ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə6/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   ...   194

BABURNAMƏ 

 

13 



      Bütün pərilər, ey can, gərdində zarü heyran, 

      Guya ərər nümayan ay dövrəsində halə. 

       

      Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar, 



      Cövrü cəfanı bisyar qıldın mana həvalə. 

 

      Hicrində, ey pəriru, gözümdən uçdu uyğu



      Hər gecə dana doğru işimdir ahü nalə. 

 

     Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var, 



     Eşqində Babur yazar bu növ yüz risalə.  

 

Zəhirəddin  Məhəmməd  Baburun  yaradıcılığında  risalələr çox mühüm 



yer tutur. Bunlardan «Əruz risaləsi» (1523-25), adından da göründüyü kimi, 

ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Risalə əruz vəzni haqqında türkcə 

və  farsca  yazılmış  əsərlərdən  fərqlidir.  Müəllif  əsas  diqqətini  türk  əruzuna 

yönəltmiş,  bizə  xas  olan  şeir  şəkillərindən  tüyuğ,  qoşuğ,  tarxani,  öləng  və 

digər janrları ətraflı təhlil etmişdir. Babur əruzun 21 bəhri və 272 vəzni haq-

qında geniş məlumatla yanaşı türkcə və farsca nümunələr vermişdir. 

Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır (1521). Burada islamın 

hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, xüms, əşar, xərac və s.) 

haqqında  məsnəvi  tərzində  məlumat  verilir.  «Kitab  nəzminin  səbəbi»  qis-

mindən anlaşıldığına görə, Babur bu əsəri övladları Hümayuna və Kamrana 

öyüd-nəsihət vermək məqsədilə qələmə almışdır.  

 Şairin  «Etiqadiyyə»  risaləsi  də  dini  mövzudadır.  Babur  bu  əsərində 

dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində bildiyi-

ni nümayiş etdirmişdir. 

Mütəfəkkir şair 1504-cü ildə «xətti-baburi» adlı xüsusi bir əlifba kəşf 

etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qu-

rani-kərim yazdırmışdır. 

Bunlardan  başqa,  Babur  tarixi  mənbələrdə  qeyd  olunan  iki  risalə  də 

qələmə almışdır. «Musiqi elmi» və «Hərb işi» adlanan bu əsərlər, təəssüf ki, 

indiyə qədər tapılmamışdır. 

Babur  eyni  zamanda  türk  ədəbiyyatında  ilk  tərcüməçilərdən  biridir. 

Ağır xəstə olduğu zaman əgər bu xəstəlikdən qurtulsam, o zaman mənə Ba-

bur adını qoyan Xoca Übeydullah Əhrarın  «Risaleyi-validiyyə»sini farsca-

dan türk dilinə tərcümə edəcəyəm deyə əhd edən Babur 1528-ci ilin 6 noya-

brında tərcüməyə başlamış, «Baburnamə»də yazdığına görə, tək bir gün ara 

verməklə  əsəri  iki  həftə  ərzində  tamamlamışdır.  Babur  bu  risalənin  müəl-

lifinə dərin hörmət və sonsuz ehtiram bəslədiyi üçün həmin əsər Baburun di-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



14 

vanının  əvvəlinə  qoyulmuşdur.  Baburun  tərcüməçilik  fəaliyyətinin  örnəyi 

olan «Risaleyi-validiyyə» onun «Seçilmiş əsərləri»nə daxil edilmişdir. 

*** 


Qazi  Zəhirəddin  Məhəmməd  Baburun  yaradıcılığında  «Baburnamə» 

(digər adları: «Vəqaye» və «Baburun xatirələri») əsəri mühüm yer tutur, ona 

görə də bu  əsər  haqqında  xüsusi  danışmaq lazımdır. Türk və  islam  ədəbiy-

yatında memuar janrında yazılmış ilk əsər olan «Baburnamə» 1494-1529-cu 

illər  arasında  Orta  Asiyada,  Əfqanıstanda  və  Hindistanda  baş  verən  bütün 

hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və 

ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda o regionun flora və faunası, 

coğrafiyası,  etnoqrafik  özəllikləri  barədə  geniş  məlumat  var.  Əsərin  ondan 

artıq əlyazma nüsxəsi mövcuddur. 

«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuş-

dur. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilmişdir. Yek-

dil rəyə görə, ən yaxşı tərcümə Əbdürrəhim xani-xanana məxsusdur (1586). 

O,  Baburun  yaxın  silahdaşı,  məşhur  türkmən  sərkərdəsi,  çağatay,  türkmən, 

eləcə də bizim  ədəbiyyatın  klassiki Bayram  xanın  oğludur.  Baharlı  boyuna 

mənsub olan Bayram xan əvvəlcə bir müddət Şah İsmayıl Xətainin yanında 

qulluq etmişdir. 

«Baburnamə»nin  şöhrəti  qısa  müddət  ərzində  Avropaya  da  yayılmış, 

Vitsen onun haqqında holland dilində (1705), C.Leyden və V.Erksin ingilis 

dilində  (1826), Pave de  Kurteyl  fransız dilində (1871)  yazılar  yazmış,  bəzi 

hissələrini tərcümə etmişlər. Əsər ilk dəfə 1857-ci ildə məşhur rus türkoloqu 

N.İ.İlminski tərəfindən Kazanda çapdan buraxılmışdır. A.N.Samoyloviç isə 

1917-ci ildə Sankt-Peterburqda  «İmperator Baburun şeirləri» adlı kitabı rus 

dilində nəşr etdirmişdir. 

«Baburnamə»nin  ilk  tam  tərcüməsi  tanınmış  ingilis  alimi  Annet  Su-

sanna Beveric tərəfindən 1905-ci ildə həyata keçirilmişdir. O, əsərin Heydə-

rabad nüsxəsinin faksimilesini sinkoqrafiya üsulu ilə çap etmiş, tərcüməsini 

vermiş,  on  səhifəlik  önsöz  yazmış,  kitabın  axırına  şəxs,  qəbilə,  tayfa,  boy 

adları və coğrafi adlar göstəricisi əlavə etmişdir. Annet xanım Baburun xa-

tirələrini  Gibbonun  və  Nyutonun  memuarları  ilə  müqayisə  etmişdir.  Daha 

sonra böyük özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bə-

zi  fraqmentləri  çap  etdirmişdir.  Əsər  ordinarius  professor  Rəşid  Rəhməti 

Arat tərəfindən türk dilinə (1940), Bevericin ingiliscə tərcüməsinin əsasında 

Mixail Salye tərəfindən rus dilinə çevrilmiş, 1943-cü ildə Daşkənddə, 1958-

ci ildə isə Moskvada çapdan buraxılmışdır.

 

«Baburnamə»



 ümumən dörd də-

fə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir 

dəfə alman (1878), bir dəfə ispan (2005) dilinə çevrilmişdir.

 

Baburun irsinin öyrənilməsinə özbək alimləri də mühüm töhfələr ver-



mişlər. «Baburnamə» 1948-ci ildə Daşkənddə iki cild halında məşr edilmiş, 


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə