ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə4/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   ...   194

BABURNAMƏ 

 



im nəzarət etmiş, layihələri yoxlayaraq öz dəyərli məsləhət və göstərişlərini 

vermiş, bunların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə çalışmış, 

interyer ve eksteryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.  

Ticarət  yolları  üzərində  karvansaralar,  düşərgələr  tikdirmiş,  çeşmələr 

çəkdirmiş, quyular qazdırmış, yolçular üçün iaşə mərkəzləri, heyvanlar üçün 

yem  anbarları,  asayişi  və  təhlükəsizliyi  təmin  etmək  məqsədilə  indiki  mə-

nada  polis  məntəqələri  yaratmış,  məsafələri  göstərməklə  yol  işarələri  qoy-

durmuşdur. Onun əmri ilə Kabildən Aqraya qədər olan məsafə dəqiq ölçül-

müşdür.  Baburun  sayəsində  Hindistanda  memarlıqda  və  incəsənətdə  ortaq 

hind-türk (Orta Asiya) üslubu yaranmış, qarşılıqlı mədəni mübadilə baş ver-

mişdir. 

Babur şah yaşıllığa da xüsusi diqqət yetirmişdir. Gördüyü ekzotik bit-

kilərin və güllərin əkildiyi parkların və bağların planlaşdırılması zamanı Or-

ta Asiyadakı çarbağ sistemini tətbiq etmış, gözəl hovuzlar və fəvvarələr dü-

zəltdirmişdir. Məsələn, İbrahim Lodinin üzərində qələbə şərəfinə Kabil-bəxt 

adlanan nəhəng bir park saldırmışdır. Onun Zərəfşan, Baği-vəfa, Baği-səfa, 

Həşt-behişt  adı  verdiyi  bağlar  da  öz  qeyri-adi  gülləri  və  ağacları  ilə  seçil-

mişdir. Bunların əksəriyyəti əsrlərlə qorunaraq bugünə qədər gəlib çatmışdır. 

Baburun əmri ilə Orta Asiyadakı bəzi meyvələr, özəlliklə ən yaxşı qovun və 

üzüm  növləri  Hindistanda  da  becərilməyə  başlanmışdır.  Bu  ölkədə  indi  də 

ənquri-səmərqəndi adlı üzüm növü çox məşhurdur.  

Böyük siyasi xadim və alim Cəvahirləl Nehru Baburun bu fəaliyyətinə 

yüksək  qiymət  verərək  yazmışdır:  «Baburun  Hindistana  gəlməsi  ilə  böyük 

tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, 

mədəniyyətin  digər  sahələri  isə  qarşılıqlı  təmasa  keçdi.  Babur  valehedici 

şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, 

incəsənəti,  ədəbiyyatı  sevirdi,  həyatdan  zövq  almağı  xoşlayırdı».  Bu  fikri 

elə  həmin  dövrlərdə  Orta  Asiyada  və  Hindistanda  qələmə  alınmış  «Tarixi-

Rəşidi»,  «Hümayunnamə»,  «Tarixi-Hümayun  şah»,  «Əkbərnamə»,  «Təbə-

qəti-Əkbəri»,  «Tarixi-Fəriştə»,  «Cahangirnamə»  kimi  tarixi  qaynaqlarda 

göstərilən faktlar da təsdiq edir.            

Zəhirəddin  Məhəmməd  Babur  cəmiyyətin  bütün  təbəqələri  ilə  daim 

əlaqədə olmuşdur. Xüsusilə alimlərlə, şairlərlə, din adamları ilə tez-tez gö-

rüşmüşdür.  O,  Əlişir  Nəvai  və  digər  şairlər  haqqında  xoş  sözlər  söyləmiş, 

bir çox sevdiyi şairin və müasirinin müəmmalarını və beytlərini öz divanına 

daxil  etmişdir.  Babur  eyni  zamanda  alimlərlə  yaxınlıq  etmiş,  böyük  astro-

nom Uluğ bəyin rəsədxanasına getmiş, orada aparılan tədqiqatlarla yaxından 

tanış  olmuşdur.  O  həmçinin  Nəsirəddin  Tusinin  elmi  yaradıcılığı,  Marağa 

rəsədxanası, eləcə də hind və yunan astronomları barədə çox dərin məlumat 

sahibi olduğunu göstərmişdir. Ömrünün son dövründə sufiliklə ciddi maraq-

lanmış, bu sahəyə aid ədəbi-bədii əsərləri mütaliə etmişdir.   



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



10 

Baburun  bədii  yaradıcılığı  onun  şəxsiyyətinin,  humanizminin  və  xa-

rakterinin başqa bir tərəfidir. Bu barədə irəlidə geniş söhbət açılacaq. Təbii 

ki, o, şair və hökmdar olaraq içki və əyləncə məclisləri də qurmuşdur. Bu-

nun üçün kifayət qədər çox səbəb olmuşdur: hərbi zəfərlərin qeyd edilməsi, 

ova  getmək,  ovdan  qayıtmaq,  müxtəlif  idman  yarışları  keçirilməsi,  yüksək 

rütbəli  qonaqların,  səfirlərin  gəlişi,  bayramlar,  seyranlar,  dövlət  ərkanı  ilə 

məsləhətləşmələr, yəni divan toplantıları, dostlarla görüşmək ehtiyacı, nəha-

yət,  həyatdan  zövq  almaq  arzusu.  İncə  ruhlu  Babur  musiqi  alətlərində  çal-

mağı  bacarmış,  musiqi  bəstələmiş, hətta oxumuşdur. Bu cür məclislər içki-

siz ötüşə bilməzdi. Babur arada içkiyə meyl etmiş, hətta mübtəla olmuşdur. 

28 yaşından etibarən getdikcə artan dozada içki içmiş, intensiv olmamaqla 

birlikdə tiryəkdən də istifadə etmişdir. Yalnız 1528-ci ildə, ölümündən iki il 

əvvəl tövbə edərək bu iki pis alışqanlığından vaz keçmişdir. 

Baburun  şəxsiyyətindən  danışarkən  onun  bəxtini  və  şansını  da  qeyd 

etmək lazımdır. O, ilk gənclik illərində dəfələrlə hər şeyini itirmiş, köməksiz 

və arxasız qalmışdır. Hər dəfə bir möcüzə sayəsində yenidən dirçəlmiş, əv-

vəlkindən  də  qüvvətli  olmuşdur.  Bu  işdə  bəxtinin  yavər  getməsi  ilə  yanaşı 

dərin zəkası və mahir diplomat olması onu xilas etmişdir. O, döyüş meydan-

larında dəfələrlə ölümlə üzləşsə də, hətta ağır şəkildə yaralansa da, müxtəlif 

xəstəliklər keçirsə  də, həyatda qalmış,  nəhayət,  bəxti və  bacarığı  sayəsində 

dünyanın ən möhtəşəm imperiyalarından birini qura bilmişdir. Yaşadığı tam 

olmayan qırx səkkiz il ərzində neçə uzun ömrə sığmayacaq qədər böyük iş-

lər  görmüşdür.  Az  yaşamasına  gəlincə,  «Allah  sevdiyi  qullarını  öz  yanına 

tez aparır» deyə bir ifadə vardır. Bəlkə bu fani dünyanı erkən tərk etmək özü 

də bir şansdır. 

* * * 

Babur özünün bəzi həmkarları – Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, 



Cahan  Şah  Həqiqi,  Şeybani  xan,  Hüseyn  Bayqara,  Sultan  Səlim,  Qanuni 

Sultan  Süleyman  və  başqaları  kimi  həm  hökmdar,  həm  də  şairdir,  əlavə 

olaraq, parlaq istedadlı nasir və mahir tərcüməçi, poetikaya, islam hüququna 

(fiqhə), musiqiyə və hərb sənətinə dair dərin məzmunlu risalələr müəllifidir. 

O, «xətti-baburi» adı verdiyi xüsusi bir əlifba da kəşf etmişdir.   

Babur çağatay ədəbiyyatının Əlişir Nəvaidən sonra poeziyada ən uca 

zirvəsidir. O, poeziyanın bütün janrlarında qələmini sınamış, qəzəllər, məs-

nəvilər, rübailər, tüyuğlar, mətlələr, müəmmalar, qitələr yazmışdır.  

Babur  iki  divan  müəllifidir.  Bunlardan  birincisi  1519-ci  ildə  tərtib 

edilmiş  «Kabil  divanı»,  ikincisi  1528-29-cu  ildə  Aqrada  tərtib  olunmuş 

«Hind divanı»dır. Hazırda müxtəlif yerlərdə bu iki divanın bir sıra əlyazma-

ları qorunur. Bir-birindən həcm və ehtiva etdiyi əsərlərin sayı etibarilə fərq-

lənən əlyazmaların ən mükəmməli İstanbul Universitetinin (kataloq nömrəsi 

3743) kitabxanasındaki nüsxədir. «Divani-Babur şahi-çağatayi» adlı bu nüs-




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə