanda isə  hər vilayətdə,  hətta hər şəhərdə bir mirzə  (bu söz  əmirzadə  sözü-

nün  qısaldılmış  variantı  olub,  əsasən,  Əmir  Teymurun  törəmələrinə  şamil 

edilirdi), xan və ya bir racə hakim idi.    

Babur  hökmdar  olduqdan  qısa  bir  müddət  sonra  taxtını  əmisindən  və 

dayısından qorumaq məcburiyyətində  qalır. Ağlı-fərasəti və ətrafındakı  ya-

xın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayı-

sına  güzəştə  getməklə  təhlükəni  sovuşdurur.  Yavaş-yavaş  güclənən  Babur 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə