68
10-u yağ, 2-si dulus və 4-ü misəritmə idi. Ən çox fəhlə də sonuncu-
da işləyirdi - 1200 nəfər. Quberniya misəritmə sənayesi sahəsində
çalışan fəhlələrin (cəmi 2950 nəfər) təxminən 40,7 %-i Zəngəzur
qəzasının payına düşürdü. Yuxarıda gətirdiyimiz məlumatlar bu
bölgənin də iqtisadiyyatı sırf müstəmləkə xarakteri daşıyırdı. XX
əsrin əvvəllərinə yaxın Zəngəzur bölgəsinin iqtisadi mənzərəsi belə
idi. Bölgə iqtisadiyyatının bütün sahələri imperiyanın müstəmləkəçi
maraqlarının xidmətinə tabe edilmişdi [150, 198].
2.3. Demoqrafik vəziyyət
Lap qədim dövrlərdə olduğu kimi, haqqında danışdığımız tari-
xi mərhələdə də Zəngəzurun əhalisi əsasən azərbaycanlılardan
(türklərdən), kürdlərdən, ermənilərdən və azsaylı rus təriqətçilərin-
dən ibarət olmuşdur. Sonuncular qəzanın Sisyan sahəsindəki Bazar-
çay və ya Bazarkənd kəndində məskunlaşmışdılar [129, s.187].
Romanovların Cənubi Qafqaza soxulmasına qədər – XIX əs-
rin əvvəllərinədək bu diyara yiyələnmək uğrunda baş verən Osman-
lı-Səfəvi savaşları da Zəngəzurun demoqrafik vəziyyətinə müəyyən
qədər təsir etmişdir. Onlardan biri – 1578-1590-cı illər müharibəsi
haqqında «İrəvan vilayətinin müfəssəl dəftəri»ndəki qeyddə göstəri-
lir ki, Səfəvi-qızılbaş təbəəsi olan Sisyan, Bazarçayı, Zar və Zabux
nahiyələrindən 90 kəndin köçürülməsi barədə Osmanlı sultanı III
Murad (1534-1595) 28 aprel 1578-ci ildə fərman vermişdir. Bu qay-
naqdan məlum olur ki, bu köçürmədən Qarakilsə – Sisyanın cəmi 4
kəndi kənarda qalmışdı ki, onlarda erməni və türk əhalisi qarışıq ya-
şayırdı. Fərmanda qızılbaş müsəlman kişilərinin məhv olunması,
qalan əhalinin köçürülməsi ilə bərabər
erməni əhalisinin can və mal-
larına zərər vurulmaması da məxsusi olaraq qeyd olunurdu [174,
s.324].
XVI əsrin sonlarına aid Osmanlı qaynaqlarından biri – 1593-
cü ilə aid «Gəncə-Qarabağ əyalətinin icmal dəftəri»ndən də məlum
olur ki, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olmaqla hamısı