Zərdab rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 19,09 Kb.
tarix03.10.2017
ölçüsü19,09 Kb.
#3028

Zərdab rayon Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

[images[2].jpg]

Böyük şair, maraqlı şəxsiyyət

Qabil- 90

(metodik arayış )

Zərdab-2016

Qabil- 90

1926-2007

  1. Həyat və yaradıcılığı

Çağdaş Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri Qabil Allahverdi oğlu İmanquliyev 1926- cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. O, 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur. Əmək fəaliyyətinə 1949-cu illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedoqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləmişdir. Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının daha da zənginləşdirmişdir. Onun xalqımızın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunmuşdur. 1950-ci ildə isə “Səhər açılır” kitabı işıq üzü görmüşdür. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Qabilin ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Bütün həyatı, yaradıcılığı və qəlbi ilə Azərbaycana bağlı olan, haqq-ədaləti hər şeydən uca tutan şair böyük şəxsiyyət idi. Qabil oxucular tərəfindən həmişə oxunan, əzbərlənən, dillər əzbəri olan “Səhv düşəndə yerimiz”, “Qarışdırma”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Məhəbbət deyil”, “Türkün qəbri”, “Gedən yerim olaydı” kimi şeirləri, “Nəsimi” kimi fəlsəfi poeması ilə şöhrət qazanmışdır. Qabilin “Nəsimi” poeması ədəbiyyatımızın qiymətli nümunələri sırasına daxil olmuşdur. Adından göründüyü kimi əsər orta əsrlərdə yaşamış böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuşdur. “Nəsimi” poemasında şair təkcə bir şairin acı taleyini, faciəsini deyil, həm də dövrün keşməkeşlərini, folklorunu, adət-ənənələrini əks etdirmişdir.

Qabil əsl vətənpərvər şair idi. Xalqımızın milli-azadlıq hərəkatı tarixinə qanlı, həm də ən şərəfli səhifə kimi daxil olan 1990-cı ilin 20 yanvar gecəsi vətənpərvər şairin yaradıcılığını daha da zənginləşdirdi. Həmin gecə Qabil Azərbaycan xalqının əbədi ağrısı olan “Mərsiyə” şeirini yazdı. Şair mərsiyəsində xalqın vulkan tək püskürən qəzəbini, min yerdən qan fısqıran yarasının dəhşətli ağrısını, Allah dərgahına qədər boy verən ah-naləsini özünəməxsus böyük vətəndaşlıq yanğısı ilə əks etdirmişdir.

Qabil həm də lirik şairdir. “Gətirmə”, “Küləkli havalarda, yağışlı havalarda”, “Yarpaqlar tökülür”, “Gedən yerim olaydı”, “Suqovuşanda” kimi sənət inciləri hər kəsin qəlbini, ruhunu oxşayır. Onun məhəbbət şeirləri də rəngarəngdir. Bütün çalarları ilə orijinaldır, özünəməxsusdur. “Tufan səsi” şeiri məhz belə şeirlərdəndir.Qabil uşaq şairi kimi məşhur deyil. Lakin onun uşaqlar və yeniyetmələr üçün əsərlərindən bəhs edən “Nağaraçı” adlı xüsusi kitabı var. Bu kitabda toplanmış şeirlər şairin uşaq psixologiyasına yaxından bələd olduğunu göstərir. Belə ki, onun şeirləri uşaqların qavrayış imkanlarına uyğun yazılmaqla yanaşı həm də sadə bədii ifadə vasitələri ilə zəngindir. Elə bu səbəbdən də uşaq şeirlərinin az olmasına baxmayaraq Qabil azyaşlılar tərəfindən də sevilir.

Görkəmli şair 2007-ci il aprelin 3-də dünyasını dəyişdi və Fəxri xiyabanda torpağa tapşırıldı.

Yubiley tədbirlərinin keçirilməsi .

Azərbaycan poeziyasının qüdrətli sənətkarı, xalq şairi Qabilinin 90 illik yubileyi münasibətilə kitabxanada əyani və şifahi təbliğat formalarından istifadə edərək müxtəlif formada tədbirlər hazırlamaq olar: Ədəbi - bədii gecə , məlumat həftəsi, kitab müzakirəsi, oxucu konfransı, kitab sərgisi,söhbət, ucadan oxu,dəyirmi masa, və sair.

Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: ” Qabil əbədiyaşardır”, “Müdriklik poeziyası”,” Qabil- böyük şair, böyük şəxsiyyət”,“ Qabil poeziyası vətəndaş-şair poeziyasıdır”,” Qabil- 90” ,” Çağdaş poeziyamızın müdrik şairi”və sair

Ədəbiyyat siyahısı

Internetdə: www.google.az

Kitablar: 1. Seçilmiş əsərləri.- Bakı: Şərq-Qərb, 2004.- 248 s.

2. Geden yerim olaydı.- Bakı: Azərnəşr, 1991.- 102s.

3. Gülləbaran eylədilər.- Bakı: Gənclik, 1994.- 96s.

4. Küləkli havalarda.- Bakı: Azərnəşr, 1994.- 147s.

5. Qızıl sahillərim.- Bakı: Azərnəçr, 1977.- 335s.

6. Mehparə.- Bakı: Gənclik, 1967.- 104s.

7. Nəsimi. Poema.- Bakı: Şirvannəşr, 2002.-500s

8. Ömür həbləri. Roman.- Bakı: Şirvannəşr, 2005.- 228s.

9. Ömrün gecə qatarı.- Bakı: Şirvannəşr, 2007.-280s.

10.Rübailər.- Bakı: Şirvannəşr, 2004.-280s

11.Təmizlik. Şeirlər və poemalar.- Bakı: Yazıçı, 1983.- 224s.

12.Vətəndaş sərnişinlər.- Bakı: Azərnəşr, 1973.-342s.

Dövri mətbuatda:

  1. Abbasoc İ. Əbədiyyət və poeziya // Xalq qəzeti.- 2008.- 3 aprel.- S.5 2.

  2. Azəroğlu. Həmişəyaşar Qabilimiz // Ədəbiyyat qəzeti.- 2007.- 7 dekabr.- S.5

  3. Borçalı Eyvaz. Qabil Əlincəsi // Ədəbiyyat qəzeti.- 2006.- 11 avqust.- S.2

  4. Eıçin. Axmısan hissimdə, duyğumda, şeirim...// Ədəbiyyat qəzeti.- 2006.- 11 avqust.- S.3

  5. Həsənov H. Şair Qabilin nurlu xatirəsinə // Azərbaycan.- 2009.- 13 avqust.- S.4

  6. Xəyal S. Qabil əbədiyaşardır // Respublika.- 2008.- 3 aprel

  7. İsabəyli Q. Səksən külliyyatdır...filmin sonudur // Xalq qəzeti.- 2007.- 8 may.- S.6

8. Qabiloğlu M. Şair Qabilin çap olunmayan əlyazmaları // Xalq qəzeti.-

2010.- 11 avqust.- S.3

9. Məmmədov Ə. Qabil – böyük şair, maraqlı şəxsiyyət // Xalq qəzeti.- 2011.- 5

aprel.- S.7

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova

Redaktor: Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı-B.Fətəliyeva
Yüklə 19,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə