Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

samlıq və naxışçılıq  kimi əməli (tətbiqi) sənətlərin yalnız bir 
biçim i 
(şəkli)  vardı.  O  da xalq  sənəti  idi.  Demək  ki,  ümumiyyətlə yüksək 
bir bədiiliyi (gözəlliyi) olan bu sənətlərə qatışıqsız türk sənəti adını 
verə  bilərik.  Bunlar  Osmanlı  mədəniyyətinin  ünsürləri  deyil,  türk 
kültürünün  ünsürləri  idi.  Bugün  Avropa  bu  əski  sənətlərimizin 
məhsullarını  milyardlar  xərcləyərək  hissə-hissə  toplayır.  Avropa­
nın,  Amerikanın  muzeyləri,  salonları,  tamamilə  türk  əsərləriylə 
dolmaqdadır.  Avropada bu türksevərliyə «türkeri» adı verilir.  Av­
ropanın  həqiqi  mütəfəkkir  və  sənətkarları,  məsələ,  Lamartinlori, 
Ogüst Komtları, Pyer Lafayetləri, Mismerləri, Pyer Lotiləri, Farer- 
lori  türkün  səmimi  sənətinə,  alçaq  könüllü  (təvazökar)  və  təbii  əx­
laqına,  dinə dərin  və  təəssübsüz  bağlılığına,  bir  sözlə,  durumu  ilə 
yelinməsi  (qənaətkar  olması)  və  taleyinə  boyun  əyməsiylə  (ləsli- 
miyyətiylə)  birlikdə  daimi  bir  nikbinlik  və  ülküçülükdəıı  ibarət 
olan yoxsul,  lakin  xoşbəxt  yaşayışına  heyran  idilər.  Ancaq  bunla­
rın  heyran olduğu şeylər Osmanlı mədəniyyətinə daxil olan və me­
todla,  təqlidlə yaradılmış əsərlər deyil,  türk kültürünə mənsub olan 
ilham  ilə meydana gələn özgün (orijinal) əsərlərdir.
Yalnız ölkəmizə  məxsus  olan  bu  qəribə  durumun  səbəbi  nə­
dir? Nə  üçün  bu ölkədə yaşayan  iki tip -  Türk  ilə osmanlı tipi  bir- 
birinə bu qədər qarşıdır (ziddir)?  Nə üçün  Türk tipinin hər şeyi  gö­
zəl,  Osmanlı  tipinin  hər  şeyi  çirkindir?  Ona  görə  ki,  Osmanlı  tipi 
Türkün  kültürünə  və  həyatına  zərərli  olan  imperializm  sahəsinə 
atıldı,  kosmopolit  oldu,  sinif  çıxarmı  (mənfəətini)  milli  çıxarın 
üstündə  gördü.  Gerçəkdən  do,  osmanlı  imperatorluğu  genişlən­
dikcə,  yüzlərlə milləti  çevrəsinə aldıqca  idarə edənlər  ilə  idarə olu­
nanlar  ayrı-ayrı  iki  sinif  durumuna  girirdilər,  idarə  edən  bütün 
kosmopolitlər Osmanlı  sinfini,  idarə olunan  türklər iəs türk sinfini 
təşkil  edirdilər.  Bu  iki  sinif  bir-birini  sevməzdi.  Osmanlı  sinifi 
özünü  millol-i  hakimə  (hakim  millət)  biçimində  görür,  idarə etdiyi 
türklərə  isə  millət-iməhkumə  (məhkum  millət)  gözüylə  baxardı. 
Osmanlı  daim  türkə  «eşşək  türk»  deyərdi.  Türk  kəndlərinə  rəsmi 
bir  şəxs  gəldiyi  zaman  «Osmanlı  gəlir»  -  deyə  hər  kəs  qaçardı. 
Türklər  arasında  qızılbaşlığın  otaya  çıxması  da  bu  ayrılıqla  izah 
oluna bilər.
Şah  İsmayılın  babası  Şeyx  Cüneyd  Oğuz  boyları  arasında 
«Övladmı  öncə  gəlir,  yoxsa  oshabmı?»vi  deyərək  təbliğat  aparırdı. 
Oğuz  boylan Oğuz xanın  oğulları  və  Qayıların94 əmiuşaqları  dey- 
ildilərmi?  Necə olurdu  ki,  padşahın  «Əndərun»dan  çıxan  devşir- 
molərdən95  meydana  gələn  əshabı  bunlardan  üstün  tutulurdu?  O 
tarixdəki  xalq  şeyxləri  türklərin  o  zamankı  məzlumluqlarını  (əzil-
48
mişliklorini)  vaxtilə Əhli  Beytin (Peyğəmbər soyunun)  uğramış  ol­
duğu  məzlumluğa  (əziyyət  və  qıyıma)  bənzədirdilər.96  O  zaman 
türkmənlərin  böyük  bir  bölümü  bu  bənzərliyə  aldanaraq  ata 
ocağından  ayrıldılar,  özlərinə  ayrı  bir  ədəbiyyat,  ayrı  bir  fəlsəfə, 
ayrı bir tapmaq  məbəd yaratdılar.
Bununla  birlikdə,  din  baxımından  Osmanlılardan  ayrılma­
mış  olan  sünni  türklər də  milli  kültür  baxımından  Osmanlı  impe­
rializminə bağlanmadılar  tabe olmadılar.  Bunlar da özlərinə milli 
bir  kültür  yaradaraq  Osmanlı  mədəniyyətinə  qarşı  tamamilə  la­
qeyd qaldılar.  Osmanlı  mədəniyyətinin seçkinlərinə (seçilən  adam­
larına,  elitasına)  «Xəvas»97  deyildiyi  kimi,  türk  kültürünün  də 
«ozanlar»ı,  «aşıqlar»ı,  «babalara  və  «ustalar»!  vardı.  Demək  ki, 
ölkəmizdə  iki cür seçkin 
imtiyazlı  adamlar  vardı.  Bunlardan  bi­
rincisi  sarayı  təmsil  edirdi  və  bu  topluluğun  dolanışığım  təmin 
edən  do  saray idi.  Məsələ,  Osmanlı şairləri  saraydan  «caizə»9B ala­
raq  keçindikləri  kimi,  Osmanlı  musiqişünasları  da  sarayın  verdiyi 
bəxşişlər  və  aylıqlar  ilə  keçinirdilər.  Xalqın  saz  və  söz  şairləri  isə 
xalqın  hədiyyələriylo  yaşayardılar.  Rəsmi  alimlər  («Üləmayi- 
rüsum») adını alan  Osmanlı alimləri kazaskər," kadı100 vəzifələrin­
də  yüksək  aylıqlar  və  arpalıqlar101  alırdılar  Xalq  xocalarındaıı  və 
şeyxlərindən ibarət olan türk din adamlarını isə yalnız xalq  bəsləy­
irdi.  Bu səbəblə,  incəsənətdə və digər sənətlərdə rəhbərlik edən  us­
talar,  igidbaşılar  və əxi  babalar102  yalnız  xalq  sinifindən  yetişir  və 
hər zaman xalq və türk olaraq qalırdılar.
Göründüyü  kimi,  milli  kültür  ilə  mədəniyyəti  bir-birindən 
ayıran,  kültürün, xüsusilə, duyğulardan, mədəniyyətin isə, xüsusilə, 
bilgilərdən  meydana  gəlmiş  olmasıdır.  İnsanda  duyğular  metoda 
və iradəyə  tabe deyildir.  Bir millət digər bir millətin dini, əxlaqi  və 
estetik  (bədii)  duyğularını  təqlid  edə  bilməz.  Məsələ,  türklərin  İs­
lamdan  öncəki  dinində  Gök  Tanrı  mükafat  Tanrısıdır.  Cəzalan­
dırma  işinə qarışmır.  Cəza tanrısı Ərlik xan adında  başqa bir mifo­
loji  varlıqdır.  Tanrı  (Allah) yalnız «cəmal» (gözəl  üz,  gözəllik) sifə- 
tiylə göründüyü  üçün  əski türklər onu sadəcə olaraq sevərdilər.  Al­
laha  qarşı  qorxu  duymazdılar.  İslamdan  sonra  türklərdə  Allah 
sevgisinin  (mühabbətüllahın) üstün  olması  bu əski  gəlonoyin  -  ənə­
nənin  davamından  ibarətdir.  Türklərdə Allah  qorxusu (mühafotul- 
lah) çox seyrəkdir.  İstanbulda və Anadoludakı vaizlərin təcrübələri 
göstərir  ki,  gözəlliyə,  yaxşılığa dair vəz]()3 verən  vaizlərin  dinləyici­
ləri artır; cəhənnəmdən, zəbanilərdən104 danışan vaizlərin dinləyici­
ləri  isə daim azalır.  Türklərin  əski  dinlərində kor-koranə ibadətlər 
yoxdu,  estetik  (bədii) və əxlaqla bağlı  törənlər  ayinlər isə çoxdu.
49


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə