ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə5/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   ...   194

BABURNAMƏ 

 

11 



xə 105 vərəqdir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xoca Übey-

dullah Əhrarın «Risaleyi-validiyyə»sini əhatə edir.  

İkinci  əlyazma  Parisdə  Milli  Kitabxananın  türkcə  əlyazmalar  kollek-

siyasında  (kataloq  nömrəsi  1230)  saxlanır.  Cəmisi  50  vərəqdir,  haşiyələrdə 

türkcə və farsca xeyli qeydlər var. Buradakı şeirlərin sayı universitet əlyaz-

masındakından xeyli azdır: cəmi 87 qəzəl və digər janrlarda qələmə alınmış 

əsərlər var.  

Topqapı sarayındakı əlyazma da (nömrəsi R.741) həcmcə kiçikdir (55 

vərəq).  Sərlövhədə  əsərin  adı  «Divani-sultanül-əzəm  Babur  Mirzə  əleyhir-

rəhmətü vəl-ğürfan» şəklində yazılmışdır. Burada şairin 111 qəzəli və başqa 

şeirləri toplanmışdır. 

Digər bir nüsxə İstanbulda 100-cü il Atatürk bələdiyyə kitabxanasında 

qorunur. Müəllim Cövdət (əl)yazmaları kataloqunda K. 332 nömrəsi ilə qey-

də alınan bu nüsxə «Divani-Babur Mirzə» adlanır. 74 vərəqdir. Həcminə və 

burada verilmiş əsərlərin (82 qəzəl və başqa şeirlər) sayına baxaraq bu nüs-

xənin Topqapı nüsxəsindən köçürülmüş olduğu ehtimal edilir. 

Hindistanın Rampur şəhərindəki Nəvvab kitabxanasında saxlanan nüs-

xə cəmisi 20 səhifədir. Burada Xoca Übeydüllah Əhrarın «Risaleyi-validiy-

yə»sinin tərcüməsi və Baburun özünün bir qəzəli, bir neçə məsnəvisi, rübai-

si  və  mətləsi,  «Əruz  risaləsi»ndən  bir  parça,  farsca  bir  neçə  rübai,  qitə  və 

mətləsi verilmişdir. Bu nüsxənin yeganə özəlliyi odur ki, buradakı bir rübai 

Baburun öz xəttilə yazılmışdır. Bu barədə Cahan şahın haşiyədə xüsusi qey-

di var. 

Tehranda Səltənət kitabxanasında qorunan nüsxə isə, əslində, bir kül-

liyyatdır. Bu külliyyat 5 bölümdən ibarətdir. Birinci bölümdə (s. 1-186) şai-

rin tövhid, nət və dini şeirləri yer alır. İkinci bölümdə (s. 187-377) vəzn və 

bəhrlər haqqında mənzum və mənsur qismlər, üçüncü bölümdə (s. 379-455) 

şeir vəznləri haqqında mənsur hissə, beşinci bölümdə (s. 457-1012) Baburun 

xatirələri  (farsca  tərcüməsi  ilə  birlikdə)  verilmişdir.  Son  bölümdə  isə  (s. 

1013-1036) şairin bəzi qəsidələri və bir risaləsi var. 

Məşhur baburşünas Dr. Bilal Yücəl «Babur divanı» kitabında (Ankara, 

1995)  bütün  nüsxələri  ətraflı  təsvir  etmişdir.  Türk  aliminin  bu  kitabı  dərin 

elmi  məzmununa  və  faktların  dəqiqliyinə  görə  seçilir.  Türkmən  alimi  Rə-

himməmməd Kürənov «Babur divanı»nı (Aşqabad, 2005) məhz Bilal Yücə-

lin  kitabı  əsasında  hazırlamışdır.  Biz  bu  iki  kitabla  yanaşı  şairin  Özbəkis-

tanda nəşr olunmuş «Seçilmiş əsərləri»ndən də (Daşkənd, 2008) faydalandıq. 

Ədalət  naminə demək lazımdır ki,  Bilal  Yücəlin kitabı  baburşünaslıqda  ən 

mötəbər mənbədir.   

Bilal Yücəl bütün nüsxələri tutuşdurmaqla Baburun divanında 122 qə-

zəl olduğunu ortaya çıxarmışdır ki, onlardan biri  çarpaz qəzəldir. Şairin bu 

anda elm aləminə 18 məsnəvisi, 216 rübaisi, 1 müəmması, 19 qitəsi, 15 tü-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



12 

yuğu,  79  mətləsi,  7  məsnu  şeiri,  16  natamam  qəzəli,  3  nəzmi,  16  müsərrə 

beyti, 11 müfrədi, 4 kiçik mənsur parçası məlumdur. Divana daxil edilən bu 

mənsur parçalar şairin başqa əsərlərindən alınmışdır. Bunlardan başqa, onun 

farsca yazdığı 2 qəzəl, 12 rübai, 8 qitə, 17 mətlə və 1 mənsur parça var. Be-

ləliklə, Baburun divanında 600-dən artıq əsər vardır. Biz Baburun «Seçilmiş 

əsərləri» kitabına farsca yazıları daxil etmədik, türkcə şeirlərdən 56-sı başqa 

şairlərə aid  olan müəmmaları, 4 kiçik mənsur parçanı  və bəzi  beytləri çıx-

maqla 500-dən çox əsəri müasir dilimizə uyğunlaşdıraraq verdik. Əlavə ola-

raq, Baburun «Etiqadiyyə» risaləsini və şairin tərcümə etdiyi «Risaleyi-vali-

diyyə»ni də həmin kitaba saldıq. 

Burada  Babur  divanının  bir  özəlliyini  də  qeyd  etməliyik:  əvvəla,  di-

vanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar və di-

gər janrdakı əsərlər ərəb əlifbasına uyğun olaraq alfabetik ardıcıllıqla deyil, 

gəlişigözəl düzülmüşdür, hətta çox zaman bir-birinə qarışmışdır.  

Biz həmin kitabı hazırlayarkən orijinala imkan daxilində sədaqət gös-

tərdik,  şeirlərin  azərbaycanca  yaxşı  səslənməsi  və  rahat  anlaşılması  üçün 

«köp» və «ana» tipli sözləri qafiyə kimi işləndikləri məqamlar xaricində as-

sosiasiya yaratmamaları üçün «çox» və «ona» şəklində verdik, bəzi yerlərdə 

isə -ay, -əy tipli şəkilçiləri anlaşıldığı üçün olduğu kimi saxladıq. Qəzəl, qis-

mən  də  qəsidə,  rübai  və  tüyuğlar  bölməsində  səhifə  altında  qəliz  ərəb-fars 

sözləri lüğətini  yerləşdirdik,  çünki  mütaliəni  yarımçıq kəsib  bu və  ya digər 

sözün mənasını kitabın sonundakı lüğətdə axtarmağın nə qədər xoşagəlməz 

iş  olduğu  hamımıza  məlumdur.  Hər  ehtimala  qarşı  sonda  böyük  bir  lüğət 

verməyi də lazım bildik. 

Baburun  poeziyası  mövzu  baxımından  çox  əlvandır.  Onun  ən  əsas 

mövzusu, təbii ki, eşq və məhəbbət, həsrət və hicrandır. Lakin bununla ya-

naşı  şairin  bir  çox  lirik  əsəri  avtobioqrafik  məzmun  daşıyır.  Burada  hərbi 

yürüşlərə,  içki  məclislərinə,  dostlarına,  məmurlarına  və  yaxın  adamlarına, 

zövcələrinə, özünün şəxsi  qüsurlarına həsr etdiyi  şeirlər də  az deyil.  Babu-

run şeirləri sanki tənha bir guşədə düşünülərək yazılmamış, söhbət əsnasın-

da, hamının yanında bədahətən söylənmişdir. Onlarda sonsuz bir sadəlik və 

təbiilik müşahidə olunur.  

Baburun  şux  və  oynaq  qəzəlləri,  ictimai-fəlsəfi  məzmunlu  rübailəri, 

tüyuğları, məsnəviləri, qitələri, mətlələri barədə «Seçilmiş əsərləri»nə yazdı-

ğımız ön sözdə geniş məlumat verilmiş, onlar müxtəlif ədəbi yönlərdən ye-

tərincə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:   

  

      Xəttin ara üzarın – səbzə içində lalə, 



      Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.  

 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə