56
Bu göstərilən amillər bilavasitə müəssisədən asılıdır. Müəssisədən asılı olmayan
amillər isə sonrakılardan ibarətdir: təbii, coğrafi, nəqliyyat şəraiti; məhsul istehsalı
və satışının texniki şərtləri və s.
Beləliklə, yuxarıda göstərilən bu və ya digər amillərin təsiri ilə müəssisənin
ümumi mənfəəti formalaşır.
Müəssisənin ümumi mənfəətinin tərkibi aşağıdakı istiqamətlərdə formalaşır:
- əmtəəlik məhsul satışından mənfəət;
- sair məhsul və xidmətlərdən mənfəət;
- əsas fondların satışından mənfəət;
- satışdan kənar gəlirlər və xərclər.
Birinci növbədə ümumi mənfəətin tərkibində ümumi məhsul (iş, xidmət və s.)
satışından əldə edilən mənfəəti qeyd etmək lazımdır. Çünki bu mənfəət müəsisənin
əsas iş fəaliyyətindən əldə edilən mənfəətdir. Əmtəəlik məhsul satışından əldə edilən
mənfəəti hesablamaq üçün məhsul satışından əldə edilən gəlirdən ƏDV, aksizləri və
məhsulun maya dəyərinə daxil olan istehsal və satış xərcləri aiddir. Beləliklə, məh-
sulun satışından mənfəət ümumi mənfəətin əsas hissəsini, yəni 80-90 faizini təşkil
edir. Ona görə də ümumi mənfəətin bu hissəsinə xüsusi diqqət yetirmək lazımdır.
Əvvəlcə onu qeyd edək ki, əmtəəlik məhsulun satışından əldə edilən mənfəətlə
satılmayan məhsulun qalıqlarının dəyişməsi təsir göstərir. Müəssisədə qalan belə
qalıqların həcmi nə qədər çox olarsa, bir o qədər də müəssisə az mənfəət əldə edə-
cəkdir.
Müəssisədə satılmayan məhsulların həcmi kommersiya fəaliyyəti və satışın
şərtləri və s. səbəblərdən asılıdır. Belə ki, müəsisə çox məhsul istehsal edə bilər,
lakin az sata bilər.
Bundan başqa satılmayan məhsul qalıqlarında daha rentabelli məmulatların
xüsusi çəkisi arta bilər. Nəticədə həmin qalıqların məbləği arta bilər. Müəssisə öz
mənfəətin həcmini artırmaq üçün satılmayan qalıqların həm məbləğ, həm də miqdar
cəhətcə həcminin azalması üçün müvafiq tədbirlər qəbul etməlidir.
Məhsul satışından əldə edilən mənfəətin həcminə təsir göstərən ən mühüm
amil məhsul istehsalı və satışın həcminin dəyişməsi göstəricisidir. Belə ki, satışın
57
həcmi nə qədər böyük olarsa, müəssisə bir o qədər çox mənfəət əldə edəcəkdir və
əksinə. Mənfəət bu amildən bir başa asılıdır.
Müasir dövrdə istehsalın həcminin aşağı düşməsi (bir sıra əks təsir edən amilləri
hesaba almayaraq, məs., qiymətlərin artması) mənfəətin həcminin azalmasına gətirib
çıxarır. Belə bir vəziyyət istehsalın səmərəliliyinin artırılması və texniki cəhətdən
təzələnməsi hesabına istehsalın həcminin artırılması üçün təxirə salınmaz tədbir-
lərin qəbul ediləmsi zəruriliyi nəticəsində meydana çıxır. Öz növbəsində müəssisələr
arasında hesablaşma – ödəmə intizamının təkmilləşdirilməsi özü də satış şərtlərinin
yaxşılaşdırılmasına və bu isə öz növbəsində mənfəətin həcminin artmasına səbəb
olacaq.
Məhsul maya dəyərinin səviyyəsinin düşməsi özü də əmtəəlik məhsulun
satışından mənfəətin səviyyəsinə təsir göstərən amillərdən biridir. Əgər satışın həcmi
mənfəətə bir başa təsir göstərirsə, mənfəətlə maya dəyəri arasında tərs əlaqə var.
Yəni, məhsulun maya dəfəri aşağı düşdükdə mənfəət artır və əksinə. Lakin maya də-
yəri amili bir sıra səbəblərin təsiri altında olur. Ona görə də maya dəyərinin səviy-
yəsinin dəyişməsi təhlil edilən zaman mütləq onun aşağı düşməsinə və ya artmasına
səbəb olan amilləri aşkar etmək lazımdır. Məqsəd istehsal və satış xərclərinin aşağı
düşməsi və bunun nəticəsində mənfəətin artması üçün tədbirlər işləyib hazırlan-
maqdadır.
Müəssisədə mənfəətin formalaşmasına təsir göstərən bir başa amillərdən biri də
tətbiq olunan qiymətlərdir. Bazar münasibətlərinə keçid şəraitində müəssisələr özləri
sərbəst qiymətləri müəyyən edirlər. Sərbəst qiymətləri müəyyən edən zaman müəs-
sisələr həmin məhsulun rəqabət qabiliyyəti, tələb və təklifi və s. əsas götürürlər.
Deməli, məhsullara müəyyən edilən sərbəst qiymətlər müəyyən dərəcədə müəs-
sisədən asılı olan amillərə daxil edilir. Lakin müəsisədən asılı olmayan amil kimi
dövlətin nizamlaşdırıcı qiymətləri çıxış edir. Belə qiymətlər inhisarçı müəssisələrin
məhsullarına müəyyən edilir. Məlumdur ki, qiymətlər istehsal olunmuş məhsulların
keyfiyyətindən asılı olaraq müəyyən edilir. Məhsulun keyfiyyəti isə məhsulun texniki
təkmilləşdirilməsindən və s. asılıdır.
58
Yuxarıda qeyd edilən amillərlə yanaşı məhsulun quruluşunda aparılan dəyişiklik
özü də mənfəətin səviyyəsinə təsir göstərir. Belə ki, istehsal olunmuş məhsulun qu-
ruluşunda rentebelli məhsulların xüsusi çəkisi artdıqda müəssisənin satışdan mən-
fəətin həcmi də artacaqdır. Lakin məhsulun quruluşunda aşağı rentabelli məhsulların
həcminin artması mənfəətin həcminin azalmasına səbəb olacaqdır.
Beləliklə, əmtəəlik məhsulun satışından əldə edilən mənfəətin həcminə təsir
göstərən amillər (mənfəətin azalmasına və ya artmasına səbəb olan amillər) mütləq
dəqiq təhlil olunmalıdır.
Müəssisədə ümumi mənfəətin formalaşmasında əmtəəlik məhsul satışından əldə
edilən mənfəətlə yanaşı, qeyri-mal xarakterli məhsul (iş, xidmət) satışından əldə
edilən mənfəət də daxil edilir. Ümumi mənfəətin həcmində belə mənfəət bir neçə faiz
təşkil edir. Sair satışın nəticələri müsbət və mənfi ola bilər. Sair satışa daxil edilir:
- nəqliyyat təsərrüfatından daxil olan gəlirlər;
- köməkçi kənd təsərrüfatından daxil olan vəsaitlər;
- ticarət təsərrüfatından daxil olan vəsaitlər.
Beləliklə, müəssisələr sair satışdan həm mənfəət, həm də zərər əldə edə bilərlər.
Mal-material qiymətləri ilə yanaşı, müəssisələrdə əsas fondların da artıqlığı yarana
bilər və həmin əsas fondların satışından əldə edilən mənfəət də ümumi mənfəətin
tərkibinə daxil edilir. Artıq və lazımsız əsas fondların satışından əldə edilən mənfəət
onların satış qiyməti ilə ilk dəyəri (və ya qalıq) arasındakı fərq kimi hesablanılır.
Lakin burada inflyasiyanın artım tempindən asılı olaraq qanunla müəyyən edilmiş
indeks əsasında ilk dəyərin artırılması mütləq nəzərə alınmalıdır.
Müəssisələrdə ümumi mənfəətin formalaşmasında satışdan kənar gəlirlər və
xərclər də mühüm rol oynayır. Satışdan kənar əməliyyatlar bilavasitə məhsul
istehsalı və satışı ilə əlaqədar deyildir.
Təsərrüfat subyektlərində satışdan kənar nəticələrdə aşağıdakı gəlirlər (xərclər)
nəzərə alınır:
- başqa müəssisələrin fəaliyyətində pay iştirakından gəlir;
- əmlakın icraəyə verilməsindən gəlir;
- müəssisəyə məxsus səhm, istiqraz və s. gəlir;
Dostları ilə paylaş: |