29
köhnəlmə (amortizasiya) hesablanıb istehsal (tədavül) xərclərinə daxil edilir. Tam
amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanır. Əsas vəsaitlərin yığılmış
köhnəlmə məbləği uçot və hesabatda ayrıca əks etdirilir.
Əsas vəsaitlərin satışı və s. xarici olması hallarda bu əməliyyatlar üzrə gəlir,
yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Büdcə idarə-
lərində hesabat ilinin hansı tarixində alınmasından, tikilməsindən və quraşdırıl-
masından asılı olmayaraq ilin sonunda əsas vəsaitlərə qanunvericiliklə müəyyən
edilmiş normalarla tam il üçün köhnəlmə hesablanır və uçotda ayrıca əks etdirilir.
Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki və-
saitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota
alınırlar:
dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə
məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını
saxlamayan sərvətlər;
dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd
təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərin-
dən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olma-
yaraq vahidinin və dəstinin dəyəri müvafiq nolrmativ sənədlərlə müəyyən-
ləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan əmək
əşyaları.
Müəssisənin rəhbərinin ixtiyarı vardır ki, hesabat ilində əşyaların dövriyyədəki
vəsaitlər tərkibində uçotunun düzgün aparılması üçün onların dəyərinin aşağı həddini
müəyyən etsin. Göstərilən hədd inflyasiyanın səviyyəsindən asılı olaraq zəruri
hallarda dəyişdirilə bilər.
dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar,
bütün növ torlar və s.);
benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən
axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar,
iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar
30
dartılıb aparılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti
mövsümi xarakterli vəsaitlər (əmək vasitələri);
dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məlumatların seriyalı və
ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
vahidinin və ya dəstənin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
vahidinin və ya dəstənin dəyərindən və xidmət müddətindən asılı olmayaraq,
müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif,
əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər,
ayaqqabılar;
dəyəri komrleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər
kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər,
qurğular və s. (tituldan kənar) tikintilər;
anbarda əmtəə-material qiymətlilərinin saxlanılmasında və ya texnoloji pro-
sesdə iştirak edən, vahidinin dəyəri müvafiq normativ sənədlərlə müəyyən-
ləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan taralar;
dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar;
cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli heyvanlar,
arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
tinglikdə köçürmə məqsədi ilə əkilmiş çoxillik əkmələr.
Bundan başqa müəssisələrdə qeyri-maddi aktivlər adlanan vəsaitlər də möv-
cuddur. Müəsisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun miüddət
istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən)
istifadə hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və
imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil
olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir. Qeyri-maddi
aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün
düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərilə) əks etdirilir və
istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən
müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay (bərabər miqdarda)
31
köhnəlmə hesablanaraq, məhsulun (xidmətin) dəyərinə, tədavül xərclərinə silinməklə
ödənilir. Faydalı istifadə müəddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi
aktivlər üzrə köhnəlmə normaları 10 il müddətinə (müəssisənin fəaliyyət müddə-
tindən çox olmayaraq) müəyyən edilir. Qeyri-maddi aktivlərin köhnəlməsi uçot və
hesabatda ayrıca əks etdirilir.
Əsas vəsaitlərin qiymətləndirilməsi.
Əsas vəsaitlərin qiymətləndiroilməsi ilkin və ya inventar, bərpa və ya dəyişiklik,
qalıq, bazar və ya qiymətləndirmə, ləğvetmə dəyrəi ilə həyata keçirilir. Bu formaların
hər biri müəyyən maliyyə münasibətlərini əks etdirir və müxtəlif metodlarla tənzim-
lənir. Əsas vəsaitlərin qiymətləndiriləmsində əsas rolu tikintisi bitmiş obyektlərin
ilkin (inventar) dəyərinin müəyyənləşdirilməsi oynayır. Bina və qurtuların inventar
dəyərinə tikinti işlərinə çəkilən xərclər və buna aid olan başqa kapital xərcləri
daxildir. Montaj işlərini tələb edən avadanlıqların inventar dəyəri avadanlığın əldə
olunmasına çəkilən faktiki xərclərdən, tikinti və montaj işlərinə və birbaşa təyinatlı
avadanlığın istismara verilməsi ilə bağlı olan başqa kapital qoyuluşlarına çəkilən
xərclərdən ibarətdir. Montaj işlərini tələb etməyən avadanlıqların inventar dəyəri isə
onların alış dəyərindən, təchizat xərclərindən və onların əldə olunmasına çəkilən
xərclərdən ibarətdir. Obyektlərin tikintisindən ayrıca əldə olunan bina, qurğu, ava-
danlıq, nəqliyyat vasitələri və s. əsas vəsaitlərin inventar dəyərinə isə onların əldə
olunmasına və hazır vəziyyətə gətirilməsinə çəkilən faktiki xərclər daxildir. Əsas
vəsaitlərin inventar, ilkin dəyəri qiymətlərdə, vergilərdə, iş və xidmətlərin dəyərində
baş verən dəyişikliyi əks etdirmir. Buna görə də onlar müəyyən tarixə təkrar
istehsalın dəyəri məbləğində yenidən qiymətləndirilir. Əsas vəsaitlərin belə qiymət-
ləndirilməsi bərpa dəyəri metodu ilə aparılır. Bərpaedici dəyər fondların əvəz olun-
ması üçün tələb olunan xərclərin həcmini müəyyənləşdirməyə imkan verir.
Dəyişiklik dəyəri aşağıdakılarla müəyyən olunur:
yeni bazar qiymətləri indeksi ilə;
bərpa dəyəri müəyyənləşdirilən analoji məhsul növü üzrə;
qiymət dəyişikliyinin iriləşdirilmiş əmsalları ilə.
Dostları ilə paylaş: |