Zərifə xanıma ithaf olunur
SƏNSİZ
sözləri: Fikrət Qocanın
musiqisi: Sevil Əliyevanındır
Sən gedəndən bu yerlərdə ətirsiz güllər,
Sənsiz, günəşsiz qaldı günlər.
Getdin, daha da əziz müqəddəs oldun.
Zərif xatirə oldun, uzaq səs oldun.
Ürəktək yaxın oldun, görünməz oldun,
Əl çatmaz, ün yetməz oldun.
Məhəbbətin günəşdən böyük, təmizdir.
Başım üstə yanacaq hər an.
Səndən qalan xatirə mavi dənizdi.
Böyüklüyün səmadan dərin, təmizdir.
Səndən qalan xatirə mavi dənizdir
Əzizim həmişə varsan.
Ötən günlər qoşa saxlar kölgəmizi bizim.
Sənin şəklin gözümdə qalıb,
Oyan, xatirəm mənim, danış, dənizim,
Mehriban baxışını illərdən yığım.
Əziz gülüşlərini güllərdən yığım,
Qoy dil açsın xatirələr.
Məhəbbətin günəşdən böyük, təmizdir,
Başım üstə yanacaq hər an.
Səndən qalan xatirə mavi dənizdi.
Böyüklüyün səmadan dərin, təmizdir,
Səndən qalan xatirə mavi dənizdir
Əzizim həmişə varsan.
İllər keçir, zaman olar, dibsiz göy dəniz
Görüşərik səssiz-səmirsiz,
Görərsən yaşatmışam səni özümdə,
Səsin səsimdə olub, sözün sözümdə
Qəlbin qəlbimdə olub, gözün gözümdə,
Biz heç vaxt ayrı olmadıq, biz.
Məhəbbətim günəşdən böyük, təmizdir,
Başım üstə yanacaq hər an.
Səndən qalan xatirə mavi dənizdi.
Böyüklüyün səmadan dərin, təmizdir.
Səndən qalan xatirə mavi dənizdir
Əzizim həmişə varsan.
Zərifə xanım Əliyeva. – B.: 1998. – S. 5.