48
mağazalardan, kitabxanalardan yığılsa da, ailələrdə qorunub saxla-
nılıb, gizlədilib, əl-əl gəzib, oxunub, yaddaşları təzələyib. Çünki bu
kitabda yazılanlar həqiqət idi, müəllif tarixi həqiqətləri yazmışdı və
bu güzgüdə xristian dünyasının
himayə etdiyi,
zəhərli ilan kimi qoy-
nunda bəslədiyi erməni adlı nankor qonşularımız necə varsa, eləcə
riyakar, əyri görünürdü. Sovet vaxtı satışı, nəşri qadağan edilən, ki-
tabxanalardan nüsxələri yığışdırılan Ə.Abasovun «Zəngəzur» roma-
nı Zəngəzurun dağ kəndində doğulub böyümüş, sonra taleyin hök-
mü ilə Naxçıvanı özünə yurd seçmiş əməksevər insan Əlirza kişi ilə
İzzət xanımın ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxu-
nurdu. «HEYDƏR ƏLİYEV» kitabından [6, s.13] gətirdiyim aşağı-
dakı sitat bunun ifadəsidir: «Belə bahar günlərinin birində Əlirza və
İzzət Əliyevlərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Kör-
pəyə İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındı-
ğı zaman həlak olmuş qardaşı Heydərin adını (Heydər – başçı, öndə
gedən, irəli səsləyən deməkdir – H.A.) qoydular. O Heydərin yaşı
həmişəlik iyirmi üç olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər ailə-
sində Əyyub Abasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki
bu iki qalın cilddə yazılanları oxuyan Şəfiqə eynən bu hadisələri,
analarının da ona danışdığını qardaşlarına söyləmişdi. – Yanılmır-
san, Şəfiqə, – deyə Həsən təsdiq elədi. – Bu kitabı yazan adam di-
dərginlik ağrısını çox dəqiq göstərmişdir: «Andronik Uzunyanın əs-
gərləri kəndə aşağı tərəfdən daxil oldular. Yamacın ətəyində bir ne-
çə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarır-
larsa götürüb dağlara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtü-
sü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zən-
gəzur torpağında baş verən müsibətə laqeyd qala bilmirdi. Atlar,
yüklənmiş ulaqlar, qorxudan böyürən öküzlər, inəklər – hər şey bir-
birinə qarışmışdı. Kənddə qalan yalnız dərd-sərdən ağlı çaşmış və
öz həyatını evdən ayrı təsəvvür etməyən qocalar idi» [6, s.14].
Qeyd: Hacı Nərimanoğlunun “Ümummilli lider Heydər
Əliyev və Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı və de-
portasiyası tarixinin tədqiqi məsələləri” adlı elmi araşdırma məqalə-
51
II FƏSİL
ZƏNGƏZUR XIX ƏSRDƏ
2.1. Zəngəzur çar Rusiyasının işğalından sonra
I Pyotrun (1682-1725) siyasi vəsiyyətlərinə sadiq qalan Rusi-
ya imperatoru II Yekaterinanın (1762-1796) dövründə romanovlar
səltənətinin
Cənubi Qafqaza, ilk növbədə də Şimali Azərbaycana yi-
yələnmək cəhdi nəticə etibarilə boşa çıxsa da, Peterburq hökuməti
bu niyyətlərindən əl çəkməmiş, Yaxın Şərqə doğru irəliləmək plan-
larını reallaşdırmaq yolunda XIX əsrin lap əvvəllərindən əməli ad-
dımlar atmağa başlamışdı [155, s.172].
I Pavel (1796-1801) və onun oğlu I Aleksandr (1801-1825)
manifestləri üzrə Şərqi Gürcüstanı, Kartli-Kaxetiyanı ilhaq etdikdən
sonra Rusiya Azərbaycan torpaqlarının istilası üçün ciddi addımlar
atmağa başladı. Hələ Qafqazdakı rus qoşunlarının baş komandanı
Knorrinq, eləcə də onun «varisi» P.D.Sisianovun dövründə Azər-
baycanın Qazax-Şəmşəddil torpaqları üstündə Gəncə hökmdarı Ca-
vad xanla kəskin mübarizəyə girən Rusiya tərəfi Car-Balakən
(1803) və Gəncənin işğalınadək (1804) Qarabağ xanlığı ilə münasi-
bətlərdə böyük ehtiyatlılıq nümayiş etdirir, Qarabağ hökmdarı İbra-
himxəlil xanla yazışmalara son dərəcə diqqətlə yanaşır, bütün Azər-
baycan xanları kimi, onu da qonşu xanlarla düşmən etməyə çalışırdı
[118, s.35-36].
Bu dövrdə Sisianovun İbrahimxəlil xana məktublarının çox
böyük əksəriyyəti xana ünvanlanmış iltifat və hüsn-rəğbətlə dolu
idi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bütün bunlar «par-
çala – hökm sür» siyasətinin tərkib hissəsindən başqa bir şey deyil-
miş. Çarizmin Qafqazı işğal planlarının reallaşmasında Qacarlarla
imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Zəngəzurun da
tarixində yeni dövrün başlanğıcı oldu. Azərbaycanı ikiyə bölmüş bu