Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

19

neçədirsə baş  menecer rəhbərlik edir. Maliyyə  menecerinin professionallıq səviyyəsi 



onun  maliyyə  və  kredit  sahəsində,  vergi,  banklar,  birjalar  haqqında    qanunvericilik 

sahəsində,  mühasibat  uçotu  və  balans    təhlili  sahəsində  olan  bilikləri  ilə  müəyyən 

olunur.  Eyni  zamanda  maliyyə  menecerinin  valyuta  qanunvericiliyi  ilə  tanış  olmağı 

və valyuta öazarlarında işləmək qabiliyyətinin olması zəruridir. Adətən o müəssisənin 

mülkiyyətçisi  olmur və müqavilə ilə muzdlu işçi hesab olunur. Onlar öz qabiliyyətlə-

rinə  görə  mənfəətdən  faiz  əldə  etmək  imkanına  da  malik  olurlar.  Maliyyə  menec-

mentində  idarəetmə  obyekti  müəssisənin  pul  daxilolmaları  və  ödənişləri  özündə  əks 

etdirən pul dövriyyəsi  təşkil edir. Hər dəfə sərf olunan pul vəsaitləri fondu  müəyyən 

mənbələrə  müvafiq  gəlməlidir.  Müəssisədə  pul  fondları  mənbələrinə    xüsusi  kapital 

və passivlər aiddir və onlar istehsala investisiya olunaraq aktiv formasını alır. 

 

 

1.3. Müəssisənin maliyyə resurslarının mənbələri və mənfəət əldə  



etməsi  ilə əlaqədar məsrəfləri 

 

Müəssisənin  maliyyə  resursları  təsərrüfat  subyektlərinin  sərəncamında  olan  və 



maliyyə  öhdəliklərinin  yerinə    yetirilməsi,  geniş  təkrar  istehsal  məsrəflərinin  ödənil-

məsi və işçilərin maddi maraqlarının təmin edilməsi üçün nəzərdə tutulan pul gəlirləri  

və mədaxillərindən ibarətdir. 

Maliyyə resursları müəssisənin xüsusi və ona bərabər  tutulan vəsaitləri, maliyyə 

bazarında səfərbərliyə alınan vəsaitlər, bank-maliyyə sistemində yenidən bölüşdürmə 

qaydasında əldə edilən pul vəsaitləri hesabına yaranır. 

İlk dəfə müəssisə yaranarkən müəssisənin maliyyə resursları ilkin olaraq  yaradı-

lan  nihzamnamə  fondu  şəklində  formalaşır.  Təsərrüfatçılığın  təşkilati-hüquqi  forma-

sından asılı olaraq nizamnamə fondunun yaranma mənbəyi aşağıdakılardandır: səhm-

dar  kapitalı  təsisçilərin  pay  iştirakı,  uzunmüddətli  kredit,  büdcə  vəsaiti.  Nizamnamə 

fondunun həcmindən asılı olaraq əsas və dövriyyə vəsaitinin həcmi müəyyən edilir. 

Müəssisə  dövlət  qeydiyyatından  keçdikdən  sonra  yaranmış  sayılır  və  hüquqi  

şəxs  statusu  alır.  Müəssisələr  yarandığı  yerin  dövlət  nümayəndəli  orqanları    tərə-



 

20

findən  qeyd  alınır.  Büdcəyə  tədiyə  (vergi)  ödəyicisi  olub-olmamasından  asıdı  olma-



yaraq  bütün  müəssisələr  vergi  orqanlarında  uçota  alınır  və  onlar  dövlət  reyestrinə 

daxil edilir. 

Fəaliyyət  göstərən  kommersiya  müəssisələrinin  maliyyə  resurslarının  mənbəyi 

satılmış məhsulun (işlərin və xidmətlərin) dəyəridir. Maliyyə resursları başlıca olaraq 

əsas  fəaliyyətdən  və  digər  fəaliyyət  növlərindən  əldə  edilən    mənfəət,  amortizasiya 

ayırmaları  hesabına  yaranır.  Bundan  başqa  maliyyə    mənbələri:  sıradan  çıxmış 

əmlakın  satışından  mədaxil,  möhkəm  passivlər,    müxtəlif  məqsədli  daxilolmalar, 

tikintidə daxili ehtiyatların səfərbərliyə alınması və s. 

Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  genişlənməsi  ilə  əlaqədar 

olaraq əmək kollektivlərinin üzvlərinin pay iştirakı ilə maliyyə resursları əmələ gəlir. 

Müəssisələrin  səhmlərinin,  istiqrazlarının  və  digər  qiymətli  kağızlarının    nəticəsində 

qiymətli  kağızlar  birjasına  həmin  qiymətli  kağızların  satışından  əldə  edilən  vəsaitlər 

də  maliyyə  resurslarının  mənbəyi  hesab  edilir.    Bundan  başqa,    sığorta  şirkətləri  ilə 

sığorta  münasibətləri  zamanı  əmlak  sığortası  üzrə  daxil  olan    subsidiyalar,  qiymətli 

kağızlar, səhmlər üzrə  daxil olan dividendlər və s. daxilolmalar maliyyə resurslarının 

mənbəyinə daxildir. 

Müəssisənin maliyyə resurslarının əmələ gəlmə  mənbələrinin sxemini aşağıdakı 

kimi göstərə bilərik. 

Xüsusi maliyyə resursları tərkibində müəssisənin sərəncamında  qalan mənfəətin 

xüsusi  çəkisi  yuksəkdir.  Həcminə  görə  ikinci  yeri  amortizasiya    ayırmaları  tutur. 

Qeyd etmək lazımdır ki, mənfəətin hamısı deyil, onun yalnız bir hissəsi, yəni büdcəyə 

vergiləri ödədikdən sonra qalan hissəsi müəssisə tərəfindən  məqsədli qaydada istifa-

də  edilir.  Müəssisənin  sərəndamında  qalan  mənfəət    hissəsi  yığım  və  istehlak  məq-

sədlərinə yönəldilir. İstehlak üçün  nəzərdə tutulan  mənfəət hissəsi sosial vəzifələrin 

yerinə  yetirilməsinə  yönəldilir.  Yığıma    yönəldilən  mənfəət  hissəsi  istehsalın  inkişa-

fına istifadə edilir və müəssisənin  əmlakının artmasına imkan verir. 

Amortizasiya ayırmaları  əsas istehsal fondlarının və qeyri-material  aktivlərinin 

köhnəlməsinin  dəyərindən  ibarətdir.  O  ikili  xarakter  daşıyır,  çünki    məhsul  istehsalı 

üzrə xərclərə daxil edilir və sonra məhsul satışından əldə edilən mədaxilin tərkibində 



 

21

müəssisənin  hesablaşma  hesabına  daxil  olur  və  həm  sadə,  həm  də  geniş  təkrar 



istehsalın daxili maliyyələşmə mənbəyi kimi çıxış edir. 

 

    



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Maliyyə  resurslarının  cəlb  edilmiş  və  ya  xarici  maliyyələşmə  mənbələrini 

xüsusi, borc edilmiş və büdcə təxsisatı üzrə vəsaitlərə  ayrılır. 

Sahibkarlıq  kapitalı  dedikdə  digər  müəssisələrin  nizamnamə  kapitalına 

qoyulmuş  kapital  olmaqla  əsas  məqsədi  mənfəət  əldə  etməkdən  və  ya  həmin 

müəssisənin idarə edilməsində iştirak etməkdən ibarətdir. 

Ssuda  kapitalı  qaytarılmaq,  haqqı    ödənilmək  şərti  ilə  bank  kreditləri  şəklində 

müxtəlif müddətlərdə müəssisəyə verilən vəsaitlərdir. 

Müəssisənin maliyyə resursları 

Xüsusi mənbələr 

Cəlb edilmiş 

mənbələr 

Daxili 

Xarici 


Bankın uzunmüddətli 

krediti 


Bankın qısamüddətli 

krediti 


Kommersiya 

 krediti 

İstiqrazların 

buraxılışı və  

satışdan daxil  

olan vəsait  

Sair mənbələr 

Nizamnamə 

kapitalı yara-

dılarkən təsis-

çilərdən daxil 

olan  vəsaitlər 

Müəssisənin  

sərəncamında 

qalan mənfəət 

Amortizasiya  

ayrımı 

Sair mənbələr 



Nizamnamə 

kapitalına əlavə 

vəsait ödənişi 

Qiymətli kağız-

ların emissiyası 

və 


yerləşdirilməsi 

Yenidən bölgü 

qaydasında daxil 

olan vəsait 

Büdcə 

subsidiyaları 



Sair mənbələr 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə