Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 65,84 Kb.
tarix04.11.2017
ölçüsü65,84 Kb.
#8250

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://teleqraf.com/cdn/2016/january/16/1452949007.jpg

2016-ci il Azərbaycanda Multikulturalizm İlidir

(Metodik məktub)

Zərdab-2016

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”

elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

  1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2016-cı il.

Mültikulturalizm Azərbaycanın Həyat Tərzidir
Multikulturalizm bir çox növ mədəniyyətlərin birgə yaşaması, ahəngi, harmoniyasıdır. Nisbətən yeni termin olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayış olub.Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.

Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. 

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin ab-havası yüz illərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə biliblər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar. 

Çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən, bu ənənələrin inkişafını özündə ehtiva edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, tariximizin ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət tərəfdən büruzə verib. Məsələn, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilib. Bu da faktdır ki, Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırıb. Bu kəlam Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan verib. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideologiyası ölkə daxilində müxtəlif mədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər sistemidir . Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil,tarix, adət-ənənələrinin qorunub saxlanmasında,inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu öndərin hakimiyyətə gəlməsindən

sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün

bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

 Ümummilli liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq

 qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.Ulu öndər Heydər

Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir 

dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir .Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun

alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir ”.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var.

Bu  gün  Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin

qorunub saxlanması, təbliği ilə bağlı olduqca  əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

 Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt  Bakı qlobal əhəmiyyətli

 humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, dövlətimizin başçısının Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir

 ki, 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.



Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsinin nəzərə alınması isə ölkəmizdə həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili

Azərbaycanda "Multikulturalizm ili" elan etmişdir.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti 11yanvar 2016- cı il tarixli sərəncam imzalamışdır. Azərbaycanda multikulturalizm ənənələrinin

qorunub saxlanması , daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması ilə

əlaqədar mədəni irsin qoruyucuları və təbliğatçısı kimi kitabxanalar qarşısında müəyyən vəzifələr durur.Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq əlaqələrinin qorunmasında və təbliğində kitabxanalar fəal iştirak etməliditlər. Kitabxanalarda mövzu ilə əlaqədar tədbirlər planı tərtib olunmalıdır. Tədbirlər planında əyani və şifahi təbliğatın bütun formalarından :

foto sərgi, kitab sərgisi, dəyirmi masa , məruzə , kitab müzakirəsi, kitab təqdimatı,ədəbi - bədii gecə, oxucu konfransı, məlumat həftəsi , ucadan oxu, ədəbi oyunlar, kitab bayramı və sair kimi formalarından önəmli şəkildə istifadə edilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “Azərbaycan multikulturalizm məkanıdir”, “2016-cı il Multikulturalızm ilidir”,”Multikulturalizm ünsiyyət körpüsüdür”, “ Milli mədəniyyətimizi qoruyaq, təbliğ edək”,” Milli-mədəni dəyərlərimiz bizim tariximizdir”,”Mən fəxr edirəm ki, Azərbaycanlıyam,”Multikulturalizm Azərbaycanın adət və ənənələrinin bir hissəsidir”,” Müstəqil Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsi kimi”, “ Azərbaycanda multikulturalizm xalqın həyat tərzidir”, “Bu gün Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır”, ” Multikulturalizm yüksək mədəniyyət nümunəsidir”, “ Heydər Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir”, “ Milli tariximiz,ənənələrimiz, dəyərlərimiz”, “ Nizami Gəncəvinin Xəmsə qəhrəmanlarında multikultural nümunələr” “ Əmin- amanlıq inkişafın əsasıdır” və sair.

Kitabxanalar 2016-cı ildə Azərbaycanda sivilizasiyalararası dialoqun genişlənməsi üçün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə yaxından iştirak etməli, müxtəlif dinlərin, millətlərin nümayəndələrinə öz zəngin kitab fondları ilə yüksək kitabxana xidməti göstərməli, bu ölkədə yaşayan və böyüməkdə olan nəsillərin milli, irqi, dini fərqlərini, milli adət-ənənələrini, tarixini nəzərə alaraq onların əsl Azərbaycan vətəndaşı kimi tərbiyə olunmasına çalışmalıdırlar. Dünyanın ən sakit və sülhsevər xidmətini-kitabla xidməti həyata keçirən kitabxanalarımız üçün ölkəmizdə sülhün və sakitliyin mövcud olmasında, iqtisadi, mədəni və elmi inkişafın həyata keçirilməsində yaxından iştirak etmək çox vacibdir. Tədbirlərin təşkilinə kömək məqsədilə metodiki məktuba ədəbiyyat siyahısı da əlavə edirik.

ƏDƏBİYYAT:





  • Azərbaycanda dini dözümlülük və tolerantlıq yüksək qiymətləndirilmişdir //Azərbaycan.-2011.- 15 mart.- S.4.

  • Akkan Suver: "Dünyanı sülh, əməkdaşlıq və tolerantlıq xilas edəcək" //Xalq qəzeti.- 2011.- 26 yanvar.- S. 5.

  • Bədəlov, Ə. Azərbaycanda müxtəlif dini baxışları olan insanlar vahid ailə kimi yaşayırlar / Əliqismət Bədəlov //Xalq qəzeti.- 2011.- 15 yanvar.- S.5.

  • Bədəlov, Ə. Azərbaycandakı dini dəyərlərə ehtiram və tolerantlıq dünya üçün örnəkdir /Əliqismət Bədəlov //Xalq qəzeti.- 2011.- 17 avqust.- S.3.

  • Əsgərov, Ş. Tolerantlıq haqda düşüncələr /Şahlar Əsgərov //İki sahil.- 2011.- 16 noyabr.- S. 12.

  • Hacıalıyev, E. Azərbaycan regionda sülh, tolerantlıq və dialoq mərkəzi kimi tanınır /E.Hacıalıyev//Azərbaycan.- 2011.- 11 sentyabr.- S.1.

  • Hüseynov, S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti /Sakit Hüseynov //Respublika.-2011.- 21 may.- S.5.

  • İsmayılqızı, X. Tolerantlıq Azərbaycan xalqının və dövlətinin milli mənəvi dəyərlərindəndir /Xuraman.İsmayılqızı //İki sahil.- 2011.- 24 avqust.- S.3.

  • Kubanın mədəniyyət naziri: Bakı forumu tolerantlıq mədəniyyətinin inkişafına böyük töhfədir //Azərbaycan.- 2011.- 23 aprel.- S.4.

  • Musabəyov, R. Tolerantlıq nümunəsi olan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təbiidir /Rasim Musabəyov //Mədəniyyət.- 2011.- 6 aprel.- S.15.

  • Ömərov, V. Vətəndaş cəmiyyəti və tolerantlıq /Vahid Ömərov //Səs.- 2011.- 10 sentyabr.- S. 11.

  • Azərbaycanın tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir //Azərbaycan.- 2012.- 12 iyun.- S.6.

  • ABŞ-ın nüfuzlu «CNBC» televiziyasının saytında Azərbaycandakı tolerantlıq haqqında material dərc edilmişdir //Azərbaycan.- 2012.- 13 noyabr.- S.11.

  • Duraqan Çuroviç: Azərbaycanın tolerantlıq modeli həqiqətən, fəxr ediləcək bir nümunədir //Azərbaycan.- 2012.- 6 may.- S.5.

  • Hacalıyev.E. “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”/E.Hacalıyev //Azərbaycan.-2012.- 3 noyabr.-S.3.

  • Kardinal Fernando Filoni: Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur //Azərbaycan.-2012.- 12 iyun.- S.6.

  • Mehparə. “Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə yüksəlib” /Mehparə //Mədəniyyət.- 2012.- 15 avqust.- S.6.

  • Mustafayeva, A. Tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir /Aytən Mustafayev //Azərbaycan.- 2012.- 7 yanvar.- S.4.

  • Pakistanın nümayəndə heyəti Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirmişdir //Azərbaycan.- 2012.- 29 noyabr.- S.5.

  • Rzalı, R. Azərbaycan tolerantlığa görə dünyada nümunəvi ölkədir: 16 noyabr Beynəlxalq Tolerantlıq Günü /Rəsmiyyə Rzalı //Azərbaycan.- 2012.- 16 noyabr.- S.11.

  • Sadayoğlu, P. Azərbaycan Respublikası dini və milli tolerantlıq nümunəsidir /Pərviz Sadayoğlu //Yeni Azərbaycan.- 2012.- 6 mart.- S.5.

  • Tahir, R. “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” /R.Tahir //Xalq qəzeti.-2012.- 18 may.- S.8.

  • Vatikanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirmişdir //Azərbaycan.- 2012.- 12 iyun.- S.6.

  • Azərbaycan-tolerantlıq məkanı”: BMT-nin NyuYorkdakı mənzil-qərargahında fotosərgi //Mədəniyyət .-2013.- 2 oktyabr.- S. 6.

  • Azərbaycanın tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir //Azərbaycan.- 2013.- 6 aprel.- S. 11. 99. Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilmişdir //Azərbaycan.- 2013.- 30,31 may.- S.9.

  • Əliyeva, Y. Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib /Yeganə Əliyeva //İki sahil.- 2013.- 21 may.- S.3.

  • Hacalıyev, E. Avropa Parlamenti ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndirir /Elnur Hacalıyev //Azərbaycan.-2013.- 4 dekabr.- S.4.

  • Hacızadə, A. Azərbaycan tolerantlıq baxımından bir sıra ölkələr üçün uğurlu nümunədir /Asya Hacızadə //Azərbaycan.- 2013.- 20 avqust.- S.7.

  • Hacızadə, A. Misir jurnalı: «Bakı tolerantlıq və günəş şəhəridir» /Asya Hacızadə //Azərbaycan.- 2013.- 15 yanvar.- S.7.

  • Herbert Kvelle: Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir //Azərbaycan.-2013.- 23 yanvar.- S.3.

  • Hüseynov, H. Tolerantlıq təlimi: Qərb-Şərq anlamında /Həsən Hüseynov //Respublika.-2013.- 4 iyul.- S.5.

  • İlyasov, R. Ümummilli Lider Heydər Əliyev və Tolerantlıq-90 /R.İlyasov //Səs.-2013.- 4 aprel.- S.3.

  • Kardinal Canfranko Ravazi Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirmişdir //Azərbaycan.- 2013.- 5 noyabr.- S.3.

  • Qurbanov, Ə. Azərbaycan dini tolerantlıq üzrə dünyaya nümunədir: Problemlər, mülahizələr və təkliflər / Əsədulla Qurbanov //Azad Azərbaycan.- 2013.- 17 iyul.- S.7.

  • Mehdiyev, A. Etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir /Allahverdi Mehdiyev //Azərbaycan.- 2013.- 27 iyul.- S.6.

  • Nəzakət. Azərbaycan dünyada tolerantlıq nümunəsidir: Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır /Nəzakət //Səs.- 2013.- 31 yanvar.- S.8.

  • Tolerantlıq Azərbaycanda həyat tərzidir //Səs .- 2013.- 15 noyabr.- S.10.

  • Zaman, E. Azərbaycan müxtəlif dini konfessiyaların tolerantlıq şəraitində yaşadığı məkandır / Elçin Zaman //İki sahil.- 2013.- 7 mart.- S.21.

  • Azərbaycan tolerantlıq məkanıdır”: Növbəti sərgi İsrailin Afula şəhərində açılıb //Mədəniyyət .-2014.- 15 avqust.- S. 10.

  • Azərbaycanda hər bir vətəndaşın dini etiqad azadlığı var: Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dini icma nümayəndələri ilə görüş //Mədəniyyət.- 2014.- 13 avqust.- S.4.

  • Abbasov, Z. Tolerantlıq-Azərbaycan cəmiyyətinin yaşam tərzidir /Zahiddin Abbasov //Respublika.- 2014.- 14 may.- S.3.

  • Azərbaycandakı tolerantlıq mühiti Londonda müzakirə olunub //Mədəniyyət.- 2014.- 7 mart.- S. 3.

  • Bağırov, R. Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib /Rəşad Bağırov //İki sahil.-2014.- 15 iyul.- S.6.

  • Beynəlxalq Tolerantlıq Günü //Xalq qəzeti.- 2014.- 15 noyabr.- S.4.

  • Bədəlov,Ə. Mədəni müxtəliflik, etnik və dini tolerantlıq: Azərbaycanın ən böyük nailiyyətlərindən biridir /Əliqismət //Xalq qəzeti.-2014.- 20 noyabr.- S.1.

  • Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb //Azərbaycan.-2014.- 19 sentyabr.- S.5.

  • Euronews” ölkəmizdəki molokanlar haqqında reportaj yayımlayıb //Mədəniyyət.- 2014.- 18 aprel.- S.5.

  • Əliqızı, Ş. Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur /Şəmsiyyə Əliqızı //İki sahil.- 2014.- 28 iyun.- S.21.

  • Əliyeva, M. UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans /Mehparə Əliyeva //Respublika.- 2014.- 18 noyabr.- S.10.

  • Gəncəliyeva, N. Tolerantlıq insanlar arasında qarşılıqlı hörmətdir:16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür /Nərmin Gəncəliyeva //Mədəniyyət.- 2014.- 14 noyabr.- S.15.

  • Mədəniyyətlərarası dialoqa xüsusi önəm verən Azərbaycan dünyada zəngin tolerantlıq ənənələri ilə tanınır //Azərbaycan .-2014.- 7 mart.- S.3.

  • Məmmədov, E. Tolerantlıq həyat meyarıdır /Emin Məmmədov //Respublika.- 2014.- 13 avqust.- S.4. 31

  • Nağıyev, A. Azərbaycan tolerantlıq və multikulturalizm məkanına çevrilib /Anar Nağıyev //Azərbaycan.- 2014.- 6 fevral.- S.10.

  • Niftəliyev, E. Berlində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: tolerantlıq və ictimai inkişaf" mövzusunda tədbirlər keçirilmişdir /E.Niftəliyev //Azərbaycan.- 2008.- 7 iyun.- S.10.

  • Şaxtaxtinski,A. Azərbaycanın dini tolerantlıq təcrübəsi dünyaya yayılmalıdır //Azərbaycan.- 2014.- 20 sentyabr.- S.8.

  • Tolerantlıq və multikulturalizm məsələlərinə həsr olunmuş “dəyirmi masa” səmimi dialoq şəraitində keçmişdir //Azərbaycan .-2014.- 23 may.- S.5.

  • Vəliyev, İ. Fəxr edirəm ki, mən azərbaycanlıyam: Tolerantlıq prinsipləri bəyannaməsi kontekstində: 16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür /İsaxan Vəliyev //Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.4.

  • Multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir // Yeni Azərbaycan.- 2014.-27 noyabr.-s.4

  • Abdullayev, K.Azərbaycanda Multikultural təhlükəsixlik prinsipləri

// Yeni Azərbaycan.- 2015.- 24 iyun.-s.4

Əliyev, P.” Heydər Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir // Yeni Azərbaycan .-2015.-17 sentyabr.-s.11

  • 2016-cı ilin Azərbaycan Respublikasında “ Multikulturalizm ili ”

elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 yanvar,2016-cı il // Xalq qəzeti .- 2016.- 12 yanvar.-s.6

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri: G.Qasımova

Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti:M.Əhmədova
Yüklə 65,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə