Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   ...   27

 

7

(səhmdar  cəmiyyətlərinin,  korporasiyaların,  kooperativlərin  üzvlərinin  pay 



iştirakı formasında və i.a.); 

  məhsul  istehsalı  və  satışı  prosesində  müəssiənin  sexləri,  bölmələri  arasında 

baş verən pul münasibətləri; 

  müəssisə  ilə  onda  çalışan  işçilər  arasındakı  pul  münasibətləri:  əmək  haqqını, 

sosial müavinətləri, mükafatları ödəyərkən və s. pul münasibətləri; 

  müəsisə və təşkilatların bir-biri ilə olan iqtisadi münasibətləri: əmtəə-material 

qiymətlilərinin dəyərini ödəyərkən, hazır məhsulu satarkən, bir-birinə  xidmət 

göstərərkən,  işləri yerinə yetirərkən və s. əmələ gələn pul münasibətləri; 

  müəsisə  ilə  maliyyə-kredit  təşkilatları  dövlət  büdcəsi,  dövlət  sosial  sığorta 

sistemi arasındakı pul münasibətləri: büdcəyə vergilər ödəyərkən, banklardan 

kreditlərin  alınması  və  ödənilməsi,  büdcədən  dotasiya,  subvensiya,  subsi-

diyalar  alarkən və s.; 

  müəssisə ilə sığorta şirkətləri arasında əmələ gələn pul münasibətləri: onlar öz 

əmlaklarını sığorta etdirərkən, sığorta haqları ödəyərkən və sığorta ödənişləri 

alarkən və i.a.; 

  müəssisə, birlik  və təsərrüfat subyektləri ilə onların  yuxarı təşkilatları arasın-

da maliyyə münasibətləri yaranır. Belə ki, maliyyə münasibətləri  bir tərəfdən 

onların  mənfəəti,  dövriyyə  vəsaiti,  amortizasiya  ayırmaları  bölüşdürülərkən 

və yenidən bölüşdürülərkən, digər tərəfdən isə  müəssisələrin cari xərclərinin 

və kapital qoyuluşları xərclərinin maliyyələşdiriləmsi və ya kreditləşdirilməsi 

zamanı meydana gəlir. 

Maliyyə münasibətləri mülkiyyət formalarına görə bir-birindən fərqlənir: dövlət 

müəssisələrinin maliyyəsi, kooperativ müəssisələrin, ictimai, müştərək  müəssisələrin 

və təşkilatların və s. maliyyəsi ölkənin maliyyə sisteminin tərkib hissəsini təşkil edir. 

İqtisadi  təyinatından  asılı  olaraq  müəssisələrin  maliyyəsi:  sənaye  müəssisə-

lərinin,  kənd  təsərrüfatı  müəsisələrinin,  nəqliyyat,  rabitə,  yol    təsərrüfatı,  tikinti,  ti-

carət, tədarük, mənzil-kommunal təsərrüfatı müəssisələrinin və s. maliyyəsi daxildir. 

Müəssisələrin   və təşkilatların  maliyyəsinin  əsas xüsusiyyəti onda  ifadə olunur 

ki, o bütün maliyyə sisteminin əsas həlqəsini təşkil edir. Başqa sözlə, müəssisə və təş-



 

8

kilatların  maliyyəsi  dövlət    maliyyəsinin  maddi  əsasını  təşkil  edir,  çünki,  ümumi 



daxili  məhsul  və  milli  gəlir  məhz    maddi  istehsal  sferasında  yaranır  və  maliyyə  me-

xanizmi vasitəsilə  bölüşdürülür.  Bütün maliyyə sisteminin möhkəmliyi (dayanıqlığı) 

və sabitliyi müəssisə və  təşkilatların maliyyə vəziyyətindən asılıdır. 

Müəssisələrin  maliyyə  resurslarının  yenidən  bölüşdürülməsi  vasitəsilə  onun 

müəyyən  hissəsi  nazirliklərin,  idarələrin,  birliklərin  sərəncamına  daxil  olur.  Həmin 

sistemə  daxil  olan    müəssisələrin  xüsusi  vəsaiti  kifayət  etmədiyi  hallarda  həmin  

müəssisələr arasında  yenidən bölüşdürülür, yəni  müəyyən  müəssisələrə  maliyyə  yar-

dımı göstərilir. 

Beləliklə, müəssisələrin maliyyəsi onların əsas və dövriyyə vəsaitlərinin dövranı 

prosesində  pul  gəlirlərinin,  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi,  geniş 

təkrar  istehsal  prosesində  ÜDM-in  və  milli  gəlirin  istehsalı,  bölgüsü  və  istifadəsi 

zamanı əmələ gələn pul münasibətləri sistemindən ibarətdir. 

Deməli, müəssisələrin pul vəsaiti fondlarının yaradılması və istifadəsi  istehsalın 

fasiləsiz davam etdirilməsinin zəruri şərtidir. Bu  funksiyanı  yerinə  yetirməklə  müəs-

sisələrin  maliyyə  resursları  yaranır,  əsas  və  dövriyyə  fondlarının  artırılmasını  təmin 

edir, habelə,  məhsul  istehsalı  və satışını,  iqtisadi  həvəsləndirmə  və ehtiyat  fondlarını 

yaradırlar. 

Həmin pul vəsaiti fondlarının həcminin və onların yaranma mənbələrinin müəy-

yən  edilməsi,  onların  məhsul  istehsalı  və  satışı  proqramlarının  yerinə  yetirilməsinə, 

digər məqsədli proqramların maliyyələşdirilməsinə yönəldilməsini təmin edir.  Lakin 

müəssisənin pul vəsaiti fondlarının yaranması və istifadəsi istiqamətləri, müəssisənin 

maliyyə planı vasitəsilə həyata keçirilir. 

Maliyyənin  mahiyyəti  onun  yerinə  yetirdiyi  funksiyalarla  xarakterizə  edilir. 

Maliyyə bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir. 

Maliyyənin  funksiyaları  barədə  iqtisadçı  alimlərin  fikirləri  fərqlidir.  Onlardan  

bəzilərinin  baxışları  ilə  tanış  olmaq  yerinə  düşər.  Bəzi  iqtisadçılar  maliyyənin  iki,   

digərləri isə üç və daha çox funksiyanın yerinə yetirdiyini iddia edirlər. 



 

9

A.M.Birman göstərir ki, maliyyə üç funksiyanı yerinə yetirir: 1) ÜDM  bölgüsü; 



2) təsərrüfat subyektlərinin təsərrüfat  fəaliyyətini  pul  vəsaiti ilə təmin elmək; 3)  ma-

natla nəzarət. 

A.M.Aleksandrov  və  E.A.Voznesenski qeyd edir ki,  maliyyənin 1-ci  funksiyası 

pul vəsaiti fondlarını yaratmaq; 2) pul vəsaiti fondlarını istifadə etmək; 3) nəzarət. 

İ.T.balabanov  göstərir  ki,  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  maliyyə 

bölgü funksiyasını itirmişdir. 

Lakin  məlumdur  ki,  maliyyə  ümumi    daxili  məhsulun  bölüşdürülməsi  və  ye-

nidən  bölüşdürülməsi  nəticəsində  dövlətin  və  təsərrüfat  subyektlərinin  pul    vəsaiti 

fondlarının  yaranması  və  istifadə  edilməsi  ilə  əlaqədar  olan  pul  münasibətləri  siste-

mindən ibarətdir. Deməli,  ümumi daxili məhsul və onun tərkib hissəsi olan milli gə-

lir  maliyyə  mexanizmi  vasitəsilə  bölüşdürülür  və  istifadə  edilir.  Bütün  bu  proseslər 

dövlətin nəzarəti altında yerinə yetirilir. 

Sadə bir misal göstərək: Müəssisə istehsal etdiyi məhsulu satır, onun dəyəri he-

sablaşma hesabına daxil olur. Müəssisə əvvəlcə bu məbləğdən təyin olunmuş  vergini 

büdcəyə  ödəyir.  Qalan  məbləğdən  istehsalda  istehlak  olunmuş  istehsal  vasitələrinin 

bərpa fondunu təşkil edir ki, istehsal prosesi təkrar davam etdirilsin. 

Məlum olduğu kimi, bu dövlətin təyin etdiyi amortizasiya normaları, əmək pred-

metlərinin  xərc  norması,  fondların  dəyəri  əsasında    müəyyən  edilir.  Bundan  sonra 

əmək ödənişi fondu müəyyən edilir. Bu fond də əmək məsrəfi normaları, əməyin ödə-

nişi sistemi əsasında hesablanır. Əmək haqqı  fonduna nisbətən   müəyyən  normalarla 

sosial  sığorta  və  sosial    təminat  fondu  yaradılır  və  nəhayət  mənfəət  qalır.  Bu  proses 

məcmu daxili məhsulun ilkin bölgüsü  prosesini ifadə edir. 

Lakin  mənfəət,  əmək  haqqı  fondu  yenidən  bölüşdürülür.  ƏÖF  (əmək  ödənişi 

fondundan) büdcəyə  vergi  ödənilir, pensiya fonduna  vəsait köçürülür (dövlətin  təyin 

etdiyi  nomralarla),  qalan  hissəsi  işçilərin  sərəndcamında  qalır  və  onların  şəxsi  is-

tehlak üçün istifadə edilir. 

Mənfəət də həmçinin bölüşdürülür, yəni mənfəətdən büdcəyə  vergi ödənilir, qa-

lan  hissəsi  müəssisənin  sərəncamında  saxlanmaqla  müxtəlif  məqsədlərə  –  istehsalın 

genişləndirilməsinə  (kapital  qoyuluşuna)  dövriyyə  vəsaiti  normativlərinin  artırıl-



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə