9
Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu say-
da yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi mə-
zarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-
aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qur-
banlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, erməni-bolşevik silahlı dəstələrinin
100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər ba-
rədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırıl-
ması məqsədiləqərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr
olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin
etsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə soyqırımın
100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-
camdan irəli gələn digər məsələləri həll etsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 yanvar 2018-ci il.
10
Qədim Azərbaycan torpağı Zəngəzurun tarixşünaslığına
qiymətli töhfə
Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya,
soyqırımı, işğal tarixi” kitabına
Ön Söz
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-
ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut
rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında
Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv,
vicdanlı yazılması vəzifəsini qoydu. Məsələnin bu müstəvidə
qoyulmasının əsas səbəbi son iki əsrlik Azərbaycan tarixinin
məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalması idi.
Ulu öndərin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü il
illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci
il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”
fərmanlar obyektiv tarixi tədqiqatlar üçün elmi-nəzəri və hüquqi
əsas yaratdı, Vətənimizin tarixinin qaranlıq səhifələrinin açılaraq
xalqımıza və dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar
açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan tarixinin tədqiqi ilə bağlı məsələlərdən danışarkən
davamlı olaraq Zəngəzur problemini xüsusi vurğulayır. Ən qədim
dövrlərdən Vətənimizin bir parçası olmuş Dağlıq Qarabağ və
Zəngəzurla bağlı dövlətimizin siyasətini, problemin mahiyyətini,
həm də tarixçilərimiz qarşısında duran vəzifələri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri olduqca
düzgün dəyərləndirir:
«Tarix tarixdir. 1978-ci ildə Qarabağda
məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı
bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki
Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan