156
respublika rəhbəri Mircəfər Bağırov toplu, pulemyotçu dəstələri ilə
qoşun yeritmişdi, ən yaxın silahdaşlarından bir neçəsini də itirmişdi,
keçilməz meşə, dağ, qaya-kahaları ilə səngərlərə çevrilmiş qaçaqlar
əfv adı ilə aldadılıb üzə çıxarılmış, onlardan 72-sini tək Muradxanlı
kəndində öz əhli-əyallarının gözü qarşısında amansızlıqla qətlə ye-
tirmiş, əli silah tutan bütün kişi əhalisini güllələtmişdi. 1900-cü
illərin əvvəlindən başlayan erməni-müsəlman davasında Qarabağ və
Zəngəzurun davakar ermənilərinə qan udduran Əlyanlı obalarından
sağ qalanlar doğma, əzizlərinin qanları axıdılmış bu yerlərdən baş
götürüb didərgin düşmüş, Ağdam, Tərtər, Bərdə rayonlarına köç-
məyə məcbur qalmışdılar [238].
Sərlövhəyə çıxarılan başlığa yekun olaraq belə qənaətə gəlirik
ki, AXC hökuməti 1918-1920-ci illərdə, xüsusilə də artıq Qafqaz
İslam Ordusunun da fəal yardımı ilə silahlı qüvvələrin müəyyən
qədər formalaşmış olduğu 1919-1920-ci illərdə Zəngəzurda
qırğınların, torpaq itkilərinin, heç olmazsa, miqyasını azalda bilərdi.
Bu məlumatdan da göründüyü kimi, buna imkanlar da var idi:
“1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan
müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi
büdcənin 27,7 faizinin təşkil edirdi. Gözlənilən təhlükələri nəzərə
alaraq 1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi
yaradıldı...1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yara-
dılmalı idi. Ordunu milli zabit kadrları ilə təmin etmək üçün 1918-ci
ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil
müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi uçilişə çevrildi.
Uçilişin üç şöbəsində-ümumi, topçuluq və mühəndislik şöbələrində
250 müdavim oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlin-
də kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris
müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-
1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı
alaylar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin
sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir süvari di-
viziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci
Zaqatala və üçüncü Gəncə alayları daxil idi. İkinci piyada
157
diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay
alayları daxil idi. Şirvan alayı bazasında üçüncü piyada divi-
ziyasının yaradılmasına başlandı. Birinci Tatar, ikinci Qarabağ və
üçüncü Şəki atlı alayları bazasında süvari diviziyası yaradıldı.
1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası
hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına
müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter
zabitlərə 70 rubl, unter zabitlərə 90 rubl, feldfebellərə 120 rubl
məvacib müəyyən edildi. 1918-ci ilin iyul ayının 11-də milli orduya
çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş
24-29 yaşlı kişilər səfərbər edildi. Maliyyə çətinliklərinə
baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi
məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40
minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt
orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun
növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə,
Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı
möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi,
yəni hərbi məhkəmə fəaliyyət göstərirdi. Cənubda təhlükəsizliyi
qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və «yardım alayı»
milis alayı yaradıldı. ADR Parlamentini mühafizə etmək məqsədi ilə
xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil
dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir
yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə
hidroaeroplan, altı ağır və yüngül zirehli avtomobil daxil idi”
[225].
Bütün bu silah sursat, hərbi texnika işğalçı rus ordusuna qaldı.
1919-cu il oktyabrın 20-də İtaliya paytaxtı Romada əldə edilən
razılaşmaya əsasən Azərbaycan Ordusu üçün alınıb gətirilmiş 25
min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan
böyük ölçü 20%, orta ölçü 50% və kiçik ölçü isə 30% olmaq şərti
ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı,
qış paltosu və ayaq sarğısı) əmlak 1920-ci ilin aprelində Bakıya
158
çatdırılsa da, XI Qızıl ordunun zabit və əsgər heyətinə qismət oldu
[247].
Şərqdə ilk demokratik respublika qurucularının şərəfli ömür
yoluna, tariximiz, xalqımız qarşısında əbədi yaşayacaq müqəddəs
bir missiyanı yerinə yetirmələrini sevgi, hörmət duyğuları ilə
vurğulamaqla yanaşı, bunu da deməliyik ki, xüsusilə 1919-cu ildə
və 1920-ci ilin ilk aylarında Zəngəzurun türk-müsəlman əhalisinə
qarşı soyqırımın, erməni-daşnak quldur dəstələrinin törətdikləri
vəhşiliklərin, genişmiqyaslı, çoxsaylı qətliamların, kütləvi
deportasiyanın, ərazi itkilərinin qarşısının alınması üçün AXC
Parlament və Hökuməti öz ixtiyarında olan hərbi potensialdan
lazımınca istifadə etməmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, həmin dövrdə
“böyük səhv” lərə yol verilmişdir [241].
27 aprel 1920-ci ildə Azərbaycanın işğalı günü ölkədə
“Yağmalama həftəsi” elan edildi, bolşevik rus ordusu uşaq
oyuncaqlarına qədər hər şeyi talan edib 60 vaqon dolu əşyanı
“Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya
yolladılar. Ərzaq anbarları müsadirə edildi və Moskva proletariatına
göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi.
Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar
ya öldürüldü, ya da həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında
300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə
sürgünə göndərildi. Bütün bu prosesin başında bolşeviklərimiz və
Cümhuriyyətin işğalında rol oynamış şəxslər dururdu. Bolşeviklər
neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və
yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar. Yalnız 1920-ci ilin
mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus”
gəmisi ilə 76697 pud mazut yola salınmışdı. Sovetlər Birliyi
dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana
gətirilərək burada əbədi məskunlaşdılar. Onların çoxu dövət
strukturlarında işlə təmin edildi. 1920-ci ilin aprelin 28-dən 1921-ci
ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun
qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general,
Dostları ilə paylaş: |