ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə14/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   10   11   12   13   14   15   16   17   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



30 

dilər. Ədik Sultandan sonra Sultan Nigar xanımı qazax ulusunun xanı Qasım 

xanın aldığını söyləyirlər. Qazax xanların və sultanlarının arasında heç kim 

o ulusu Qasım xan kimi hakimiyyəti altına ala bilməmişdir. Əsgərinin sayını 

üç yüz min olaraq təxmin edirdilər. Qasım xan öldükdən sonra Sultan Nigar 

xanım da Kaşğara, Sultan Səid xanın yanına gəldi. 

[Yunus xanın Şah bəyimdən olan digər qızı] Dövlət Sultan xanım ha-

mısından kiçıkdi.  Daşkənd savaşında Şeybani  xanın  oğlu  Teymur Sultanın 



(12 b) əlinə düşmüş və ondan bir qızı olmuşdu. Səmərqənddən mənimlə bir-

likdə  çıxmışdı.  Üç-dörd  il  Bədəxşan  vilayətində  qaldı.  Sonra  isə  Kaşğara 

Sultan Səid xanın yanına getdi. 

  

YENƏ ÖMƏR ġEYX MĠRZƏNĠN 



QADINLARI VƏ CARĠYƏLƏRĠ HAQQINDA 

 

Ömər  Şeyx  Mirzənin  hərəmlərindən  biri  də  Xoca  Hüseyn  bəyin  qızı 



Ulus ağa idi. Ondan bir qızı oldu, ancaq kiçık yaşda öldü. İl-il yarım sonra 

Ulus ağanı hərəmdən çıxardılar. 

Arvadlarından biri də moğol tümən bəylərindən [birinin qızı olan] Fat-

ma Sultan ağa idi. Mirzə hamısından əvvəl bu Fatma Sultan ağanı almışdı. 

Daha sonra aldığı Qaragöz bəyim isə çox sevimliydi. Mirzəyə xoş gö-

rünmək  üçün  nəsəbini  Sultan  Əbu  Səid  Mirzənin  böyük  qardaşı  Mənuçöhr 

Mirzəyə qədər çıxartmışdılar. 

Onun  cariyələri  də  çox  idi.  Bunlardan  biri  Ümid  ağaçə  idi  və  Mirzə-

dən əvvəl ölmüşdü. Mirzənin son günlərində aldığı iki cariyədən biri moğol-

lardan Tün (Tərsün) Sultan, digəri isə Ağa Sultan idi.  



Əmirləri: Xudaverdi TimurdaĢ, Herat hakimi Ağ Buğa bəyin böyük 

qardaşının nəslindəndir. Sultan Əbu Səid Mirzə Şahruxiyyədə Cuki Mirzəni 

mühasirə  edəndə  Fərqanə  vilayətini  Ömər  Şeyx  Mirzəyə  vermiş  və  eşik 

ağası


1

 olaraq da bu Xudaverdi (13 a) Timurdaşı təyin edib göndərmişdi. Hə-

min dövrdə o, iyirmi beş yaşlarında idi. Yaşca cavan olsa da, idarəçilik qabi-

liyyəti  çox  yaxşı  idi.  Bir-iki  il  sonra  İbrahim  Bəycik  [Tağayi]  Oş  tərəflərə 

hücum edəndə Xudaverdi Timurdaş onu arxadan təqib edərək döyüşdü, an-

caq həm yenildi, həm də şəhid oldu. 

O  əsnada  Sultan  Əhməd  Mirzə  Ura-Təpənin  Ağ-Qaçğay  adlı  yayla-

sında  idi.  Bu  yayla  Səmərqəndin  on  səkkiz  ağac  şərqindədir.  Sultan  Əbu 

Səid  Mirzə  isə  Heratın  on  iki  ağac  şərqində  yerləşən  Baba-Xakidəydi.  Bu 

xəbəri  Əbdülvahab  Şiğavul  vasitəsilə  Mirzəyə  göndərdilər,  buna  görə  yüz 

iyirmi altı ağaclıq məsafə dörd günə qət edildi. 

Hafiz Məhəmməd bəy Dulday Sultan Məlik Kaşğarinin oğlu Əhməd 

                                                           

1

 Eşik ağası: bu titul haqqında bax: Qeydlər və izahlar.  




BABURNAMƏ 

 

31 



Hacı bəyin kiçık qardaşıdır. Xudaverdi bəyin ölümündən sonra eşik ixtiyarı

1

 



olaraq onu göndərmişdilər. Sultan Əbu Səid Mirzənin ölümündən sonra Ən-

dican  bəyləri  ilə  dil  tapa  bilmədiyi  üçün  Səmərqəndə  gedərək  [Sultan  Əbu 

Səid Mirzənin oğlu] Sultan Əhməd Mirzənin xidmətinə girdi. Sultan Əhməd 

Mirzə Çirdə məğlub olduğu zaman [Hafiz Məhəmməd bəy Dulday] Ura-Tə-

pədə idi.  (13  b) Ömər Şeyx Mirzə  Səmərqəndə  getmək niyyətilə  Ura-Təpə 

üzərinə  gələndə  Ura-Təpəni  Mirzənin  adamlarına  təslim  edib  özü  də  onun 

xidmətinə girdi. Ömər Şeyx Mirzə də Əndicanın idarəsini ona tapşırdı. Son-

ra Sultan Mahmud xanın yanına getdi, o da [Sultan Veys] Mirzə xanın tərbi-

yəsini ona etibar edərək Dizakı da mülk olaraq verdi. Mən Kabili almazdan 

bir az əvvəl Məkkəyə getmək üçün Hindistan yoluyla səfərə çıxmış və yolda 

Allahın rəhmətinə qovuşmuşdur. Cah-cəlalı sevməyən, qaradinməz və sadə 

bir adamdı. 

Başqa bir əmiri də Xoca Hüseyn bəy idi. O, şən, ancaq təmtəraq sev-

məyən  bir  adam  idi.  O  zamanın  adəti  üzrə  içki  məclislərində  yaxşı  qoşma 

(qoşuq) söyləyirmiş. 

Başqa  bir  əmiri  ġeyx  Məzid  bəy  idi,  əvvəlcə  mənə  bəy-atəkə  təyin 

edilmişdi.  Onun  vaxtında  üsul-idarə  və  nizam-intizam  çox  yüksək  idi. 

(Əbülqasım) Babur Mirzəyə də xidmət etmişdi. Ömər Şeyx Mirzənin yanın-

da ondan böyük bəy yox idi. Fasiq bir adam və uşaqbaz idi. 

Başqa bir əmiri olan Əli Məzid bəy koçinlərdən

2

 idi. Bir dəfə  Axsidə 



və bir dəfə də Daşkənddə üsyan qaldırmışdı. Münafiq, fasiq, nankor və  ya-

ramaz bir adam idi. 

Başqa bir əmiri Həsən Yaqub bəy isə təvazökar, xoş təbiətli, zirək və 

dəyərli bir adamdı. Bu beyt onundur: 

Bazay, ey hüma ki, betutiyi-xətət, 

Nəzdik şod ki, zağ bərəd üstüxani-mən.  



Ey dövlət quşu, qayıt gəl, sənin tuti xəttin olmasa,  

Qarğa mənim sümüyümü aparacaq. 

Cəsur adam idi. Yaxşı ox atır, yaxşı çovqan (14 a) oynayır və eşşəkbe-

li sındırdıda yaxşı sıçrayırdı. Ömər Şeyx Mirzənin ölümündən sonra mənim 

qapımda sahibi-ixtiyar o idi. Dar görüşlü, kəmhövsələ və fitnəçi bir adam idi.  

Başqa  bir  əmiri  olan  Qasım  bəy  də  koçin  idi,  Əndicanın  əski  koçin 

bəylərindən  idi.  Həsən  bəydən  sonra  mənim  qapımda  sahibi-ixtiyar  o  idi. 

Ömrünün sonuna qədər qüdrət və etibarı artdı, azalmadı. Cəsur bir adam idi. 

Bir dəfə  Kasan tərəflərini çapıb talayan özbəkləri təqib edərək onları möh-

kəm  əzdi.  Ömər  Şeyx  Mirzənin  məiyyətində  qılınc  çalmışdı.  Yastı  keçid 

                                                           

1

 Eşik ixtiyarı: bu titulun səlahiyyət dairəsini dəqiq müəyyən etmək çətindir.  



2

 Koçin:  Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən addır. Bu ad 

zamanla  atadan  oğula  keçmişdir.  Koçinlər  hər  hansı  bir  bölgəyə  deyil,  hökmdara  bağlı 

idilər.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə