Zərdab rayon Mədəniyyət və turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 19,69 Kb.
tarix12.10.2018
ölçüsü19,69 Kb.
#73744

Zərdab rayon Mədəniyyət və turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodika və biblioqrafiya şöbəsi

18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
( Metodik arayış)

Zərdab- 2016

İnsan Hüquqları Günü

2007

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də ulu öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.

2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir.Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.Bu ay çərçivəsində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, Qeyri Hökümət Təşkilatları və Kütləvi İnformasiya Vasitələri, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.

İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər müvafiq təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər.

Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək

Qeyd etmək lazımdır ki, əhalinin hüquqi maarifləndirilməsində kitabxanaların rolu böyükdür. Əhalinin hüquqi maarifləndirilməsi məqsədilə kitabxanalarda əyani və şifahi təbliğat formalarından: Kitab sərgisi, məruzə , söhbət, dəyirmi masa, məlumat həftəsi , oxucu konfransı və sair formalarından istifadə edərək tədbirlər keçirilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar:” 18 iyun Azərbaycanda İnsan hüquqları günüdür “,”Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər”, “Azərbaycan Respublikasının Konstitusiyası insan və hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir,” İnsan hüquqlarının mudafiəsi dövlətin ali məqsədidir “, “ Hüquqlarımı öyrənirəm “ və sair.
 Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya Şöbəsi

15 iyun Milli Qurtuluş Günüdür

( Metodik arayış )

Zərdab - 2016

Tarixdə bu gün : 15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ

1993

1991-ci ilin oktyabrında Azərbaycan ikinci dəfə müstəqillik qazansa da, həmin dövrdə ölkəmizin belə bir siyasi iradə nümayiş etdirməsi bir sıra xarici dairələr və onların daxildəki əlaltılarını qane etmirdi. Həmin qüvvələrin xaricin dəstəyi ilə fəallaşması və tədricən ölkənin siyasi həyatına müdaxilə etmələri onsuz da ağır olan Azərbaycanda vəziyyəti bir qədər də gərginləşdirirdi. Digər bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə rəvac verən addımları da getdikcə ölkəni idarəolunmaz vəziyyətə gətirirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin vəziyyətdən çıxış yolu tapa bilməmələri və idarəçilik bacarıqlarının zəifliyi Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələrin işinə yarayırdı. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti yoluna qoymaqdan daha çox, prosesləri gərginləşdirməyə rəvac verirdi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi xalqın təkidli tələbi ilə həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Uzun sürən müzakirələr və xalqın kütləvi şəkildə Heydər Əliyevə göndərdiyi müraciətlərdən sonra ümummilli lider Bakıya qayıdaraq çiyinlərini bir daha ağır bir yükün altına verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi dəstəklədi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.Artıq 23 ildir ki, xalq bu günü böyük bayram əhval-ruhiyyəsi Ilə qeyd edir.

Heydər Əliyevin Bakıya qayıdışı ilə bütün bu məsələləri, problemləri aradan qaldırmağa təkan verən yeganə amil xalqın inamının özünə qayıdışı oldu. Həmin dövrdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə tənəzzülün qarşısı alındı, Azərbaycanın inkişafını təmin edən böyük addımlar atıldı. Heydər Əliyev qısa bir müddətdə bütün qüvvələri səfərbər edərək Azərbaycanı təhdid edən təhlükələrin aradan qaldırılmasına nail oldu. O dövrdə ümummilli liderin qarşısında duran əsas başlıca məqsədlər məhz bunlar idi. Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixinin başlanğıcı məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından hesablanır. Bunun əyani sübutu kimi ötən 23 il ərzində Heydər Əliyev siyasəti nəticəsində ölkəmizin yüksək inkişaf etdiyini göstərmək olar, Bir qədər də konkretləşdirsək Heydər Əliyev tarixi qayıdışı ilə Yeni Azərbaycanın qurulmasına nail ildu.

Bu il 23-cü ildönümü qeyd edilən Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən yadda qalan hadisələrdən sayılır. Çünki Qurtuluş Günündən keçən 23 il ərzində Azərbaycan çoxlarının xəyal edə bilməyəcəyi dərəcədə inkişaf edib, dünya birliyinin bir parçasına çevrilib. 2003-cü ildən etibarən ümummilli liderin siyasi kursu layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 13 il ərzində ölkəmiziin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizin Cənubi Qafqaz regionunun liderinə çevrilməsi, dünya birliyində söz sahibi olması deyilənləri təsdiqləyir. Məhz bu amilləri nəzərə alaraq bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. 

Qeyd etdiyimiz kimi bu il Milli Qurtuluş gününün 23- cü ildönümüdür.Bu münasibətlə respublikamın hər yerində müxtəlif tədbirlər keçirilir. Kitabxanalar əyani və şifahi təbliğat formalarından ( Kitab sərgisi ,məlumat günü, dəyirmi masa, söhbət, ədəbi -bədii gecə, məruzə və sair) istifadə edərək müxtəlif tədbirlər təşkil etməlidirlər. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “ Vətənin xilası, Xalqın qurtuluşu “, “ Milli qurtuliş –Xalqın və onun həqiqi liderinin möhtəşəm zəfəri”, “ Milli qurtuluş günü xalqımızı işıqlı gələcəyə aparan yoldur “,” Böyük şəxsiyyət , qüdrətli lider”, “ 15 iyun Azərbaycan dövlətçiliyinin qurtuluş günüdür”, “ Azərbaycanı həqiqi müstəqilliyə qovuşduran lider”,” 15 iyun- Tariximizin mühüm mərhələsinin başlanğıcı”, “ Tarixi zərurətdən doğan qayıdış” , “ Böyük xilaskarlığın tarixi nümunəsi “, “ Qurtuluş mübarizəsinin qalibi “, “ Qurtuluşun mübarək , Azərbaycan”, “ Milli Qurtuluş günü tariximizin şərəfli səhifəsidir “, “ 15 iyun - Azərbaycan tarixinin şərəfli səhifəsi “, “ Xalq xilaskarlıq missiyasına əbədi ehtiram bəsləyir “,” 15 iyun - Müstəqil dövlətçiliyin, demokratiyanın,haqqın-ədalətin qalibiyyət günü “,” 15 iyun – Xaosun sonu, milli qurtuluşun başlanğıcı” və sair.

Ədəbiyyat

  • Əliyeva, N.Milli Qurtuluş Günü-millətin özünə inamının bərqərar olduğu gün / N.Əliyeva // Səs.- 2015.-13 iyun.- s.11

  • Nağıyev ,V . 15 iyun Milli Qurtuluş Günü-Müstəqilliyimizin zəfər yürüşü

/ V.Nağıyev // Səs.-2015.-10 iyun.-s.6

  • Rəhimzadə,V. Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir : 15 iyun Milli Qurtuluş Günüdür / V. Rəhmanzadə //Respublika.- 2014.- 14 iyun.- s.6

İnternetdə

www. anl.az

www.az.vikipedia.org

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri - G.Qasımova

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova
Yüklə 19,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə