Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   ...   27

 

10

masına,  maddi  maraq  fonduna,  sosial  məqsədlərə  və  i.a.  yönəldilir.  Deməli,  bazar 



iqtisadiyyatı  şəraitində  də  bölgü  prosesi  nəinki  aradan  çıxmır,  daha  da  dərinləşir, 

müəssisə daxilində maliyyə vasitəsilə məcmu daxili məhsulun bölgüsü davam edir. 

Beləliklə,  maliyyənin  mahiyyətinə  diqqətlə  fikir  versək,  onun  əsasən  iki 

funksiyanı yerinə yetirdiyini görərik. 1) bölüşdürücü; 2) nəzarət. 

Maddi  istehsal    müəssisələrin  maliyyəsi  bu  iki  funksiyadan  başqa  3-cü  bir 

funksiya  da  yerinə  yetirir,  yəni  müəssisənin  fəaliyyətini  pul  vəsaiti  fonlu  ilə  təmin 

edir (lakin bu da mahiyyət etibarilə bölgü funksiyasına daxildir). 

Maliyyənin nəzarət funksiyası da bölgü  funksiyası ilə sıx bağlıdır. Maliyyə mü-

nasibətləri zamanı pul vəsaiti fondlarının yaradılması və istifadə edilməsi  maliyyənin 

nəzarət funksiyası olmadan həyata keçirilə bilməz. 

Məcmu  ictimai  məhsulun  və  milli  gəlirin  yaradılması,  bölüşdürülməsi  və    is-

tifadə  edilməsinin  bütün  mərhələlərində    maliyyə  nəzarəti  həyata  keçirilir.  Müəs-

sisənin  çoxsaylı  müxtəlif  təsərrüfat  fəaliyyəti  üzərində  istehsal  və  qeyri-istehsal 

məsrəfləri  üzərində, əsas fondların, dövriyyə  vəsaitinin,  yığım  fondunun  yaradılması 

və istifadəsi üzərində, müəssisələrin büdcə ilə qarşılıqlı əlaqələri, kredit münasibətləri 

və digər əməliyyatları üzərində maliyyə nəzarəti aparılır. 

Maliyyə  nəzarətinin əsas formaları aşağıdakılardır: 

 Ümumdövlət maliyyə nəzarəti; 

 Təsərrüfat daxili maliyyə nəzarəti; 

 Müstəqil maliyyə nəzarəti; 

 Auditor firmaları və xidmətləri. 

Maliyyənin  nəzarət  funksiyasının  obyektiv  əsasını  məhsul  istehsalı  və  satışı, 

yerinə yetirilmiş işlər, göstərilmiş  xidmətlər  üzrə məsrəflərin, gəlirlərin və pul fond-

larının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsinin  dəyər  formasında  uçota  alınması  

təşkil edir. 

Maliyyənin  əsasını  təkrar  istehsal  prosesinin  maliyyələşmə  mənbələri  ilə  təmin 

edən  və  bununla  təkrar  istehsal  prosesinin  bütün  fazalarını  –  yəni  istehsal,  mübadilə 

və  istehlak  fazasını  vahid  formada  əlaqələndirilməsini  təmin  edən  bölgü  münasi-

bətləri təşkil edir.  



 

11

Lakin müəssisənin əldə etdiyi gəlirlər onun gələcək inkişaf imkanlarını müəyyən 



edir.  Təsərrüfatın  səmərəli  və  məqsədəuyğun  idarə  edilməsi  onun  sonrakı    inkişafını 

təmin edir və əksinə, vəsaitin dövranının fasiləsizliyinin pozulması, məhsul istehsalı, 

satışı, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə xərclərin artması  müəssisənin 

gəlirlərini  azaldır  və  müvafiq  olaraq  onun  gələcək  inkişaf  imkanlarını,  rəqabət 

qabiliyyətini  zəiflədir  və  maliyyə  sabitliyini    pozur.  Bu  halda  maliyyənin  nəzarət 

funksiyası    onun  bölüşdürücü  münasibətlərinin  qeyri-səmərəli  olmasına,  maliyyə 

resurslarının  idarə  edilməsində  və  istehsalın  təşkilində  nöqsanların  olmasına  işarə 

edir. Bu cür xəbərdarlığın  nəzərə alınmaması müəssisənin iflasa gətirib çıxara bilər. 

Maliyyənin  nəzarət  funksiyası  müəssisənin təsərrüfat-maliyyə  fəaliyyətinin  ma-

liyyə göstəriciləri əsasında,  onların qiymətləndirilməsi və bölgü mexanizminin səmə-

rəliliyinin  yüksəldilməsi  üçün  zəruri  tədbirlərin  hazırlanması  və  həyata  keçirilməsi 

vasitəsilə təmin edilir. 

Müəssisələrin  maliyyəsinin  mühüm  xüsusiyyətlərindən  ondan  ibarətdir  ki, 

müəssisə    maliyyəsi  geniş  təkrar  istehsal  prosesində  bilavasitə  iştirak  edərək  yeni 

dəyərin yaranmasına,  ümumi daxili məhsulun istehsalı və bölgüsünə təsir edir. 

Bazar  iqtisadiyyatı  şəraitində  bölgü  prosesi  daha  da  inkişaf  edir  və  genişlənir. 

Müəssisələrin,  təsərrüfat  subyektlərinin  maliyyəsi  ümumi  daxili  məhsulun  yaradıl-

ması,    bölüşdürülməsində  iştirak  etməklə  dövlətin  və  ayrı-ayrı  təsərrüfat  sub-

yektlərinin  pul  vəsaiti  fondlarının  yaranması  və  istifadə  edilməsi  ilə    əlaqədar  olan 

pul  münasibətləri sistemini ifadə edir. Maliyyə  münasibətlərinin  miqyasından, əhatə 

dairəsindən,  istiqamətindən  asılı  olaraq  maliyyə  sistemi    formaları  və  inkişaf  edir.  

Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda   da maliyyə sistemi dövlət 

büdcəsindən,  büdcədənkənar  dövlət  fondlar  sığorta  fondlarından  və  müxtəlif 

mülkiyyət formalarından  olan müəssisələrin maliyyəsindən ibarətdir. 

Müəssisələrin maliyyəsi kommersiya müəssisələri və qeyri-kommersiya müəssi-

sələrinin maliyyəsinə  ayrılır. Kommersiya müəssisələrinin maliyyəsinin fərqləndirici 

mühüm  bir  xüsusiyyəti  də    ondan  ibarətdir  ki,  ölkənin  maliyyə  sisteminin    əsasını 

təşkil  edir,  çünki  cəmiyyətin  maliyyə    resurslarının  əsas  hissəsi  kommersiya-istehsal 

müəssisələrində  yaranır  və  bu  da  həm    geniş  təkrar  istehsalın  davam  etdirilməsinin, 



 

12

həm  də  dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti    fondlarının  yaradılması  və    sosial 



ehtiyacların  ödənilməsi  üçün  əsas  maliyyə  mənbəi  kimi  çıxış  edir.  Ölkənin  ümumi  

maliyyə vəziyyəti müəssisələrin maliyyə vəziyyətindən asılıdır. 

 

1.2. Müəssisələrin maliyyəsinin təşkili prinsipləri 

 

Kommersiya  müəssisələrinin  maliyyə  münasibətləri təsərrüfat  fəaliyyəti  ilə əla-



qədar olan müəyyən prinsiplər əsasında qurulur. Müəssisələrdə maliyyə  fəaliyyətinin 

təşkilində  əhəmiyyətli  rol  oynayan  həmin  prinsipləri  aşağıdakı  ardıcıllıqla  nəzərdən 

keçirək: 

  təsərrüfat  müstəqilliyi; 

  özünümaliyyələşdirmə prinsipi; 

  maddi maraqlandırma; 

  maddi məsuliyyət; 

  maliyyə ehtiyatları ilə ətmin olunma. 

Təsərrüfat  müstəqilliyi  prinsipi  maliyyə  müstəqilliyi  olmadan  həyata  keçirilə 

bilməz.  Təsərrüfat  subyektləri  mülkiyyət  formasından  asılı  olmayaraq    iqtisadi 

fəaliyyət  sahəsini,  maliyyələşmə  mənbələrini,  mənfəət  əldə  etmək  üçün  pul 

vəsaitlərinin sərf edilməsi istiqamətlərini müstəqil müəyyən edirlər. 

Bazar  iqtisadiyyatı  şəraitində  bazarın  fəaliyyət  mexanizmi  müəssisələrin  öz 

istehsalını daha səmərəli sahələrə və istehsal növlərinə yönəlğməyə daha çox  tələbat 

olan  məhsulların istehsal edilməsinə vadar edir. Kommersiya müəssisələri  çalışır ki, 

əlavə  mənfəət  əldə    etmək  üçün  uzunmüddətli  və  qısamüddətli  xarakter  daşıyan 

investisiya  qoyuluşu  aparsın,  digər  təsərrüfat  subyektləri  ilə  müvafiq    iqtsiadi-təsər-

rüfat əlaqələri yaratsınlar, digər müəssisələrin nizamnamə kapitalının yaradılmasında, 

onların qiymətli kağızlarının alınmasında iştirak  etsinlər. 

Qeyd  etmək  lazımdır  ki,  təsərrüfat-maliyyə  fəaliyyətində  müstəqillik  dövlət 

qanunlarının müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz. Həmin müəssisələr döv-

lət  büdcəsi  qarşısındakı  zəruri  öhdəlikləri  yerinə  yetirməli,  büdcədənkənar  fondların 

yaradılmasında iştirak etməlidir. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə