Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   ...   27

 

13

Özünümaliyyələşdirmə  prinsipi  sahibkarlıq  fəaliyyətinin  əsas  şərtlərindən 



biridir.  Bu  prinsip  təsərrüfat  subyektlərinin  rəqabət  qabiliyyətinin  möhkəmləndiril-

məsini təmin edir. 

Özünümaliyyələşdirmə  istehsal-satış  məsrəflərinin  ödənilməsini,  öz  vəsaiti 

hesabına istehsalı  genişləndirməyi, zəruri hallarda bank kreditindən istifadə  etməklə 

özünün  pul  vəsaitləri  hesabına  bütün  maliyyə  öhdəliklərini  yerinə  yetirməyi  tələb 

edir. 


İnkişaf  etmiş  ölkələrdə  özünümaliyyələşdirmə  prinsipi  ilə  işləyən  təsərrüfat 

subyektlərinin xüsusi vəsaiti 70 faizdən yüksəkdir. 

Kommersiya  müəssisələrinin  xüsusi  vəsaiti  mənbələrinə  daxildir:  amortizasiya 

ayırmaları,  mənfəət  və  digər  xüsusi  vəsaitlər.  Lakin  yeni  yaranan  müəssisələr  bazar 

iqtisadiyyatı  tələblərinə  uyğun  işləmək  üçün  bəzi  hallarda  onların  xüsusi  vəsaiti 

çatışmır. Ona görə də indiki şəraitdə kiçik və orta sahikbarlığı inkişaf etdirmək üçün 

dövlətin maliyyə-kredit yardımı ildən ilə artırılır. 

Maddi  maraq  prinsipi  –  müəssisələrin  təsərrüfat  fəaliyyətinin  əsas  məqsədinə  – 

yəni  mənfəət  əldə  etmək  məqsədinə  çatmaq  üçün  hərəkətverici  qüvvədir.  Təsərrüfat 

fəaliyyətində maddi maraq müəssisənin, onun hər bir işçisinin məqsədidir. Bu prinsip 

həm də ümumdövlət mənafelərinin tələbidir. Maddi maraqlandırma əsasında müəssi-

sənin  təsərrüfat  fəaliyyəti  nəticəsində  əldə  etdiyi  pul  gəlirlərinin  bölgüsü  zamanı 

müəssisənin, onun işçilərinin və dövlətin mənafeyi nəzərə alınır. Bu zaman gəlirlərin 

bölgüsünün  düzgün  nisbətləri  müəyyən  edilir.  Müəssisələrin  səmərəli,  rntebelli 

işləməsi  həm  dövlət  mənafeyinə,  həm  də  müəssisənin  mənafeyinə  xidmət  edir.  Belə 

ki,  dövlətin  əmək    haqqı  və  vergi  siyasəti,  gəlirlərin  bölgüsü  zamanı  mənfəətin 

istehlak  və  yığım    fondu  arasında  bölgü  prinsipi  ilə  əlaqələndirilir,  iqtisadi  cəhətləri 

əsaslandırılmış  nisbətlər  müəyyən  etməklə  müəssisə,  işçilər  və    ümumdövlət  məna-

feyi  əlaqələndirilir. 

Maddi  məsuliyyət  prinsipi  –  təsərrüfat-maliyyə  fəaliyyətinin  məqsədyönlü 

aparılmasını, onun  nəticələri üçün  müəyyən  iqtisadi-hüquqi cavabdehliyin olmasını 

nəzərdə  tutur.  Maddi-məsuliyyətə  riayət  etmək  üçün  qanunvericilik  aktlarına,  ma-

liyyə normativlərinə əsaslanmağı tələb edir. Təsərrüfat fəaliyyəti zamanı müəssisələr 



 

14

müqavilə  intizamına,  hesablamalar  zamanı  müəyyən  olunmuş  qaydalara,  kreditlərin 



alınması  və  istifadəsi  şərtlərinə,  vergi  qanunvericiliyinə  əməl  etməlidirlər.  Əks  təq-

dirdə  qanunvericidiyə  uyğun  olaraq  penya,  cərimə    və  digər  maliyyə  sanksiyalarına 

məruz  qalırlar.  Əgər  müəssisə  rentabelli  işləmirsə  və  maliyyə  öhdəliklərinə  cavab 

verə bilmirsə, onda bu cür müəssisələrə müflisləşmə rejimi tətbiq edilir. 

Maliyyə  ehtiyatları  ilə  təmin  olunma  prinsipi  də  sahibkarlıq  fəaliyyətinin 

mühüm şərtlərindən biridir. Bazar iqtisadiyyatı şəraitində  müəssisələrin istehsal-satış 

və  xidmət  fəaliyyəti  müəyyən  iqtisadi-texniki,  eləcə  də  təbii  risklərlə  bağlıdır. 

Təsərrüfat  fəaliyyəti  zamanı  göstərilən  iqtisadi  risklər  nəzərə  alınmadan  müəs-

sisələrin normal təsərrüfat fəaliyyəti qurula bilməz. İstehsala, satışa, habelə inflyasiya 

fəaliyyətinə  qoyulan  vəsaitlərin  geri  alınmamaq  riskləri  mövcuddur.  İstehsal-satış 

proqramları  yerinə  yetirilərkən  norma  və  nomrativlərin  haqq-hesabında  da  səhvlərə 

yol  verilə  bilər.  Bir  çox  təbii-iqtisadi  və  texniki  amillər  nəticəsində  istehsal  və 

satışdan  əvvəlcədən  nəzərə  alına  biməyən  itkilər  baş  verə  bilər.  Ehtimal  olunan 

pozğuntular  zamanı  təsərrüfat  fəaliyyətində  əmələ  gələn  itkiləri  aradan  qaldırmaq 

üçün müəssisələr maddi-maliyyə ehtiyatları yaratmaq   məcburiyyətində qalırlar. 

Təsərrüfatçılıq  və  mülkiyyət  formasından  asılı  olmayaraq  maliyyə  ehtiyatları 

bütün  müəsisələrdə  yaradılır.  Ona  görə  də  kommersiya  müəssisələri  mənfəəti  bölüş-

dürərkən  büdcəyə  olan  tədiyələri  ödədikdən  sonra  mütləq  qaydada  ehtiyat    fondu 

yaradırlar. Təşkilatiı-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəs-

sisə,    səhmdar  cəmiyyəti  qanunvericilik  yolu  ilə  müəyyən    edilmiş  qaydada  və  nor-

malarla ehtiyat fondu yaradırlar. 

Lakin təcrübə  göstərir ki, maliyyə imkanları zəif olan  müəssisələr kifayət qədər 

ehtiyat  fondu  yarada  bilmirlər  və  təsərrüfat  fəaliyyəti  prosesində  müəyyən 

çətinliklərlə qarşılaşırlar. 

Respublika iqtisadiyyatı hazırki şəraitdə müxtəlif mülkiyyət formalı və fəaliyyət 

xarakterli  müəssisələrin  yaranması  ilə,  onların  təsərrüfat  əlaqələrinin  inkişafı  və 

mürəkkəbləşməsi  ilə  fərqlənir.  Bütün  bunlar  da  öz  növbəsində  maliyyə  işinin 

həcminin  əhəmiyyətli  dərəcədə  artmasına  gətirib  çıxarır.  Eyni  zamanda  bu  proses 

müəssisələrin  təsərrüfat  fəaliyyətlərində  maliyyə  işinin  rol  və  əhəmiyyətinin  əsaslı 



 

15

surətdə  dəyişilməsinə  səbəb  olur.  Maliyyə  işinin  düzgün  təşkil  olunmaması  müəssi-



sənin maliyyə sabitliyinin itirilməsinə və hətta müflisləşməsinə səbəb ola bilər. Müəs-

sisə  və    təşkilatlar  maliyyə  işinin  təşkil  olunmasından  ötrü  xüsusi  maliyyə  xidməti 

yaradırlar.  Müəssisələrin  maliyyə  xidməti  anlayışı  altında  müəssisələrin  idarəçilik 

sistemində    müəyyən  funksiyaları  yerinə  yetirən    müstəqil  struktur  bölmələri  başa 

düşülür. Adətən belə bölmələr maliyyə şöbələri hesab olunarlar. Onların strukturu və 

sayı bir sıra amillərdən  asılıdır. Bunlara daxildir: 

  təşkilati hüquqi formaları; 

  təsərrüfat fəaliyyətinin xarakteri; 

  məhsul istehsalının həcmi; 

  işçilərin ümumi sayı. 

«Müəssisələr  haqqında  Azərbaycan  Respublkiasının  Qanununda»  müəssisələrin 

təşkilati-hüquqi formalarına dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı 

və  şərikli  (kommandit  ortaqlıqlar),  məhdud  məsuliyyətli    müəssisələr  və  səhmdar 

cəmiyyətləri aid edilir. Bu amil özünü daha çox təsərrüfat subyektlərinin nizamnamə 

kapitalının  formalaşmasında,  müəssisənin  maliyyəsinin  idarə  olunmasında  və  məsu-

liyyətlər sistemində göstərir. Təsərrüfat fəaliyyətinin xarakteri və istehsalın həcmi pul 

dövriyyəsinin  və  ödəniş  sənədlərinin  miqdarını    müəyyən  edir.  Bu  sənədləşmələr 

başqa  alıcı  (sifarişçi)  və  təchizatçı  müəssisələrlə,  kommersiya  bankları  ilə,  başqa 

kreditorlarla,  büdcə  ilə  əlaqədar  ola  bilər.  İşçilərin  sayı  isə  kassa  əməliyyatlarının 

həcminə və eləcə də hesablaşmalara təsir göstərir. 

Maliyyə  xidmətinin  fəaliyyəti  müəssisənin  başlıca  məqsədlərinə  tabedir.  Bu 

məqsədlərə  müəssisənin  maliyyə  sabitliyini  təmin  etmək,    iqtisadi  artım  və  mənfəət 

əldə etmək üçün əlverişli şərait yaratmaq daxildir: 

Maliyyə işinin əsas tərkibi aşağıdakılardan ibarətdir: 

  təsərrüfat fəaliyyətinin maliyyə resursları ilə təmin olunması; 

  maliyyə-kredit  sistemi  və  başqa  təsərrüfatçı  subyektlər  ilə  qarşılıqlı 

əlaqələrin təşkili və idarə olunması; 

  əsas və dövriyyə kapitalının qorunması və səmərəli istifadə olunması; 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə