ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə3/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   ...   194

BABURNAMƏ 

 



baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı 

bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir. 

Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Baburilər, Böyük 

moğollar  və  ya  Gürganilər  dövləti  adlandırılan  imperiyanın  sonrakı  tarixi 

haqqında  da  qısa  məlumat  vermək  istəyirik.  Baburdan  sonra  onun  böyük 

oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıxmış, lakin 1540-cı ildə qardaş-

ları  ilə  girişdiyi  iqtidar  mübarizəsində  məğlub  olaraq  Səfəvilərə  sığınmış, 

yalnız  1555-ci  ildə  onların  köməyi  ilə  Dehlini  alaraq  hökmdar  olmuşdur. 

Onun yerinə keçən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hin-

distan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iq-

tisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Səfəvilər, özbəklər və portuqaliya-

lılarla siyasi əlaqələr qurmuşdur. Onun oğlu Səlim Cahangir şah dönəmində 

(1605-27) ingilislər Hindistana ayaq açmışlar. Cahan şahın hakimiyyəti illə-

rində  (1628-58)  ölkədə  mədəniyyət,  xüsusilə  memarlıq  sahəsində  böyük 

uğurlar qazanılmış, dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahal məq-

bərəsi  tikilmişdir.  Övrəngzib  Aləmgir  şah  dövründə  (1658-1707)  imperiya 

inkişaf  etsə  də,  ondan  sonra  tənəzzül,  daxili  çəkişmə,  taxt  qovğaları  və  üs-

yanlar  başlamışdır.  Şahi-Aləm  Bahadır  şah  (1707-12),  Cahangir  İskəndər 

şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-

cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat şah və II Cahan şah qısa 

müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakit-

lik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə 

yenidən  xaosa  sürüklənmişdir.  Əhməd  Bahadır  şah  (1747-53),  II  Aləmgir 

şah (1753-59) və III Aləm Şah (1759-1806) zamanı ingilislər çox fəallaşmış 

və  1766-cı  ildə  imzalanan  Allahabad  müqaviləsi  ilə  ölkənin  idarəsini  öz 

əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Bahadır şahın (1837-58) 

hakimiyyəti  formal  xarakter  daşımışdır.  1858-ci  ildə  Baburilər  səltənətinə 

son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə 

Viktoriya Hindistanın kraliçəsi elan edilmişdir.   

* * * 


Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanması bir sıra amil-

lərlə bağlıdır. Hər şeydən  əvvəl,  ulu  tanrının inayəti ilə hökmdara xas  olan 

bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə 

uyğun olan ilahi mənşəli xarizmadır. Onun Çingiz xan və Əmir Teymur nəs-

linə mənsub olması türklərdə hökmdara bağlılıq duyğusu ilə birləşərək xalq-

da  Babura,  Baburda isə  özünə sarsılmaz bir inam  aşılamışdır. On  yaşından 

etibarən dövlət idarəçiliyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi 

olması  onun  bütöv  şəxsiyyət  kimi  yetişməsində,  xarakterinin  formalaşma-

sında mühüm rol oynamışdır. Buna fitrətdən sahib olduğu iti zəka, analitik 

ağıl, parlaq istedad da əlavə edilincə, ortaya düha səviyyəsində mükəmməl 

bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təh-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



sil  almağa  vaxtı  olmayan  bir  insanın  elmin  müxtəlif  sahələrində  bu  qədər 

dərin bilik qazana bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq ça-

lışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, dincəldiyi zaman 

çadırında, arxayın vaxtlarda saraydakı kitabxanasında daima kitab oxumuş, 

yazı  yazmışdır.  Özünün  qeydlərinə  görə,  bir  dəfə  çadırında  yazı  yazmaqla 

məşğul  olarkən  qəfildən  gur  yağmur  yağmış  və  qopan  fırtına  çadırı  sovur-

muş, onun əlyazmaları və kitabları islanmışdır. Babur sabaha qədər yatma-

yaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.     

Hərb  sənətində  görkəmli  sərkərdə,  mahir  taktik  və  strateq,  qılınc  oy-

natmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memar-

lıq  və  peyzaj  memarlığı  sahəsində  gözəl  mütəxəssis,  botanika,  zoologiya, 

coğrafiya,  astronomiya  üzrə  heyrətli  dərəcədə  dərin  bilik  sahibi,  eyni  za-

manda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, mu-

siqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az 

adama nəsib olmuşdur. 

Polad  iradəli  Babur  qorxu  nə  olduğunu  bilməmiş,  gözünü  budaqdan 

əsirgəməmiş, prinsiplərindən əsla vaz keçməmişdir. Düşmənin adı-sanı, hər-

bi qüdrəti qarşısında titrəməmiş, zəiflik göstərməmişdir. Mülkü, vilayətləri, 

torpaqları  bir  neçə  dəfə  əlindən  çıxsa  da,  onları  geri  qaytarmaq  uğrunda 

əzmlə  mübarizə  aparmışdır.  Üstəlik,  bütün  savaşlarda  komandan  olmaqla 

yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfələrlə yaralanmışdır. Bu hərə-

kət ordunu ruhlandırmış, onun şəxsiyyəti ətrafında bir əsrar haləsi yaratmış-

dır. Hətta bir  yürüşdə şiddətli qar fırtınasına  yaxalananda  yaxındakı mağa-

raya sığınmaq barədə israrlı təklifləri qəbul  etməmiş, hamı kimi  çuxur qa-

zaraq  qar  altında  gizlənmişdir.  Səfərlərdə  əsgərlərlə  bərabər  yemək  yemiş, 

bütün məhrumiyyət və məşəqqətlərə onlarla birlikdə qatlanmışdır. 

Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevilməsinin bir səbə-

bi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sərkər-

dələrin və əsgərlərin adı ilə bağlamasıdır. Babur ətrafındakı insanların kön-

lünü  fəth  etməyi  bacarmış,  hər  kəsin  məziyyətlərini,  xidmətlərini  layiqincə 

qiymətləndirmiş, bəzi silahdaşlarına şeirlər həsr etmiş, onları öymüşdür.  

Babur  ədalətli  bir  şah  kimi  haqsızlığa  qarşı  həmişə  barışmaz  olmuş, 

yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını, 

mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli 

təbəənin bir küpə yağını zəbt etdiyi üçün öz əsgərini ölüncəyə qədər şallaq-

latmışdır. Baburun bu xasiyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əs-

gərləri də eyni aqibətə uğramışlar. 

Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth et-

diyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri, 

hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların  bir qismini 

şəxsən özü layihələndirmiş, memarların və mühəndislərin çalışmalarına da-




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə