Ziqmund Freyd haqqında maraqlı faktlar



Yüklə 65,18 Kb.
tarix26.09.2017
ölçüsü65,18 Kb.
#2078

Ziqmund Freyd haqqında maraqlı faktlar

Yazar: Orxan Oruc @ İyun 23, 2009 7:43


İnsan psixikasında «eşələnən» alim özündə kəşf elədiklərindən daha çox heyrətlənirdi
Psixoanalitikin kim olduğunu bilməyən çətin ki, tapılar. Amerikada hər 7 adamdan biri, Avropada hər 5 adamdan biri psixoanalitik yanına gedir. Belə pul qazanmaq tərzini Ziqmund Freyd tapıb. Onun nəzəriyyələrini hamı bilir.
- Yazanların hamısından zəhləm gedir! - deyərək əlindəki bioqrafiyasını yellədərdi. – Min dəfə demişəm, ictimaiyyətin mənim şəxsi həyatıma soxulmağa haqqı yoxdu! Ölərəm, sonra özünüz bilərsiz. Freydin bioqrafları isə çiyinlərini çəkirdilər, bunu başqalarının həyatında eşələnməyi peşə seçmiş adam deyir? Axı o, bəşəriyyətin ən alçaq saydığı instinkti ən vacib şey bilir! O, təkid edir ki, hər kişi anasıyla, hər qadın atasıyla yatmağa can atır?! Belə sualların heç birini Freyd cavablandırmaq istəmirdi. O, öz şüurunun zirzəmisinə heç kimi buraxmaq fikrində deyildi.

Edip kompleksinin kökləri

Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.

3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb.


Əvvəl soxulcan, sonra insan rüşeymi, sonra isə it və pişiklər...

Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi.

Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.
30 yaşlı bakir
Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına biğlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi.

Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: «Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiz... Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz... Mənim xasiyyətimdə tiranlıq hiss olunur». Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı «seksual azğınlığından» heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur.


Əxlaqsızlıq, yoxsa terapiya?
Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi.

Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: «Müxtəlif əsəb xəstəliklərini sağaldıram». Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə, demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı

İnsan qəlbində obraz və açar axtarışı
Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar» adlandırırdı. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır. Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər!

Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə – miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi seksuallıqla bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu. Çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini seksuallıqda yox, müharibədə axtarmaq lazım gəlmişdi. Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir.


Ağzından qaçırdığın söz sənə baha başa gələ bilər?!
1902-ci ildə professor rütbəsini alması onun nailiyyətlərinin tanınması deyildi. Yaltaqlanmağı sevməyən Freyd ömründə ilk dəfə pasienti baronessadan bu rütbəni almaqçün imperatordan xahiş eləməyi rica eləmişdi. Onun kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki, təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir.

Freyd öz tədqiqatlarında din, mifologiya, ədəbiyyat, mədəniyyət və cəmiyyət məsələlərinə də toxunurdu. Xüsusilə də lətifə toplamağı sevirdi. Onun dediyinə görə, ürəkdə boğulmuş hissləri tam azad eləməkçün bu, çox yaxşı vasitədir.


Kitabların autodafesi
Faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir.
«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi»
«Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər» deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. «Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq» deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir.

Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna «Sən nə danışırsan? Mən axı evliyəm» demişdi. Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır:


«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi».
«Mən özümün ən əsas pasientim olmuşam»
7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır.

Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş.


Ziqmund Freydin Albert Eynşteynə göndərdiyi məktub

Yazar: Orxan Oruc @ İyun 23, 2009 8:01


ZİQMUND FREYD /1856-1939/

Avstriya alimi, psixiatr-həkim, psixoanalizin banisi

MÜHARİBƏ MÜTLƏQDİRMİ?
ALBERT EYNŞTEYNƏ MƏKTUB

Vyana, sentyabr, 1932


Əziz cənab Eynşteyn!
Biləndə ki, mənə Sizi maraqlandıran və rəyinizcə başqalarının da diqqətini çəkməyə layiq olan bir mövzunun müzakirəsində iştirak etməyi təklif edirsiniz, dərhal razılaşdım.
Elə düşünürdüm ki, seçdiyiniz mövzuya hər birimiz - fizik ya psixoloq, bu gün nail olduğumuz biliklər səviyyəsindən yanaşa bilər və beləliklə hərəmiz bir tərəfdən yola çıxsaq da, eyni bir nöqtədə görüşə bilərik. Amma düzü, məsələnin qoyuluşu məni təəccübləndirdi: bəşəriyyətin müharibənin dəhşətli təhlükəsindən xilas olunması üçün nə etmək lazımdır? İlk anda özümün (az qala deyəcəkdim hamımızın) bu məsələdə səriştəsizliyimizdən qorxdum, axı müharibənin olub-olmamasını praktik cəhətdən dövlət xadimləri həll edir. Daha sonra anladım ki, siz məsələni alim-fizik kimi yox, humanist dünyagörüşlü insan kimi qoyursunuz. Onu da düşündüm ki, məndən konkret təkliflər gözləmirlər, mən yalnız müharibənin qarşısını almaq problemini psixoloq kimi dəyərləndirməliyəm.
Siz sözünüzə hüquq və hakimiyyətin münasibətindən başlayırsız. Yəqin ki, bizim araşdırmamız üçün bu dəqiq başlanğıcdır. Amma olarmı mən "hakimiyyət" sözünü daha sərt "güc" sözüylə əvəz edim. Çünki bu gün bir-birinə qarşı duran Hüquq və Gücdür. Hüququn gücdən yarandığını isbat etmək çətin deyil. Əgər bu işin qaynaqlarına müraciət etsək, lap əvvəllərə getsək, problemin mahiyyətini görərik. Bağışlayın ki, indi mən hamıya məlum olan və hamının qəbul etdiyi məsələlərdən danışacam. Belə görünməsin ki, nə isə təzə bir şey deyirəm, amma toxunduğumuz mövzu bunları deməyi məcbur edir.
Prinsipial məsələ odur ki, insanlar arasında konfliktlər, maraqların toqquşması Güc vasitəsiylə həll olunur. Bütün canlılar aləmində belədir və insan özünü bu aləmdən ayırmamalıdır. İnsanlarda buna fikirlərin konflikti əlavə olunur. Amma bu daha sonrakı dövrün qəlizliyidir. Əvvəllər, ilkəl dövrdə insan ordasında yalnız əzələlərin gücü kimə nəyin məxsus olacağını və kimin iradəsinin qalib gələcəyini müəyyənləşdirirdi. Az sonra əzələlərin gücünə hücum, ya müdafiə alətlərinin istifadə olunması da əlavə edilir. Kimin silahı daha mükəmməldirsə və kim bu silahdan daha ustalıqla istifadə edə bilirsə o qalib gəlir. Silah meydana çıxandan bəri zəka üstünlüyü əzələ üstünlüyündən daha önəmli olmağa başlayır. Amma toqquşmanın son məqsədi elə əvvəlki kimi qalır. Rəqiblərdən biri aldığı zədələr nəticəsində və gücün zəiflədiyi üçün iddialarından da, mübarizədən də əl çəkməli olur. Məqsədin son həddi düşmənin tamamilə yox edilməsi, yəni öldürülməsidir. Bunun əhəmiyyəti ondadır ki, düşmən daha heç vaxt qisas ala bilməyəcək və onun taleyi belə fikrə düşə biləcək bütün başqaları üçün də görk olacaq. Bundan başqa, düşmənin qətli insana xas olan instiktiv qəddarlıq meyli ilə də bağlıdır ki, bu barədə sonralar danışacam. Amma düşməni öldürmək istəyinə qarşı başqa bir fikir də əmələ gəlir - öldürməkdənsə, həyatını saxlayıb onu özün üçün qul kimi istifadə edə bilərsən. Bu halda düşməni yenməyinlə, qul kimi işlətməyinlə qürur duyursan, amma eyni zamanda təhlükəsizliyinə xələl gəlir, axı həyatını saxlamış düşmənin qisas, intiqam həvəsi də qalır.
Mən ibtidai dövrün münasibətlərini bu cür görürəm. Onu da bilirik ki, bu münasibətlər tarixi inkişaf boyu müəyyən təbəddülata uğrayır. Yol Gücdən Hüquqa doğru yüksəlir, amma bu yol özü necədir? Fərq ancaq ondadır ki, ayrı fərdin gücü cəmiyyətin, dövlətin gücüylə əvəz olunur. Cəmiyyət özünü qorumaq üçün təşkilatlanmalıdır, qanunlar çıxarmalıdır, təhlükəli qiyamların qarşısını almaq üçün bu qanunlara nəzarət edən orqanlar yaratmalı və lazım gələndə onların vasitəsiylə güc tətbiq etməlidir. Bu sayaq maraqların eyniyyəti nəticəsində hisslərin birliyi və birlik hissi yaranır ki, bu da ən real müdafiə qalasıdır.
Eyni bir cəmiyyətdə də bir-biriylə ziddiyyət təşkil edən qüvvələr var və onların konfliktini də Güc vasitəsiylə həll etmək lazım gəlir. Amma cəmiyyətin içində bir-biriylə konfliktə girən insanları xarici təhlükə yenidən birləşdirir, axı onlar eyni ərazidə yaşayan, eyni xalqın, eyni dövlətin nümayəndələridir və öz aralarında nə qədər ziddiyyət olsa da xarici Gücün qarşısında birlik nümayiş etdirməlidirlər. Bəşər tarixi daima ayrı-ayrı qəbilələr, xalqlar, imperiyalar arasında toqquşmalardan xəbər verir və bu toqquşmalar həmişə müharibələrlə tamamlanır. Müharibələr də yenilən tərəfin qarət olunması, tamamilə qula çevrilməsiylə nəticələnir. Bu sayaq müharibələrin tarixi nəticələri də müxtəlif olur. Bəzi təcavüzkar savaşlar yenilmiş xalqa yalnız müsibətlər gətirir, bəzi davaların nəticəsi isə daha kamil, daha iri və deməli yaşama imkanları daha güclü olan dövlətlər yaradır. Qədim Roma imperiyası buna örnəkdir. Fransız krallarının sərhəd əraziləri öz dövlətlərinə qatmaq istəyi Fransanın yaranmasına - sülhsevər, çiçəklənən və birləşmiş ölkənin yaranmasına səbəb oldu.
Çağdaş dövrümüzə müraciət etsək, bu kiçik icmalımızdan bəlli olan eyni nəticələrə gələcəyik. Müharibələrin qarşısı yalnız o zaman alına bilər ki, insanlar, xalqlar, dövlətlər birləşib Mərkəzi hakimiyyət yaratsınlar və bu hakimiyyət bütün konfliktlər haqqında Hüquq əsasında qərar verə biləcək son mərhələ olsun. Bunun üçün iki şərt lazımdır. Birincisi, belə bir orqanın yaranması, ikincisi, onun yetərincə gücü olması. Bu şərtlərdən biri olmadan onun uğuru mümkün deyil. Millətlər Liqası belə bir təşkilat kimi nəzərdə tutulmuşdu, amma ikinci şərtə əməl olunmadığı üçün bir şey edə bilmədi.
İndi mən Sizin dediklərinizdən biri üstündə də dayanmaq və ona şərh vermək istəyirəm. Siz təccüblənirsiniz ki, insanlar çox asanlıqla müharibə isteriyasına qapılarlar və belə güman edirsiniz ki, hansısa nifrət və dağıdıcı instinkt onları müharibələrə sövq edir. Tamamilə haqlısınız. Biz insanda belə bir meylin olduğuna inanırıq və son illər bu instinktin zahiri bəlirlərini öyrənməyə çalışırıq. İzn verin psixoanalizin çoxlu təcrübə və şübhələrdən sonra gəldiyi nəticələrin bir qismiylə Sizi tanış edim. Bizim fikrimizcə, insanın iki meyli olur: biri qoruyucu və birləşdirici - biz bu meyli erotik adlandırırıq. Platonun "Ziyafət"də bu sözü işlətdiyi mənada. Bunu geniş anlamda seksuallıq kimi də dəyərləndirmək olar. İkinci meyl isə aqressiv, destruktiv, dağıdıcı meyldir. Görürsünüz ki, əslində söhbət məlum qarşıdurmanın - Məhəbbət və Nifrət qarşıdurmasının nəzəri əsaslandırılmasından gedir. Ancaq gəlin bu qarşıdurmanı Xeyir və Şər qarşıdurması kimi qiymətləndirməyə tələsməyək. Bu iki meylin ikisi də lazımdır, onların əlaqəsi və toqquşması həyatın rəhnidir. Bunlar bir-biriylə sıx bağlıdır və bir-birini tamamlayır. Məsələn, özünüqoruma instinkti təbiəti etibarilə erotik instinktir, amma həyata keçməsi üçün aqressivlik tələb edir. Əgər mənim fikirlərimi izləməkdə davam etmək istəyirsinizsə, bir şeyə də diqqət edin. İnsanların hərəkətlərində bu iki meyldən ancaq birinə rast gəlmək olmur, bu ya digər dərəcədə hər ikisi vəhdət təşkil edir - eros və dağıdıcılıq.
Mənə elə gəlir ki, müharibə təhlükəsinin aradan qalxması məsələsindən danışmaqdansa, Sizin vaxtınızı öz nəzəriyyələrimlə aldım, amma hər halda yenə də dağıdıcılıq meyli üstündə bir azacıq durmaq istərdim. Bəzi müşahidələr nəticəsində belə bir nəticəyə gəldim ki, bu dağıdıcılıq meyli hər bir insanın içində var və onun son məqsədi həyatı yenidən cansız materiyaya çevirməkdir. Bu meyli tam haqla ölüm meyli adlandıra bilərik, erotik meyl isə təbii ki, həyat meylidir. Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, nə qədər calışsaq da insanı aqressiv meyllərdən xilas etmək mümkün deyil. Məsələ ancaq bu cür qoyula bilər ki, bu aqressivliyi tamamilə aradan götürə bilməsək belə, onu uzaqlara yönəltmək olar. Elə sahələrə ki, müharibələrlə nəticələnməsin. Müharibəyə meyl dağıdıcılıq instinktiylə yaranırsa, ona qarşı erotik meyli qoymaq olar.
Görürsünüzmü, çağdaş problemlərdən uzaq nəzəriyyəçidən bu məsələlərlə bağlı bir fayda almaq çətindir. Nədən biz müharibəyə bu qədər nifrət edirik?Axı müharibənin bioloji əsasları var, praktik olaraq onun qarşısını almaq qeyri-mümkündür. Məsələni belə qoyduğuma görə dəhşətə gəlməyin. Nə qədər ki, dünyada varlılar və kasıblar var, nə qədər ki, başqa millətləri məhv etmək istəyən millətlər var, həmin bu məhvi planlaşdırılan millətlər də silahlı müqavimətə hazır olmalıdırlar. Amma biz bu məqamda dayanıb durmaq istəmirik. Mənim fikrim ayrıdır: məncə, biz müharibəyə ona görə nifrət edirik ki, pasifistik. Təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik? Bunu demək çətindir, amma bu xam xəyal da deyil. Pasifizist mövqeyin get-gedə daha geniş yayılmasına səbəb, əvvəla, mədəniyyətin təsiri, ikincisi, gələcək müharibələrin dəhşətlərindən qorxu hissidir. Bəlkə də buna görə yaxın zamanlarda müharibələrə son qoyulacaq. Bu hansı yolla olacaq, indidən deyə bilmərik, amma bir şeyi qəti bilirik - mədəni inkişafa xidmət edən hər şey müharibələrin əleyhinə işləyir.
Mən Sizi ürəkdən salamlayıram və əgər mülahizələrim Sizi təmin etmirsə, məni bağışlamanızı xahiş edirəm.
Sizin Ziqmund Freyd

Freyd və Alfred Adlerdən maraqlı sitatlar

Yazar: Orxan Oruc @ Sentyabr 4, 2009 7:27

-30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: "Qadın nə istəyir?"

Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır

Freyddən sitatlar:


-Nә qәdәr кi güclü ideyaya söykənir,insan güclüdür.
-Hirsli insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb
-Аnаtоmiya – taledir.

-Hər bir unutqanlığın arxasında istəksizlik durur.


-30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: "Qadın nə istəyir?"
-Orta əsrlərdə onlar mənim özümü yandırardılar,indi isə yalnız kitablarımı yandırırlar.
-Hər bir uyğyunlaşma hissəvi ölümdür,fərdiliyin azalmasıdır.
-Axmaqlığın birinci əlaməti utanmaq hissinin yerli-dibli olmamasıdır.
-İnsanın,əlçatmaz olanları hər şeydən daha çox dəyərləndirmək və arzulamaq xisləti vardır.

Adlerdən sitatlar:

-Həyat bizə bagışlanmamışdır,bir məsuliyyət olaraq verilmişdir.
-Özünü tanimaq və dəyişdirmək,insan üçün öhdəsindən gəlinəsi ən çətin işdir.
-Sadəcə azadlıqdır ki,köksündən güclü insanlar çıxardır,təzyiq isə insan öldürür məhvə yönəldir..
-İnsanın ruhi həyatı onun seçdiyi məqsədə görə şəkil alir.
-Ruh təbiət qanununa tabe deyildir,çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir.
-Mütləq həqiqətə gedən yol sadəcə həddən artıq dərəcədə səhvlərdən keçir..
-Hələ tam başa düşülməmiş olsa da dinin də birgə yaşama məcburiyyətindən meydana gəldiyi görünür,dində müqəddəşləşdirilmiş birgə yaşama formaları digər şəkildə anlayaraq başa düşərək qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət əmələ gətirici rol oynayir.
-Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır.
-İstək əksiklik duygusundan özünü qurtarıb tam olma yolunda ruhda əmələ gələn bir kiçik hərəkətdir..
-Hər istəmə bir əksiklik duyğusu ilə əlagədardır və insanda bir doyğunluq , rahatlıq və tamlıq meydana gətirmə yönəlməsinin əmələ gəlməsinə yol açır..

-Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir..

-Özümüzü başqalarının yerinə qoya bilmiriksə digərləri ilə ünsiyyət qurabilməyimiz mümkün deyil.

-Bir başqasının diqqətini çəkmənin ən asan yolu onun haqq və hüquqlarını qarantiyaya alınmış kimi hissetdirməkdir.


-Həm hipnoz edəbilmə və edilebilmə tamamən kor koranə itaətlə əlaqədar vəziyyətlərdir..

-Uşaqlara lağ etmək onların inkişafina vurulmuş ən böyük zərbədir.


-Oyun oynamaqdan qaçan uşaqlarn ruhi vəziyyətlərində mütləq bir anormalliq vardir.
**Usagin daima birinci olmasini istemek ona cox sey gazandirmaz..

**Insanin butun davranısı bir hedef ve megsed terefinden mueyyen olunur ve bu megsed de basgalarindan ustun ve guclu olma basgalarina sozunu yeridmek maskasina burunur..

**Ustunluk megsedi gizli bir megseddir Cemiyyet hissine mane olacagina gore daima gizlilik icinde inkishaf eder ve hemmise dostluk maskasinin altinda gizledilir..

**Ozlerine garsina inami olmayanlarin basgalarina garsi da inamsizliga sahib olmalari gorulen bir veziyyetdir..

**Insan mueyyen seviyyede bir tevazokarlıga sahib olabiler amma yene de icinde ozunu beyenme hiss vardir..

**Ozunden bedguman olan insanlar eyer bu hisslerini gosterilmesine icaze verilmese ve ya o muhitde olmasalar basgalarina zerer vermeyi isteyeller ..

**Bizi duz yoldan donduren real tecrubelerimiz deyil real esyalar haggındali dusuncelerimiz ve hediseleri deyerlendirme terzimizdir..

**Bir sohbet zamani daima atalar sozunden ve ya buna benzer mudrik sozlerden istifade eden insan garsidaki insanin dusuncelerine hec ehemiyet vermediyini gosterir.


Dahi insan Ziqmund Freyd



Yazar: Orxan Oruc @ Fevral 10, 2009 22:50
Ziqmund Freyd orta səviyyəli bir Yəhudi yun tacirinin, qırx yaşında olarkən,özündən iyirmi yaş kiçik bir qadınla etdiyi ikinci evliliyindən dünyaya gəldi.İqtisadi böhrandan sonra ailəsi Vyanaya köçmək məcburiyyətində olandada,Freyd hələ 4 yaşında idi.1938-ci ilə qədər burada yaşamışdılar.Litsey illərində Latınca, Fransızca və İngiliscə öyrənir,öz səyləriylə də İbranicə, İspanca və İtalyanca öyrənir. Əslində istəmədiyi halda Götenin əsərlərindən təsirlənərək tibb sahəsində oxumağı qərara alır.Universitet illərində Yəhudi düşmənçiliyiylə qarşılaşaraq cəmiyyətdən kənarda qalır,mücərrəd yaşamağı və buna dözməyi öyrənir.1876-cı ildə fizyolojist Brückenin laboratoriyasına girir; burada anatomopatoloji və insanın sinir sistemi üzərinə araşdırmalar aparırr. 1881də tibb təhsilini bitirir,1833də dövrün ən məşhur beyin anatomiyası və nevropotoloji eksperti Dr. Theodor Meynertin rəhbərliyində psixiyatr xəsətxanasında asistent olaraq işə başlayir.


1884də kokoin üzərində araşdırma etməklə vəzifələndirilir.1884də kokoinin analtik xüsusiyyətlərini keşf edir,(Freyd, Həyatım və Psikanalız adlı əsərində bununla əlaqədar olaraq kokoinin anestezik xüsusiyyətlərini əslində bildiyini, tək tibb işlərini buraxdığından ötəri başqaları tərəfindən ortaya çıxarıldığını irəli sürür) Aldığı təqaüdlə 1885ci ildə Parisə gedir, Salpêtriê Xəstəxanasında, Jean Martın Charcotunun yanına gedir və şagirdliyə başlayır. Burada histerinin əlamətlərini, hipnoz və təlqinin təsirlərini müşahidələr nəticəsində öyrənir.Charcotun konfranslarını Alman dilinə çevirməyi qərara alır və Tərcüməsi 1886ci ilda nümayiş olunur.1886cı ildə Parisdən Berlinə gedir.Burada uşaq nevropotologiyası ilə maraqlanır.Daha sonra Vianaya qayıdır və həkimlik etməyə başlayır.1886cı il oktyabr ayında 4 ildir nişanlı olduğu Martha Bernays ilə evlənir.Sinir xəstəlikləri və histerikler arasında özünə müştərilər əldə edir və dövrün məşhur müalicə üsullarını, elektroterapi və hipnozu tətbiq edir.1887ci ildə Dr. Bernheimin Təlqin və Təlqinin Müalicədəki Uygulamarı adlı kitabını tərcümə edir.1892 - 1895 illəri arasında Charcotdan Çərşənbə axşamı Günü Dərsləri adlı kitabının etdiyi tərcümələri, savbunma psixonevrozları üzərinə bir məqalə ilə əlaqələr və fobiler adlı başqa bir məqaləni,Breuer ilə ortaq şəkildə hazırlayırlar.Bu əsərdə psixoanalizin təməl qanunlarına rast gəlinir.1896-cı ildə atasının ölümü səbəbindən dərin bir böhrana girir və sistematik olaraq özünü təhlil etməyə başlayır.Yenə eyni il Breuerlə nevrozların cinsi baxımdan açıqlanması mövzusunda fikir ziddiyətləri yarandığı üçün yollarını ayırırlar.Histerinin cinsi etiolojisi adında verdiyi bir konfrans skandala gətirib çıxarır.Breuerlə əlaqəni kəsdikdən sonra, öz yolunu təkbaşına gedir. Bu dövrdə W. Fliesslə yazışmaları,şəxsi araşdırma müddəti, böyük rol oynayır. (Bu yazışmaları Freydin ölümündən sonra qızı tərəfindən ictimaiyyətə açıqlanır.Freyd psixoanalize şəxsi həyatını qarışdırmaq istəmədiyi üçün,fərdi heç bir şeyi geridə buraxmaq istəmədiyi üçün,bir çox yazışma və məktubu ölümündən əvvəl yandırmışdır.) Bu müddət boyunca,10 illik bir dövrdə, Freyd həm elmi yoldaş,həm şagird baxımından tək qalmışdır.Özünü xəstələrin müalicəsinə və psixoanalizin yaradılmasına həsr edir. 1908ci ildə Vyana Psixoanaliz Dərnəyi yaradılır (Bu Freud üçün bir dönüş nöqtəsidir, buna Həyatım və Psixoanaliz kitabında böyük yer vermişdir.) amma bu tarixdən əvvəl də Freydin ətrafında təhlil etmənin gedərək təşkilatlaşdığı görülür.1902ci ildən sonra "Çərşənbə Günləri Psixologiya Dərnəyi", başda P. Federn, O. Rank, W. Stekel, Alfred Adlar olmaqla,Freydin ilk yandaşları bir araya gəlirlər.1904cü ildə E.Bleuerlə yazışmağa başlayır.1907ci ildə onun asistenti K.Q. Yunq tərəfindən ziyarət edilir.Yung eyni il Zürichdə Freyd Dərnəyi qurur.(Bu Freud üçün böyük bir müvəffəqiyyətdir, çünki psixoanaliz artıq sərhədlərin xaricinə çıxmışdı.)Bu illərdə Yunq, 1. Psixoanaliz Konqressinə qatılır və psixoanalizə dair konfranslar vermək üçün Freyd ilə birlikdə ABŞa səfər edir.Freud, 1910 - 1920ci illərdə Psixoanalizə aid,Bir Paranoya hadisəsi Özyaşam Əhvalatı Psixoanalitik Müşahidələr edir:Başçı Screber, Totem və Tabu, Narsizmin Araşdırılmasına Giriş, Yas və Melanxoliya adlı əsərləri çap olunur.1923ci ildə Freydə üst çənə və damaq xərçəngi diaqnozu qoyular.Bu illərdə 33 dəfə əməliyyat keçirir.Davamlı protez taxması məcburiyyətində qaldığı üçün uzun illər danışma və yemək yemə çətinliyi çəkir.1938ci ildə Nazıların Vianaya girməsiylə əlaqədər ən kiçik uşağı Anna ilə birlikdə Avstriyanı tərk etmək məcburiyyətində qalaraq Londona köçür.Ölümünə qədər müalicə və işlərinə burada davam edir.Freyd, prinsiplərinə uyğun olaraq fərdi heç bir xüsusi sənəd,xatirə dəftəri, məktub buraxmamaq üçün hamısını yandırmışdır.Freyd haqqında ilk və ən əhatəli məlumatlar ilk dəfə olaraq yaxın dostu İngilis psixiyatrı Ernest Jonesin tərəfindən 1953də nümayiş olunan üç cildlik Ziqmund Freydin Həyatı və Əsərləri adlı kitabıyla ortaya çıxmışdır.Psixiatriyada "psikanaliz" adı verilən bir üsul inkişaf etdirdi. Buna görə, ruhi problemlərin qaynağını, xəstələrin basdırdıqları və təhtəlsüuruna itələdikləri problemlərdə axtardı. Xəstələrin təhtəlsüurundakı duyğularını səthə çıxarmağa söykənən "psixoterapi" adı verilən bir üsulla xəstələrini yaxşılaşdırmağa çalışdı.

Əsərləri


Zur Psychopathologie des Alltagslebens (Gündəlik Yaşamın Psikopatolojisi) Deyə Traumdeutung (Xülyaların Şərhi) Über Psychoanalyse (Psikanaliz Üzərinə Beş Dərs) Totem und Tabu (Totem və Tabu) Zur Einführung des Narzissmus (Narsisizmin Araşdırılmasına Giriş) Unbehagen en deyər Quldur (Uygarlığın Narahatlığı) Jenseits des Lustprinzips Das Ich und das Əs (Həzz Qanununun Kənarında Mən və İd) Deyər Mann Moses und deyə monotheistische Religion (Musa və Tektanrıcılık) Cinsilik Qaydası üçün Üç Sınaq, 1905 Deyər Witz und seine Beziehung zum Unbewussten, Nöqtə və Bilinçdışıyla Əlaqəsi, 1905 Psikanalizin Tarixçəsi, 1914 Psikanalize Giriş Dərsləri, 1917 Həyatım və Psikanaliz, 1925 Həbslik, Semtom və Qorxu, 1926 Bir Yanılsamanın Gələcəyi, 1927 Mədəniyyət İçindəki Narahatlıq, 1930 Psikanaliz və Tətbiq, Psikanaliz Üzərinə
Yüklə 65,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə