Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

25

Dövriyyə  vəsaiti  –  istehsal  dövriyyə  fondlarının  və  tədavül  fondlarının  pula 



ifadəsidir.  İstehsal  dövriyyə  fondlarına  əmək  predmetləri:  xammal,  material,  bit-

məmiş  istehsal, köməkçi   materaillar, az qiymətli  və tez köhnələn predmetlər aiddir. 

Bunlar bir istehsal tsikli ərzində öz dəyərini tamamilə hazır məhsulun  üzərinə keçirir 

və əvvəlki formasını itirir. 

Tədavül fondları – istehsal prosesində iştirak etməsə də istehsal və satış arasında 

əlaqəni  təşkil  edir,  istehsal  və  tədavülün  vahidliyini  təmin  edir.  Bunlara    daxildir: 

onlardakı  hazır  məhsul,  yüklənmiş  mallar,  müəssisənin  kassasındakı  və  banklardakı 

hesablarında olan pul vəsaiti, debitor borcları, hesablaşmalardakı vəsaitləri və s. 

Müəssisənin  dövriyyə  vəsaitinin  təşkili  mənbələri  ondan  ibarətdir  ki,  ilk  dəfə  

yaranarkən  nizamnamə kapitalı hesabına yaradılır və təsərrüfat fəaliyyəti nəticəsində 

müəssisənin  mənfəəti  hesabına,  daimi  minimal  kreditor  borcları,  bank    kreditləri  və 

kommersiya krediti hesabına yaradılır. 

Bank krediti – banklardan kredit müqaviləsi əsasında alınır. Kommersiya krediti 

alıcı  və  satıcı  arasındakı  sövdələşmə  əsasında  veksel  vasitəsilə  alınan    kreditidir. 

Burada mal satan alıcı təşkilata malı müəyyən müddətə möhlətlə  satır. 

Müəssisənin dövriyyə vəsaitinin təşkilində vekselin rolu da böyükdür.  Bazar iq-

tisadiyyatı  şəraitində  bazar  münasibətləri  inkişaf  etdikcə  əmtəələrin  və    xidmətlərin 

alqı-satqısında    alıcı  və  satıcı  arasındakı  ödəmələrdə    veksellərdən  geniş  istifadə 

edilir. 

Müəssisənin  pul  vəsaitlərinin  daimi  hərəkətini  aşağıdakı  sxemdə  ifadə  etmək 

olar. 

Fəaliyyət  göstərən  müəssisələrdə  pul  dövriyyəsinin  başlanğıc  və  osn  nöqtəsini 



müəyyən  etmək  bir    qədər  çətindir.  Müəssisənin  bölüşdürdüyü  pul      vəsaitlərinin 

həcmi  zamana  görə  dəyişilir  və  istehsal  prosesinin  xarakterindən,  satış    həcmindən, 

debitor borclarının ödənilməsindən və s. asılı olur.  Pul dövriyyəsinin idarə olunması 

prosesi  pul  vəsaitlərinin  hərəkətinin  uzunmüddətli    perspektiv  proqnozlaşdırılma-

sından  və  onun  müəssisənin  maliyyə  vəziyyətinə    təsirinin  qiymətləndirilməsindən 

ibarətdir.  Burada  maliyyə  xidməti    öz  funksiyalarını  yerinə  yetirərək  maliyyə 

strategiyası və taktikası hazırlayıb həyata keçirir. Bunun  başlıca  mexanizmi mənfəət 



 

26

 



 

 

Bitməmiş  istehsal 



Hazır məhsul ehtiyatı  

Əmək ödənişi  

xərcləri  

Amortizasiya  

Kommersiya və 

inzibati xərclər  

Əmək haqqı 

hesablamaları  

və başqa 

ödənişlər  

Əsas 

vəsaitlərin 



qalıq dəyəri  

Xammal və 

materiallar  

Kreditə  

satış  

Əmək haqqı 



ödənişləri və 

s. xərclər 

Aktivlərin 

alınması 

Aktivlərin 

satılması 

Debitor 

borcu  


Şübhəli 

borclar 


üzrə itki  

Kommersiya 

krediti üzrə 

olan borc  

Nağd 

pula 


satış  

İnkassasiya 

olunan pul 

vəsaitləri 

Pul vəsaitləri 

Tədarük ödənişləri 

İnvestisiyalar 

Ssudanın ödənişi 

Ssuda 

Dividendlərin ödənilməsi və 



səhmlərin  alınması 

Səhmdar kapitalı  

Borc kapitalı  



 

27

əldə  etmək  və  ondan  səmərəli  istifadə  etməklə  müəssisənin  likvidliyini  və  tədiyə 



qabiliyyətini artırmaqdan ibarətdir. 

Müəssisələrdə  maliyyə  xidməti    daima  təkmilləşməkdə  və  yeniləşməkdədir. 

Hətta  bəzi  müəssisələrdə  onların  maliyyə  işinin  təşkilinin  özünəməxsus  prinsipləri,   

yalnız onlarda aparılan üsulları da mövcuddur. 

 



 

28

FƏSİL 2. MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT-MALİYYƏ FƏALİYYƏTİNİN 



TƏŞKİLİ İSTİQAMƏTLƏRİ 

 

2.1. Müəssisənin əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi 

xüsusiyyətləri 

 

Müəssisənin  istehsal  (xidmət)  sferasında  bir  ildən  çox  iştirak  edən,  dəyəri  nor-



mativ  sənədlərlə    tənzimlənən,  köhnəldikcə  öz  dəyərini  qanunvericiliklə  müəyyən 

edilmiş  normalarla  hissə-hissə  məhsulun  (xidmətin)  dəyərinə  keçirən,  istehsal  (xid-

mət)  prosesində  öz  natural  formasını  saxlayan  əmək  vasitələri  əsas  vəsaitlər 

adlandırılır.  Binalar,  qurğular,  ötürücü  qurğular,  iş-güc  maşınları    (avadanlıqları), 

ölçü-tənzimləyici  cihazlar  (qurğular),  hesablama  texnikası,  nəqliyyat  vasitələri, 

alətlər,  istehsalat-təsərrüfat  inventarları  (ləvazimatları),  işçi-məhsuldar  heyvanlar, 

çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti  olan torpaq sahələri, torpaq-

ların  yaxşılaşdırılmasına  (meliorasiya,  qurudulma,  irriqasiya  və  s.),  həmçinin  başqa 

işlərə  (məqsədlərə)  qoyulan  kapital  qoyuluşları  və  başqa  vəsaitlər  (əmək  vasitələri) 

əsas  vəsaitlərə  aid  edilir.  İcarəyə  verilmiş    binalar,  qurbular,  avadanlıqlar  və  digər 

əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki 

xərclər  məbləğində  özünün  əsas  vəsaitlərinə  daxil  edilir  (icarə  müqaviləsində  başqa 

şərtlər  nəzərdə  tutulmadıqda).  Müəssisənin  öz  mülkiyyətində  olan  torpaq  sahələri 

mühasibat  uçotu  və  hesabatında  onların  alınmasına  çəkilən  faktiki  xərclər  üzrə  əks 

etdirilir. 

Müəssisənin əsas vəsaitləri mühasibat uçotu və hesabatında ilkin dəyrəi ilə, yəni 

onların alınmasına, quraşdırılmasına çəkilən  faktiki  xərclər  məbləğində əks etdirilir. 

Öz  mülkiyyətində  olan  torpaq  sahələrindən  başqa  əsas  vəsaitlərin  ilkin  dəyəri  onlar 

yenidən  qiymətləndirdikdə,  yenidən  qurulduqda,  onlarda  yeni  tikinti  işləri  apa-

rıldıqda,  onlara  yeni  avadanlıqlar  quraşdırıldıqda  və  onların  müvafiq  obyektləri 

qismən ləğv edildikdə  dəyəişdirilə bilər. 

Öz mülkiyyətində olan torpaq sahələrindən başqa müəssisənin əsas  vəsaitlərinin 

dəyərinə  istismar  müddəti  ərzində  qanunvericilkilə  müəyyən  edilmiş  normalarla 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə