Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

kültürdə  birləşdirməkdir.  Bu  ülkünün  gerçəkləşməsi  mümkün­
dürmü, yoxsa mümkün deyilmi? Yaxın ülkülər üçün bu suala cavab 
axtarılarsa  da,  uzaq  ülkülər  üçün  axtarılmaz.  Çünkü  uzaq  ülkü  -  
ruhlardakı coşqunluğu sonsuz  bir dərəcəyə  yüksəltmək  üçün  cəhd 
edilən çox cazibəli bir xəyaldır.  Məsələ,  Lenin  bolşeviklik üçün  ya­
xın ülkü olaraq kollektivizmi, uzaq ülkü şəklində isə kommunizmi 
iərli  sürmüşdür.  Kommunizmin  nə  vaxt  gerçəkləşəcəyini  soruşan­
lara  bu  cavabı  verir:  «Kommunizmin  nə  vaxt  tətbiq  olunacağını 
indidən  kəsdirmək  mümkün  deyil.  Bu,  Həzrət  Mühəmmədin  cən­
nəti kimi nə zaman və harada görünəcəyi bəlli olmayan bir şeydir».
Bax, Turan ülküsü də bunun  kimidir.  Yüz milyon  türkün  bir 
millət halında birləşməsi Türkçülər üçün  ən qüvvətli  bir coşqunluq 
qaynağıdır.  Turan  ülküsü  olmasaydı,  Türkçülük  bu  qədər  sürətlə 
yayılmayacaqdı.  Bununla  bərabər,  kim  bilir,  bəlkə,  gələcəkdə T u­
ran ülküsünün gerçəkləşməsi də mümkün olacaqdır.  Ulkü gələcəyin 
yaradıcısıdır.  Dünən türklər üçün  xəyali  bir ülkü durumunda olan 
milli dövlət bugün Türkiyədə bir həqiqət olmuşdur.55
Beləliklə,  Türkçülüyü  ülküsünün  böyüklüyü  baxımından  üç 
dərəcəyə ayıra bilərik:
1. 
Türkiyəçilik;
2. 
Oğuzçuluq yaxud Türkmənçilik
3. 
Turançılıq.
Bugün  gerçəkləşən  yalnız  Türkiyəçilikdir.  Ancaq  ruhların 
böyük həvəslə aradığı  Qazıl  Alma56 gerçək  həqiqət sahəsində deyil, 
xəyal  sahəsindədir.  Türk  kəndlisi  Qızıl Almanı  xəyalında canlandı­
rarkən  onun gözünün qabağına əski  türk elxanlıqları gəlir.  Həqiqə­
tən,  Turan  ülküsü  keçmişdə  bir  xəyal  deyil,  bir  gerçək  idi.  Milad­
dan  210  il  öncə  Hun  hökmdarı  Metə  Kunlar («Hunlar») adı altın­
da  bütün  türkləri  birləşdirdiyi  zaman Turan ülküsü bir gerçək  halı­
na  gəlmişdi.57  Hunlardan  sonra  avarlar,  avarlardan  sonra  Göy 
Türklər,  Göy  Türklərdən  sonra  oğuzlar,  bunlardan  sonra  qırğız- 
qazaxlar,  daha  sonra  Kür  xan,  Çingiz  xan  və  sonuncu  olaraq 
Tcymurləng Turan ülküsünü gerçəkləşdirmədilərmi?58
«Turan»  sözünün  anlamı  beləcə  smırlandırıldıqdan  (hüdud- 
landırıldıqdan)  sonra,  artıq  macarların,  fin-uqorların,  monqolla­
rın,  tunquzların  Turanla  bir  əlaqələrinin  qalmaması  lazım  gəlir. 
Turan  bütün  türklərin  keçmişdə  və  bəlkə  də  gələcəkdə  bir  gerçək 
olan böyük vətənidir.
Turanlılar  yalnız  türkcə  danışan  millətlərdir.  Əgər  Ural  və 
Altay  ailəsi  gerçəkdən  varsa,  bunun  özünə  aid  bir  adı  olduğuna 
görə, «Turan» adına ehtiyacı yoxdur.
Bir də, bəzi Avropalı müəlliflər qərb Asiyasında əslən samilə­
rə,59 yaxud arilərə60 mənsub olmayan  bütün qövmlərə Turan adını 
verirlər.  Bunlaın  məqsədi  bu qövmlərin  türklər ilə qohum olduğu­
nu təsdiq etmək deyildir.  Yalnız samilər və arilərdən  başqa qövm­
lər olduğunu anlatmaq üçündür.
Bundan  başqa,  bəzi  müəlliflər də «Şahnamə» yə görə Tur ilə 
İrəcin61  qardaş  olduğunu  göz  önündə  tutaraq  Turanı  əski  İranın 
bir  bölümü  saymaqdadırlar.  Halbuki,  «Şahnamə»yə  görə  Tur  ilə 
İrəcin  üçüncü  bir qardaşları  da  vardır  ki,  adı  Sələmdir.  Sələm  isə 
iranda  bir «boy»un  dədəsi  deyil,  bütün  samilərin  ortaq cəddidir -  
atasıdır.  Deməli,  Fürudunun  oğulları  olan  bu  üç  qardaş  Nuhun 
oğulları kimi, əski etnoqrafik ayırımların adlarından doğmuşdur.62 
Bundan  aydın  lur  ki,  Turan 
iranın  bir  parçası  deyil,  bütün  türk 
ellərini içinə alan türk toplumundan ibarətdir.
4
.
MİLLİ KÜLTÜR 
VƏ MƏDƏNİYYƏT
Milli  kültür  ilə  mədəniyyət  arasında  həm  bir  birləşmə  yeri, 
həm də ayrılıq yerləri  var.  Kültür ilə mədəniyyət arasında birləşmə 
yeri  ikisinin də bütün  toplumsal (ictimai) yaşayışları  içlərinə alma­
sından  ibarətdir.  Toplumsal  (ictimai)  yaşayışlar  bunlardır:  Din, 
əxlaq,  hüquq,  ağıl,  estetika,  iqtisadiyyat,  dil və  təbiyyat elmləri  ilə 
bağlı  yaşayışlar.  Bu  səkkiz  növ  toplumsal  (ictimai)  yaşayışın  top- 
lamına  «kültür»  adı  verildiyi  kimi,  mədəniyyət  də  deyilir.  Bax, 
kültür  ilə  mədəniyyətin  birləşdiyi  yer və  bənzərliyi  bundan  ibarət­
dir.  İndii  isə  kültür  ilə  mədəniyyət  arasındakı  ayrılıqları  (fərqləri) 
araşdıraq:
Birincisi,  kültür  milli  olduğu  halda,  mədəniyyət  uluslararası- 
dır  ■
  beynəlmiləldir.  Kültür  yalnız  bir  millətin  din,  əxlaq,  hüquq, 
ağıl,  estetika,  dil,  iqtisadiyyat  və  təbiyyat  elmləri  ilə  bağlı  yaşayış­
larının  uyumlu 
ahəngdar  bir  bütünüdür.  Mədəniyyət  isə eyni  in­
kişaf səviyyəsində  olan  bir  çox  millətlərin  toplumsal  (ictimai)  ya­
şayışlarının ortaq  bir  bütünüdür.  Məsələ,  Avropa və  Amerika  mə­
dəniyyət dairəsində  bütün  Avropalı  millətlərin  ortaq  bir Qərb  mə­
dəniyyəti  vardır.  Bu  mədəniyyətin  içində  bir-birindən  ayn  və 
müstəqil bir ingilis kültürü, bir fransız kültürü, bir alman kültürü və 
s. mövcuddur.
İkincisi,  mədəniyyət  metodlar  və  fərdi  iradələr  ilə  meydana 
gələn  toplumsal  (ictimai)  hadisələrin  bütünüdür.  Məsələ, dinə dair
42
43


bilgilər  (məlumatlar)  və  elmlər metod  və  iradə ilə meydaa gəldiyi 
kimi,  əxlaqa,  hüquqa,  gözəl  sənətlərə  -   incəsənətə,  iqtisadiyyata, 
ağıla,  dil və təbiyyyat elmlərinə dair bilgilər -  məlumatlar və nəzə­
riyyələr də büsbütün fərdlər tərəfindən metod və iradə ilə meydana 
gətirilmişdir. Buna görə də, eyni inkişaf çevrəsində olan bütün qav- 
ramlarm  (məfhumlann),  bilgilərin  və elmlərin toplamı mədəniyyət 
dediyimiz şeyi meydana gətirir.
Milli kültürə daxil olan şeylər isə yöntəmlə (metodla), fərdlə- 
rin  iradəsiylə meydana  gəlməmişdir,  yəni  süni deyillər.  Bitkilərin, 
heyvanların  üzvi  həyatı  necə  öz-özünə  və  təbii  bir surətdə inkişaf 
edirsə,  milli  kültürə  daxil  olan  şeylərin  təşəkkül  və  inkişafı da  t a ­
mamilə  o  cürdür.  Məsələ,  dil  fərdlərin yöntəmi (metodu) ilə yara­
dılmış  bir  şey  deyildir.  Dilin  bir sözünü  dəyişdirə  bilmərik.  O nun 
yerinə  başqa  bir  söz  icad  edib  qoyammarıq.  Dilin  öz  təbiətindən 
doğan  bir  qaydasını  da  dəyişdirəmmərik.  Dilin  söz  və  qaydaları 
öz-özünə  dəyişir.  Biz bu dəyişmənin ancaq  tamaşaçısı oluruq.  İn ­
sanlar dilə yalnız bir neçə terminlər və yeni ifadələr əlavə edə bilər­
lər.  Ancaq  bu  ifadələr ondan  istifadə edəcək  peşə  topluluğu tərə­
findən  nə  qədər  ki,  qəbul  edilməmişdir,  ifadə  mahiyyətində  qala­
raq  söz  mahiyyətini  ala  bilməz.  Yeni  bir  ifadə  bir  peşə  topluluğu 
tərəfindən  qəbul  edildikdən  sonra  isə  topluluğa  aid  bir  söz  olur. 
Ancaq  bütün xalq  tərəfindən qəbul edildikdən sonra, xalqın ortaq 
sözləri sırasına daxil ola bilər.62a
Ancaq yeni ifadələrin bir topluluq, yaxud bütün xalq tərəfin­
dən qəbul edilib edilməməsi onları ortaya atanlann əlində deyildir. 
Əski Osmanlı dilində Şinasidən63 bu yana milyonlarla yeni ifadələr 
icad olunduğu halda,  bunlardan çox az bir bölümü topluluq sözlə­
rinin  sırasına  keçə  bilmişdir.  Xalqın  ortaq  sözləri  sırasına  keçən- 
lərsə beş-on söz ancaq olar.
Demək  ki,  milli  kültürün  ilk örnəyini dilin sözlərində,  mədə­
niyyətin  ilk örnəyini isə dilin  yeni  ifadələr biçimində  törədilən  ter­
minlərində  görürük.  Sözlər  ictimai  qurumlardır,  yeni  ifadələr  isə 
fərdlərin  məhsuludur.  Bir  fərdin  tapdığı  bir  ifadə  bəzən  çox  qısa 
zamanda  xalq  araısnda  yayıla  bilər.  Ancaq  bu yayılma  gücünü  o 
ifadəyə verən onu tapan fərd deyildir, toplumun fərdlər tərəfindən 
bilinməyən (məchul olan) gizli bir axımıdır.
Bundan  on  beş il öncə ölkəmizdə yan-yana iki dil yaşayırdı: 
Bunların  birincisi rəsmi bir dəyərə malikdi və yazmı  təkəlinə -  in­
hisara almış kimiydi. Buna «Osmanlıca» adı verilirdi.
İkincisi, yalnız xalq içində danışıla bilərdi.  Buna isə saymaz­
lıqla  «türkcə»  adı  verilir  və  xalqa  aid  bir  arqo64  hesab  edilirdi.
44
Halbuki əsil təbii və gerçək dilimiz bu idi. Osmanlıca isə türk, ərəb 
və  fars  qrammatikasının,  sintaksisinin,  sözlüyünün  birləşməsiylə 
ortaya  çıxmış  süni  bir  qarışım  (xəlitə)  idi.  Bu  iki  dildən  birincisi 
təbii  bir  təşəkkül  və  qayda  ilə  öz-özlüyündən  meydana  gəlmişdi. 
Buna görə də,  milli  kültürümüzün dili idi.  İkincisi isə insanlara aid 
metod65  və  iradə  ilə  yaradılmışdı.  Bu  dil  qarışığının  içinə  yalnız 
bəzi  türkcə sözlər  və  şəkilçilər  qarışa  bilərdi.  Demək ki,  Osmanlı 
dilinin  milli  kültürümüzdə  çox  az  payı  vardır.  Bu  səbəbdən  ona 
«mədəniyyətimizin dili idi» deyə bilərik.
Ölkəmizdə bu iki dil kimi, iki vəzn də yanaşı yaşayırdı. Türk 
xalqının  işlətdiyi  türk  vəzni  metodla  meydana  gətirilmirdi.  Xalq 
şairləri  ölçülü  olduğunu  bilmədən  çox  gözəl  lirik  şerlər yazırdılar. 
Təbii  ki,  bu  bir  ilhamla, yaradıcılıqla  baş  verirdi.  Metod  və təqlid 
ilə edilmirdi.  Elə  isə,  bu vəzn  də türk  kültürünə daxil  idi.  Osmanlı 
vəzninə gəlincə,  bu vəzn fars şairlərindən alınmışdı.  Bu vəzndə şeir 
yazanlar  təqlid  və metodla  yazırdılar.  Bundan  dolayıdır  ki,  «əruz 
vəzni»  adlanan  bu  vəzn  xalq  içinə girə  bilməmişdi.  Bu  vəznlə  şeir 
yazanlar fars ədəbiyyatını  təhsil  yoluyla öyrənir,  metod vasitəsiylə 
əruzu  tətbiq  edirdilər.  Buna  görə  də  əruz  vəzni  milli  kültürümüzə 
əsla daxil ola  bilmədi.  Farslarda isə kəndlilər də əruz vozııi  ilə şer­
lər söyləyirlər.  Bu  səbəbdəndir  ki,  əruz  vəzni  İranın  milli  kültürü 
içində sayılır.
Ölkəmizdə  bunlardan  başqa,  yan-yana  yaşayan  iki  musiqi 
vardır.  Bunlardan  biri  xalq  arasında  öz-özünə  doğmuş  olan  türk 
musiqisi,  o  biri  sə  Fərabinin66 Bizansdan  çevirmə  (tərcümə)  və iq­
tibas yolu  ilə aldığı  Osmanlı  musiqisidir.  Türk  musiqisi  ilham  ilə 
yaranmış,  təqlidlə  xaricdən  alınmamışdır.  Osmanlı  musiqisi  isə 
təqlid  yolu  ilə  xaricdən  alınmış  və ancaq  metod  ilə  davam  etdiril­
mişdir.  Bunlardan  birincisi  milli  kültürümüzün,  ikincisi  isə  mədə­
niyyətimizin  musiqisidir.  Mədəniyyət  metodla  meydana  gətirilən 
və  təqlid  yoluyla  bir  millətdən  digər  millətə  keçən  qavramlartn 
(məfhumların)  və  texnikaların67  toplamıdın  Milli  kültür  isə  həm 
metodla  yaradılanmayan,  həm  də  təqlidlə  başqa  millətlərdən  alı- 
nanmayan duyğulardır. Bu səbəblə, Osmanlı musiqisi qaydalardan 
meydana gələn bir fənn68 -  bilik şəklində olduğu halda, türk musi­
qisi qaydasız,  metodsuz,  fənsiz melodiyalardan,  türkün  bağrından 
qopan səmimi nəğmələrdən ibarətdir.  Halbuki,  Bizans musiqisinin 
qaynağına gedib çıxsaq, onu da əski yunanların kültürü  içində gö­
rərik.
Ədəbiyyatımızda  da  eyni  ikilik  vardır.  Türk  ədəbiyyatı  xal­
qın  atalar  sözləriylə  bilməcələrindən  (tapmacalarından),  xalq
45


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə