Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

81

Mənfəətin  bölüşdürülməsi  isə  bölgü  münasibətlərinin  ümumi  sisteminin  tərkib 



hissəsini təşkil edir. 

Bazar  münasibətləri  şəraitində  müəssisələrdə  mənfəətin  tətbiq  edilən  bölüş-

dürmə  sistemi  istehsalın  səmərəliyinin    yüksəldilməsinə  maraq  yaratmalıdır.  Çünki, 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  müasir  dövrdə  mənfəətin  istifadə  istiqamətləri  çox-

tərəflidir. Birinci  növbədə  mənfəətin büdcə gəlirlərinin  təşkilində rolunu qeyd etmək 

lazımdır. 

Bazar  münasibətləri  şəraitində  həyata  keçirilən  iqtisadi  islahatlar  nəticəsində 

iqtisadi  problemlərin  həllində,  texnoloji  proseslərin  təşkilində,  işçilərin  əməyinin 

ödənilməsi  və  maraqlandırılmasında  müəssisələrin  sərbəstliyi  daha  da  genişlənir.  Bu 

istiqamətdə  müəssisə  və  təşkilatlarda  mənfəət,  onun  bölüşdürülməsi  və  istifadəsi  ən 

mühüm maliyyə aləti kimi çıxış edir. 

Mənfəətin  bölüşdürülməsi  sistemi  istehsalın  planlaşdırılması  və  stimullaşdırıl-

masının  tərkib  hissəsini  təşkil  edir.  Mənfəətin  bölüşdürülməsi  prosesində  dövlət 

büdcəsinin  gəlirləri  formalaşır,  müəssisələrin  tələbatlarının  ödənilməsi,  istehsalın 

genişləndirilməsi, işçilərin stimullaşdırılması təmin edilir. 

Mənfəətin istifadəsinin bu istiqamətləri mənfəətin funksiyaları ilə əlaqədardır. 

Təsərrüfat subyektlərində mənfəətdən   büdcəyə vergi ödənildikdən  sonra yerdə 

qalan mənfəət (xalis mənfəət) «Müəssisələr  haqqında» Azərbaycan  Respublikasının 

Qanununda  göstərdiyi  kimi  müəssisənin  tam  sərəncamına  daxil  olur.  Müəssisənin 

nizamnaməsində  digər  qayda  nəzərdə  tutulmursa,  müəssisə  xalis  mənfəətdən    müs-

təqil  istifadə  etmək hüququna malikdir. Belə ki, xüsusi mənfəət müəssisədə iqtisadi 

həvəsləndirmə  fondlarının  (istehsal  və  sosial  inkişaf  fondu,  ehtyiat  fondu,  istehlak 

fondu) təşkili  üçün istifadə edilir. 

Beləliklə,  maliyyənin    təsərrüfata  təsir  mexanizmi,  onun  səmərəliliyinə  stimul-

laşdırıcı  təsiri  bölgü  münasibətləri  vasitəsilə  həyata  keçirilir.  Ona  görə  də  mənfəətin 

bölüşdürülməsi  və  istifadə  istiqamətlərinin  təkmilləşdirməsi  zəruridir.  Bölgü  elə 

aparılmalıdır ki, həm müəssisənin və onun kollekvinin mənafei, müəssisənin iqtisadi-

sosial  inkişaf  mənafei,  həm  də  dövlət  mənafei  nəzərə  alınsın.  Bu  prinsiplərin 




 

82

pozulması  müəssisənin  iqtisadi  inkişafına  mane  olur,  onu  müflisləşdirir  və  nəticə 



etibarilə bu da ümumdövlət mənafeinə zərər vura bilər. 

Mənfəətin bölüşdürülməsi və büdcəyə vergi nisbətlərinin (dərəcəsinin) müəyyən 

edilməsi  hər  bir  inkişaf  mərhələsində,  iqtisadi  inkişaf  qarşısında  duran  məqsəd  və 

vəzifələr baxımından daim təkmilləşdirilməlidir. 

       

    


 

 

  



    

      


    

     


     

 

   



   

 

  




 

83

ƏDƏBİYYAT  SİYAHISI 

 

1.  Azərbaycan Respublikasının «Vergi Məcəlləsi», Bakı, 2010-cu il. 



2.  «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu, 2 iyul 2002. 

3.  İlham Əliyev: «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 

Dövlət  Proqramlarının  icrasına  həsr  olunmuş  konfransındakı  nitqi». 

«Azərbaycan» qəzeti, 6 fevral 2014-cü il. 

4.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin    sədrliyi  ilə  Nazirlər 

Kabinetinin  2013-cü  ilin  sosial-iqtisadi    inkişafının  yekunlarına  və  2014-cü 

ildə  qarşıda  duran  vəzifələrə  həsr  olunmuş  iclasının  materialları. 

«Azərbaycan» qəzeti, 10 yanvar, 2014-cü il. 

5.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  «Azərbaycan 

Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2088-ci illər) Dövlət 

Proqrammı haqqında 11 fevral 2004-cü il tarixli Fərmanı. 

6.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin    «Azərbaycan 

Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  

Dövlət Proqramı haqqında 14 aprel 2009-cu il tarixli Fərmanı. 

7.  Azərbaycan  Respublikasının  2012-ci  il  dövlət  büdcəsi  haqqında  AR-nın 

Qanunu. 


8.  AR-nın 2013-cü il dövlət büdcəsi haqqında AR-nın Qanunu. 

9.  Azərbaycan  Respublikasının  2014-cü  il  dövlət  büdcəsi  haqqında  AR-nın 

Qanunu. 

10. Azərbaycan Respublikasının statistik göstəriciləri, Bakı, 2014-cü il. 

11.  Bağırov D.A. «Vergi nəzarəti». Dərslik, Bakı, 2006-cı il. 

12.  Bağırov D.A., Həsənli M.X. «Maliyyə». Dərslik, Bakı, 2011-ci il. 

13. Bağırov D.A. «Vergi auditi», Bakı, 1999-cu il. 

14. Bağırov  D.A.,  Həsənli  M.X.,  Quşxani  R.N.  «Korporativ  maliyyə».  Dərs 

vəsaiti, Bakı, 1997-ci il. 

15. Bədəlov  Ş.Ş.,  Məhərrəmov  R.B.,  Qurbanov  F.Ə.  «Büdcə  sistemi».  Dərslik, 

Bakı, 2003-cü il. 



 

84

16. kəlbiyev  Y.A.  Fiskal  siyasət  və  Milli  iqtisadiyyatın  tənzimlənməsi 



problemləri. Monoqrafiya, BAkı, 2005. 

17. Əjdərov  T.H.  Vergi  mexanizminin  formalaşması  və  təkmilləşdirilməsi 

problemləri. Bakı, Elm, 1997-ci il. 

18. Vəliyev  D.Ə.,  Balakişiyeva  Y.N.,  Rəfibəyli  İ.R.,  İmanov  E.E.,  Qarabalov 

E.M. Vergi hüququ. Bakı, 2003-cü il. 

19. Həsənli M.X. «Vergilər». Bakı, 1998-ci il. 

20. Kərimov A.M. «Maliyyə». Dərslik. Bakı, 2001-ci il. 

21. Məmmədov  F.Ə.,  Musayev  A.F.,  Sadıqov  M.M.,  Rzayev  Z.H.,  Kəlbiyev 

Y.A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı, 2001-ci il. 

22.   Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Respublikasının 

vergi xidməti: islahatlar və nəticələr. Bakı, 2002-ci il. 

23. Musayev A.F. Vergi siyasətinin iqtisadi problemləri. Bakı, Elm, 2004-cü il. 

24. Məmmədov  S. Maliyyə. Bakı, 1997-ci il. 

25. Zeynalov F.Z. «Maliyyənin əsasları». Bakı, 2008-ci il. 

26. Мусаев  А.Ф.,  Садыгов  М.М.,  Магеррамов  Р.Б.,  Салаев  Р.А.  Налоги  и 

налогообложение в Азербайджане. Баку, Элм, 2005 г. 

27. Садыгов  М.М.,  Зейналов  В.З.,  Садыгова  Г.М.  Рыночная  экономика: 

финансы и налоги. Баку, 2001 г. 

28. Дж.  К.  Ван  Хорн.  Основы  управления  финансами.  Москва,  Финансы  и 

статистика, 2003 г. 

29. T.Hüseynov. Müəssisənin iqtisadiyyatı. Bakı, 2005-ci il. 

30. В.С.Карелин. Финансы корпораций. Учебник, Москва, 2005 г. 

31. А.Ф.Ионова, Н.Н.Селизнева. Финансовый анализ. Москва, 2008 г. 

32. А.С.Нешитой. Финансы. Учебник. Москва, 2006 г. 

33. И.Л.Юрзинова,  В.Н.Незамайкин.  Финансы  организаций.  Учебное 

пособие. Москва, 2004 г. 

34. Финансы. Учебник. Под ред. Г.Б.Поляка. Москва, 2003 г. 

35. Финансы. Под ред. Грязновой А.Г. Москва, 2012 г.        




 

85

 Zeynalov  Sübhan  Nemət  oğlunun  «Müəssisənin  



mənfəəti,  onun  bölgüsü  və  istifadəsi  məsələləri»  

mövzusunda magistr  dissertasiyasınin  

 

REFERATI 

 

Mövzunun  aktuallığı.  Azərbaycan  Respublikasının  Ümummilli  Lideri  Heydər 

Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının 2003-cü ildən 

Prezident  cənab  İlham  Əliyevin    rəhbərliyi  altında  uğurla  davam  etdirilməsi    nəti-

cəsində ölkəmizin iqtisadi və sosial inkişafı daha da sürətlənmiş, əhalinin maddi-rifah 

halı  əhəmiyyətli iqtisadi siyasət nəticəsində iqtisadiyyatın  bütün sahələrində yüksək 

nailiyyətlər əldə olunmuşdur. Dünyanı bürüyən qlobal iqtisadi və maliyyə  böhranına 

baxmayaraq,  2003-2013-cü  illər  ərzində  ölkəmizdə  ümumi  daxili  məhsul  3,4  dəfə, 

sənaye  istehsalı  2,7  dəfə,  kənd  təsərrüfatı  1,5  dəfə,  informasiya  və  rabitə  8,1  dəfə, 

ticarət dövriyyəsi 3,0 dəfə artmışdır.     

2013-cü  ildə  ÜDM  istehsalı  5,8  faiz  artaraq  57.7  mlrd.manata  çatmışdır.  

İqtisadiyyatın qeyri-neft sektorunda artım 10,0 faiz təşkil edərək, onun ümumi daxili 

məhsulda  xüsusi çəkisi 2012-ci ildəki 58,2 faizdən 56,6 faizə yüksəlmişdir. 2013-cü 

ildə dövlət büdcəsinə gəlirləri 2003-cü ildəkinə nisbətən 16 dəfədən çox artaraq 19,5 

milyard manata çatmış, büdcə profisiti 353,0 mln.manat olmaqla, onun ümumi daxili 

məhsulda xüsusi çəkisi 0,6 faiz təşkil etmişdir.  

Büdcə  gəlirlərinin  formalaşmasında  hüquqi  şəxslərin,  yəni  təsərrüfat  subyekt-

lərinin  mənfəət  vergisi  xüsusi  rol  oynayır.    Məlumdur  ki,  hüquqi  şəxslərin  mənfəət 

vergisinin məbləği təsərrüfat subyektlərinin əldə etdiyi mənfəətin həcmindən asılıdır.  

Ölkənin  iqtisadi  inkişafına  uyğun  olaraq  müəssisə    və  təsərrüfat  təşkilatlarının  mən-

fəəti də sürtlə artmışdır. 2003-2013-cü illərdə bütün təsərrüfat  sahələrində mənfəətin  

həcmi  22,5  dəfə  artaraq,  2003-cü  ildəki  1141,9  mln.manatdan  25636.5  mln.manata 

yüksəlmişdir. Hüquqi şəxslərin mənfəətindən vergi formasında büdcəyə daxilolmalar 

2003-cü  ildəki  178,3  mln.manatdan  2013-cü  ildə  2374,8  mln.manata  çatmış  və  ya 

13,3 dəfə artmışdır.  Bu onu göstərir ki, mənfəət müəssisə və təsərrüfat  təşkilatlarının 




 

86

təsərrüfat  fəaliyyətinin  nəticəsini  əks  etdirən  mühüm  iqtisadi  göstərici  olmaqla,  həm 



iqtisadi-sosial inkişafa, həm də büdcə gəlirlərinin artmasına əhəmiyyətli təsir göstərir. 

Deməli,  mənfəət,  bir  tərəfdən  müəssisələrdə  istehsalın  genişləndirlməsi,  texniki 

tərəqqinin  həyata  keçirilməsi,  sosial  ehtiyacların  ödənilməsi  və  digər  xərclərin 

maliyyə  təminatı  mənbəi  olmaqla,  digər    tərəfdən  dövlət  büdcəsinin  gəlirlərinin  təş-

kilində  böyük  rol  oynayır.  Ona  görə  də  müasir  dövrdə  digər    iqtisadi  kateqoriyalar 

sistemində mənfəətin zəruriliyini, onun  mahiyyətini, geniş təkrar istehsalda və büdcə 

gəlirlərinin  təşkilində  rolunu  elmi  cəhətdən  araşdırmaqla,  mənfəətin  artmasına  təsir 

edən    amillərin  tədqiq  olunmasına  böyük  ehtiyac  vardır.  Bu  baxımdan    magistr 

dissertasiyası  kimi seçdiyim mövzu aktual məsələlərdən birinə həsr olunmuşdur. 

Tədqiqatın  məqsədi  və  vəzifəsi.  Azərbaycan  Respublikasının  müasir  inkişaf 

səviyyəsinə  uyğun    olaraq  müəssisələrin  və  təsərrüfat  təşkilatlarının  sahibkarlıq 

fəaliyyətinin xüsusiyyətlərinin tədqiqi, müəssisələrin pul vəsaiti fondlarının yaranma-

sı    və  səmərəli  istifadə  edilməsi  istiqamətlərinin  müəyyən  edilməsi,  təsərrüfat  sub-

yektlərinin təsərrüfat-maliyyə fəaliyyətinin nəticəsi kimi mənfəətin iqtisadi mahiyyə-

tinin və rolunun elmi araşdırılması tədqiqatın əsas  məqsədidir. 

Tədqiqatın  vəzifəsi  kommersiya  müəssisələrinin  təsərrüfat-maliyyə  fəaliyyətini 

öyrənmək,  onların  məqsədli  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi    nəti-

cəsində  əldə  etdiyi  mənfəətin  formalaşması,  bölüşdürülməsi  və  istifadə  edilməsi 

istiqamətlərini tədqiq etməkdən ibarətdir. 



Tədqiqatın  predmeti  və  obyekti. Müəssisələrin pul  vəsaiti  fondlarının, o cüm-

lədən  təsərrüfat    subyektlərinin  təsərrüfat  fəaliyyəti  nəticəsində    əldə  olunan  mən-

fəətin  bölüşdürülməsi  və  istifadəsi  prosesində    maliyyə  münasibətləri  sistemi  tədqi-

qatın  predmetini  təşkil  edir.  Dövlətin  maliyyə  sisteminin  mühüm    tərkib  hissəsi  və 

başlıca həlqəsi kimi kommersiya müəssisələrinin maliyyəsi tədqiqatın obyektidir. 

Tədqiqatın  elmi  yeniliyi.  Kommersiya  müəssisələrinin  təsərrüfat-maliyyə  fəa-

liyyətinin  əsas  istiqamətlərini  və  xüsusiyyətlərini  araşdırmaqla  mənfəətin    forma-

laşması,  onun  planlaşdırılması.  Bölüşdürülməsi  və  istifadə  edilməsi  istiqamətlərinin 

müəyyən edilməsi və bu sahədə müvafiq tövsiyyə və təkliflərin verilməsi elmi yenilik 

kimi qiymətləndirilə bilər. 



 

87

Dissertasiya  işinin  təcrübi  əhəmiyyəti.  Tədqiqatın  təcrübi  əhəmiyyəti  ondan 

ibarətdir ki,  kommersiya müəssisələrinin təsərrüfat-maliyyə fəaliyyətinin tədqiqi əsa-

sında onların maliyyə resurslarının və onun tərkib hissəsi kimi mənfəətin düzgün bö-

lüşdürülməsi, məqsədəuyğun və səmərəli istifadə edilməsi istiqamətində irəli sürülən 

təklif  və  tövsiyyələr  kommersiya  müəssisələrinin  əməli  fəaliyyətində  nəzərə  alına 

bilər. 

Dissertasiya  işinin  strukturu.  Dissertasiya  işi  üç  fəsil,  9  paraqraf,  nəticə  və 

ədəbiyyat hissəsindən ibarətdir. 

Fəsil  1-də  müəssisələrin  maliyyəsinin  təşkili  əsasları,  maliyyə  sistemində  onun 

yeri və rolu tədqiq olunmuşdur. Burada müəssisələrin maliyyəsinin mahiyyəti və əsas 

xüsusiyyətləri  şərh  olunmuş,  müəssisənin  maliyyə  resurslarının  mənbələri    göstəril-

miş,  mənfəət əldə olunması ilə əlaqədar məsrəflər izah olunmuşdur.  

İkinci  fəsildə  müəssisənin  təsərrüfat-maliyyə    fəaliyyətinin  təşkili  istiqamətləri 

tədqiq olunmuş,  müəssisənin təsərrüfat-maliyyə   fəaliyyətinin təşkili    xüsusiyyətləri 

açıqlanmış.  Mənfəət  əldə  edilməsi  məqsədilə  müəssisənin  investisiya  fəaliyyətinin 

əsas istiqamətləri araşdırılmışdır. 

Üçüncü  fəsil  mənfəətin  iqtisadi  məzmunu,  funksiyaları  və  istifadə  istiqamətləri 

tədqiq    edilmiş,  mənfəətin  planlaşdırılması  üsulları  xarakterizə  olunmuş,  mənfəətin 

bölüşdürülməsi və istifadəsi xüsusiyyətləri göstərilmişdir. 

Bazar  münasibətləri  şəraitində  həyata  keçirilən  iqtisadi  islahatlar  nəticəsində 

iqtisadi  problemlərin  həllində,  texnoloji  proseslərin  təşkilində,  işçilərin  əməyinin 

ödənilməsi  və  maraqlandırılmasında  müəssisələrin  sərbəstliyi  daha  da  genişlənir.  Bu 

istiqamətdə  müəssisə  və  təşkilatlarda  mənfəət,  onun  bölüşdürülməsi  və  istifadəsi  ən 

mühüm maliyyə aləti kimi çıxış edir. 

Mənfəətin  bölüşdürülməsi  sistemi  istehsalın  planlaşdırılması  və  stimullaşdırıl-

masının  tərkib  hissəsini  təşkil  edir.  Mənfəətin  bölüşdürülməsi  prosesində  dövlət 

büdcəsinin  gəlirləri  formalaşır,  müəssisələrin  tələbatlarının  ödənilməsi,  istehsalın 

genişləndirilməsi, işçilərin stimullaşdırılması təmin edilir. 

Mənfəətin istifadəsinin bu istiqamətləri mənfəətin funksiyaları ilə əlaqədardır. 



 

88

Təsərrüfat subyektlərində mənfəətdən   büdcəyə vergi ödənildikdən  sonra yerdə 



qalan mənfəət (xalis mənfəət) «Müəssisələr  haqqında» Azərbaycan  Respublikasının 

Qanununda  göstərdiyi  kimi  müəssisənin  tam  sərəncamına  daxil  olur.  Müəssisənin 

nizamnaməsində  digər  qayda  nəzərdə  tutulmursa,  müəssisə  xalis  mənfəətdən    müs-

təqil  istifadə  etmək hüququna malikdir. Belə ki, xüsusi mənfəət müəssisədə iqtisadi 

həvəsləndirmə  fondlarının  (istehsal  və  sosial  inkişaf  fondu,  ehtyiat  fondu,  istehlak 

fondu) təşkili  üçün istifadə edilir. 

Beləliklə,  maliyyənin    təsərrüfata  təsir  mexanizmi,  onun  səmərəliliyinə  stimul-

laşdırıcı  təsiri  bölgü  münasibətləri  vasitəsilə  həyata  keçirilir.  Ona  görə  də  mənfəətin 

bölüşdürülməsi  və  istifadə  istiqamətlərinin  təkmilləşdirməsi  zəruridir.  Bölgü  elə 

aparılmalıdır ki, həm müəssisənin və onun kollekvinin mənafei, müəssisənin iqtisadi-

sosial  inkişaf  mənafei,  həm  də  dövlət  mənafei  nəzərə  alınsın.  Bu  prinsiplərin 

pozulması  müəssisənin  iqtisadi  inkişafına  mane  olur,  onu  müflisləşdirir  və  nəticə 

etibarilə bu da ümumdövlət mənafeinə zərər vura bilər. 

Mənfəətin bölüşdürülməsi və büdcəyə vergi nisbətlərinin (dərəcəsinin) müəyyən 

edilməsi  hər  bir  inkişaf  mərhələsində,  iqtisadi  inkişaf  qarşısında  duran  məqsəd  və 

vəzifələr baxımından daim təkmilləşdirilməlidir. 



 

 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə