ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə7/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   2   3   4   5   6   7   8   9   10   ...   194

BABURNAMƏ 

 

15 



1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görmüş, 1956-66-cı illər-

də üçcildliyi çap olunmuşdur. Tanınmış baburşünas Parsa Şəmsiyev 1960-cı 

ildə bir neçə nüsxə əsasında  «Baburnamə»nin elmi-tənqidi mətnini hazırla-

mışdır. 1982-ci ildə M.Salyenin rusca tərcüməsi  yenidən oxuculara təqdim 

edilmişdir. 

1980 və 1985-ci illərdə «Baburnamə» UNESCO xətti ilə S.Əzimcano-

vanın  (Özbəkistan),  Əbdülhey  Həbibi  (Əfqanıstan)  və  Mühibül  Həsənin 

(Hindistan)  redaktorluğu,  tanınmış  fransız  türkoloqu  Lui  Bazenin  ön  sözü 

ilə  fransız dilində iki dəfə  nəşr olunmuşdur.  1994-cü ildə  yapon  şərqşünası 

İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.  

Baburun  macəralarla  dolu  əfsanəvi  həyatı  yazıçıları  da  yaxından  ma-

raqlandırmışdır. Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 

1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar 

yazmışlar.  Təbii  ki,  bu  əsərlərin  əsasında  «Baburnamə»dəki  faktlar  dayan-

mışdır.  Məşhur  ədib  Munilalə  isə  Baburun  həyatından  bəhs  edən  6  roman 

qələmə  almışdır.  Bu  əsərlər  arasında  ən  populyarı  amerikalı  yazıçı  Harold 

Lambın  1961-ci  ildə  Nyu-Yorkda  çapdan  çıxan  «Babur  the  Tiger.

 

First  of 



the Great  Mogols»  kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə  dəfələrlə  nəşr 

edilmiş, 2000-ci ildə Moskvada rus dilində «Бабур-тигр. Великий завоева-

тель Востока» adı ilə çap olunmuşdur. 

Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Bay-

kabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov 

«Ulduzlu  səma»  romanında,  Xeyrəddin  Sultanov  isə  «Baburinamə»  poves-

tində Baburun ölməz surətini canlandırmışlar. 

Baburun  yadacılığı, xüsusilə  «Baburnamə» əsəri ilə bir çox ölkələrin 

alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erksin, L.M.Pull, S.M. 

Edvards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Tal-

bot, İ.Mano, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şarma, 

A.K.Sinqh, N.Veselovski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədə-

bi irsinin tədqiqində mühüm işlər görmüşlər. 

Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrən-

mək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minə ya-

xın kitab və sənəd «Babur və dünya sivilizasiyasında onun yeri» adlı  xatirə 

muzeyində qorunur. Bu kitablar arasında Baburun müxtəlif dillərə çevrilmiş 

əsərləri ilə yanaşı «Baburnamə»nin tərcümələri, Böyük moğol imperiyasının 

tarixi  haqqında qələmə alınmış tədqiqatlar xüsusi  yer tutur. U.Erksinin öz-

bəkcəyə çevrilmiş  «Hindistanda Baburi dövləti» (Daşkənd, 1997) və P.Şar-

manın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi fundamental araşdırmalar 

xüsusilə  diqqətəlayiqdir.  Əndicanda  salınmış  Babur  parkında  onun  rəmzi 

qəbri qoyulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır. 

***


 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



16 

«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə 

Baburun taxta çıxdığı  10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş 

verən hadisələr öz əksini tapır. Bu on il ərzində Babur taleyin bir sıra ağır sı-

naqlarına  məriz  qalmış,  ata  mülkünü  dəfələrlə  itirmiş  və  qazanmış,  axırda 

yenə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir. 

«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 

12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə bö-

yük dövlət  xadimi  və  sərkərdə  saysız-hesabsız vuruşlarda iştirak etmiş,  nə-

hayət,  bəlli  bir  coğrafiya  üzərində  öz  səltənətini  qura  bilmişdir.  Maraqlıdır 

ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf 

coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çar-

pışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmiş-

dir. 1510-cu ildə  Şeybani xanın  Şah İsmayıl tərəfindən öldürülməsi  ilə  Ba-

bur  Kabili  əlində  saxlamaqla  əski  torpaqları  uğrunda  mübarizə  aparmışdır. 

Bundan da bir şey çıxmayınca Hindistana yönəlmişdir. 

  «Baburnamə»nin  «Hindistan» adlanan  hissəsi  8  oktyabr  1526-cı  il-

dən  1529-cu  ilin  5  sentyabrınadək  olan  dövrün  hadisələrini  əhatə  edir.  Əs-

lində, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin 

vaxtdan sonra  Hindistana beş  dəfə  yürüş etmiş,  Pəncabı  (1519/20), Qənda-

harı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirmiş, Əfqanıs-

tanı,  Bəlucistanı  və  şimali  Hindistanı  öz  hökmranlığı  altına  alaraq  Böyük 

moğollar  imperiyasının  təməlini  qoymuşdur.  Əsərin  «Hindistan»  qismində 

Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputla-

rın başçısı Rana Sanka ilə Kanva savaşı,  əfqan tayfaları və benqallarla sa-

vaşı öz əksini tapmışdır. 

Baburun  xatirələri  beş  yerdə  qırılır.  Xorasana  getmək  üzrə  vətənini 

tərk etdiyi  ilin,  yəni  908-ci  ilin  (1503-04) hadisələri başa çatmadan kəsilir, 

909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur.  

Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on  il 7 aylıq fasi-

lədən sonra  925-ci  ildə təkrar başlayır. Yəni  kitabda 1508-ci  ilin  mayından 

1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur. 

Baburun xatirələrinin  926-cı  ilin  əvvəllərindən  (12  dekabr 1520-ci  il-

dən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur. 

Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı 

əhatə edən və açıqlanmayan bir kəsinti də var. 

Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529-cu 

il) sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay  yarım boyunca  ya 

bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyül-

əvvəl günü (25 dekabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş ve-

rən  hadisələrin  qısa  icmalını  mətnaltı  haşiyələrdə  verərək  mənzərəni  qaba 

şəkildə tamamlamağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə