Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   ...   27

 

16

  büdcəyə,  banklara,  təchizatçı  və  işçilərə  öhdəliklər  üzrə  ödənişlərin 



vaxtında aparılması. 

Başqa  sözlə  desək  maliyyə  işinin  mahiyyəti  əsas  və  dövriyyə  kapitalının  döv-

ranının  normal  təmin  olunmasından  və  kommersiya  fəaliyyəti  ilə  yanaşı  gedən 

maliyyə əlaqələrinin qorunub saxlanılmasından ibarətdir. 

Müəssisənin  nə  dərəcədə  iri  miqyaslı  olmasından  asılı  olaraq,  maliyyə  xidməti 

göstərən  strukturların  sayı  da  müxtəlif  olur.  Çox  da  böyük  olmayan    müəssisələrdə 

maliyyə  işini  maliyyə-satış  şöbəsinin  və  mühasibatlığın  tərkibində  maliyyə  şöbəsi 

yerinə  yetirir.  İri  müəssisələrdə  maliyyə  şöbəsi  ayrı-ayrı  funksiyaları  yerinə  yetirən 

bir neçə qrupdan (bürodan) ibarət olur. Şöbənin rəisi  isə bilvasitə müəssiənin rəhbə-

rinə  tabe  olur.  Müəssisənin  maliyyə  şöbəsinin    strukturu  ümumi  şəkildə  aşağıdakı 

kimi olur: 

      


 

 

 



 

 

 



 

 

 



 

 

 



Maliyyə  şöbəsinin  göstərilmiş  strukturu  müəssisənin  bütün  xərclərinin  maliy-

yələşdirilməsinə  və  hesablaşmaların  aparılmasına  çalışır.  Amma  o  özündə  bazar 

təsərrüfatına  qədərki  müəssisələrin  idarə  olunmasında  olan  bəzi  nöqsanları  saxlayır. 

Yaxın  dövrə  qədər  müəssisələrdə  maliyyə  işi  xalis  operator  məsələlərin  həllinə  – 

hesablaşma  və  ödəniş  sənədlərinin  rəsmiləşdirilməsinə,  başqa  müəssisələrdə,  büdcə 

Maliyyə şöbəsi 

Plan-iqtisadi  

bürosu 


Bank və kassa 

əməliyyatları  bürosu 

Hesablaşma  

bürosu 


Qruplar 

 

Qruplar 



 

Maliyyə-


kredit 

planlaş-


dırılması 

 

Operativ 



planlaş-

dırılma 


və 

nəzarət 


 

İqtisadi 

təhlil 

 

İddia 



işləri 

 

Təchi-



zatçılarla 

hesab-


laşmalar 

 

Alıcı-



larla 

hesab-


laşmalar 

 



 

17

ilə,  banklarla  işçi  və  xidmətçilərlə  hesablaşmaların  təşkilinə  həsr  olunurdu.  Belə  bir 



şəraitdə  müəssisələrin  maliyyə  xidmətinin  qarşısına    qoyulan  məsələlər  də  həmin 

sistemin tələblərinə cavab verməli idi. Bunlara müəssisənin beşillik maliyyə planında 

maliyyə  göstəricilərinin  işlənib  hazırlanması, daha çətin  maliyyə  məsələlərinin   həlli 

və  müəssisənin  daxili  maliyyə  resurslarının  artırılması  məqsədilə  perspektiv  plan  la-

yihələrinin qiymətləndirilməsi, illik maliyyə planlarının  hazırlanması və s. daxil idi. 

Təsərrüfatçılığın  müasir  şəraitində  maliyyə  işi  keyfiyyətcə  yeni  məzmun  kəsb 

edir.    Bu  qeyd  olunduğu  kimi  qeyri-dövlət  mülkiyyət  formalarının  yaranması  ilə, 

bələdiyyə  mülkiyyətinin  yaranması  ilə,  müəssisələrin  xarici-iqtisadi    fəaliyyətdə 

sərbəstliyi  və  s.  ilə  əlaqədardır.  Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə    xidmətinin 

qarşısında  duran  əsas  məsələ  təkcə  büdcə,    banklar,  malsatanlar,  işçilər  və  s.  sub-

yektlərlə  öhdəliklərin  vaxtında  yerinə  yetirilməsi  və  ya  xüsusi  və  borc    vəsaitlərinin 

istifadə  olunmasına  nəzarəti  həyata  keçirmək  deyil,  eyni  zamanda  maliyyə 

menecmentini (idarəetməsini) təşkil etməkdir. 

Maliyyə  menecmenti  dedikdə  müəssisənin  xüsusi  və  cəlb  olunmuş  kapitalının 

səmərəli  istifadə  olunması  və  maksimal  mənfəət  əldə  etmək    məqsədilə  maliyyə 

axınlarının  idarə  olunması  başa  düşülür.  Maliyyə  menecmenti  maliyyə  göstərici-

lərinin  təhlili  və  gəlirlərin  proqnozlaşdırılması  əsasında  maliyyə    strategiyası  və 

taktikası işləyib hazırlayır. Bunlar müəssisənin gələcəkdə və yaxın dövrlərdə reallaş-

dırılması nəzərdə tutulan tədbirlərinin məcmusundan ibarətdir. 

  

 



 

 

 



 

 

 



 

 

İdarəetmə subyekti 



Müəssisənin maliyyə xidməti 

Maliyyə meneceri 

 

Maliyyə 


funksiya və 

alətləri 

İdarəetmə obyekti 

Pul 


dövriyyəsi 

Kapitalın  

dövranı 

Maliyyə resursları və 

onların mənbələri 

Maliyyə 


münasibətləri 


 

18

İstənilən  idarəetmə  sistemi  kimi  maliyyə  menecmenti  də  iki  alt  sistemdən 



ibarətdir: idarəetmə obyekti və idarəetmə subyekti. 

Maliyyə  idarəetmə aparatı təsərrüfat subyektinin idarəetmə aparatının vacib bir 

hissəsini  təşkil  edir.  İri  müəssisələrdə    maliyyə  direktorunun  və  ya  baş  maliyyə  

menecerinin  rəhbərliyi    ilə  maliyyə  müdriyyəti  təşkil  olunur.  Onun  bölmələrinin  

strukturu,  funksiyaları    və  məsuliyyəti,  eyni  zamanda  digər  şöbələrlə  qarşılıqlı 

əlaqələri  maliyyə  müdiriyyəti  haqqında  əsasnamə  ilə  müəyyən  olunur.  Maliyyə 

müdiriyyətinin funksiyalarına daxildir: 

  təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsi; 

  inkişafa dair maliyyə proqramının işlənib hazırlanması; 

  investisiya siyasətinin işlənib hazırlanması; 

  kredit siyasətinin müəyyənləşdirilməsi; 

  bütün bölmələr üçün pul vəsaitlərinin xərc smetalarının tərtib olunması; 

  valyuta siyasətinin işlənib hazırlanması; 

  maliyyə planlaşdırılması, biznes-planın tərtibində iştirak; 

  təchizatçı,  alıcı,  podratçı,  bank  və  büdcə  ilə  hesablaşmaların  həyata 

keçirilməsi; 

  maliyyə risklərindən sığortalanmanın təmin olunması; 

  girov, trast, lizinq və başqa əməliyyatların normal həyata keçirilməsi; 

  maliyyə-təsərrüfat və xarici iqtisadi fəaliyyətin təhlili; 

  maliyyə  uçotunun  aparılması,  mühasibat  balansı  və  başqa  maliyyə 

sənədlərinin tərtib olunması. 

Müəssisənin  həcmindən  və  qarşıya  qoyulmuş  məqsədlərdən  asılı  olaraq 

sadalanan  funksiyalar  detallaşdırıla  bilər.  Məsələn,  investisiya  siyasəti  təkcə  kapital 

qoyuluşları  ilə  deyil,  başqa  müəssisənin  nizamnamə  kapitalına  vəsait    qoyuluşu  ilə, 

səhmlərin, istiqrazların buoaxılmas ıilə  həyata keçirilə bilər. Bu  funksiyaların  həyata 

keçirilməsində  əsas  rol  maliyyə  sahəsində    professional  mütəxəssis  kimi  maliyyə 

menecerinə məxsusdur. İri  müəssisələrdə, səhmdar cəmiyyətlərində bir neçə maliyyə 

meneceri  fəaliyyət  göstərir.  Hər  bir  müəyyən    vəzifə  öhdəçiliklərini  yerinə  yetirir. 

Maliyyə  menecerləri    qrupuna  aparıcı  menecer  rəhbərlik  edir,  əgər  belə  qruplar  bir 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə