Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

nağılları  ilə  xalq  qoşmalarından,  dastanlarından,  xalq  congnamə- 
ləriylə  mənqəbələrindən69  (igidlik  eposundan),  təkkələrin  ilahi- 
ləriylə70 nəfəslərindən,71  xalqın  güldürücü lətifələri  və xalq  teatrın­
dan  ibarətdir.  Atalar sözləri bilavasitə xalqın hikmətli düşüncələri­
dir.  Tapmacaları  da  yaradan  xalqdır.  Xalq  nağılları  da  fərdlər  tə­
rəfindən  yaradılmamışdır.  Bunlar  türkün  mifoloji  çağlarından 
(əsatir  dövrlərindən)  başlayaraq  ənənəvi  yolla  zamanımıza  qədər 
gələn pəri72 nağıllan ilə dev nağıllarıdır.
Dədə Qorqud  kitabındakı  hekayələr də ozandan-ozana  şifa­
hi surətdə  keçərək  ancaq  bir neçə  yüzil  öncə yazılmışdır.  «Şah  İs­
mayıl», «Aşıq Kərəm», «Aşıq Qərib», «Koroğlu» kitabları da vax- 
tilə  xalqın  yazdığı  xalq  hekayələridir.  Türk  tarixində  və  etnoqra- 
fiyasındakı  miflər,  rəvayətlər,  əfsanələr  də  türk  ədəbiyyatının 
ünsürləridir.
Cəngnamələr və dini mənqobələrə (igidlik eposlarına) gəlincə 
bunlar  xalq  ədəbiyyatının  İslam  dövrünə  aid  məhsullarıdır.  Xalq 
şairlərinin  qoşmaları,  dastanları,  maniləri  və türküləri də yuxarıda 
sadaladığımız əsərlər kimi türk  xalqının  içdən gələn  (səmimi) əsər­
ləridir.  Bunlar da metodla,  təqlidlə yaradılmamışdır. Aşıq Ömər,7’ 
Dərdli,74 Qaracaoğlan75  kimi  şairlər  xalqın  sevgili  şairləridir. Tək­
kələrin hər biri xalq məbədi  olduğu üçün buralarda doğan ilahilər, 
nəfəslər  xalq  ədəbiyyatına  və  dolayısı  ilə  türk  ədəbiyyatına  daxil­
dir.  Yunus  Əmrə,76  Qayğusuz77  və  Bəktaşi78  şairləri  bu  toplulu- 
qdandır.  Osmanlı ədəbiyyatı isə nağıl yerinə fərdlərə aid hekayə və 
romanlardan,  qoşma  və  dastan  yerinə  təqlidlə  yazılmış  qəzəllər­
dən  və  Avropa  tərzində  mənzum  parçalardan  ibarətdir.  Osmanlı 
şairlərindən  hər biri hökmən fars dövründə  bir fars şairinə, fransız 
dövründə  isə bir  fransız  şairinə bənzər,  Füzuli  ilə Nədim79 belə  bu 
məsələdə müstəsna  deyillər.  Bu yöndən  Osmanlı ədəbiyyatçıları  və 
şairlərindən  heç  biri  orijinal deyildir,  təqlidçilikdən qurtula bilmə­
mişdir,  hamısının  da  əsərləri  sənət  ilhamından  deyil,  ağıl  baca­
rığından doğmuşdur.  Məsələ, hazırcavablılıq yönündən bu iki top- 
luluğu qarşılaşdıraq:  Nəsrəddin Xoca,80 İncili Çavuş,81  Bəkri  Mus­
tafa82  və  Bəktaşi  babaları  xalqın hazırcavablarıdır.  Kaani83və  Su- 
ruri84  isə  Osmanlı  divanının  daşlamaçılarıdır  (satirikidirlər).  Çox 
təbii  hazırcavablıq  ilə  süni  daşlama -   həcv  sənəti  arasındakı  fərq 
bu qarşılaşdırma ilə meydana çıxır.
Qaragöz85  və  Ortaoyununa86  gəlincə  bunlar  da  xalq  teatrı, 
yəni  ənənəvi  türk  teatrıdır.  Qaragözlə  Hacivadın87  çəkişmələri 
türklə Osmanlının, yəni o zamankı kültürümüzlə içində olduğumuz 
mədəniyyətimizin qarşı-qarşıya gəlməsidir (çəkişməsidir).
46
Əxlaqda  da  eyni  ikiliyi  görürük.  Türk  əxlaqı  ilə Osmanlı  əx­
laqı  bir-birinə  ziddir.  Kaşqarlı  Mahmud88  «Divan-i  Lüğət-it 
Türk»ün  «türk»  məqaləsində  türkləri  qısaca  tərif  edir.  Deyir  ki, 
türkdə özünü  bəyənmə və öyünmə yoxdur.  Türk  böyük  qəhrəman­
lıqlar  və  fədakarlıqlar  etdiyi  zaman  bir  üstün  iş gördüyündən  xə­
bərsiz  kimi  görünür.  Cahiz  də  türkləri  tamamilə  belə  təsvir  edir. 
Osmanlı  tipinə baxsaq, əski şairlərində  foxriyyələrin  (özünü öymə­
nin),  yeni  ədiblərində  isə  özünüboyonmə  və öyünmonin  hakim  ol­
duğunu  görürük.  «Sorvət-i  fünun»  məktəbi90  Osmanlı  ədəbiyyatı­
nın  ən  parlaq  bir dövrüdür.  Bu məktəbə mənsub olan  ədiblərin  və 
şairlərin çoxu vasvası,  bədbin, ümidsiz,  xəstə ruhlu  kimi görünmü­
şlər. Həqiqi türk isə inamlı, nikbin, ümidli və sağlamdır.
Hətta  alimlərimiz  arasında  da  bu  ikiliyi  görürük.  Osmanlı 
alimlərinin  ənənəvi  adı  «rəsmi  alimlər»  (üləmayi-rüsum)  idi.  Ana- 
doludakı alimlər isə xalq alimləri idilər. Birincilər rütbəli olsalar da 
biliksizdilər.  İkincilər  isə  elmli,  ancaq  rütbəsizdirlor.  Siyasət  və 
hərbi  iş  sahəsində  böyük  bir  dahi  olan  Afşarlı  Nadir  Şah  bütün 
müsəlmanları sünnilik çevrəsində  birləşdirmək  və bütün sultanları 
(hökmdarları) Osmanlı padşahının  əmrinə  tabe etmək üçün müza­
kirələr  aparmaq  məqsədiylə  İstanbula  din  və  siyasətlə  bağlı  bir 
heyət  göndərmişdi.  İstanbulda  bu  heyət  ilə  müzakirə  aparmağı 
rəsmi alimlərə vəzifə  kimi  tapşırdılar.  İranlı  alimlər heyəti  bunlara 
söz  başa  salmaqda  çətinlik  çəkdikdə  sədr-əzəmə  (baş  vəzirə) 
müraciət  edərək  dedilər:  «Bizim  siyasi  heç  bir  rütbəmiz,  elmdən 
başqa  bir  məqsədimiz  yoxdur.  Halbuki,  müzakirələr  apardığımız 
adamlar böyük  rütbəli şəxslər olduqlarından qarşılarında sərbəstcə 
söz söyləyə  bilmirik.  Bizi  əyalətdəki  rülbəsiz alimlər  ilə görşdürər- 
sinizsə çox sevinərik».
Raqib  Paşanm  «Təhqiqi  Tovfiq»  (Təhqiq  və  Tovfiq)  adlı91 
kitabında  danışdığı  bu  hadisə  göstərir  ki,  Nadir  Şahın  elm  heyəti 
Osmanlı alimlərinə deyil, türk alimlərinə dəyər verirdilər.
Əski  dövrlərin  siyasi  və  hərbi  başarıları  (müvəffəqiyyətləri) 
də  xalq  arasından  çıxmış  biliksiz və oxuyub yazmaq  bilməyən  pa­
şalara  aiddi.  Sonralar  Raqib  Paşa  və  Səfeh  İbrahim  Paşa  kimi 
Osmanlı  maarifində  yüksək  yer  tutanlar  hökumətin  başına  keçən 
kimi işlər pozulmağa başladı.
Bununla  bərabər,  bu ictimai  ikiliklər yalnız fikir sahələrində 
idi.  O  zamanlar əl  işi  sadə xalqa  məxsus  sayıldığından  yüksək  tə­
bəqə  bütün  sənət  (texnika)  növlərindən  uzaqda  dururdu.92  Bu  sə­
bəblə,  memarlıq,  xəttatlıq,  daş  oymaçılığı,  cildçilik,  yazı  bəzəkçi- 
liyi,  xarratlıq,  dəmirçilik,  boyaqçılıq,  xalçaçılıq,  toxuculuq,  rəs­
47


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə