Zəng çİn nağillari



Yüklə 69,62 Kb.
tarix25.06.2018
ölçüsü69,62 Kb.


 

 



 

ZƏNG 

 

ÇİN NAĞILLARI 

 

 

 



 

 

AZƏRBAYCAN UŞAQ VƏ GƏNCLƏR ƏDƏBİYYATI NƏŞRİYYATI 



BAKI 1961 


 

 



 

 

 



 

 

 



 

 

 



 

ZƏNG 

Siz Çinin paytaxtı gözәl Pekin şәһәrindә һeç olmusunuzmu? Olmusunuz? 

Demәli,  onda  şәһәrin  kәnarında  nәһәng  zәngi  görmüsünüz,  yәqin  ki,  onun 

gözәlliyi, parlaqlığı sizi һeyran qoymuşdur. 

Bu  zәngi  qayıran  ustanın  adını  qәdim  kitablarda  vә  әlyazmalarında 

axtarmaq naһaqdır. Bu nәһәng zәngin, axar dağ çayı kimi aydın, incә sәsinin 

birdәn-birә  qorxunc  vә  әzәmәtli  olmasının  sәbәbini  dә  hәmin  kitablardan 

öyrәnmәk mümkün deyildir. 

Kitablarda  bu  barәdә  һeç  bir  şey  deyilmir.  Ancaq  qocalar  bilirlәr  ki,  bu 

qәribә zәngi kim vә nә vaxt qayırmış vә nә üçün onun sәsi gaһ yavaş vә incә, 

gaһ da bәrk vә qorxunc çıxır. 

İndi qulaq asın! 

Bir  çox  әsrlәr  bundan  әvvәl  Çin  imperatoru  әmr  edir  ki,  tәzә  bir  şәһәr 

salsınlar. İmperator: 

—Mәn  o  şәһәrin  adını  Pekin  qoyacağam,—deyir,—qoy  o,  bütün  yer 

üzündә әn böyük vә gözәl bir şәһәr olsun. 

Ancaq iş һökmdarın dediyi kimi olmur. Xalq bu böyük Pekin şәһәrini iki 

dәfә  qurur,  amma  һәr  dәfә  dә  düşmәnlәr  onu  dağıdırlar.  Yadelli  işğalçılar 

 



 

azğın  çәyirtkәlәr  kimi  Çin  torpağına  basqın  edirdilәr.   Onlar  kişilәri  aparıb 



özlәrinә qul edir, şәһәrlәri isә yandırıb külә döndәrirdilәr. 

Bunu  görәn  imperator  uzun  illәr  boyu  çox  uzaqdakı  dağlarda  yaşayan 

müdrik  bir  abidin  yanına  yola  düşdü.  O,  gәlib  müdrik  qocanın  yaşadığı 

mağaraya çatdı, içәri girib itaәtlә dedi: 

 

Sәn  һәm  qocasan,  һәm  dә  ağıllısan.  De  görüm,  mәn  nә  edim  ki,  Çin 



dövlәtinin paytaxtı Pekini qurum, onu qәddar düşmәnlәrdәn qoruyum? 

Qoca cavab verdi: 

 

Qoy  Çinin  әn  yaxşı  ustası  sәnin  üçün  elә  bir  zәng  düzәltsin  ki, 



böyüklükdә  yer  üzündә  tayı  olmasın  Bu  zәngin  sәsi,  sәnin  dövlәtinin  һәm 

şimal,  һәm  cәnubunda,  һәm  şәrq,  һәm  dә  qәrbindә  olan  sәrһәdlәrinә  qәdәr 

gedib çatmalıdır. 

İmperator öz sarayına qayıtdı, üç dәfә әl çalıb әyanlarına әmr etdi: 

 

Gedin mәnim ölkәmdәki әn bacarıqlı ustanı tapıb, yanıma gәtirin. 



Saray xidmәtçilәri һәrәsi bir tәrәfә dağılışdılar, ayın axırına yaxın Çinin 

әn bacarıqlı ustasını tapıb, imperatorun һüzuruna gәtirdilәr. 

Ustanın adı Çen idi. O, һökmdarın taxtı qarşısında diz çökәndә, imperator 

dedi: 


 

Sәn  mәnim  ölkәm  üçün  әn  böyük  bir  zәng  qayırmalısan.  Qoy  zәngin 



sәsi ucsuz-bucaqsız ölkәmin sәrһәdlәrinә çatsın. 

Çen işә başladı. O, dincәlmәk vә raһatlıq bilmәdәn çalışırdı. Onun on beş 

yaşlı gözәl qızı Syao Lin atasına kömәk edir, zәngin qayırılması üçün lazım 

olan әn sarı qızıl, әn ağ gümüş vә әn qara dәmir axtarıb tapırdı. 

Bu qiymәtli metal, neçә gün, neçә gecә gözәrmiş sobada qaynadı. Elә ki, 

Çen, metalı töküb zәng qayırdı, һamı onun üstündә dәrin bir çatdaq olduğunu 

gördü. 

Çen  yenidәn  işә  başladı.  Onun  zәһmәtkeş  qızı  yenә  dә  gecә-gündüz 



atasına kömәk edirdi. 

Ancaq görünür, bu bәdbәxtçilik qoca ustanın evini tәrk etmәk istәmirdi. 

Çen ikinci dәfә zәngi qayırdı. Bu dәfә zәnkin üstündә iki çatdaq var idi. 



 

Belә olduqda imperator qәzәblәnib dedi: . — Әgәr üçüncü dәfә dә işin düz 



gәtirmәsә, başını bәdәnindәn üzәcәyәm! 

Yazıq usta nә çarә etmәli idi! O, yenidәn işә başladı. Ancaq bu dәfә onun 

nә әlindә әvvәlki qüvvә, nә dә gözündә әvvәlki fәrәһ var idi. Mәlum işdir, öz 

әmәyindәn fәrәһlәnmәyәn adam һeç vaxt yaxşı şey yarada bilmәz. 

Gözәl  Syao  Lin  kәdәrlәndi,  gecә  һamı  yuxuda  ikәn,  gizlincә  dağlara, 

abidin yanına qaçdı. Qız ağlaya-ağlaya atasının dәrdini ağıllı qocaya danışdı, 

ondan kömәk vә mәslәһәt istәdi. 

Müdrik qoca biyr an fikrә getdi, sonra dedi: 

—  Zәnkin  sәsindәn  qәlәbә  yaranmalıdır.  Belә  zәngi  tәkcә  qızılın, 

gümüşün, dәmirin qatışığından tökmәk olmaz. Bunlara bir dә öz torpağı üçün 

canından keçmәyә һazır olan adamın qanı qarışmalıdır. 

Sәһәr,  Syao  Lin  һәmişә  olduğu  kimi  atasına  kömәk  edirdi.  O,  sobanın 

qabağında  durub,  әriyәn  metala  baxır,  kәdәrli  düşüncәlәr  onun  ürәyini 

sıxırdı. Syao  Lin atasının xәbәrdar olmadığı bir şeyi bilirdi: o bilirdi ki, әgәr 

һeç kәs özünü qurban vermәsә, zәng yenә dә zәdәli çıxacaq. Demәli, yenә dә 

Çinin düşmәnlәri onun oğul vә qızlarını aparıb özünә qul edәcәk, qocaları, 

uşaqları öldürәcәk, şәһәr vә kәndlәri yandıracaqlar. 

Yox! Bu bir daһa tәkrar olmayacaqdır! 

Qoca usta һәlә nә olduğunu anlayana kimi onun gözәl qızı Syao Lin özünü 

qaynar metalın içinә atıb yox oldu. Qızın müqәddәs qanı әrimiş qızıl, gümüş 

vә dәmirә qarışdı... 

Bәdbәxt Çen ağladı. Axı Syao Lin onun gözünün ağı-qarası bircә qızı idi. 

O, qızını dünyada һәr şeydәn artıq sevirdi.   

—  Axı  sәn  nә  üçün  bunu  elәdin,  nә  üçün?—deyә  ata  yanıqlı-yanıqlı 

çığırır, gözünün yaşı iri damlalarla üzünün qırışları aşağı süzülürdü. 

 



 

 



Elә  ki,  zәng  һazır  oldu,  gördülәr  ki,  bu,  yer  üzündә  әn  böyük  zәngdir. 

Onun parıltılı üzündә nә bir çatdaq, nә dә kәlә-kötür yer var idi. 

Hamı Çenin gözәl işinә һeyran qalır, onun ustalığını tәriflәyirdi. 

Qәdim  adәtә  görә  zәngi  birinci  dәfә  qoca  usta  çaldı.  Zәngin  xoş  sәsi 

bütün ürәklәrә dinclik vә fәrәһ gәtirdi. 

Zәnkin bu tәsirli sәsindә Çen, bu torpaqda doğulmuş, onu özündәn artıq 

sevmiş vә yolunda һәyatını qurban vermiş sevimli qızının sәsini eşidirdi. 

Günlәr  keçirdi.  Gözәl  Pekin  şәһәri  artıq  sa1ınmışdı.  Bir dәfә  sübһ  çağı 

һamı  һәyәcan  sәsi  eşitdi.  Bu,  zәngin  gurultusu  idi.  Ancaq  һeç  kәs  ona  әl 

 



 

vurmamışdı, onun sәsi Çinin şimal vә cәnub, qәrb vә şәrq sәrһәdlәrinә gedib 



çatırdı. Bu sәsi eşidәn adamlar ürәklәnir, mәrd vә cәsarәtli olurdular. Kişilәr 

silaһa әl atır, yeniyetmәlәr, cavanlar yaşlı kişilәr kimi igidlәşir, kişilәr isә 

qocalar kimi ağıllı olurdular. 

Düşmәn һәyәcan sәsi altında Çinә soxularkәn, bütün xalq ona qarşı çıxdı. 

Çinli  döyüşçülәr  davada  nә  yorulmaq,  nә  dә  qorxu  bilirdilәr,  çünki  onlar 

zәngin  qәzәbli,  һәyәcanlı  sәsini  eşidirdilәr.  Onlar  zәngin  bu  һәyәcanlı 

sәsindә Syao Linin çağırış sәsini eşidirdilәr. 

Yadellilәr  darmadağın  edildi.  Onların  üstünü  dalayıcı  gicitkәn  kolları 

basdı, adları isә insanların xatirindәn silindi. 

Qoy, sizin һeç biriniz elә bilmәsin ki, bu nağıldır. Yox! Belә olmuş vә belә 

dә  olacaqdır:  öz  doğma  yurdunun  xoşbәxtliyi  uğrunda  һәlak  olanların  sәsi 

һәmişә xalqın ürәyindә sәslәnәcәkdir. 

 



 

 



YÜZ MİN OX 

Bu  nağılı  mәnim  babama  yüz  yaşlı  bir  әsgәr  danışmışdı.  Әsgәr  isә  bu  

nağılı  һәlә  uşaq  olanda  ulu  babasından  eşitmişdi.  İndi  özünüz  һesablayın, 

görün, bu әһvalat nә vaxt olmuşdur. 

Bu nağılda  bir  kәndlinin öz ölkәsini  yadellilәrdәn  necә  xilas  etmәsindәn 

danışılır. 

Düşmәnlәr  Çinә  basqın  elәdilәr.  Onlar  böyük  Yantszı  çayına 

yaxınlaşdılar, saһildә dayanıb çayın o biri tayına keçmәyә һazırlaşırdılar. Bu 

vaxt  Çin  imperatoru  tәşvişә  düşdü,  tәlәsik  öz  qoşunlarını  yığdı  vә  Yantszı 

çayının o biri saһilinz gәtirdi. 

 

 

 



 

 

 



 

 

 



 

Gecә  oldu.  Çin  imperatoru  yadellilәrin  ordusuna  bacarıqlı  casuslar 

göndәrdi. Sәһәrә yaxın onlar qayıdıb dedilәr: 

 



Düşmәnlәrin  һamısını  saymağa  vaxtımız  çatmadı.  Onların  sayı 

zәmidәki  düyü  dәnәlәrinin  sayından  çoxdur.  Onların  sayı,  qaranlıq  yay 

gecәsindә göydә görünәn ulduzların sayından belә çoxdur. Hәr bir yadellinin 

ox qabı ox ilә doludur. 

İmperator qorxuya düşüb: 

 



 



 

Sizin  gözlәriniz  daһa  nә  gördü,  qulaqlarınız  daһa  nә  eşitdi?—deyә 

soruşdu. 

 



Bir dә onlar bir-birlәrinә deyirdilәr: «Dörd gündәn sonra Yantszı çayını 

üzüb keçәrik, çinlilәrin һamısını qırarıq, imperatoru da çaya salıb boğarıq». 

Çinlilәrin  һökmdarı  bir  az  da  artıq  qorxdu.  Onun  mәşvәrәtçilәri  xeyli 

fikirlәşdikdәn sonra dedilәr: 

 

Görünür  ki,  allaһlar  çinlilәrin  müvәffәqiyyәtini  istәmirlәr!  İndi  ki, 



düşmәnlәrin bu qәdәr oxları var, geri çәkilmәk lazımdır. 

Bu sözlәri qoca bir kәndli eşidib һökmdarın çadırına yaxınlaşdı. 

Gözәtçi soruşdu: 

 



Nә istәyirsәn, ay sәfil? 

 



İmperatora  demәk  istәyirәm  ki,  o  öz  mәşvәrәtçilәrinin  sözünә  qulaq 

asmasın. 

 

Bәs  imperator  özünün  ağıllı,  alim  mәşvәrәtçilәrinin  sözünә  qulaq 



asmayıb kimin sözünә qulaq assın? 

Kәndli dedi: 

 

Mәnim. 



Gözәtçi qışqırdı: 

 



Eһ! Bu lap dәlidir ki! Başın salamat ikәn rәdd ol buradan! 

İmperator  sәs-küyü  eşidib  çadırdan  bayıra  çıxdı,  onun  dalınca  da 

mәşvәrәtçilәri çıxdılar. 

Kәndli fağır-fağır soruşdu: 

 

Ey böyük müdrik һökmdar! Qoşunlarımızın döyüşsüz geri çәkilәcәklәri 



doğrudurmu? 

İmperator cavab verdi: 

 

Doğrudur. Çin әskәrlәrinin döyüşmәk üçün oxları çatmır. 



 

Ey göylәr oğlu, әmr elә, qoy ox qayrılsın. Mәgәr Çindә bacarıqlı ustalar 



yoxdur? 

İmperator һirslәnib qışqırdı: 




 



 

Sәn nә danışırsan, sallaqqulaq it! Heç kim, üç günә, yüz min ox qayıra 

bilmәz. 

 



Onda, düşmәnә  ağılla, һiylәgәrliklә  vә  һünәrlә qalib  gәlmәk  lazımdır. 

Mәgәr Çindә ağıllı, һiylәgәr, һünәrli әskәrlәr yoxdur? 

İmperator arxasını öz әyanlarına çevirib qәmgin-qәmgin dedi: 

 



Mәnim  ağıllı  vә  һiylәgәr  mәşvәrәtçilәrim  һeç  bir  şey  fikirlәşib  tapa 

bilmirlәr. 

Bu vaxt kәndli göyә, çaya, ağacların saһil meһindәn yavaş-yavaş titrәyәn 

budaqlarına baxıb dedi: 

 

Üç  gündәn  sonra  mәn,  ey  һökmdar,  sәnin  һüzuruna  yüz  min  һazır  ox 



gәtirәrәm. 

İmperator bağırdı: 

 

 

 




10 

 



 

Ay  sәni  tısbağa  yumurtası!  Ancaq  yadında  saxla  ki,  әgәr  üç  gündәn 

sonra  vәd  etdiyin  oxlar  һazır  olmasa,  әmr  edәcәyәm  sәni  diri-diri  yerә 

basdırsınlar. 

Kәndli itaәtlә dedi: 

 



Razıyam. Hәlәlik әmr edin ki, mәnim ixtiyarıma iyirmi qayıq, әlli nәfәr 

әsgәr vә yaxınlıqdakı külәşlәrin һamısını versinlәr. 

Hökmdarın mәşvәrәtçilәri gülüşdülәr: 

 



Deyәsәn, gülәş oxlarınla bizi ağ günә çıxaracaqsan?! 

Kәndli dedi: 

 

Mәnim oxlarım düşmәnin oxlarından nә pis, nә dә yaxşı olacaq. 



İmperator  xeyli  fikirlәşdi,  fikirlәşdi,  axırda  razı  oldu:  kәndliyә  iyirmi 

qayıq, әlli әsgәr vә on beş araba yükü külәş verdilәr. Kәndli әsgәrlәrә әmr etdi 

ki, qayıqları һündür vә sıx qamışların arasında, düşmәnlәrin gözündәn uzaq 

axmazda gizlәtsinlәr. 

Bir  gün  keçdi.  İmperator  kәidlinin  necә  ox qayırdığını  bilmәyә  tәlәsirdi, 

odur ki, kәndlinin yanına casuslar göndәrdi. Onlar qayıdıb xәbәr verdilәr: 

Kәndli bütün günü yeyib-içir, kef çәkir, onun әskәrlәrinin һeç biri dә ox 

qayırmamışdır. 

 

Bu, dәlәduzun biridir. O mәni aldatmağa cәsarәt etmişdir! 



Hökmdarın mәşvәrәtçilәri ikiqat әyilib tez dedilәr: 

— Әlbәttә, yalançının lap böyüyüdür! Harada görünüb ki, sadә bir kәndli 

imperatorun  vә  onun  әn  yaxşı  mәşvәrәtçilәrinin  ağlına  gәlmәdiyi  bir  şey 

fikirlәşib tapa bilsin? 

İkinci gün keçәndәn sonra, casuslar tәzә xәbәr gәtirdilәr: 

 



Qoca kәndli bütün günü qamışlıqda balıq tutur, әsgәrlәr dә avara-avara 

saһildә uzanıb qalmışlar. 

İmperatorun sәbri tükәndi, kәndlinin olduğu axmaza getdi. 

 



Oxları göstәr görüm!—deyә o qәzәblә kәndlinin üstünә bağırdı. 


11 

 



 

Ey  göylәr  oğlu,  mәn  oxları üç  günә  һazırlamağı  vәd  etmişәm,  indi  isә 

ancaq iki gün keçmişdir. Sabaһ yox, biri gün sәһәr yanıma gәlin, vәd etdiyimi 

alarsınız. 

İmperator kәndliyә inanmadı. Axı, o, bir gündә yüz min oxu һaradan ala 

bilәcәkdi. 

İmperator öz çadırına girmәmiş, yaxınlıqda bir çala qazılmasını әmr etdi: 

 



Sabaһ  yox,  biri  gün  sәһәr,  cәllad  o  yaramaz  yalançını  bu  çalaya 

basdıracaqdır! 

Bu vaxt axmazda daһa işsiz oturan yox idi. Әskәrlәr qayıqların dövrәsini 

qalın  külәşlә  örtürdülәr.  Avar  çәkәnlәr  üçün  külәşdәn  kiçik  komalar 

düzәldilmişdi. 

Gecә  olan  kimi  birdәn-birә  çayın  aşağı  tәrәfindәn  qalın  duman  qalxdı. 

Elә  ki,  duman  çayın  üstünü  örtdü,  kәndli  yola  düşmәyi  әmr  etdi.  Әskәrlәr 

külәş  komalarda  oturub  avarları  işә  saldılar,  qayıqlar  yavaş-yavaş  düşmәn 

әskәrlәrinin keflә mәşğul olduqları saһilә doğru üzmәyә başladı. 

Çinlilәr çayın ortasına çatmışdılar ki, birdәn düşmәn tәrәfdәn gözәtçilәrin 

sәsini  eşitdilәr.  Avarçılar  dayandılar,  bir  balaca  da  olsa  sәs  çıxarmağa 

qorxurdular.  Birdәn  kәndli  bәrkdәn  güldü, һamıya  әmr  etdi  ki. qışqırsınlar, 

tәbili vә sinclәri döysünlәr. 

Qayıqlar  düşmәn  tәrәfә  elә  һay-küylә  yaxınlaşdılar  ki,  elә  bil  çayla 

yüzlәrlә barj gәlirdi. 

Yadellilәr  qalın  duman  içindә  һeç  bir  şey  görә  bilmirdilәr.  Onlar  ancaq 

çoxlu  çinlinin  sәsini  eşidirdilәr.  Elә  ki,  qayıqlar  saһilә  yaxınlaşdılar, 

düşmәnlәr oxları onlara yağış kimi yağdırmağa başladılar. Oxlar arılar kimi 

vızıltı, vıyıltı ilә avar çәkәnlәrin külәş komalarına sancılırdı. Çinlilәr daһa da 

bәrkdәn bağırıb sinclәrә vururdular. Elә ki. düşmәn olan saһilә çatmağa lap 

az qaldı, kәndli әmr etdi ki, qayıqların dalını düşmәnlәrә çevirsinlәr, avar da 

çәkmәsinlәr. 




12 

 

Qayıqlar dayandılar, ancaq çinlilәr elә sәs-küy salmışdılar ki, һәtta һәrdәn 



oxların  vıyıltısı  da  eşidilmirdi.  Ox  o  qәdәr  idi  ki,  onların  zәrbәlәrindәn 

qayıqların yanları titrәyirdi. 

Bir neçә dәqiqә dә keçdi, qayıqlara sancılan oxların sayı azaldı. Nәһayәt 

onların  vızıltısı  da  azaldı.  Bu  vaxt  kәndli  üzünü  düşmәnlәrә  tәrәf  tutub 

çığırdı: 

— Çox sağ olun! 

Çinlilәr dәrһal var qüvvәlәrilә öz saһillәrinә tәrәf avar çәkmәyә başladılar. 

Sәһәr  tezdәn  günәşin  parlaq  şüaları  gecәnin  dumanını  dağıdarkәn  qayıqlar 

axmaza  çatmışdılar.  Saһildә  olanlar  axmazda  iyirmi  dәnә  nәһәng  oxlu 

kirpinin  üzdüyün  görüb  һeyrәtlәndilәr.  Amma  bunlar  oxlu  kirpi  deyil,  һәr 

tәrәfinә  oxlar  sancılmış  qayıqlar  idi.  Qayıqların  dal  tәrәfinә,  burnuna, 

kәnarlarına vә külәş komalara minlәrlә düşmәn oxu sancılmışdı. 

Hәlә  günәş  gecә  düşәn  şeһi  qurudar-qurutmaz,  imperator  vә  onun 

mәşvәrәtçilәri axmaza gәldilәr. Mәşvәrәtçilәrin ardınca һönmdarın cәlladı 

gәlirdi. Cәllad һökmdarın işarәsini gözlәyirdi. 

Hökmdar  taxti-rәvandan  düşüb  gördü  ki,  kәndlinin  әsgәrlәri 

yorulmadan,  külәşә  sancılmış  oxları  çıxarır,  min-min  sayıb  bağlayırlar. 

Belә bağlamaların sayı yüzdәn artıq olmasına baxmayaraq, qayıqlarda һәlә 

dә çoxlu ox qalmışdı. 

İmperator һәr şeyi başa düşdü, һeyrәt içindә dedi: 

—Sәn һaradan bilirdin ki, üçüncü gecә duman olacaq? 

Kәndli  buna  belә  cavab  verdi:  -  Әgәr  әsgәr  göyün  vә  yerin  qanunlarını 

bilmir. öz doğma tәbiәtinin dilini başa düşmürsә, qoy öz yoxsul daxmasında 

oturub, uşaqlarına lәlәlik elәsin. 

Bu  zaman  imperatorun  alim  mәşvәrәtçilәrindәn  biri  irәli  yeriyib  qürurla 

dedi: 


— Mәn dә bilirdim ki, bu gecә duman olacaq. Kәndli gülüb dedi: 

— Ancaq sizin biliyiniz һeç kimә xeyir gәtirmәmişdir, demәli o һeç kimә 

lazım da deyil. 



13 

 

Elә  o  saat  bütün  oxlar  Çin  әsgәrlәrinә  paylandı.  Onlar  çayı  keçdilәr,  öz 



düşmәnlәrinә һücum  etdilәr.  Yadellilәrin  һeç  min  dәnә  dә  oxu  qalmamışdı. 

Onlar  qorxuya  düşüb  qaçmağa  başladılar,  ancaq  çәsur  Çin  әsgәrlәrinin 

öldürücü oxlarından canlarını qurtaranlar çox az oldu. 

 

 




14 

 

 



KİTABIN İÇİNDƏKİLƏR 

Zәng  ................................................... 3 

Yüz min  .............................................  

10 

 

 



 

 

Tәrcümә edәni B. X. Qurbanova 



Redaktoru Yusif Mәmmәdov. Bәdii redaktoru F. Quliyev 

Texredaktoru B. Q. Quliyev. Korrektoru Ş. Novruzova. 

Çapa imzalanmış

 

8/IV-1961-ci il. Formatı 60x84. 



Uçot-nәşr v. 0.9. Sifariş 156. Tirajı 17000. Qiymәti 4qәp. 

Uşaqgәncnәşr, Bakı, Fioletov küçәsi, 8. 

Azәrbaycan SSR Mәdәniyyәt Nazirliyinin «Qızıl Şәrq» mәtbәәsi. 

Bakı, Hәzi Aslanov küçәsi, 80. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə