Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi Bura Vətəndir



Yüklə 52,14 Kb.
tarix23.01.2018
ölçüsü52,14 Kb.
#22304

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

_d0_a7_d0_b0_d0_b9_d0_bd_d0_b0_d1_8f_20_d0_b2_20_d0_91_d0_b0_d0_ba_eed1_83

Bura Vətəndir

(Azərbaycan turizminə həsr olunmuşdur)

Metodik vəsait

Zərdab- 2016

Azərbaycan turizmi

1970-ci ildən başlayaraq hər il 27 sentyabr “Ümumdünya Turizm günü kim qeyd olunur. Turizmin inkişafı indi bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Hətta bir sıra dövlətlərin büdcəsini bu sahədən gələn gəlir təşkıl edir. Turizm müasir dünya iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Təbi-cografi baxımdan, əlverişli mövqedə yerləşən Azərbaycan da turizm sahəsində müəyyən naliyyətlər əldə etməyə çalışır.

Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar bərpa edilir.

İş adamları, idmançılar, alimlər eksterimal istirahəti sevənlər, həmçının ölkənin tarixi və bu günü ilə maraqlananlar üçün respublikamız əsl turizm mərkəzidir. Ölkə ərazisinin 50 faizini dağlar təşkil edir. Belə relyef xarici turistləri daha çox cəlb edir. Macəralı turizm dünya turizm bazarında böyük təlabat doğurur. Bu cür təbii gözəllikdən savayı Azərbaycan qədim tarixi aidələrlə də zəngindir. Onu da qeyd edək ki, ipək yolunda tranzit turların təşkil olunması olduqca aktualdır. Belə ki, bu yol Azərbaycanın Yaponiya, Malayziya və Avropa dövlətlərinin maraq dairəsinə çevrilməsinə səbəb olur.

Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycan ərazisində yerləşir. Azərbaycan bu xüsusiyyətinə görə dünyada yeganə ölkədir. Ölkəmizin təbıəti müstəsna dərəcədə rəngarəng və nadirdir.

Turizm sahəsi hər zaman dövlət rəhbərliyinin nəzarətindədir. Son illərdə Azərbaycan Respublikası Prezidenti İlam Əliyevin turizmin inkişafına göstərdiyi diqqət bu sektorun inkişafına yeni üfüqlər açıb. 2006 –cı ildə Mədənıyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra turizmin inkişaf etdirilməsi istiqamətində işlər daha da gücləndirilib , turizm sahəsinə təkan verəcək işlər görülüb , turizm və sahəvi qanunvericilik zənginləşdirilib .

2004 – 2008 –ci və 2009 – 2013 –cüillər üzrə “ Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramlarının “, “ Turizm və rekreasiya haqqında nümunəvi Əsasnamə “, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010 –cu illər üçün Kompleks Tədbirlər Planı “, “ Azərbaycan kurortları Dövlət Proqramı “, “ Azərbaycan Respublikasında kurortların 2009 – 2018 –ci illərdə inkişafı üzrə Dövlət Proqramı “, “ Azərbaycan Respublikasında 2010 – 2014 –cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “ Azərbaycan Respublikasında 2011 - ci ilin “Turizm ili”elan edilnəsi haqqında” Azərbaycan respublikası Prezidentinin 15 fevral 2011 - ci il tarixli sərəncamı kimi mühüm sənədlər turizmin inkişafına yeni zəmin yaradıb. Turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işi uğurla davam etdirilir .

Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan, sonradan Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bu gün ölkə üzrə 15 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala , Gəncə, Şəki və Lənkəran, Bərdə , Qəbələ, İsmayıllı,Minğəçevir, Şəmkir şəhərlərində yerləşir.

Mərkəzlər tərəfindən yalnız yerləşdiyi rayonun və ya şəhərin təbliği ilə deyil, həmçinin fəaliyyət dairəsində olan region barədə də iş aparılır.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Nazirliyin dəstəyi ilə Turizm İnformasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Buna misal olaraq "guba.travel" portalını qeyd etmək yerinə düşərdi.

Həmçinin mərkəzlərin işində effektliyin artırılması məqsədilə fəaliyyət planı hazırlanıb. Bununla yanaşı, mərkəzlər Bakı şəhərində təşkil olunan beynəlxalq turizm sərgisi ilə yanaşı, xaricdə keçirilən sərgilərdə iştirak təcrübəsini də genişləndirir.

Bu gün Turizm İnformasiya mərkəzləri tərəfindən yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir. Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müxtəlif dillərdə reklam-çap məhsulları hazırlanır, turistlərin informasiya verilməsi ilə əlaqədar internet, telefon və əməkdaşlar tərəfindən birbaşa ofisdə xidmət göstərilir, həmçinin əməkdaşların xarici dil biliklərinin daim artırılması üzrə tədbirlər görülür. Bunlarla yanaşı, turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, həmçinin ekskursiyalar təşkil edir.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.

Azərbaycanın gözəl təbiəti , flora və faunası , Xəzər dənizi sahili , qədim mədəniyyəti və tarixi , zəngin mətbəxi , yüksək qonaqpərvərliyi ,rekreasiya zonaları imkan verir ki , Azərbaycanda turizm daha da inkişaf etsin . Respublikamız hər il beynəlxalq turizm sərgilərində iştirak edir .Bu il 18 sərgidə itirak etmək nəzərdə tutulub. O, cümlədən 14 sərgidə Azərbaycan turizm təmsilçiləri bilavasitə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iştirak ediləcək.

2010 – 2014 –cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları“ proqramına əsasən , 2011 –ci ildə Şabran şəhəri “ Əfsanələr paytaxtı”, Lənkaran şəhəri “Folklor Paytaxtı “, İsmayıllı şəhəri isə “Sənətkarlıq Paytaxtı “,Yeni Proqramla əlaqədar 2015-ci ildə Şamaxı şəhəri "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı", Qusar şəhəri 2016-cı il ücün “Azərbaycanın Folklor Paytaxtı “elan olunub. Sevindirici haldır ki,Beynəlxalq Türk Mədəhiyyəti Təşkilatı Şəki şəhərini 2016-cı il üçün “ Türk ölkələrinin mədəniyət Paytaxtı “elan edib. Şəki şəhərinin “Türk ölkələrinin Mədəniyyət Paytaxt ı “ elan olunması ilə əlaqədar il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans , dəyirmi masa,sərgi , müsabiqə, festival və sair tədbirlərin təşkili nəzərdə tutulub .Turizmin təbliği əlaqədar bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da əyani və şifahi təbliğat formalarından ( kitab sərgisi , stend , məruzə , ədəbi – bədii gecə ,anket sorğusu , viktorinalar, söhbət , məlumat günləri, dəyirmi masa və sair ) məqsədyönlü şəkildə istifadə edərək silsilə tədbirlər keçirilməlidir. Tədbirləri “ Bu Vətən bizimdir “ ,” Doğma yurdum Azərbaycan” ,”Odlar yurduna səyahət” , “Azərbaycan haqqında nə bilirik “ , “Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi tanınır”,“Muğam beşiyim Qarabağ “, “Xalq yaradıcılığı paytaxtaxtları- Şabran , İsmayıllı , Lənkaran “ ,” Azərbaycanın ədəbiyyat paytaxtı Şamaxı “ , “Mədəni irsimizin rəngarəng təqdimatı “və sair başlıqlar altında keçirmək olar .



Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları məlumatlandırarkən daha çox ölkəmizi , onun bölgələrini , təbiətini ,tarixini , tarixi abidələrini geniş oxucu qurupuna tanıtmağı nəzərdə tutmalıdırlar . Bununla əlaqədar kitabxanalarda “Turizm informasiya”guşələrinin təşkil edilməsi daha yaxşı olar.Guşədə ölkəmizin müxtəlif regionlarından bəhs edən materiallar və eyni zamanda rayonumuz haqqında olan bütün materiallar nümayiş etdirilməlidir . Guşələrin təşkili zamanı hər bir regiona aid sitatlardan , hikmətli sözlərdən geniş istifadə edilməlidir.

Turizmin təbliği ilə əlaqədar kitabxanalarda şeir müsabiqəsi də təşkil etmək olar. Bu müsabiqələrdə respublikamızın regiolarına həsr edilmiş seirlər səsləndirilməlidir . Şeiri ən gözəl və ifadəli səsləndirən müsabiqə iştirakçısı münsiflər tərəfindən qalib elan olnur .

Turizmin təbliği ilə əlaqədar kitabxanalar oxucular arasında anket sorğusu da təşkil edə bilərlər. Bu tədbir vasitəsi ilə onların rayonlarımız haqqında nə qədər məlumatlı olmalarını , fikir və düşüncələrini müəyyənləşdirmək olar. Sorğunu şifahi və yazılı formada aparmaq olar .Aşağıda təşkil olunacaq anket sorğusunun nümunəsini veririk:

1.Azərbaycanda inzibati ərazi bölgüsü neçənci ildən tətbiq

olunur ?

*_____________________________________________-

2. Rayonumuz haqqında nəyi bilirsiniz (əhalisi , ərazisi ,tarixi və s.)

*_______________

3.Sizcə Azərbaycanın gözəl guşəsi hansı regiondur?

*________________________________________

4.Yaşadığınız ərazidə fəaliyyət göstərən kitabxanaya müraciət edirsinizmi?

*Bəli______

*Xeyir

5.Rayonumuzun hansı məşhur şəxsiyyətlərini tanıyırsınız?Adını qeyd edin.

* Bəli.________

* Xeyir

6.Yaşadığınız ərazidə sizə xidmət göstərən kitabxanada regionunumuzu tanıdan sərgilər təşkil olunubmu ?

* Bəli ___________

*Xeyir

7. Rayonumuzda hansı muzeylər fəaliyyət göstərir ?

*___________________________________________

8. Rayonumuza həsr olunmuş hansı kitabları oxumusunuz ?

* ______________________________

Kitabxanalarda Turizmin təbliği ilə əlaqədar kiçik yaşlı oxucularla kiçik həcmli tədbirlər təşkil emək olar .Məsələn : Səməd Vurğunun “Azərbayçan “ şeirinin ucadan oxusunu keçirmək yaxşı olar.

Məktəbli oxucuların Azərbaycanın regionları haqqında olan biliklərini daha da artırmaq və biliklərini yoxlamaq məqsədilə onlar arasında intelektual oyunlar təşkil etmək olar . Uşaqlar komandalara ayrılır və komandalar müxtəlif adlarla adlandırılır (“ Yurdsevərlər “,“Cəsurlar “, “Kür “) Belə oyunlar bir neçə mərhələdən ibarət olur.

Hər mərhələ müəyyən sahəyə həsr olunur .

Birinci turu “Tarix “ adlandırmaq olar . Bu turda rayonların tarixi vətarixi şəxsiyyətləri haqqında suallar komandalara təqdim olunur.

1-ci Sual : Cavad xan hansı xanlığın xanı olmuşdur ?

Cavab : Gəncə

2-ci sual : Şəki xan sarayı neçəncı ildə inşa olunmuşdur ?

Cavab :1789 – 1790

3-ci sual : Qarabağ xanı kim olmuşdur ?

Cavab :Pənah Əli xan

4-cü sual : Bu şəhər 1235-ci ildə Monqolların Azərbaycana 2-ci yürüşü zamanı ələ keçrilmişdir. “Azərbaycan incisi “ (Göy göl ) bu rayonun ərazisində yerləşir .Bu hansı rayondur ?

*Gəncə

5-ci sual : Azərbaycanın ən balaca kəndləri Acıdərə və Prəqan kəndləri hansı rayonların ərazizində yerləşir ? ( hər birində 2 nəfər yaşayır ) .

Cavab : Şamaxı ( Acı dərə ) , İsmayıllı ( Prəqan )

6-ci sual : Azərbaycanda ən çox əhalisi olan bu kənd Naxçıvan Muxtar Respublikasında yerləşir .Onun əhalisi 13, 9 min nəfərdir. Bu hansı kənddir ?

Cavab : Nehrəm

İkinci tur “Tanınmış şəxsiyyətlər“ adlandırılır .Bu turda regionların məhşurları haqqında suallar yarış iştirakçılarına təqdim olunur .

1-ci sual : ” Naxçıvan qədim diyardır. Arxeloji tapıntıların təhlilinə görə demək olar ki , Azərbaycanın ən qədim diyarlarından biri Naxçınandır “ sözləri məhz bu şəxsiyyətə məxsusdur. Bu şəxsiyyət kimdir?

Cavab : Ümummilli lider Heydər Əliyev

2-ci sual : Milli mətbuatın banisi H. B .Zərdabi və Sovet İttifaqı Qəhrəmanı Məlik məhərrəmov Azərbaycanın hansı rayonunda dünyaya gəlmişdir?

Cavab : Zərdab

3-cü sual : Xaqani Şirvani , İmaməddin Nəsimi ,Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir məhz bu rayonda anadan olmuşlar. Bu hansı rayondur?

Cavab : Şamaxı

4-cü sual : Bu sənətkarın “ Gülüstani İrəm “ əsərində Azərbaycanın Şirvan ərazisinin tarixindən bəhs olunur. Həmin tarixi səxsiyyət kimdir?

Cavab : Abbasqulu ağa Bakıxanov

5-ci sual : Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahid harada anadan olmuşdur ?

Cavab :Bakı

Üçüncü tur “ Coğrafiya adlanır. Bu turda intelektual oyunun iştirakçılarına regionların relyefi , kəndləri , təbiət aləmi ilə bağlı suallar verilir.

1-ci sual : Böyükşor gölü bu iqtisadi rayonun ərazisində yerləşir. Burada subtropik meyvəçilik geniş yayılmışdır. Həmin regionun adını daşıyan şirniyyat belə vardır. Bu hansı regiondur?

Cavab : Abşeron

2-ci sual :Azərbaycanın ən hündürdə yerləşən kəndi olan Xınalıq məhz bu rayonun ərazisində yerləşir. Tumlu meyvəçilik üzrə ixtisaslaşan bu rayon necə adlanır ?

Cavab : Quba

3-cü sual : Hirkan qoruğu bu iqtisadi rayonun ərazisində yerləşir .Münbit sarı torpaqlarında sitrus meyvələri becərilir . Bu hansı rayondur?

Cavab : Lənkəran

4-cü sual : Ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri, tək çəyirdəkli meyvələri ilə məşhur olan bu region hansı iqtisadi regiondur ?

Cavab : Naxçıvan

Dördüncü tur “Kitablar “ adlanır. Bu turda oxucuların mütaliə səviyyəsi müəyyən olunur.

1-ci sual : Azərbaycan xalqının qəhrəmanlıq tarixini , keçmiş ictimai əxlaq və məişətinin unudulmaz səhnələrini əks etdirən sənət abidəsi necə adlanır və bu sənət abidəsi elm aləminə neçənci ildə bəlli olmuşdur ?

Cavab : “ Kitabı Dədə Qorqud “ dastanı . Bu dastan elm aləminə 1815-ci ildə bəlli olmuşdur .

2-ci sual : “ Kitabı –Dədə Qorqud “ dastanında təsvir olunan hadisələr hansı regionlarda cərəyan edir ?

Cavab : Dəmir Qapı Dərbənd , Bərdə , Gəncə ,Qaradağ və s. yerlərdə.

3cü sual : Dünya şöhrətli şair N. Gəncəvi “İsgəndərnamə “ əsərində Nüşabə adlı hökmdarın Azərbaycanın məhz bu ərazisindəki ədalətli hakimiyyətindən bəhs edilir.Əsərdə bəhs olunan ərazinin adını tapın .

Cavab : Bərdə

4-cü sual :Yazıçı səyyah Aleksandr Duma (Ata ) “Qafqaz səfəri “əsərinin Azərbaycanla bağlı hissəsində hansı rayonlardan bəhs edilir ?

Cavab : Quba , Bakı , Şamaxı , Şəki

5-ci sual : Fransız ədəbiyyatının görkəmli nümayəndəsi Jül Vern “ Arxipelaq alovlanır” əsərində Azərbaycanın hansı şəhərini təsvir etmişdir ?

Cavab :Bakı

6-cı sual: Abbasqulu ağa Bakıxanov məhz bu əsərini Dağıstan və Şamaxının tarixinə həsr edilmişdi. Bu əsər necə adlanır?

Cavab: “ Gülüstani İrəm “

Kitabxanalarda Turizmin təbliği ilə əlaqədar oxucularla söhbət də keçirmək yaxşı olar. Bu tədbir vasitəsilə oxucuları Azərbaycanın gözəl rayonları , tanınmış şəxsiyyətləri, tarixi abidələri haqqında məlumat vermək olar.

Kütləvi tədbirlərin forma və metodları rənga-rəngdir.Kitabxanalar bu tədbir formalarından istifadə edərək ölkəmizin regionları haqqında olan ədəbiyyatı oxucular arasında geniş təbliğ etməlidirlər.

Keçirilən tədbirlərdə əsas məqsəd oxucuların Azərbaycanın regionları haqqında olan biliklərini daha da artırmaq , yurdumuzun gözəllikləri , tarixi ilə oxucuları tanış etməkdir.

Ədəbiyyat siyahısı

1.Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə : “ Azərbaycan “ cildi.- Bakı: “

Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi , 2007.- 883s.

2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası:İki cilddə. I cild .- Bakı: “Lider nəşriyyatı “, 2004 .- 440 s.

3.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyas: İki cilddə .II cild. – Bakı: “Lider nəşriyyatı “, 2005 .- 472 s.

4. Azərbaycan Etnoqrafiyası: Üç cilddə . II cild. - Bakı: “ Şərq- Qərb”, 2007. -384s.

5.Azərbaycan Kulinariyası Ensiklopediyası. - Bakı: “Şərq – Qərb”, 2007.- 168 s.

6.Novruz bayramı Ensiklopediyası: Xalq bayramı. - Bakı: “Şərq- Qərb”,

2008. – 208 s.

7.Azərbaycan Dünyam Mənim :Azərbaycan şairlərinin Vətən haqqında seçmə şeirlər toplusu.- Bakı:”Çinar-Çap “nəşriyyatı ,2008 .- 72 s.

8.Regional Sosial- İqtisadi İnkişaf: Tarixi faktlar, reallıqlar və inkişaf

meylləri.(Zərdab rayonunun tarixi, sosial –iqtisadi və mədəni inkişafı haqqında ).-Bakı: “ İDEAL- PRİNT “, 2010.- 308 s.

9. Qurbani, Abdulla . Zərdabi yurdunda bir gun . Kitab-albom.- Bakı: “Apostrof”, 2009.- 192 s.

Dövri mətbuat :

1.Azərbaycan Respublikasında 2010-2014 – cü illərdə Turizmin inkişafına dair

Dövlət Proqramı : (Azərbaycan Respublikası Prezidentinin 2010 - cu il 6 aprel

tarixli Sərəncamı ilə təsdiq edilmişdir ) // Mədəniyyət . – 2010 .- 9 aprel .- s. 4.

2. Abdullayeva Fəxriyyə. Dövlət Proqramı turizm sektorunun inkişafına təkan vrəcək /F. Abdullayeva // Mədəniyyət .- 2010.- 9 aprel .-s

3.Yusifli Ramiz . Turizmin inkişafı bütün dünya ölkələrinin diqqət mərkəzindədir / R. Yusifli // Respublika .- 2008. – 27 sentyabr . –s. 11.

4.Tağıyev Aydın . Bu günü dünəninkindən gözəl Şabran : 2011 –ci il Turizm ilidir / A. Tağıyev // Respublika . – 2011. -14 may .- s .4.

5.Yusifli Ramiz . Turizm ölkə iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə çevrilir / R. Yusifli //Respublika . – 2008 .- 13 avqust .- s. 4.

6.Sultanova Mehparə . Elmi mədəni irsimiz Azərbaycanı dünyaya tanıdır : Şamaxı rəsədxanası haqqında / Sultanova.M //Mədəniyyət .- 2011 .-27 aprel .-s 15.

7.Cansail Yeganə . Üç minillik tarixə üç saatlıq səyahət / Y. Cansail // Mədəniyyət.- 2011.- 16 mart.- s.15.

8.Abdullayeva Fəxriyyə . Azərbaycanda arxeoloji turizmin böyük perspektivləri var / F. Abdullayeva // Mədəniyyət .- 2011.- 2 mart .- s.7.

9.Ceyhun. Tikdim ki , izim qala: Abşeron ərazisindəki qalalar tariximizi yaşadan möhtəşəm abidələrdir // Mədəniyyət .- 2011.- 9 fevral .- s.15.

10.Palçıq vulkanları eko turizmin mənbəyidir // Mədəniyyət . – 2011 .-6 may . s.9

11. Sultanova Mehparə .Keşikçidağ məbəd kompleksi / M. Sultanova // Mədəniyyət .- 2011.- 2 fevral .- s .12.

12.İsmiyev Aydın . Turizm sektoru davamlı inkişaf yolunda. / A. İsmiyev // Mədəniyyət - 2011 .-26 yanvar .- s. 12.

13.Azərbaycan turizm potensialı Berlində uğurla nümayiş olunub

// Mədəniyyət .- 2011 .- 16 mart .- s.9.

14. Ölkəmizin dayanıqlı inkişafında tirizm xüsusi yer tutur// Mədəniyyət.- 2015.-

19 avqust.-s.8

15.Ölkəmiz Tokioda beynəlxalq turizm sərgisində təmsil olunub// Mədəniyyət.-

2015.-30 sentyabr.-s.5.

16. Abdullayeva , F. Azərbaycan hər bir turistin istəyini təmin etmək üçün

məqbul ölkədir / F. Abdullayeva //Mədəniyyət .-2015.-7 avqust.-s.7.

17. Parisdəki turizm sərgisində Azərbaycana böyük maraq // Mədəniyyət.-

2015.- 2 oktyabr.-s.9.

18. Abdullayeva, F.Tarixi sirlərlə dolu şəhər Qəbələ / F. Abdullayeva

//Mədəniyyət.-2015.- 7 oktyabr.- s.10.

19. “Mədəniyyəti öyrən,dünyanı öyrən”: Seulda keçirilən beynəlxalq kitab

sərgisində Azərbaycanın çap məhsulları nümayiş olunur //Mədəniyyət.-

2015.-9 oktyabr.- s16.

20.Ölkəmiz “Termal şəhərlər “ beynəlxalq turizm marşurutuna qoşulur

// Mədəniyyət.- 2015.- 23 sentyabr.- s.9

21.Tarixi- mədəni irsimizə dair vəsaitlər Skopyedə nümayiş olunub

// Mədəniyyət.- 2015.- 23 oktyabr.- s9.

22.Naxçıvanda kulinariya turizmi üçün gözəl zəmin var //Mədəniyyət.- 2015.-

23 oktyabr.- s.9.

23.Sultanova, M. Hamamönü- qədim Ankaranın tarixi məkanı /M.Sultanova

// Mədəniyyət .- 2015.- 23 oktyabr.-s.13.

24.Parisdəki turizm sərgisində Azərbaycana böyük maraq // Mədəniyyət.- 2015.-

2 oktyabr.- s.9.

25.Azərbaycan İstanbulda kitab sərgisində təmsil olunacaq // Mədəniyyət.-

2015.- 4 noyabr.- s.2.

26. Sultanova ,M. Yüz il sonra Çanaqqalada / M. Sultanova //Mədəniyyət.- 2015.-

4 noyabr.- s.13.

27.Hüseynov,F. Hər addımda tarix çağıran şəhər // Mədəniyyət.-2016.-

29 yanvar.-s.13

28.Hüseynov, F. Azərbaycanın daxili turizm imkanları //Mədəniyyət .-2016.- 10

fevral.-s .9

Tərtib edən : Metodika və biblioqrafiya şöbəsinin müdiri : G. Qasımova

Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti:M. Əhmədova
Yüklə 52,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə