Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

22

Maliyyə  bazarında  əldə  edilən  vəsaitlər  özünün  xüsusi  səhmlərini  və  istiqraz-



larını və digər növ qiymətli kağızlarını satmaqla əldə etdiyi vəsaitlərdən ibarətdir. 

Yenidən  bölüşdürmə  formasında  daxil  olan  vəsaitlər  əsasən  sığorta  şirkətlə-

rindən  daxil  olan  sığorta  ödənişlərindən,  habelə  qiymətli    kağızlar    üzrə  daxil  olan 

dividendlər, faizlərdən ibarətdir. 

Büdcə təxsisatları da  müəssisənin  maliyyə  resursları  mənbəyi ola bilər. Belə ki, 

dövlət sifarişlərini yerinə yetirmək, məqsədli dövlət investisiya  proqramlarını həyata 

keçirmək    məqsədilə  büdcədən  verilən  təxsisatlardır.  Çox  vaxt  ümumdövlət  əhə-

miyyətli  məhsul  istehsalı  üzrə  verilən  dövlət  sifarişlərinin  həyata  keçirilməsi  üçün 

büdcədən vəsait ayrıla bilər. 

Müəssisənin  maliyyə  resursları  istehsal  və  investisiya  məqsədləri  üçün  istifadə 

edilir.  Bu  vəsaitlər  daimi  hərəkətdə  olmaqla  müəssisənin  banklardakı      hesablaşma  

hesabına və ya  kasasına pul vəsaiti qaldığı kimi daxil olur. 

Müəssisənin    maliyyə  sabitliyini  təmin  etmək  və  maliyyə  resurslarını    səmərəli 

istifadə  etmək  məqsədilə  müxtəlif  fəaliyyət  növlərinə  istifadə  edilir.  Bazar  münasi-

bətləri  şəraitində    maliyyə  resurslarının  istifadə  edilməsi  müxtəlif    maliyyə  alətləri 

vasitəsilə həyata keçirilir. 

Müəssisə  ilk  dəfə  yaradılarkən  təsərrüfat  fəaliyyəti  üçün  lazım  olan  istehsal 

fondları və qeyri-material aktivləri almaq üçün əsas vəsait mənbəyi onun nizamnamə 

kapitalı çıxış edir. Təsərrüfat fəaliyyəti zamanı müəssisə müəyyən pul məsrəfləri edir 

ki,  bunlar    iqtisadi  məzmununa  və  təyinatına  görə  müxtəlifdir.    Həmin  məsrəflərin 

iqtisadi  məzmunundan  asılı  olaraq  müəssisənin  pul  məsrəflərini  üç  sərbəst  qrupa 

bölmək olar: 

1. Mənfəət əldə edilməsi ilə   əlaqədar olan məsərflər; 

2. Mənfəət  əldə edilməsi ilə əlaqədar olmayan məsrəflər; 

3. Məcburi (icbari) xərclər. 

Mənfəət  əldə  edilməsi  ilə  əlaqədar  olan  xərclərə  daxildir:  istehsal  prosesinə  aid 

olan  xərclər,  işlərin  görülməsi,  xidmət  göstərilməsi  üzrə  xərclər,    satış  məsrəfləri  və 

investisiya xərclərindən ibarətdir. 




 

23

Mənfəət əldə edilməsi ilə əlaqədar  olmayan məsrəflərə daxildir: müəssisə sahib-



lərinin  istehlakına  yönəldilən  məsrəflər,  xeyriyyə  və  humanitar  məqsədlərə    xərclər,   

qeyri-dövlət  sosial sığorta və pensiya fonduna ayırmalar, sosial məqsədlərə məsrəflər 

və s. 

İcbari  xərclər  dedikdə  –  dövlət  vergiləri,  qeyri-vergi  ödənişləri,  büdcədənkənar 



fondlara ayırmalar, icbari dövlət sosial sığorta ayırmaları, icbari dövlət sosial sığorta 

fonduna ayırmalar nəzərdə tutulur. 

Mənfəət  əldə  edilməsi  ilə  əlaqədar    olan  xərclər    məhsulun  (iş  və  xidmətlərin) 

maya dəyərini müəyyən edən xərclərdir. Bunlara material  məsrəflərinin dəyəri, əmək 

haqqı fondu, sosial ehtiyaclara ayırmalar və s. xərclər aiddir. 

Məhsul  (iş  və  xidmətlərin)  satışından  əldə  edilən  mədaxil  müəssisənin  maliyyə 

fəaliyyətinə əhəmiyyətli təsir göstərən əsas maliyyə mənbəyidir. Məlum olduğu kimi, 

məhsul  istehsalı,  işlərin  görülməsi,  xidmətlərin    göstərilməsi    prosesində  yeni  dəyər 

yaranır.  Məhsul  (iş  və  xidmətlər)  realizə  edildikdən    (satıldıqdan)  sonra  pul  vəsaiti 

müəssisənin  hesablaşma  hesabına  və  ya kassasına daxil olur. Müəssisə  mövcud  uçot 

qaydalarından  asılı  olaraq  öz  mədaxillərini    sərbəst  hesablamaq  hüququna  malik-

dirlər.  Qanunvericiliklə  müəyyən  edilmiş    qaydaya  əsasən  məhsulun  (iş  və  xidmət-

lərin) satışından mədaxilin uçotu iki metodla aparılır: 

1.  Əmtəələrin (malın) yola salınması və hesablaşma sənədlərinin banka təqdim 

edilməsi üzrə; 

2.  Satımış  malın    (iş  və  xidmətlərin)  hesablarının  ödənilməsi  və  pulun  

hesablaşma hesabına daxil olması üzrə. 

Hazırda  ikinci  metod  daha  geniş  tətbiq    edilir.  Həm  də  bu  metodla  mədaxil  

müəyyən  edildikdə  büdcə  və  büdcədənkənar  fondlara  ayırmalar  üzrə  hesablaşmalar 

aparılır. Çünki, hesablanmış vergilərin ödəniləmsi üçün real pul  mənbəyi də mövcud 

olur.  Lakin  dövlətlə  aparılan  hesablaşmalar  zamanı    bəzən  göndərilmiş  yüklər  (iş  və 

xidmətlərin)    üzrə  vəsait  faktiki  olaraq  daxil  olmaya  bilər.  Belə  halda  məhsul 

göndərilmədən  də  vəsaitin  daxil  olduğu  hallar    ola  bilər.  Ona  görə  də  belə  hallarda 

daxil olan nağd pul faktiki satışı uyğun gəlməyə bilər. Belə halları nəzərə alsaq, onda 




 

24

satışdan  mədaxilin    göndərilmiş  mala  üzrə  hesablaşma  hesabına  və  ya  müəssisənin  



kassasına vəsaitin daxil olması üzrə müəyyən  edilməsi qaydası daha düzgün olar. 

Məhsulun  satışından  mədaxil  istehsala  (iş  və  xidmətlərə)  çəkilmiş  məsrəflərin 

ödənilməsi və yığım əldə edilməsi digər pul vəsaiti fondlarının  yaradılması və büdcə 

və büdcədənkənar fondran yaradılması üçün əsas vəsait mənbəyidir. 

Satışdan  vəsaitin  vaxtında  daxil  olması  müəssisənin  vəsaitinin    fasiləsiz  döv-

ranını,  istehsal  prosesinin  fasiləsizliyini  təmin  edir,  satışdan  vəsaitin  vaxtında    daxil 

olmaması  isə istehsalda boşdayanmalara,  istehsalın  sürətinin aşağı düşməsinə,  mən-

fəətin azalmasına səbəb olur və müəssisənin müqavilə öhdəliklərini pozur, cərimə və 

sanksiyalara məruz qalır. 

Satışdan  mədaxil  hesabına  birinci  növbədə  material  məsrəfləri,  yəni  xammal, 

material, yanacaq, enerji və  digər əmək predmetləri üzrə məsrəflər ödənilir. 

Satışdan  əldə  edilən  mədaxildən  amortizasiya  fondu  təşkil  edilir  və  əsas  fond-

ların  təkrar  istehsalı  üçün  maliyyə  mənbəyi  yaradılır.  Qalan  məbləğ  yeni    yaranmış 

dəyər  adlanır.  Həmin  məbləğdən  əmək  haqqı  fondu  və  dövlət  sosial  sığorta  fonduna 

ayırma təşkil edilir və qalan  hissə müəssisənin xalis gəliri və ya  mənfəəti adlanır. 

Müəssisənin mənfəəti – məhsulun (iş və xidmətlərin)  satışından əldə edilən mə-

daxil ilə həmin məhsulun   (iş və xidmətlərin) istehsalı və satışına çəkilən  məsrəflər 

arasındakı fərq kimi müəyyən edilir. 

Müəsisənin  xüsusi  vəsaiti  əvvəlcə  həmin  müəsisənin  təsis  edilməsi    zamanı  tə-

sisçilərin  ilk  üzvlük  haqları  və  müəssisənin təsərrüfat-maliyyə  fəaliyyəti  nəticəsində 

əldə  etdiyi  pul  vəsaitinin  bir  hissəsi,    yəni  amortizasiya  ayırmaları  və  mənffətdir. 

Müəssisənin  investsiiya  fəaliyyətinin  əsas  maliyyələşmə  mənbəyi  xüsusi  vəsaitdir. 

Kapital  qoyuluşunun  əsas  maliyyələşmə  mənbəyi  amortizasiya  ayırmalarıdır.  Amor-

tizasiya  ayırmaları  əsas  vəsaitlərin  istehsal  prosesində  hazır  məhsul  üzərinə  onların 

köhnəlmə  dərəcəsinə  görə  hissə-hissə  keçən  dəyəridir.  Bu  vəsait  ciddi  məqsədli  xa-

rakterə malikdir və əsas fondların tam bərpasına, investisiyanın maliyyələşdiriləmsinə 

yönəldilir. 

Müəssisənin  dövriyyə  kapital  (dövriyyə  vəsaiti)  –  onun  cari  aktivlərinin 

maliyyələşdirilməsinə yönəldilmiş kapitaldır. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə