Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
  1   2   3   4   5   6   7   8   9   ...   27


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

 

Əlyazma hüququnda 



 

Zeynalov Sübhan Nemət oğlu 

 

«Müəssisənin  mənfəəti, onun bölgüsü və  

İstifadəsi məsələləri»  

mövzusunda magistr  dissertasiyası 

 

 



İxtisasın adı və şifri                                             060403 «Maliyyə» 

İxtisaslaşma                                                         Maliyyə nəzarəti və audit  

 

 



Elmi rəhbər:  

Magistr  proqramının rəhbəri: 

dos. Bədəlov Ş.Ş. 

prof. Kərimov A.M. 

 

Kafedra müdiri:                                         prof. Həsənli M.X. 

 

 

 

 

 

B A K I – 2 0 1 5 

                                              




 

2

MÜNDƏRİCAT 



 

GİRİŞ .............................................................................................................. 



FƏSİL 1. 



Müəssisələrin  maliyyəsinin  təşkili  əsasları,  maliyyə  siste-

mində onun yeri və rolu ........................................................... 

 



1.1. 

Müəssisələrin maliyyəsinin mahiyyəti və əsas xüsusiyyətləri.... 

1.2. 


Müəssisələrin maliyyəsinin təşkili prinsipləri............................. 

12 


1.3. 

Müəssisənin  maliyyə  resurslarının  mənbələri  və  mənfəət  əldə 

edilməsi ilə əlaqədar məsrəfləri ................................................. 

 

19 



FƏSİL 2. 

Müəssisənin  təsərrüfat-maliyyə  fəaliyyətinin  təşkili  istiqa-

mətləri ........................................................................................ 

 

28 



2.1. 

Müəssisənin əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi 

xüsusiyyətləri  ............................................................................ 

 

28 



2.2. 

Mənfəət  əldə  edilməsi  məqsədilə  müəssisənin  investisiya 

fəaliyyətinin əsas istiqamətləri................................................... 

 

38 



FƏSİL 3. 

Mənfəətin  iqtisadi  məzmunu,  funksiyaları  və  istifadə 

istiqamətləri............................................................................... 

 

52 



3.1. 

Mənfəətin iqtisadi məzmunu və funksiyaları............................. 

52 

3.2. 


Mənfəətin planlaşdırılması üsulları............................................ 

61 


3.3. 

Mənfəətin  bölüşdürülməsi  və  istifadəsinin  təkmilləşdirilməsi 

istiqamətləri................................................................................ 

 

66 



3.4. 

Mənfəət vergisinin büdcə gəlirlərinin təşkilində rolu................ 

74 

NƏTİCƏ.......................................................................................................... 

78 


ƏDƏBİYYAT  SİYAHISI............................................................................. 

83 



 

3

GİRİŞ 



 

Mövzunun  aktuallığı.  Azərbaycan  Respublikasının  Ümummilli  Lideri  Heydər 

Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının 2003-cü ildən 

Prezident  cənab  İlham  Əliyevin    rəhbərliyi  altında  uğurla  davam  etdirilməsi    nəti-

cəsində ölkəmizin iqtisadi və sosial inkişafı daha da sürətlənmiş, əhalinin maddi-rifah 

halı  əhəmiyyətli iqtisadi siyasət nəticəsində iqtisadiyyatın  bütün sahələrində yüksək 

nailiyyətlər əldə olunmuşdur. Dünyanı bürüyən qlobal iqtisadi və maliyyə  böhranına 

baxmayaraq,  2003-2013-cü  illər  ərzində  ölkəmizdə  ümumi  daxili  məhsul  3,4  dəfə, 

sənaye  istehsalı  2,7  dəfə,  kənd  təsərrüfatı  1,5  dəfə,  informasiya  və  rabitə  8,1  dəfə, 

ticarət dövriyyəsi 3,0 dəfə artmışdır.     

2013-cü  ildə  ÜDM  istehsalı  5,8  faiz  artaraq  57.7  mlrd.manata  çatmışdır.  

İqtisadiyyatın qeyri-neft sektorunda artım 10,0 faiz təşkil edərək, onun ümumi daxili 

məhsulda  xüsusi çəkisi 2012-ci ildəki 58,2 faizdən 56,6 faizə yüksəlmişdir. 2013-cü 

ildə dövlət büdcəsinə gəlirləri 2003-cü ildəkinə nisbətən 16 dəfədən çox artaraq 19,5 

milyard manata çatmış, büdcə profisiti 353,0 mln.manat olmaqla, onun ümumi daxili 

məhsulda xüsusi çəkisi 0,6 faiz təşkil etmişdir.  

Büdcə  gəlirlərinin  formalaşmasında  hüquqi  şəxslərin,  yəni  təsərrüfat  subyekt-

lərinin  mənfəət  vergisi  xüsusi  rol  oynayır.    Məlumdur  ki,  hüquqi  şəxslərin  mənfəət 

vergisinin məbləği təsərrüfat subyektlərinin əldə etdiyi mənfəətin həcmindən asılıdır.  

Ölkənin  iqtisadi  inkişafına  uyğun  olaraq  müəssisə    və  təsərrüfat  təşkilatlarının  mən-

fəəti də sürtlə artmışdır. 2003-2013-cü illərdə bütün təsərrüfat  sahələrində mənfəətin  

həcmi  22,5  dəfə  artaraq,  2003-cü  ildəki  1141,9  mln.manatdan  25636.5  mln.manata 

yüksəlmişdir. Hüquqi şəxslərin mənfəətindən vergi formasında büdcəyə daxilolmalar 

2003-cü  ildəki  178,3  mln.manatdan  2013-cü  ildə  2374,8  mln.manata  çatmış  və  ya 

13,3 dəfə artmışdır.  Bu onu göstərir ki, mənfəət müəssisə və təsərrüfat  təşkilatlarının 

təsərrüfat  fəaliyyətinin  nəticəsini  əks  etdirən  mühüm  iqtisadi  göstərici  olmaqla,  həm 

iqtisadi-sosial inkişafa, həm də büdcə gəlirlərinin artmasına əhəmiyyətli təsir göstərir. 

Deməli,  mənfəət,  bir  tərəfdən  müəssisələrdə  istehsalın  genişləndirlməsi,  texniki 

tərəqqinin  həyata  keçirilməsi,  sosial  ehtiyacların  ödənilməsi  və  digər  xərclərin 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə