Zəngilan rayon 11 saylı tam orta məktəbin fizika müəllimi Baxşəliyeva Diləfuruz Musa qızı. Layihə 1



Yüklə 31,75 Kb.
tarix26.05.2018
ölçüsü31,75 Kb.

Zəngilan rayon 11 saylı tam orta məktəbin fizika müəllimi

Baxşəliyeva Diləfuruz Musa qızı.

Layihə 1. Mail müstəvidə sürtünmə qüvvəsi.

VII sinif.

Standart:

      1. Mexaniki hadisələr və onların baş vermə səbəblərini izah edir.

2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir.

2.2.1. Təbiətdə əlaqəli sistemlərdə qarşılıqlı təsirin rolunu izah edir.

3.1.1. Sadə təcrübələr aparır və nəticələrini təqdim edir.

Məqsəd:


  1. Mexaniki hadisələrə dair təcrübələr aparır.

  2. Mexaniki hadisələrin baş vermə səbəblərini izah edir.

  3. Nəticələri ümumiləşdirir. Gündəlik həyatda bu təcrübələrin nəticələrindən istifadə edir.

Təchizat: iki lövhə (20sm- 40sm, müxtəlif materialdan hazırlanmış. Məs. karton və şüsədən ) , bir neçə kibrit qutusu və ya kubiklər, müxtəlif kutləli və müxtəlif maddələrdən hazırlanmış bir neçə cisim.( məs. karandaş qabı, dördkünc plastilin, balaca kauçuk qablar və s.)

Araşdırmanın gedişi:

  1. Karton lovhənin bir tərəfdən altina kibrit qutusu qoyub mail müstəvi düzəltməli. Sürtünmə və dartı qüvvəsinin (ağırlıq ) istiqamətləri aydınlaşdırmalı.

  2. Mail müstəvi üzərinə cisim qoymalı. (Hələ ki, cisim sürüşməsin, yəni sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür) Sonra kibrit qutularını üst-üstə qoymaqla mail müstəvinin meyl bucağını artırmalı. Təcrübə davam etdirilməli, o vaxta qədər ki, cisim sürüşsün. (sürtünmə qüvvəsi azalaraq dartı qüvvəsindən kiçik olsun). Sürüşmə sürtünmə qüvvəsinin mail müstəvinin meyl bucağından asılı olduğu müşahidə olunmalı.

  3. Təcrübə müxtəlif maddədən və müxtəlif kütləli cisimlərlə davam etdirməli. Sürtünmə qüvvəsinin kütlədən və toxunan səthlərin maddələri növündən, hamarlığından ( təctübə kütlələri eyni , hamar və xətlənmiş plastilinlə aparmalı) asıllı olmasına əmin olmalı.

  4. Karton lövhə şüşə lövhə ilə əvəz olunaraq təcrübə davam etdirməli və nəticə çıxarmalı.

  5. Karton lövhəni ölçüsü böyük karton lövhə ilə əvəz edib təcrübəni təkrarlamalı. (sürtünmə qüvvəsinin səthin sahəsindən asllığını yoxlamalı)

Bu təcrübə vasitəsi ilə şagird nəticəyə gəlir ki, sürtünmə qüvvəsi nədən asılıdır. Gündəlik həyatda enişli və yoxuşlu, buzlu və qarlı yollarla getdikdə necə yük götürmək və necə ayaqqabı geymək lazım oldugunu biləcək. Sürtünmə qüvvəsini nə zanman artırmaq, nə zaman azaltmaq lazım oldugunu və hansı üsulla bunu etmək lazım oldugunu öyrənəcək.

Layihə 2.

VII sinif. Sadə külək mühərriki

Müddəti : bir həftə.



Standart:

      1. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.

3.2.1.Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.

Məqsəd:


  1. Mexaniki hadisələrin baş vermə səbəblərini şərh edir.

  2. Istehsalatda olan mexaniki qurğuların yaradılmasında fizika elminin rolunu izah edir.

Təchizat: kağız vərəq , nazik taxta və ya karton parçası , yapışqan, ip , şunur, mismar , qayçı. saç qurudan.

Tədqiqatın aparılması:



  1. Eni 1sm , uzunluğu 20sm olan balaca nazik taxta və ya karton parçası kəsin.

  2. Eni və uzunluğu 10x15sm olan iki ədəd kağız kəsin. Taxtanın uclarına , əks istiqamətlərə kağızın ucunu bir dəfə dolayıb yapışqanla bərkidin.

  3. Taxtanın ortasından mismar keçirib, ip bağlayın.

  4. Ipi 30sm uzunluqlu şunurun içərisindən keçirin. Sapın aşağı

dan, şunurdan çıxan yerdən düyün vurun.

  1. Saç qurudan( fen) işə salıb düzəltdiyiniz fırlanğıca tərəf tutun. Fırlanğıcın

fırlandığını və eyni zamanda ipin də fırlandığını görəcəksiniz.

  1. Saç qurudanın sürətini artırın. Fırlanğıc və sapın daha sürətlə firlandığını görərsiniz.

  2. Saç qurudanı digər istiqamətdən tutun. Firlanğıcın hərəkət istiqamətinin dəyişdiyini görərsiniz.

  3. Düzəltdiyiniz fırlanğıcı eyvandan və ya həyətdə ağaca bərkidib əsən küləyin istiqamətini və sürətini ölçə bilərsiniz.

  4. Düzəltdiyiniz fırlanğıcla külək mühərriklərini müqayisə edin.

Bu tapşırıqdan sonra şagird:

  1. Külək enerjisinin necə mexaniki və digər enerji növünə çevrildiyini anlayır.

  2. Küləyin istiqamətini və sürətini ölçə bilir.

  3. Qurğulardan təhlükəsiz istifadə etmək bacarığı artar.



Layihə 3. Həyətdə agaclarda və ya evin damında yuvası olan və ya düzəldilmiş qutularda yaşayan, hələ uça bilməyən quş balaları üçün su qabı.

VII sinif.

Standart:

3.2.1.Texnika və istehsalatda istifadə oiunan sadə mexaniki qurğuların iş prinsipini izah edir.

3.2.2.Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

Məqsəd.


  • Texnika və məişətdə tətbiq olunan sadə qurğulardan istifadə edir.

  • Insan əməyinin yüngülləşməsində mexaniki qurğuların əhəmiyyətini başa düşür.

Təchizat. Mismar, çəkic, kiçik blok , ip, plasmas butulka.

İşin gedişi:



  1. Evinizdə köhnə işlətdiyiniz uşaq maşınlarının təkərlərinbən blok düzəldin.

  2. Yuvaya yaxın yerdən dama və ya ağaca bloku yapışdırın.

  3. Plasmas butulkanı aşağıdan 15sm qalmaq şərti ilə kəsin.

  4. Butulkadan yuxarı hissədə bərabər məsafələrdə 3-4 deşik açın.

  5. Deşiklərdən ip keçirib uclarını hamısını eyni bir uzun ipə bağlayın.

  6. Ipin o biri ucunu blokdan keçirin.

  7. Butulkaya su töküb, ipin boş ucunu aşağı dartmaqla su olan butulkanı yuvanın səviyyəsini alana qədər, yuvaya toxunmaqla, qaldırın.

  8. İpin sərbəst ucunu aşağıdan , özünüz səviyyədə bərkitdiyinz mismara ilgəklə bağlayın.

  9. Hər gün ipi açıb, butulkanı aşağı yendirib, su əlavə edib qaldırın.

Bu tapşırıqdan sonra şagird:

  • İnsan əməyinin yüngülləşməsində sadə qurguların əhəmiyyətini başa düşür.

  • Sadə qurgulardan təhlükəsiz istifadə edə bilir.

  • Sadə qurguların quraşdırılması və işləməsində fizikanin rolunu bir daha anlayır.

  • Təbiəti sevir, quşlara qayğıkeşliyi artır.

IX sinif yeni Fizika dərsliyinə təkliflər.

Səh.8. “ Bilirsinizmi ki, naqildə elektrik cərəyanı sərbəst elektronların nizamlı hərəkətidir, əvəzinə (nəzərə alsaq ki, elektrolitlərdə, plazmada müsbət və mənfi ionlar da yükdaşiyicidir) sərbəst yükdaşıyıcıların və yaxud yüklü zərrəciklərin nizamlə hərəkətidir.” olsa yaxşı olar.

Səh.11. Nə üçün metalı qızdıranda müqaviməti artır?- hissəsində .... Metalı qızdırdıqda kristal qəfəsin düyünlərində yerləşən ionların rəqsi hərəkəti və elektronların hərəkəti intensivləşir, rəqsi hərəkətin amplitudası artır, elektronların ionlarla toqquşmalarının sayı artır , cərəyan azalır, müqavimət artır. Belə dəyişiklik etmək olar.

Səh11. 12- əvvəlcə müqavimətin nisbi dəyişməsinin temperaturdan düz mütənasibliyi qeyd olunub, yəni əvvəlcə 1.3 düsturu verilib, oradan 1. 1, və 1.2 düsturlarını almaq olar. Yoxsa 1.3 düsturu hazır verilmiş kimi hesab olunur. Müqavimətin xüsusi müqavimətdən asıllığı qeyd olunub, sonra 1.4 düsturu verilə bilər.

Səh. 14-də çal. 1.1-in 3-cüsündə elektron cərəyan mənbəyindən nə qədər uzaqlaşar yox, hansı məsafə qət edər, kimi vermək olar. Elektron birbaşa düzxətli hərəkət etmir.

Səh. 17-20. Elektrolitlərdə elektrik cərəyanı mövzusunda elkrtokimyəvi ekvivalentin mq-dən asılı olmadığı qeyd olunmalı , M –molyar kütlə və n- valentlikdən asıllıq düsturu verilə bilər. Bunu təcrübə vasitəsilə bir dəfə CuCl və CuCl2 və bir dəfə də CuCl və Na Cl –la və ya laboratoriya şəraitində hansı maddə ilə mümkünsə onunla etmək olar.(araşdırma 2-də olduğu kimi)

Elektrolitlərdə müqavimətin temperaturdan asıllığı qeyd olunmayıb.Temperatur artdıqda ionlaşmış cütlüklərin sayı artır, cərəyan artır, müqavimətin azalması qeyd olunsa yaxşı olar. Və müqavimətin temperaturdan asıllıq düsturu və qrafikini (xətti azalır.) vermək olar. Məhz, Ümumiləşdirici tapşiriq-ın 4-cüsündə (səh. 47) bu asıllıqdan istifadə olunması lazım gəlir. Yarımkeçirilərdə də müqavimətin temperaturdan asıllıq qrafiki verilməyib.

Səh. 31-də çal 1- 4 ün 5-si bu mövzuya uyğun deyil.

Səh 45-də çal. 1-5 də 2 səkil (a) və (b) də iki cür keçiricilik n-tip və məxsusi keçiricilik kimi təsvir olunub, başqa bir şəkil də p-tip keçiriciliyə uygun verilib, soruşulsa daha səmərəli olar.

Bu fəsildə maddələrdə elektrik keçiricilik zamanı heç bir halda volt-amper xarakteristika verilməyib. Bu zaman doyma cərəyanı və o nədən asılıdır , verilməyib.

Səh 48 –də maraqoyatmada sual qoyulur: Maqnit nədir? Şagirdlərin bu haqda məlumatı yoxdur. Sonra aşağıda izahı verilir. Sual belə verilə bilər : Maqnit görmüsünüzmü? Səh. 54 də yenə də şagirdlərin bu haqda məlumatı olmadığı halda sual verilir? Maqnit induksiya vektoru elektrik sahə intensivliyindən nə ilə fərqlənir?



Səh 56-da verilib: maqnit qüvvə xətləri burulğanlıdır, bu xətlər həmişə qapalıdır, onların nə başlanğıcı, nə də sonu var. Əslində sahə burulğanlı ola bilər. Bu cümlə : ”Maqnit qüvvə xətləri qapalıdır , onların nə başlanğıcı nə də sonu var. Qapalı qüvvə xətlərinə malik sahələr burulğanlı sahələr adlanır” kimi verilə bilər.

Fəsilin sonunda əvvəlcə qravitasiya və elektrik, sonra isə elektrik və maqnit sahələri və onlara aid kəmiyyətlər müqayisəli verilib. Yaxşı olardı ki, üç sahə birlikdə müqayisə olunardı.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə