ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə2/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   ...   194

BABURNAMƏ 

 



1497-ci  ildə  Səmərqəndi  alır.  Ancaq  ağır  xəstələndiyi  üçün  uzun  müddət 

burada fəaliyyətsiz qalır, ətrafındakı  bəylər onu tərk edirlər. Bu  yetməzmiş 

kimi,  Baburun  ən  inandığı  bəylərindən  biri,  Axsi  qalasının  komendantı 

Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir 

olub  «Babur,  ağır  xəstədir,  dili  tutulub,  ağzına  pambıqla  su  damızdırırlar» 

deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrin-

dəki  250  nəfərlik  dəstə  ilə  Əndicana  üz  tutur,  lakin  şəhərin  ələ  keçdiyini 

öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndica-

nı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndica-

nı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, la-

kin bacı gözü ilə baxdığı əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bə-

yimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu 

tərk edir.  

Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Ba-

bur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-

ci  ilin  yayında  Səripul  müharibəsində  ona  məğlub  olub  Səmərqəndə  qaçır. 

Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk 

edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlə-

nir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nə-

fərlə  ac-susuz  vəziyyətdə  dağlarda,  düzlərdə  dolaşır,  axırda  payi-piyada 

Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda 

onun  digər  dayısı  Əhməd  xan  Monqolustandan  Daşkəndə  gəlir.  İki  qardaş 

Fərqanəni  tutmaq  üçün  ona  dəstək  verir.  Babur  bəzi  yerləri  ələ  keçirərək 

Əndicana  yaxınlaşır,  qoşunla  dincəldiyi  zaman  qəfildən  basqına  uğrayır, 

çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zər-

bəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur. 

Sonra  onlardan  ayrılaraq,  yolboyu  xarabalıqlarda  gizlənə-gizlənə  bir  təhər 

dayılarının yanına qayıda bilir.   

Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, on-

ları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağ-

lara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xo-

rasana Hüseyn  Bayqaranın  yanına  getmək üçün  əksəriyyəti qadınlardan və 

uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola 

çıxır.    

Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xa-

qanın  törəməsini  böyük  sevgi  ilə  qarşılayır,  şahın  qardaşı  Baqi  Çağanyani 

başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında 

böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana de-

yil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğun-

dan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda 

çox sevdiyi Mahım bəyimlə evlənir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



Şah  İsmayıl  Xətai  1510-cu  ildə  Şeybani  xanı  öldürür.  Ən  əsas  düş-

mənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata 

mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İs-

mayılla  müqavilə  bağlayır,  onun  adına  xütbə  oxutdurur  və  sikkə  kəsdirir. 

Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətainin hərbi qüvvələ-

rinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur osmanlı-

səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən 

tutduğu  torpaqları  yenidən  itirir.  Xətainin  Çaldıran  savaşında  osmanlılara 

məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur 

dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafi-

yaya yönəldir. 1519-cu ildə siyasi məqsədlərlə Şah Mənsurun qızı Bibi Mü-

barəkə-Əfqani Ağaçə ilə evlənir.     

Babur  şah  1519-26-ci  illərdə  Hindistana beş  dəfə  yürüş  edir. Pəncabı 

(1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini 

ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökm-

ranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoyur.  

Hindistanda  iki  əsas  rəqibindən  biri  olan  İbrahim  Ludini  Panipat  ya-

xınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputla-

rın başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını 

Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur 

1527-29-cu  illərdə  öz  nəzarətindəki  yerlərdə  üsyanları  yatıraraq,  müstəqil 

knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökm-

darını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.  

Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qız-

dırmasından  əziyyət  çəkən  Baburun  səhhəti  ciddi  şəkildə  pozulur.  Onu  bir 

dəfə  zəhərləyirlər.  İbrahim  Ludinin  anası  tərəfindən  aşpaz  Əhmədin  əli  ilə 

verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.  

Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabın-

da  atasının  həyatının  son  aylarını  müfəssəl  şəkildə  təsvir  etmişdir.  Onun 

yazdığına  görə,  şahzadə  Hümayunun  çox  ağır  şəkildə  xəstələnməsi  Babura 

öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına 

üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bu-

nu  gerçəkləşdirməyi  sidq-ürəklə  Allahdan  niyaz  edir.  Tezliklə  Hümayunun 

vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi get-

dikcə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğul-

ları  Hümayun,  Kamran,  Əskəri  və  Hindal  mirzələri,  qızları  Gülrəng,  Gül-

çöhrə  və  Gülbədən  bəyimləri),  bəylərini  və  sərkərdələrini  yanına  çağırır. 

Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün 

– 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olu-

nur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə