Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

41

Korporativ  investorlar  fəaliyyətlərini  müvafiq  müəssisə  və  ya  firma  adından 



onların  xüsusi  kapitalını  və  borc    vəsaitlərini  cəlb  etməklə  həyata    keçirirlər. 

Korporativ  investorların  böyük  əksəriyyəti  maddi  (birbaşa)  investisiyalarla  məşğul 

olurlar,  qiymətli  kağızlara  investisiya  qoyuluşu  onlar  üçün  tamamlayıcı  fəaliyyət 

növüdür. 



 

            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İnstitutsional  investorlar    isə    öz  kapitallarını  müştərilərin  və  ya  əmanətçilərin 

vəsaitləri hesabına formalaşdırır və onları əsasən qiymətli kağızlara  investisiya edir-

lər. Onlar üçün  maddi investisiya qoyuluşları tamamlayıcı fəaliyyət  hesab olunur. 

Bazar  iqtisadi  münasibətləri  formalaşdıqca  investorların  sayı  artmaqda  və  

investisiya  fəaliyyəti  genişlənməkdə  davam  edir.  Onların  içərisində  mühüm  yeri 

Dövlət idarəetmə orqanları 

Yerli idarəetmə orqanları 

Banklar və kredit təşkilatları 

İnvestisiya fondları və şirkətləri 

Pensiya fondları 

Sığorta şirkətləri 

Trast  şirkətləri 

Beynəlxalq kredit institutları 

Kommersiya təşkilatları 

Vətəndaşlar 

Xarici hüquqi və fiziki şikrətlər 

M

al



iyy

ə 



kr

edi


ins


ti

tut


la

 



İnvestorlar

 

İnvestisiya 



Yığım 

Yığım 


Yığım 


 

42

qeyri-dövlət (özəl) investorları tutur ki, onlar da əsasən öz xüsusi və borc kapitallarını 



iqtisadiyyatın bu və ya digər sferalarına yönəldir və eləcə də müxtəlif  maliyyə bazar-

larında ayrı-ayrı əməliyyatlar aparırlar. 

İnvestisiya fəaliyyətinin xüsusi formaları: 

 Lizinq; 

 Françayzinq. 

Lizinq  anlayışı  altında  bir  təşkilatın    (istifadəçinin  –  lizinq  alanın)  dicərinə 

(lizinq  şirkətinə) zruri avadanlıqların alınması  və onun  istifadəsinə  verilməsi    üçün 

müraciəti başa düşülür. 

Lizinq  –  sahibkarlıq  fəaliyyətinin  bir  növü  olub,  lizinq  müqaviləsi  əsasında 

icarəyə verənin (lizinq verənin) müəyyən olunmuş  avadanlığı hər hansı bir  satıcıdan 

əldə  edərək,  onu  sahibkarlıq  fəaliyyəti  məqsədilə  müvəqqəti  istifadə    etmək  üçün 

ödənişli əsaslarla icarədara (lizinq alana) təqdim edilməsi prosesindən ibarətdir. 

Əsas  vəsaitlərin  qüvvədə    olan  təsnifatına  aid  edilən  istənilən  daşınar  və  da-

şınmaz əmlak (torpaq sahələrindən, sair təbii obyektlərdən, eləcə də bazarda  sərbəst  

dövriyyəsi qadağan olunmuş obyektlərdən başqa)  lizinqin obyekti ola bilər. 

Lizinq  müqaviləsinin  fəaliyyət  müddəti  ərzində  lizinqə  təqdim  olunan    əmlak 

(büdcə  vəsaitləri  hesabına  əldə  olunan  əmlak  istisna  olmaqla)  lizinqə  verənin  (yəni 

lizinq şirkətinin) mülkiyyəti hesab olunur. 

Lizinq    əmlakının  lizinqə  verənin  və  ya  alanın  balansına  daxil  edilməsi  şərtləri 

iki tərəf arasında bağlanmış lizinq müqaviləsi ilə müəyyən olunur.  

Lizinq müqaviləsində əmlakın müddət bitəndən sonra və bitənədək lizinqə verən 

tərəfindən geri satın alınmasına baxıla bilər. Əgər  müqavilədə başqa şərtlər  nəzərdə 

tutulmayıbsa,  lizinqə  verə  nonu  girov  şəklində  istifadə  etmək  hüququna    malikdir. 

Yəni  lizinq  şirkəti  bankdan  kredit  aldıqda  və  ya  girovla  müşayət  olunan    hər  hansı 

əməliyyat  apardıqda  lizinqə  verdiyi  əmlakı  girov  kimi  təqdim  etmək  hüququna 

malikdir. 

Lizinqə verən satıcını xəbərdar etməlidir ki,  ondan alınan əmlak müəyyən şəxsə 

icarəyə təqdim edilmək üçün nəzərdə tutulub. 




 

43

Lizinq  üçün  nəzərdə  tutulan  əmlak  lizinq  alana  təchiz  olunduğu  andan  ona 



satıcıya  qarşı  əmlakın  keyfiyyətinə,  onun  tamlığına,  təchizat    müddətinə  və  onlar  

arasında  bağlanmış  alqı-satqı  müqaviləsinin  yerinə  yetirilmədiyi  digr  hallara  görə 

iddia qaldırmaq hüququ da keçir. 

Əgər  müqavilədə  başqa  şərtlər  nəzərdə  tutulmayıbsa,  lizinqə  verən,  lizinqə 

götürənlə  satıcı  arasında  alqı-satqı  müqaviləsindən  yaranan  öhdəliklərə  görə  

məsuliyyət  daşımır.  Əgər  müqavilədə  hər  hansı    bir  şərt  nəzərdə  tutulubsa,  lizinq  

alanın  satıcı  qarşısında  olduğu  kimi  lizinq  verən  qarşısında  da  alqı-satqı    müqavilə-

sindən yaranan iddia qaldırmaq hüququna malikdir. 

Lizinq  alan  icarəyə  götürdüyü  əmlakı    lizinqə  verənin  göstərdiyi  sığorta  

şirkətində  sığortalaması məcburidir. Yenə də əgər lizinq müqaviləsində başqa şərtlər  

nəzərdə  tutulmayıbsa,  lizinq  əmlakı  lizinq  alana  ötürüldüyü  andan  həmin    əmlakın 

korlanması və məhvi ilə bağlı risk halları lizinq  alana keçir. 

Lizinq  iştirakçılarının  yerinə  yetirdiyi  şərtlərdən  asılı  olaraq  onun  müxtəlif  

növlərini  ayırırlar.  Amma  onların  arasında  dəqiq  sərhəd  ayırmaq  çətindir,  çünki  bu  

və ya başqa növün xüsusiyyətləri tərəflərin istəyindən asılı olaraq uyğun  gələ bilər. 

Lizinqin əsas formaları aşağıdakılardır: 

 

Maliyyə lizinqi (finance leasing



Operator  lizinq (operative leasing ) 

Lizinq  müqaviləsinin  müddəti  bitdikdən 

sonra  lizinq  alan  avadanlığı  öz  mül-

kiyyətinə  ala  bilər  və  ya  başqa  güzəştli 

şərtlərlə  lizinq  müqaviləsini  təzələyə 

bilər. Texniki xidmət, təmir, sığortalama 

lizinq alanın məsuliyyətindədir.  

Lizinq  müqaviləsinin  müddəti  bitdikdən  

sonra avadanlıq onun başqa lizinq alanın 

istismarına  təqdim  edilmək  üçün  lizinq 

şirkətinə qayıdır. Texniki  xidmət, təmir, 

sığortalama    və  s.  lizinq  verənin 

məsuliyyətindədir.   

  

   Operativ lizinq avadanlığın əldə edilməsinin maliyyələşdirilməsi vasitəsi hesab  



olunur.  Bununla  icarədar  lizinq  şirkətinin  avadanlıqlarından  (məs.  avtomobilin 

icarəsi)  qısamüddətli  istifadə  hüququ  qazanır.  Kapital  xərclər  bir  qayda  olaraq 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə