ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə8/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   4   5   6   7   8   9   10   11   ...   194

BABURNAMƏ 

 

17 



Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlu-

mat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, 

münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə 

almış,  xüsusi  gündəlik  tutmuşdur.  Lakin  əsərdə  bunu  təsdiq  edən  ciddi bir 

işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya 

ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda ya-

zıb bitirmişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri 

günbəgün təsvir edir, hətta səhər, günorta, ikindi, axşam, gecə baş verən ha-

disələri də müfəssəl nəql edir.  Bəzi məqamlarda bu və ya digər hadisə və ya 

şəxs haqqında təhkiyəni kəsən müəllif bu barədə sonra məlumat verəcəyini 

bildirir. Tək bir yerdə isə (3 mart 1529-cu ildə) bunu qeyd edir: «Xoca Yəh-

yanın nəvəsi Xoca Kəlan isə məndən yazmaqda olduğum Vəqayeni istəmiş-

di. Surətini çıxartdırmışdım, onu da Şəhrək vasitəsilə göndərdim».     

«Baburnamə»də  faktiki  materail,  bir-birinə  qarışan  hadisələr,  alışma-

dığımız  adlar  hədsiz  dərəcədə  çoxdur,  lakin  buna  baxmayaraq  əsər  sonsuz 

maraqla, bir macəra ədəbiyyatı nümunəsi  kimi  zövqlə  oxunur. Baburun  di-

linin  sadəliyi,  obrazlılığı,  müşahidələrinin  zərifliyi,  qeyri-adiliyi,  dəbdəbə-

dən uzaq təhkiyə tərzi, səmimiyyəti insanı heyran edir. 

Babur hər şey haqqında obyektiv və dəqiq  yazmışdır. Müasiri olduğu 

və  ya özündən əvvəl  yaşamış hökmdarlar, onların nəsəbi, həyatı, xasiyyəti, 

savaşları və meydan müharibələri, adbaad göstərməklə arvadları və cariyə-

ləri, oğulları və qızları,  əmirləri və bəyləri, saraylarında yaşayan alimlər, şa-

irlər, rəssamlar, müsiqiçilər, xəttatlar və başqa sənətkarlar haqqında geniş və 

maraqlı məlumatlar vermişdir. Gəzib gördüyü yerlərdəki tarixi abidələr, ay-

rı-ayrı xalqlara, tayfa və qəbilələrə xas olan etnoqrafik özəlliklər, adət-ənə-

nələr,  yeməklər,  geyimlər  onun  nəzərindən  yayınmamışdır.  Babur  təbiətin 

gözəlliklərini, fərqli coğrafi ərazilərdə bitən ağac və gülləri, meyvə və bitki-

ləri, heyvanları, quşları, balıqları da eyni  həssaslıq və diqqətlə təsvir etmiş-

dir.  O,  musiqi,  xüsusən də  muğamlar  haqqında  dərin  məlumat  sahibi  oldu-

ğunu  göstərmişdir.  Bu  mənada  «Baburnamə»  o dövrün bir ensiklopediyası 

sayıla bilər.   

Babur  hətta  öz  şəxsi  qüsurlarını  göstərməkdən,  özünə  tənqidi  yanaş-

maqdan,  bəzən  də  istehza  etməkdən  çəkinməmişdir.  Onun  içki  məclisləri, 

məcun, kəmali, tiryək qəbul etməsi də xatirələrdə öz əksini tapmışdır. Babur 

öz tabeliyindəkilərə və qohumlarına da obyektiv qiymət vermişdir. Hətta öz 

əmisi  uşaqları  ona  qarşı  xəyanət  edəndə,  dövlət  çevrilişi  təşkil  edib  taxtı 

onun əlindən almaq istəyəndə belə Babur onları bağışlamışdır. 

Babur bir çox yerdə əmilərinin, dayılarının, xalalarının ona və anasına 

qarşı haqsızlıq etdiklərini vurğulamış, onlardan etibar və şəfqət qörmədiklə-

rini qeyd etmişdir: «Bunları yazmaqdan məqsədim şikayət deyil, gerçəkləri 

söyləməkdir,  bu  söylənənlərdən  məqsəd  özümü  tərif  deyil,  gerçəkləşmiş 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



18 

olanları bəyan etməkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi 

yazmağı  gərəkli saydığım  üçün, şübhəsiz ki,  ata və  böyük qardaşdan  yaxşı 

və pis nə eşidilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da 

nə qüsur və ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, 

eşidənlər də qınamasın». 

 «Baburnamə»də yüzə yaxın şeir parçası var. Bunların bir qismi şairin 

öz əsərləri, bir qismi başqa şairlərin, əsasən də Sədi Şirazinin şeirləridir. Ye-

ri  və  məqamı  gəldikcə  Qurandan  alıntılar,  farsca  və  türkcə  bir  neçə  atalar 

sözü var. Farsca şeirlərin və atalar sözlərinin orijinalını sətri tərcümələri ilə 

birlikdə verməyi məqsədəuyğun saydıq. 

Bu mötəşəm əsəri ana dilimizə çevirərkən onun türkcə (Rəşid Rəhməti 

Arat), rusca (Mixail Salye) tərcümələri ilə yanaşı Parsa Şəmsiyev tərəfindən 

hazırlanmış özbəkcə-çağatayca nəşrindən istifadə etdik. Baburun dili, xüsu-

sən də mürəkkəb cümlələr sintaktik baxımdan farscanın təsiri altındadır. Mi-

sal  üçün:  «Sabahı  divanda  Qulubəy  kim,  Kaşğarğa  Sultan  Səid  xan  qaşına 

elçilikkə  barıb  idi,  kəlib  mülazimət  qıldı».  Sadə  cümlələr  isə  tam  tükcədir. 

Ona görə də bəzi cümlələri daha dəqiq anlamaq üçün onları türkcə və rusca 

mətnləri ilə tutuşdurmaq lazım gəlirdi. Bundan başqa, həmin dövrdə həyatın 

müxtəlif  sahələrində  işlənmiş  çoxsaylı  termin  və  təbirlərin  qarşılığını  tap-

maq  asan  deyildi.  Bu  baxımdan  türkcə  və  rusca  tərcümələr  bizə  müstəsna 

dərəcədə kömək etdi. Əsərin koloritini qorumaq üçün bəzi termin və deyim-

ləri olduğu kimi saxladıq və kitabın sonunda verilən qeydlər və izahlar qis-

mində onların mənasını açıqladıq.  

Şübhəsiz  ki,  bu  böyük  həcmli  mürəkkəb  əsərin  tərcüməsi  nöqsan  və 

qüsurlardan da xali deyildir. Bizim arzumuz bu tərcümədən sonra daha mü-

kəmməl tərcümələrin meydana çıxmasıdır. Yoxsa ki, ucuz şöhrətə və birin-

cilik palmasına sahib olmaq kimi bir istəyimiz, əlhəmdülillah, yoxdur və ola 

da bilməz. Bizim türklüyə təmənnasız xidmətdən başqa bir qayəmiz yoxdur.    

Mötərizə  içində  qara  şriftlə  a-b  ilə verilən  rəqəmlər Heydərabad nüs-

xəsinin səhifələrini göstərir. 

Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən parlaq sima-

larından biri olan Zəhirəddin Məhəmməd Babur çağatay ədəbiyyatında poe-

ziyada Əlişir Nəvaidən sonra ikinci ən uca zirvə, nəsr sahəsində isə birinci, 

fəth olunmamış zirvədir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, 

həmişə  də  bununla  fəxr  etmişdir.  Türklüklə  və  Baburla  fəxr  etmə  növbəsi 

indi  bizdədir.  Baburun  şəxsiyyətinin  və  əsərlərinin  tanıdılması  və  təbliği 

türk ziyalılarının birinci dərəcəli vəzifələrindəndir. Zira gənc nəslə türk ulu-

larını  tanıtmadan,  onun  tarixi  yaddaşını  təzələmədən  keçmişlə  bugün,  bu-

günlə gələcək arasında sağlam körpü qurmaq mümkün deyil. Halbuki müa-

sir dövrdə, qloballaşan dünyamızda buna böyük ehtiyac var. 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə